Bunlar birbaşa qaynağını yer qabığı ya da yerin dərinliklərindən edən təbii fəlakətlərdir:
Zəlzələ
Sürüşmə
Vulkan püskürməsi
Sunami
Meteoroloji mənşəlilər
Atmosfer dəki təbiət hadisələri nəticəsində meydana gəlirlər.
Sel
Daşqın
Uçqun
Tufan
Quraqlıq
Meşə yanğınları
İqlim dəyişiklikləri
Xortum
Erozya
Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Azərbaycanın dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır.