Təhsil pilləsi: bakalavr Təhsil forması: Əyani Kurs



Yüklə 55,47 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix24.12.2023
ölçüsü55,47 Kb.
#191075
1   2   3   4   5
İKT sərbəst iş (4)

Əmrli interfeys 
- kompüter resurslarının idarə olunması üçün 
əmrləri klaviaturadan daxil etməyə imkan verir. 
Əməliyyat sistemlərinin Təsnifatı
əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur: 
sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, 
çoxistifadəçili; 
-
Sistemin idarəsi ilə eyni vaxtda yerinə yetirilən misalların sayına görə 
Birməsələli, çoxməsələli: 
Prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu; 
Prosessorun mərtəbələrinin sayına görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32- 
Mətrəbəli. 64-mərtəbəli, və s.; 
- interfeysin tipinə görə: əmrli va obyektyönlü; 
- informasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxta görə; 
-Resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal. 
Birinci əlmatə görə, biristifadəçili ƏS-dən fərqli olaraq, çoxistifadəçiliəməliyyat 
sistemləri kompütərdə eyni vaxtda müxtəlif terminallarla bir neçəistifadəçinin 
işləməsinə imkan verir.Ikinci əlamətə görə, çoxməsələli anlayışı mövcud 
hesablama sistemi çərçivəsində eyni vaxtda bir neçə proqramın paralel 
yerinəyetirilməsidir.Birməsələli ƏS isə eyni vaxtda yalnız bir proqramın yerinə 
yetirilməsinə imkan verir.Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, 
çoxprosessorlu ƏS bu va ya digər məsələnin həlli üçün bir neçə prosessor 
resurslarının paylanması rejiminə imkan verir.Dördüncü əlamətə görə, ƏS-ləri 
8, 16, 32 va 64 mərtəbəlilərə bölünürlər.Əməliyyət sisteminin mərtəbəsi 
prosessorun mərtəbəsi ilə təyin olunur.Beşinci əlamətə görə, ƏS istifadəçi 
interfeysinin tipinə görə obyektyönlü(qrafiki interfeysli) va əmrli (mətn 
interfeysli) kimi iki hissəyə bölünür.Altıncı əlamətə uyğun olaraq, ƏS-lsri 
aşağıdakı növlərə bölünürlar: 


-Paket emallı: kompüterdə yerinə yetirilməli proqramlara uyğun olaraq 
tapşırıqlar paketi formalaşdirılır və proqramlar mümkün üstünlük dərəcəsini 
Nəzərə almaqla növbəli yerinə yetirilir; 
-vaxt bölgülü (TSR): bir neçe istifadəçinin müxtəlif terminallardan eyni vaxtda 
kompüterə dialoq (interaktiv) rejimində müraciətini təmin etmək üçünƏS 
tapşırıqlara uyğun maşın resurslarını növbə ilə seçir; 
-Real vaxta görə: kompüterə nəzərən bu va ya başqa dərəcədə xarici olanHadisə, 
proses va ya obyektlərlə idarə olunan istifadəçi sorğularına, müəyyən olunmuş 
vaxt ərzində kompüterin cavabını təmin edir. 
Yeddinci əlamətə görə ƏS-ləri şəbəkə və lokal olmaqla iki hissəyə bölünür. 
Şəbəkə ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkəyə qoşulmuş 
kompüter resurslarının idarəsi üçün nəzərdə tutulub. Burada həmçinin şəbəkə 
resurslarının istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur.Şəbəkə 
ƏS-ləri əksər hallarda şəbəkə iüçün nəzərdə tutulmuş, olduqca güclü bir va ya 
daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və 
ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya va ya klient kimi qoşulmuş 
kompüterlərdə da istifadə oluna, bilər.Hal-hazırda geniş yayılan əməliyyat 
sistemlərindən OS/2, DOS, UNIX,Windows NT, Windows 95/98 va 
Windows2000-ni qeyd etmək olar. 

Yüklə 55,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin