29.0.36. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-
kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
29.0.37. təhsil proqramlarını, tədris planlarını və proqramlarını təsdiq etmək;
[86]
29.0.38. mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı
müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
29.0.39. icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
29.0.40.dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;
29.0.41. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş
yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat
tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin
öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud
uşaqların müvafiq olaraq xüsusi
və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv
təhsil siniflərində) təhsilə cəlb edilməsini
və sosial müdafiə müəssisələrinə göndərilməsini
təmin etmək;
[87]
29.0.42. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat,
təchizat və qiymətləndirməni təmin etmək;
29.0.43. dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması
qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək;
[88]
29.0.44. təhsili idarəetmə orqanlarının və dövlət təhsil müəssisələrinin (adambaşına
maliyyələşən təhsil müəssisələri istisna olmaqla) nümunəvi ştatlarını və xərc normalarını
müəyyən etmək;
29.0.45. təhsil sisteminin işçiləri üçün dövlət təltiflərini, fəxri adları müəyyənləşdirmək,
elmi, pedaqoji fəaliyyəti və yaradıcılığı ilə seçilən təhsilverənlər və yüksək akademik nailiyyətləri
ilə fərqlənən təhsilalanlar, o cümlədən respublika fənn olimpiadalarının qalibləri üçün təltiflər,
mükafatlar təsis etmək və digər həvəsləndirici tədbirlər görmək.
Dostları ilə paylaş: