Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 7,62 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix02.01.2022
ölçüsü7,62 Mb.
#1713
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
“Səhiyyəmiz 

yoluxucu 

xəstəliklərlə tam mübarizə 

aparmaq qüdrətindədir

 

-  Bəs  Səhiyyə  nazirliyinin  baş 



epidemioloqu kimi ölkədəki epidemioloji 

vəziyyəti necə xarakterizə edərdiz?

-  Ölkəmizdə  hər  sahədə  gedən 

sürətli  inkişaf,  tərəqqi  göz  qabağın-

dadır.  Aydın  məsələdir  ki,  səhiyyə 

sahəsi də bu inkişafdan kənarda qal-

mayıb. Bu sahə sözün əsl mənasında 

xeyli inkişaf edib. Səhiyyə Nazirliyinin 

Baş  epidemioloqu  kimi  əmin  edirəm 

ki, Azərbaycan digər respublikalardan 

fərqli  olaraq  yoluxucu  xəstəliklərlə 

tam mübarizə aparmaq qüdrətindədir. 

Buna həm səhiyyəmizin cənab prezi-

dentin  diqqət mərkəzində olması, həm 

də maddi cəhətdən imkanlı bir ölkə ol-

mağımız əsas verir. Düzdür, yoluxucu 

xəstəliklərin  müəyyən  qismi  fəsillərlə  

əlaqədar baş qaldırır. Buna isə nəinki 

Azərbaycanda,  dünyanın  inkişaf  et-

miş ölkələrində də rast gəlindiyindən 

narahat olmağa dəyməz. 

Bir  daha  qeyd  edirəm  ki,  Səhiyyə 

Nazirliyinin  ehtiyatı  və  bacarıqlı  mil-

li  kadrların  olması  bizim  yoluxucu 

xəstəliklərlə tam mübarizə aparmağı-

mıza imkan verir. Bundan əlavə, biz öz 

işimizdə həmişə  sayığıq və nə etmək 

lazım olduğunu yaxşı bilirik.  Heç za-

man imkan vermərik ki, ölkəmizdə hər 

hansı epidemiya təhlükəsi yaransın. 

Fərəhləndirici  haldır  ki,  Orta  Asi-

ya  respublikalarının  heç  bi rində 

Azərbaycanla  rəqabətə  girə  biləcək  

tibb müəssisələrinə rast gəlmək müm-

kün deyil. Mən bunu örnəklərlə sübut 

edə  bilərəm.  Hələ  təkcə  Azərbaycan 

Tibb  Universitetinin  nəzdində  hər 

cür  şəraitlə  təmin  olunan,  yüksək 

tələblərə  cavab  verən  onkoloji,  sto-

matoloji,  terapiya,  cərrahiyyə  klinika-

sı  fəaliyyət  göstərir.  İnşallah,  klinika-

ların  sayı  getdikcə  artacaq.  Bundan 

artıq nailiyyət ola bilərmi? Orta Asiya 

respublikalarında  bizdə  olan  şərait 

yoxdur. Bu sahədə nəinki Orta Asiya-

dan, MDB məkanının bir çox respub-

likalardan  irəlidəyik.  Ən  ucqar  dağ 

rayonunda  olan  xəstəxanalarımızda 

istənilən 

cərrahiyyə 

əməliyyatı 

aparmğa  mütəxəssis  və  avadanlığı-

mız kifayət edir. Bizim tibb sahəsində 

dünyaşöhrətli  alimlərimiz  -  Topçuba-

şovlar, Mahmudbəyovlar, Tağızadələr, 

Emin 

Əfəndiyevlər, 



 

Cahangir 

Abdullayevlərimiz  və başqaları olub. 

Bunu  mübaliğəsiz  deyirəm,  götürək 

elə  universitetimizin  rektoru  Əhliman 

Əmiraslanovu.  O,    34  yaşında  SSRİ 

Dövlət  Mükafatına  layiq  görülüb, 

azərbaycanlıdır,  türk  oğludur.  Onun 

fəaliyyəti  dövründə  də  universitetdə 

görülən  müsbət  işlər,  yeniliklər  göz 

qabağındadır. Bunu inkar eləmək olar-

mı?  Bir  sözlə,  Azərbaycan  səhiyyəsi 

günü-gündən tərəqqi edir.                         

                                                   




Yüklə 7,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin