TarġXĠ III-XIII əsrin I rübü


§ 1. FEODAL ĠSTEHSAL ÜSULUNUN



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   2   3   4   5   6   7   8   9   ...   45
§ 1. FEODAL ĠSTEHSAL ÜSULUNUN 

MEYDANA ÇIXMASI VƏ TƏġƏKKÜLÜ 

Cənubi Qafqazda feodal münasibətlərinin çox erkən yarandığı ölkələrdən  biri 

də  Albaniyadır.  Əlbəttə,  feodal  istehsal  üsulunun  baĢlanğıc  addımlarını  izləmək  ço x 

çətindir,  belə  ki,  bu  problem  əvvəlki  dövrün  ictimai  strukturunun  daha  mübahisəli 

məsələləri ilə sıx bağlıd ır. 

Albaniya təbii Ģəraitinin rəngarəngliyi, ayrı-ayrı bölgələrinin özünəməxsusluğu ilə 

fərqlənirdi;  bu  isə  təbii  ki,  ölkənin  ayrı-ayrı  hissələrinin  ictimai  inkiĢafının  qeyri-

bərabərliyində özünü göstərirdi. Ġctimai inkiĢafın daha mütərəqqi formalarının meydana 

çıxması  üçün  ilkin  Ģərtləri  olan  vilayətlərlə  yanaĢı,  burada  elə  bölgələr  də  vardı  ki, 

onlarda təbii Ģərait maldarlığın geridə qalmıĢ formalarının üstünlüyü üçün geniĢ meydan 

açırdı. Buna görə də ölkənin ictimai quruluĢu aparıcı olan, iqtisadi cəhətdən daha inkiĢaf 

etmiĢ  vilayətlərində  erkən  feodal  münasibətlərinin  inkiĢafını  və  özünəməxsus 

xüsusiyyətlərini izləmək mü mkündür. 

Mənbələrin tədqiqi belə nəticəyə gətirib çıxarır  ki, burada  mövcud olan ukladlar 

içərisində üstün və hökmran  olmaq  meylinə  malik  olanı  feodal ukladı  idi.  Albaniyada 

quldarlıq ukladı, Ģübhəsiz ki,  mövcud idi, lakin o, formasiyaya çevrilə bilmədi. BaĢlıca 

siniflər  -  feodal  cəmiyyətinin  azatlar  və  Ģinakanlar  təbəqələri  əsasən  formalaĢdı. 

ġinakanlar  maddi nemətlərin əsas istehsalçıları olan  azad icmaçı kəndlilər idi. Feodal 

asılı  kəndlilərin  formalaĢması,  baĢlıca  olaraq,  kənd  icmasının  təkamülü,  onun 

üzvlərinin  tədrici  əsarəti,  onların  quldarlıq  ukladının  məlu m  rolu  Ģəraitində  əvvəl 

mövcud olan baĢqa müxtəlif qeyri-azad adamlarla yaxınlaĢması yolları ilə baĢ verird i. 

Əvvəlki  bir  çox  əsrlər  ərzində  icmalar  tədricən dövlətin  (dövlət vergiləri  və 

rüsumları,  bir  sıra  mükəlləfiyyətlər  yolu  ilə)  və  dövlət  vasitəsi  ilə  əyanların 

hakimiyyəti  altına  düĢürdü.  Alban  hökmdarları  və  Ġran  Ģahlarının  kəndləri  və 

vilayətləri  öz  vassalları  olan  azatlara və nahararlara geniĢ surətdə paylama siyasətləri 

buna  əlveriĢli  Ģərait  yaradırdı.  Bu  proses  IV-VII  əsrlər  ərzində  davam  etmiĢdi. 

Moisey  Kalankatlı  bir  ço x  kənd  və  vilayətlərin  hakim  sinfin  nümayəndələrinə 


29 

 

bağıĢlanması  haqqında  məlumat  verir.  Feodalizmin  erkən  mərhələsində  kəndlilərin 



istismar edilməsinin əsas forması dövlətin xeyrinə yığılan vergi və mükəlləfiyyətlər, 

feodal  münasibətlərinin  möhkəmlənməsi  dövründə  isə  feodalların  xeyrinə  yığılan 

çoxsaylı  natural  vergilər,  eləcə  də  yardarlıq  idi.  Natural  verginin  iqtisadi 

məqsədəuyğunluğu  təbii-iqtisadi  mühitdən asılı  olan  əkinçilik  istehsalının  Ģəraiti  ilə 

müəyyənləĢirdi. 

Feodaldan  asılı  kəndli  təbəqəsinin  -  sinfinin  formalaĢması  feodal  sinfinin, 

azatlar  təbəqəsinin  əmələ  gəlmə  prosesi  ilə  sıx  bağlı  idi.  Feodallar  sinfinin  ilkin 

kökləri  də  əvvəlki  cəmiyyətin  içərisində  idi.  Ġlk  növbədə,  əvvəlki  azad  icmaçılar 

arasından əyanların yeni qrupunun çıxması və onun köhnə əyanların bir hissəsi ilə bir-

ləĢərək vahid feodal sinfinə çevrilməsi prosesi gedirdi. 

Bununla  yanaĢı,  vilayətlərin  hökmdar  tərəfindən  təyin  edilmiĢ  hakimləri  - 

nahararlar  tədricən öz  vəzifələrini  irsi  vəzifəyə  çevirdilər,  onu  atadan  oğula vermək 

hüququ  əldə  etdilər.  Nəticədə  onlar  vilayətin  inzibati  b aĢçısından  həmin  yerin 

torpaqlarına sahiblik hüququnu əldə etmiĢ feodala çevrildilər. 

IV-V əsrlərdə dövlət torpaq fondu tədricən azalır. Onun xeyli  hissəsi feodal 

xanədanlarına  -  patronimiyalara  məxsus  olur.  Feodalizmin  dərinləĢməsi  prosesində 

hakim  təbəqə  - sinif  olan  azatlar  bir  neçə  kateqoriyaya bölünürdü;  bunların  ən  alisi 

vilayət  və  nahiyə  sahibləri  idilər.  Alban  cəmiyyətindəki  sosial  təbəqələrin  sonrakı 

qütbləĢməsi  IV-VII  əsrlərdə  Albaniyada  bir  ço x  feodal  siyasi-inzibati  vahidlərin  - 

nahararlıqların yaranmasına gətirib çıxardı. 

Feodal  münasibətləri  möhkəmləndikcə  nahararlıqlardakı  bütün  hakimiyyət 

patronimiyaların  -  feodal  xanədanları  baĢçılarının  əllərində  cəmlənirdi.  VI  əsrdən 

etibarən nahararlığın  baĢçılarını  ifadə edən  terminlər  içərisində  iĢxan  (içxan)  termini 

üstünlük  təĢkil  etməyə  baĢladı.  Bu  baĢçıların  hakimiyyətləri  daha  çox  siyasi-inzibati 

səpki kəsb etdikcə, qəbilə üsuli-idarəsi ilə bağlı olan terminlər (nahapet, azqapet) feodal 

hakiminin  mövqeyini  daha  dolğun  bildirən  iĢxan  termini  ilə  sıxıĢdırılır.  ĠĢxan  titulu 

"hökmran", "sahib", "ağa" mənasını ifadə edir. Erkən feodalizm dövründə dövlət mül-

kiyyəti formasının üstün olması dövlətin mərkəzləĢməsinə, hökmdar hakimiyyətinin həm 

dünyəvi, həm də dini həyat sahələrində imtiyazlarının geniĢlən məsinə doğru aparırd ı.  

Alban  hökmdarı  ölkənin  qanunvericisi  və  ali  hakimi  idi;  dünyəvi  və  dini 

hakimiyyətin  qanunverici  və  məĢvərətçi orqanı, ölkənin bütün silahlı qüvvələrinin baĢ 

komandanı  idi.  Kilsə  məclislərini  də  o  çağırırdı.  Ġyerarxiya  sisteminin  təĢəkkülü, 

süzerenlik və vassallıq münasibətlərinin formalaĢması meyli açıq görünürdü. QonĢu Ġran, 

Ermənistan  və  Gürcüstanda  olduğu  kimi,  Albaniyada  da  "Qaxnamak"da  ("Dərəcələr 

fərmanı"nda)  əks  olunmuĢ  feodal  iyerarxiyası  mövcud  idi.  Hər  bir  feodal-azat 

patronimiyası  dərəcələrin  bu  xüsusi  cədvəlinə  öz  qüdrət  və  mövqeyinə  müvafiq 

ardıcıllıqla  qeyd  edilirdi.  Ġlk  on  patronimiya,  nəsil  böyük,  qalanları  isə  kiçik  nəsillər 

sayılırd ı. 

Hər  bir  patronimiyanın  baĢçısı  hökmdar  süfrəsi  arxasında  da  bu  ardıcıllıqla 

oturdulurdu.  Patronimiyanın  "mənsəb  və  Ģan-Ģöhrəti"  onun  iqtisadi  qüdrəti,  siyasi 



30 

 

vəziyyəti və təqdim etdiyi qoĢunun sayı ilə müəyyənləĢirdi. "Dərəcə fərmanı" azatlar 



iyerarxiyasının sıra düzümünü təyin edir, ölkənin ictimai-siyasi həyatında hər bir azat 

patronimiyasının  yerini  və  mövqeyini  müəyyənləĢdirirdi.  Albaniya  və  Ġran 

hökmdarlarının vassalları olan alban azatları hərbi qüvvə verməli, öz sosial mənsəblərinə 

müvafiq olaraq sarayda xid mət etməli,  müharibələr zamanı  mü xtəlif dövlət  - inzibati 

funksiyalarını yerinə yetirməli idilər. Ruhanilərlə birlikdə onlar da can vergisindən azad 

edilirdilər. Albaniya və Ġran hökmdarlarına hərbi xid mətləri  müqabilində azatlar torpaq 

payları alırdılar. 

III-VII  əsrlərdə Albaniyanın  ictimai  istehsalında  feodal  münasibətləri  hakim 

idi.  Feodal  torpaq sahibliyi  torpaq üzərində  dövlət  və  xüsusi  mülkiyyət  formalarının 

qarĢıdurması Ģəraitində təĢəkkül tapmıĢdı. Dövlət mülkiyyəti dövlət domeni (bu halda 

da  renta  və  vergi  üst-üstə  düĢürdü)  və  feodalların  xid məti  xüsusi  mülkiyyətində 

olan  torpaqlar  üzərində  mü lkiyyətlə  məhdudlaĢırdı.  Feodalizmin  erkən  dövründə 

(təqribən  III-VI  əsrlərdə)  torpaq  üzərində  dövlət  (hökmdarın  Ģəxsində)  mü lkiyyət 

forması  üstünlük  təĢkil  edirdi.  Feodal  fo rmasiyasını  feodal  cəmiyyətinin  siyasi 

strukturu da xarakterizə edir; bu strukturun əsas əlamətləri -  mü lkiyyət hüququnun 

hədsiz parçalan ması, siyasi hakimiyyətin  xırdalan ması, dövlətə  məxsus hüquqların 

Ģəxsi  mənafe baxımından istifadə edilməsi id i. AraĢdırmalar feodal formasiyasının 

bütün bu atributlarının A lbaniyada da aĢkar olduğunu sübut edir. 



   

 

 

 

§ 2. ƏHALĠNĠN SĠNFĠ VƏ SOSĠAL TƏRKĠBĠ 

 

ġimali  A zərbaycanın  -  Albaniyanın  bütün  əhalisi  feodal  cəmiyyətin in 



sosial  əsasını  təĢkil  edən  iki  antaqonist  sinfə  (zü mrəyə),  feodallar  (azatlar)  və 

kəndlilər (şinakanlar) sinfinə (zü mrəsinə) bölünürdü. 

Albaniyanın  kübar  əyanlarına  qarĢı  qoyulan  bütün  imtiyazsız,  istismar 

olunan kütləsi eynimənalı  iki terminlə ifadə edilirdi:  şinakan ("Avesta"dakı "kənd 

sakini", "kəndli") və ramik (farsca "kütlə", "sürü", "qrup"). 

Real olaraq Ģinakanlar erkən feodal cəmiyyətinin  kəndli sinfi  -zü mrəsini, 



ramiklər isə qara camaatın ü mu mi ad ını b ild irird i. 

Aquen  məclisinin  alban  qanunlarında  dindarlar  iki  kateqoriyaya 

bölünürlər:  əyanlara  -  azatlara  və  Ģinakanlara.  Burada  Ģinakanlar  bütün  vergi 

verənləri nəzərdə tuturdu. Beləliklə, qanundan məlu m olur ki, ġ imali A zərbaycanın 

-  Albaniyanın  əsas  vergi  verən  zümrəsi  kəndlilər  idi.  Kəndin  əmla ka  görə 

təbəqələĢməsi prosesi dərinləĢird i. Albaniyada  üç kateqoriya kəndli vard ı: varlılar, 

kasıblar,  torpaqsızlar.  Torpaqsız  kəndlilər  yardar  -  icarədarlara  çevrilir  və  ya 

feodalın  yanında  mu zdur  olurdu lar.  Ölkənin  əsas  istehsalçıları  azad  kəndlilər, 

icmaçılar və feodaldan asılı kəndlilər idilər.  


31 

 

Ġcma  baĢçısı  -  kəndxuda  icma  üzv ləri  tərəfindən  dini  ayinlərin  yerinə 



yetirilməsi  üçün  kilsə  qarĢısında  məsuliyyət  daĢıyırdı.  Ehtimal  ki,  o,  həm  də 

kəndlilər  tərəfindən  dövlət  mükəlləfiyyətlərin in  yerinə  yetirilməsi  üçün  də  məsul 

idi.  Görünür  ki,  icmaçılar ü zərinə vergilərin qoyulması və bu vergilərin y ığılması, 

torpaqdan  istifadə  məsələlərinin  n izamlan ması,  suvarma  suyunun  bölüĢdürülməsi 

iĢləri bilavasitə onun vəzifəsi idi. 

Albaniyada  feodaldan  asılı  kəndlilərin  formalaĢ masında  baĢlıca  rolu  

kəndli  icmasının  təkamü lü,  onun  üzvlərinin  tədricən  əsarət  altına  düĢməsi  və 

onların  azad  olmayan  baĢqa  adamlarla  yaxın laĢması  oynamıĢdır.  A lbaniyada  qul 

əməy i  tətbiq  olunurdu.  Belə  ki,  Favstos  Buzandın  məlu matına  görə,  alban 

hökmdarı Urnayr öz qoĢununa müraciətlə belə demiĢdi: " Yad ınızda saxlay ın ki, biz 

romalı  döyüĢçüləri  əsir  aldıqda,  əksəriyyətini  sağ  qoymalı,  əl-qollarını  bağlay ıb 

Albaniyaya  gətirmə li,  onları  dulusçu,  daĢyonan,  Ģəhərlərimizi,  saraylarımızı  və  s. 

tikən kimi iĢlətməliyik". 

Moisey  Kalankatlın ın  "Alban tarixi"ndə  də  V  əsrdə  və sonrakı  dövrlərdə 

Albaniyada olan qullar haqqında mə lu mat verilir; bu, "Mömin" Vaçaqanın sehrbaz 

və  cadugərləri  qula  çevirməsi  haqqındadır.  IV-V  əsrlərdə  A lbaniyada  qul 

ehtiyatının əsas mənbəyi müharibələr, habelə ağır cinayətlər (din əleyhinə əməllər) 

idi. 


Erkən  feodalizm  dövründə  Albaniyada  primitiv  formada  olsa  da,  yalnız 

uklad  kimi  qalan  quldarlıq  ölkənin  iqtisadiyyatında  aparıcı  ro l  oynamırdı.  Qul 

əməy indən dövlət tikintilərində və ev təsərrüfatında istifadə olunurdu. 

Feodal  sinfinin  -  zü mrəsinin  fo rma laĢması  prosesi  feodaldan  asılı  kəndli 

sinfinin  -  zü mrəsinin  yaranması  ilə  sıx  ə laqədə  idi.  Antik  dövrün   son  və  orta 

əsrlərin  ilk  yü zillərində  əvvəllər  azad  olan  icmaçılar  içərisindən  yeni  qrup 

əyanların ayrılması və onların tədricən  köhnə əyanların bir h issəsi ilə vahid feodal 

sinfində -zü mrəsində birləĢ məsi prosesi gedirdi.  

V-VI əsrlərdə Albaniyada feodal  sinfinin -  zü mrəsinin  forma laĢması baĢa 

çatdı:  mənbələrdə  bu  sinif  -  zü mrə  ço xsaylı  mü xtəlif  terminlərlə,  baĢlıca  olaraq 

kəndlilərə  - Ģinakanlara  müqabil o lan "azat", "naharar" terminləri  ilə ifadə edilirdi. 

"Azat"  (farsca  "nəcib",  hərfən:  "qəbilə  daxilində  doğulmuĢ")  termini  mənaca  çox 

geniĢdir:  1)  azatlar  bütün  hakim  feodallar  sinfin i  bild irərək,  onların  sosial 

vəziyyətini  göstərir;  2)  azat  feodal  nəslinin  -  patronimiyasının  hər  hansı  üzvünü  - 

həm patronimiya baĢçısını, həm də onun oğulların ı ifadə edir.  

Mənasının geniĢliyinə görə, "azat"dan sonra ikinci yerdə "naharar" termini 

idi (parfiya dilində "əzəl sahib olan", "ilkin sahib").  

Azat  termini  kimi  bu  termin  də  feodal  patronimiyasının  bütün  üzvlərini, 

eləcə də bütövlükdə feodal zü mrəsini bildirirdi. 

Feodal  naharar  xanədanları  (patronimiyala rı)  torpağa,  suya  malik  olur, 

ölkəni  qoĢun,  hərbi  qüvvə  ilə  təchiz  edirdilər.  Nahararlar  vergilərdən  azad  idilər. 

Onların baĢlıca vəzifəsi hökmdara hərbi xid mət idi. Kəndli icmaları - kəndlər əvvəlcə 



32 

 

naharar xanədanlarının himayəsi, sonra idarəsi, daha sonra isə hakimiyyəti altına  keçir, 



onların əhalisi isə hüquqi baxımdan keçmiĢdəki asılı adamlar kateqoriyasına yaxınlaĢırdı. 

Naharar xanədanları bütöv vilayətlərə və ya nahiyələrə hökmranlıq edirdilər. Lakin IV 

əsrdən etibarən naharar xanədanlarının kiçik üzvləri - sepuxlar (orta fars dilində "nəslin 

oğlu")  ayrılırlar,  yəni  torpaq  üzərində  patronimiya  -  ailə  mülkiyyətinin  və  mayorat 

hüququnun yerinə əsil feodal mülkiyyəti və sepux hüququ gəlir. 

Azatlar - nahararlar böyüklərə və kiçiklərə ayrılırdılar. Bu bölgünün əsasında 

naharar  nəslinin  -  patronimiyasının  iqtisadi,  siyasi  vəziyyəti,  patronimiyanın  malik 

olduğu hərbi qüvvə dururdu. 

Böyük  və  ya  kiçik  naharar  dərəcəsini,  tədqiqatçıların  indiyədək  güman 

etdikləri  kimi,  ayrıca  bir  naharar  deyil,  bütün  naharar  patronimiyası  alırdı.  Hər  bir 

feodal-naharar patronimiyası ölkənin  ictimai-siyasi həyatında müəyyən yer və mövqe 

(dərəcə)  tuturdu.  Xüsusi  dərəcə  fərmanları  (dərəcə  cədvəlləri)  hər  bir  naharar 

xanədanının  (patronimiyasının)  yerini  müəyyənləĢdirirdi.  Ġri  feodal  -  nahararlarla 

hökmdar  arasında,  eləcə  də  böyük  və  kiçik  feodallar  arasında  qarĢılıqlı  münasibət 

vassal xidməti ilə həyata keçirilirdi. 

Feodallar sinfində - zü mrəsində onlarla birgə sosial vəziyyətinə görə azatlara 

bərabər tutulan ruhani feodalların geniĢ təbəqəsi formalaĢırd ı. 

Xristianlığın yayıldığı və bərqərar olduğu ilk əsrlərdə alban ruhaniləri iqtisadi 

və siyasi cəhətdən zəif idilər. Alban katolikos luğunun hakimiyyəti nominal idi.  Kilsə 

məsələlərinin  həllində  alban  ruhaniləri  aparıcı  rol  oynamırdılar.  Aquen  qanunları 

kilsənin,  ruhanilərin  müstəqilliyinin  qərarlaĢması  prosesini,  onların  tədricən 

güclənməsini  əks  etdirir.  Ruhanilər  hələlik  kübar  əyanlar  qarĢısında öz  hüquqlarını 

müdafiə  edir,  onların  özbaĢınalığını  məhdudlaĢdırmağa  və  hüquqca  onlarla 

bərabərləĢməyə çalıĢırdılar. 

Albaniyanın  kübar  əyanları  kimi,  ruhanilər  də  imtiyazlardan,  vergi 

azadlığından istifadə edirdilər. 

 

 

 



 

§ 3. TORPAQ SAHĠBLĠYĠ VƏ TORPAQDAN 

ĠSTĠFADƏ 

 

III-IV  əsrlərdə  Albaniyada  aĢ ağıdakı  torpaq  sahibliyi  kateqoriyaları 



mövcud  idi:  1)  torpaq  üzərində  dövlət  mü lkiyyəti  (və  ya  torpaq  üzərində  ali 

mü lkiyyət);  2)  atadan  qalma  (aqnatik)  torpaq  mülkiyyəti  (nəsildən -nəslə  keçən 

himayəçiliklə əldə edilən torpaq mülkiyyəti); 3) hökmdar domen i; 4)  xüsusi feodal 

torpaq  mülkiyyəti;  5)  kilsə  torpaq  mülkiyyəti;  6)  kəndli  və  icma  torpaq  mü l-

kiyyəti. 

III-VII əsrlərdə  feodal  münasibətlərinin  inkiĢafı,  feodallar sinfi və torpaq 



33 

 

üzərində  xüsusi  feodal  mü lkiyyətinin  formalaĢ ması  ilə  əlaqədar  əsas  torpaq 



fondunun  dövlətdən  tədricən  kübar  nəsillərin  əlinə  keçməsi  baĢ  verir.  Torpaq 

fondunun  yenidən bölünməsi  isə,  ö z  növbəsində,  bu  fondu  və  kəndlilər  ü zərində 

ağalığı  ələ  keçirə  bilmiĢ  iri  feodalların  getdikcə  artan  separatizminə  qarĢı  dövlət 

hakimiyyətinin arams ız mübarizəsinə gətirib çıxarır. 

Cənubi Qafqazın digər ö lkələrində və Ġranda olduğu kimi, Albaniyada da 

torpaq  üzərində  dövlət  mülkiyyəti  ilə  yanaĢı,  hökmdarın  bilavasitə  özünün,  çox 

güman,  vahid  dövlət  mülkiyyətinin  dağılması  prosesində  yaranan  torpaq  mülkləri 

(hökmdar  domeni)  də  var  idi.  Belə  torpaqlar  dövlətin  mü xtəlif  vilayətlərində 

mövcud idi.  Bu, Mo isey Kalankatlının alban hökmdarı  II  Vaçenin "öz Ģəxsi payı", 

digər alban hökmdarı III  Vaçaqanın öz qızının adına  mü lk  (dastakert) bina etməsi 

haqqında  məlu matları  ilə  təsdiq  olunur;  bununla  yanaĢı,  alban  hökmdarlarının  qıĢ 

iqamətgahı  kimi  Xalxal  Ģəhəri,  "Albaniyanın  böyük  knyazları  mihran ilərin"  taxt -

tac vilayəti  kimi  Gird iman haqqında  məlu matlar da hökmdar domen inin olduğunu 

sübut edir.  Bu  mülklər hökmdar nəslin in üzv ləri arasında  xırdalanaraq, daha kiçik 

mü lklərə  bölünür  və  beləliklə,  hökmdarın  atadan,  qalma  torpaq  mülkiyyəti 

sonradan inkiĢaf edərək, xüsusi torpaq mülkünə çevrilirdi.  

Hökmdar do menindən baĢqa mövqeyi III-V əsrlərdə hələ də güclü olan və 

adlı-sanlı  nəsillərə  məxsus  aqnatik  torpaq  mülkiyyəti  də  mövcud  idi.  Lakin 

mayorat  hüququna  (torpağın  atadan  böyük  oğula  keçməsi)  əsaslanan  bu  torpaq 

mü lkiyyəti  IV-VI  əsrlərdə  dağılmağa  baĢlayır  və  onun  yerinə  torpaq  üzərində 

xüsusi  feodal  mü lkiyyəti  hüququ  gəlir.  Xüsusi  feodal  torpaq  mülkiyyəti  öz 

növbəsində  iki  formada  mövcud  idi:  1)  icma  torpaq  sahibliyinin  ("allod"un) 

dağılması  və  torpaqların  dövlət  tərəfindən  hakim  sinfin  nümayəndələrinə  irsi  mülk 

hüququnda  paylanılması  nəticəsində  meydana  çıxan Ģərtsiz  və ya  irsi torpaq sahibliyi 



(dastak ert);  2)  torpaqların dövlət  tərəfindən hakim  sinif  nümayəndələrinə vassal  xid-

məti müqabilində müvəqqəti paylanması nəticəsində meydana çıxan Ģərti torpaq sahibliyi 



(xostak).  ġərti  torpaq  sahibliyinin  irsi  torpaq  sahibliyinə  -  dastakertlərə  çevrilməsi 

meyli var  idi. Dastakertlərin sahibləri - hökmdar, feodallaĢmaqda olan əyanlar və təzə 

meydana  çıxan  iri  feodalla r  (irsi  mülk  sahibləri),  xostakların  sahibləri  isə  hərbi 

xid mətdə olan xırda zadəganlar (azatlar) və ruhanilər idi. 

Erkən feodalizm dövründə Ģərtsiz torpaq sahibliyi (dastakert) üstünlük təĢkil 

etsə də, sonrakı  dövrdə  birincilik  Ģərti torpaq sahibliyi  formasına  keçir.  Kilsə  torpaq 

mülkiyyəti  dünyəvi  feodal  mülkiyyətindən  fərqlənmirdi.  Torpaq  üzərində  tam 

mülkiyyət  hüququ  kilsəyə  məxsus  idi.  Kilsə  -  monastır  torpaq  sahibliyi  xristianlığa 

qədərki keçmiĢ məbəd torpaqlarından, habelə dövlətin (hökmdarın) və xüsusi Ģəxslərin 

bəxĢiĢ  verdikləri  torpaqlardan  meydana  çıxmıĢdı.  Kilsə  qulluqçuları  dini  xid mət 

müqabilində torpaq payı -xostak ilə təmin olunurdular; lakin cahillik və bacarıqsızlıq 

nümayiĢ etdirmiĢ və ya qəbahət iĢlətmiĢ kilsə xadimləri torpaq payından məhrum edilə 

bilərdilər.  Ġcma  və  xüsusi  kəndli  mülkiyyətləri  də  mövcud  idi.  Bu  kateqoriyalar 

arasında xüsusi feodal torpaq sahibliyi inkiĢaf etmə və hakim forma kimi bərqərar olma 



34 

 

meylinə malik idi. Ölkənin qeyri-bərabər inkiĢafını nəzərə alaraq onu da qeyd etmə-



liyik  ki,  bu  nəticələr  Albaniyanın  ictimai  quruluĢu  aparıcı  olan  daha  inkiĢaf  etmiĢ 

vilayətlərinə aiddir. 

TarixĢünaslıqda uzun  müddət  alban  dastakertlərinin əsas  istehsalçıları  qullar 

olan iri mülklər olduğu fikri hakim idi. Lakin araĢdırmalar bu nöqteyi-nəzərin heç b ir 

zəminə  əsaslanmadığını  nümayiĢ  etdirdi.  Sübut  edildi  ki,  Albaniya  dastakertlərinin 

əsas  istehsalçıları  torpaqsız,  lakin  Ģəxsən  azad  kəndlilər,  yardar-  icarəçilər  olmuĢdur. 

Yardar  xırda  kəndli  təsərrüfatını  idarə  edir,  məhsulun  müəyyən  hissəsini  feodala, 

dövlətə və ya onların hər ikisinə verməklə, icarə etdiyi torpağı əsrlər boyu becərirdi.  

Torpaq  sahibliyinin  icarə  forması  ilə  yanaĢı,  Albaniyada  icma  torpaq 

mülkiyyətinin də mövqeyi güclü idi. Burada icma pay torpağına malik azad kəndlilər 

hələ  uzun  müddət  mövcud  olmuĢlar.  Ġcmaçı  kəndlilər  hökmdar  xəzinəsinə  vergilər 

verir və ayrı-ayrı mü kəlləfiyyətləri yerinə yetirird ilər. 

 

 

 



 

§ 4. ĠSTĠSMAR FORMALARI 

 

Albaniyada  feodal  istismarının  bütün  əsas  formaları  mövcud  idi.  V  əsrdə 



çağırılmıĢ Aquen məclisinin qərarlarında Ģinakanların kilsə tərəfindən istismarı haqqında 

cüzi  məlu mat vardır. Bu məlumat feodal münasibətlərinin ilkin inkiĢafı dövründə əsas 

istismar  formasının  natural  töycü  alınması  olduğu  gümanına  gətirir.  Kilsə  vergiləri 

mü xtəlif  xarakter  və  müvafiq  olaraq  müxtəlif  ad  daĢıyırdılar.  Aquen  qanunları 

aĢağıdakı kilsə vergilərini qeyd edir: can vergisi, kilsə "onda biri", məhsul vergisi, ruhun 

rahatlanması üçün alınan vergi. Məclisin can  vergisinə  həsr edilmiĢ  üçüncü  qanununda 

deyilir: "Azat və hökmdar nəslindən olan adam can payı üçün qoy sağlığında öz əli  ilə 

bir yəhər - yüyənli at və bir də nə bacarırsa, onu versin. Əgər özü sağlığında can payı 

verməsə, ölü mündən sonra bunu ailəsi verməlidir". 

Qanunun  mətnindən  göründüyü  kimi,  burada  söhbət  can  vergisinin  ancaq 

əyanlar  tərəfindən  ödənilməsindən  gedir.  Lakin  sosial  və  zümrə  fərqlərindən  asılı 

olmayaraq, hamı üçün zəruri olan bu vergi növü ödəniĢ xarakterinə görə hamı üçün bir 

deyildi. 

Yu xarıda  xatırladığımız qanunda əyanların xüsusi qeyd edilməsi can vergisi 

qədərinin onlar üçün sabit müəyyənləĢdirildiyini göstərir. Qara camaat, o cümlədən heç 

bir  imtiyazı  olmayan  zümrələr  isə  can  vergisini  imkanları  çatan  miqdarda  ödəyə 

bilərdilər. 

Kilsə "onda biri" haqqında Aquen məclisinin 18-ci qanununda deyilir: "Onda 

bir  ödəyən  azatlar  onun  yarısını  baĢ  (kafedral)  kilsəyə,  yarısını  isə  özlərinin  "azat" 

kilsəsinə verməlid irlər". 

Burada bir  məsələ qaranlıq qalır:  imtiyazı o lmayan zümrələrdən "onda bir" 


35 

 

alınırdı, yoxsa yox? Çox güman ki, verginin bu növü Albaniyada da hamı üçün nəzərdə 



tutulurdu və bütün xristianlardan gəlirlərinin onda bir hissəsinə müvafiq olaraq alınırdı. 

Kilsə vergilərindən biri olan "məhsul" həm də feodal vergisi idi. 

Aquen  məclisinin qəbul etdiyi  dördüncü  qanununda  deyilir:  "Xalqın  kilsəyə 

verəcəyi məhsullar bu qaydada ödənilməlidir: varlı dörd qriv

1

 buğda, altı qriv arpa və 



on  altı  ölçü  çaxır  verir;  yoxsul  taxılı  iki  dəfə  az,  çaxırı  isə  imkanı  çatan  qədər 

verməlidir,  ancaq  əkin yeri və  üzümlüyü  olmayanlardan vergi  alınmamalıdır.  Qoyunu 

olan bir qoyun, üç çəngə (?) yun və bir (?) pendir verir, atı olan bir  dayça, mal-qarası 

olan bir bu zov verir". 

Göründüyü  kimi,  məcburi  kilsə  vergisi  olan  "məhsul"  təkcə  əkinçilik 

məhsullarından  deyil,  həm  də  bütün  təsərrüfat  məhsullarından  qəti  müəyyən  edilmiĢ 

miqdarda qəbul olunurdu. 

Aquen  məclisinin  beĢinci  və  on  doqquzuncu  qanunları  Albaniyada  vəfat 

edənlərin qohumları tərəfindən kilsəyə verilən "ruhun rahatlanması üçün" alınan vergi 

növünün olduğunu təsdiq edir. On doqquzuncu qanunda yalnız adı çəkilən bu verginin 

əsas  məğzi  məhz  beĢinci  qanunda  açılır:  "Azat,  Ģinakan  və  ya  baĢqa  bir  dindar 

mərhumları  zəhmətlərinin  bir  hissəsindən  məhrum  etməmək  üçün  imkan  daxilində 

ölənin xatirəsinin yad edildiyi illik  ibadəti ötürməməlidir. Əgər mərhumun atı olmuĢsa, 

kilsəyə bir at, öküzü olmuĢsa, bir  öküz  verməlidir".  Bu  qanundan görünür  ki,  "ruhun 

rahatlanması" vergisinin qədəri müəyyən edilmiĢdi. Həmçinin Ģübhə doğurmur ki, nə atı, 

nə də öküzü olmayandan mərhumun ruhunun rahatlanması üçün heç nə alın mırd ı. 

Aquen qanunlarının təhlili göstərdi ki, dini qayda-qanun kilsənin və ruhanilərin 

xeyrinə  olan  nəzirlərin  miqdarını  müəyyənləĢdirmiĢ ,  bununla  da  könüllü  nəziri 

müntəzəm alınması nəzərdə tutulmuĢ kilsə vergisinə çevirmiĢdi. 

Bu  vergilərin  ödənilməsi  kəndlilərin  və  zəh mətkeĢ  əhalinin  digər 

təbəqələrinin  istismarı  formalarını  aydınlaĢdırmağa  imkan  verir.  Aquen  qanunlarının 

çoxsaylı  kilsə  vergiləri  haqqında  verdikləri  məlumat  həm  dini, həm  də  dünyəvi  tarix 

üçün  mühüm  əhəmiyyətə  malikdir.  Bu  vergilər  mənĢəcə  Bibliya  vergilərinə  əsas -

lansa da onların adları, bəzən isə xarakterləri qismən də olsa yerli  dünyəvi vergilərlə  

üst-üstə düĢür. 

Azad Ģinakanlar kilsə feodal istismarından əlavə daha ikiqat zülmə  - öz a lban 

dövlətləri,  eləcə  də  yerli  dünyəvi  feodalların  zülmünə  məruz  qalırdılar.  Əkinçi 

icmaçılar  (Ģinakanlar)  dövlət  əkinçiləri  kimi  hökmdarın  təsərrüfat  iĢləri  baxıcısına 

torpaq vergisi, habelə baĢqa çoxsaylı vergilər ödəyirdilər.  

IV-V  əsrlərdə  irsi  xüsusi  torpaq  sahibliyinin  inkiĢafı  və  əmtəə-pul 

münasibətlərinin  canlanması  Ģəraitində  dövlət  rentası  həm  natura,  həm  də  pulla 

alınırdı.  Müxtəlif  əməllərə  görə cərimələr  də pulla ödənilirdi. Kənd icması vergi vahidi 

olaraq qalırdı. Vergi ellik zəmanət əsasında bütün icmadan alınırdı. Dövlət torpaqlarında 

iĢləməklə ödəmə rentası (yolların çəkilməsi, qalaların, müdafiə qurğularının, sarayların  

 

1

 Qriv - çəki vahidi; təqr. 9,729 q  



 

36 

 

tikintisi və s.) də mövcud idi. 



Beləliklə,  əkinçi  icmaçılar  -  Ģinakanlar  dövlətin,  feodalların  (azatların), 

kilsənin xeyrinə tikinti və hərbi mükəlləfiyyətlərini  yerinə yetirərək, bunun üçün ellik 

zəmanətlə cavabdeh olurdular. 

Albaniyanın  Sasani  Ġranından  vassal  asılılığı  yerli  əhalinin həm  də  Sasanilər 

tərəfindən istismar edilməsinə səbəb olmuĢdu. 

ġahənĢah  Kəvad  zamanı  vergi  sistemində  baĢlamıĢ  yenidənqurma  I  Xosrov 

ƏnuĢirəvan  tərəfindən  baĢa  çatdırıldı.  Onun  həyata  keçirdiyi  siyasi-inzibati  və  vergi 

islahatlarından  sonra  alban  əhalisinin  istismarı  xüsusilə  gücləndi.  Torpaq  vergisinin 

(xaraqın) düzgün ödənilməsi üçün "çöl, düz və dağlar" siyahıya alındı. Əvvəlki  "tüstü" 

pulu vergisini əvəz edən can vergisini almaq üçün əhalinin  yenidən siyahıya  alınması 

keçirildi. 

Torpaq  vergisini  heç  bir  fərq qoymadan əhalinin bütün təbəqələri  ödəyirdi, 

can vergisi isə ancaq aĢağı zümrələrdən - kəndlilərdən və Ģəhərlilərdən alınırdı. 

Xəzər  iĢğalından  sonra  Albaniya  yeni  vergilərə  məruz  qaldı.  628-ci  ildə 

xəzərlərin  ikinci  yürüĢündən  sonra  faktiki  olaraq  xəzərlər  tərəfindən  iĢğal  olunan 

Albaniya, siyasi  cəhətdən onlara tabe  edildi;  xəzərlər  Albaniyanı özlərinə  tabe  ərazi 

elan  etdilər.  629-cu  ildə  Albaniyada "Ģimal  hökmdarı"  (yəni,  xəzər  xaqanı)  tərəfindən 

göndərilmiĢ vergiyığanlar göründülər; onlar hələ I Xosrov dövründə əhalinin siyahıya 

alın ması  əsasında  tərtib  edilmiĢ  kadastrları  rəhbər  tutdular.  Alban  tarixçisinin 

məlu matına  görə,  xəzərlər  də  farslar  kimi,  Ġran  məmləkətinin  keçirdiyi  siyahıya-

almaya uyğun olaraq əhalidən didrahma

1

 tələb edirdilər. 



Moisey Kalankatlının yazdığına görə, ġimal hökmdarı qızıl əldə etmək, gümüĢ 

əritmək,  dəmir  çıxarmaq  və  mis  emal  etmək  sahələrində  çalıĢan  sənətkarlara 

nəzarətçilər təyin etdi. 

Vergi  tutmaq  məqsədilə  alverçi,  tacir  və  bazarlara,  eləcə  də  Kür  və  Araz 

çaylarından balıq tutulmasına nəzarət edən müfəttiĢlər müəyyənləĢdirildi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1

 Didrahma - Bizans qızıl pulu (6,8 q) 



37 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin