Təhsil pilləsi: bakalavr Təhsil forması: Əyani Kurs


Lokal kompüter şəbəkələri



Yüklə 55,47 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix24.12.2023
ölçüsü55,47 Kb.
#191075
1   2   3   4   5
İKT sərbəst iş (4)

Lokal kompüter şəbəkələri
LKŞ-nın əsas aparat komponentləri kimi aşağıdakılardan istifadə edi- 
işçi stansiyalar; 
serverlər; 
interfeys plataları; 
kabellər. 
İşçi stansiyalar (İST) - şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan 
fərdi kompüterlərdir. İST-nin tərkibinə olan tələbat şəbəkədə həll olunan 
məsələlərin xarakteristikaları, hesablama prosesinin təşkil olunma prinsipi, 
istifadə olunan ƏS və bir sıra digər amillərlə təyin olunur. Məsələn, əgər şə- 
bəkədə MS Windows for Workgroup ƏS-dən istifadə edilirsə, o zaman İST- 
nin prosessoru kimi Pentium tipli prosessorlarından istifadə etmək lazım- 
dır.Bəzi hallarda İST birbaşa şəbəkə kabelinə qoşulmuş olarsa, bu haldamaqnit 
disklərində yaddaşa ehtiyac qalmır. Bu cür İST disksiz İST adlanırlar. Lakin bu 


halda fayl-serverdən İST-ə ƏS yükləndikdə, şəbəkə adapterində uzaq məsafədən 
yükləməyə imkan verən uyğun mikrosxem olmalıdır.Bu mikrosxem giriş-çıxış 
baza sistemin (BIOS) genişlənməsi kimi istifadəolunur. Bu mikrosxemdə İST-
nin əməli yaddaşına ƏS-nin yüklənməsi proqramı yazılır. Bu cür disksiz IST -in 
əsas üstün cəhəti onların ucuz olmasıvə burada istifadəçinin proqramına icazə 
verilmədən daxil olmanınmümkünsüzlüyü və kompüter viruslarının daxil ola 
bilməməsidlir. Mənficəhəti isə onun avtonom rejimdə işləyə bilməməsi (serverə 
qoşulmamaq şərtilə), həmçinin özünün verilənlər və proqram arxivinin 
olmamasıdır.LKŞ-də serverlər - şəbəkə resurslarını paylamaq funksiyasını 
yerinə yetirirlər. Adətən server funksiyasını kifayət qədər güclü olan fərdi 
kompüter,meynfreym və ya xüsusi kompüter həyata keçirə bilər. Hər bir server 
həm ayrıca, həm də İST tərkibində ola bilər. Axırıncı halda serverin tam 
deyil,yalnız resurslarının bir hissəsi ümumi istifadədə ola bilər.LKŞ-də bir neçə 
server olarsa, o zaman hər bir server ona qoşulan İST-ə xidmət göstərir. Serverin 
kompüterlər toplusuna və onlara qoşulmuş İST-a domen deyilir. Bəzi hallarda 
bir domendə bir neçə server olur. Bu serverlərdən biri baş server, qalanları isə 
ehtiyat serveri və ya əsas serverin məntiqi genişlənməsi rolunu 
oynayırlar.Kompüter-server tipini seçdikdə əsas parametr kimi prosessorun 
tipi,əməli yaddaşın tutumu, sərt diskin tipi va tutumu, disk kontrollerinin 
tipinəzərə alınmalıdır. Bu xarakteristikaların qiymətləri həll olunacaq 
məsələdən, şəbəkədə hesablamaların təşkil olunmasından, şəbəkənin 
yüklənmədərəcəsindən, istifadə olunan S-dən və digər amillərdən asılıdır. 
Serverdə əməli yaddaş nəinki öz proqramını yerinə yetirmək məqsədini güdür, 
həmçinin disk giriş-çıxışının buferlərini yerləşdirmək məqsədi üçün də istifadə 
edilir. Buferlərin optimal sayını təyin etməklə, giriş-çıxışəməllərinin yerinə 
yetirilmə sürətini artırmaq olar.Əməli yaddaşı seçdikdə nəzərə almaq lazımdır 
ki, orada lazımi proqram təminatı, həmçinin şərikli istifadə olunan fayllar və 
verilənlər bazaları yerləşməlidir.İST və serverlər şəbəkənin yerləşdiyi yerlərdə 
öz aralarında kabel şəklində olan verilənlərin ötürülmə xətti ilə birləşirlər. 
Kompüterlər kabelə interfeys platası- şəbəkə adapteri vasitəsilə birləşdirilir. Son 
zamanlar verilənlərin ötürülmə mühiti kimi istifadə olunan xətsiz şəbəkələr – 
radiokanallar meydana gəlmişdir. Belə hallarda komputerlər bir neçə qonşu 
otaqlarda yerləşdirilir.İstifadə olunan şəbəkə adapterləri 3 əsas xarakteristikaya 
malikdirlər:Kompüterin qoşulduğu şinin tipi (ISA, EISA, Micro Channel və s.), 
mərtəbələr şəbəkəsinin sayı (32,64) və yaradılan şəbəkənin topologiyası 
(Ethernet,Arcnet, Token-Ring). Məs, Ethernet topologiyalı və Novell NetWare 
və yaMS Windows for Workgroups ƏS-ə malik şəbəkələr üçün Novell 
firmasınınNE3200 (32 bitli) şəbəkə adapterindən istifadə etmək daha 
məqsədəuyğun sayılır.Şəbəkə kabelinin seçilməsi onun spesifikasiyası ilə 
əlaqədar olub, şəbəkə adapterinin sənədlərində göstərilir.LKŞ-ın əlavə 


avadanlıqlarına fasiləsiz qida mənbələri, modemlər, transiverlər, repiterlər və 
müxtəlif kontaktlar sistemi kimi istifadə olunan konnektorlar və terminatorlar 
daxildirlər.Fasiləsiz qida mənbəyi (UPS-Unit Power System) – elektrik 
şəbəkəsinin dayanıqlı işləməsini artırır və elektrik şəbəkəsi açıl-dıqda serverdə 
olan verilənlərin itməməsini təmin edir. Dövrədə kompüteri qidalandıran 
gərginlik açılarsa, o zaman kompüter öz işinə UPS sayəsində davam edəcək, 
kompüterin əməli yaddaşına yüklənmiş proqram və verilənlər itməyəcək. UPS-i 
seçdikdə fikir vermək lazımdır ki, onun gücü serverlərin gücündən az 
olmasın.Transiver – İST-ni yoğun koaksil kabelinə qoşan qurğudur.Repiter – isə 
şəbəkə seqmentlərini birləşdirən qurğudur.Konnektorlar (birləşdiricilər) 
kompüterlərin şəbəkə adapterlərini nazikkabellə birləşdirmək üçündür.Açıq 
kabellərə şəbəkənin qoşulması üçün, həmçinin torpaqlama məqsədilə də istifadə 
oluna bilər.TerminatorlarModem – telefon xətti vasitəsilə LKŞ və ya ayrıca 
kompüteri qlobal şəbəkəyə qoşan qurğudur. 

Yüklə 55,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin