Sumqayıt Dövlət Universitetinin fiologiya faküLTƏsi azərbaycan dili və


Azərbaycan Dilinin Qoruyucusu və İnkişafının Mimarı



Yüklə 103,28 Kb.
səhifə7/8
tarix07.01.2024
ölçüsü103,28 Kb.
#211439
1   2   3   4   5   6   7   8
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN DILI

Azərbaycan Dilinin Qoruyucusu və İnkişafının Mimarı

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm...”. Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli lideri, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, rəhbər uzaqgörənliyi ilə xüsusi qayğı göstərib.

Hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması, nəticədə Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Heydər Əliyevin şərəfli xidməti idi. Azərbaycan dilinə o tarixi xidmət bu gün, müstəqillik dövründə daha böyük miqyasda davam etdirilir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı, dahi şairimiz Məhəmməd Füzulinin 500, Azərbaycan varlığının ensiklopediyası sayılan “Dədə Qorqud” eposunun 1300 illiyinin dünya miqyasında təntənə ilə qeyd edilməsi, respublikamızda Azərbaycan dili haqqında qanunun ciddi elmi-praktik müzakirələri bunu bir daha təsdiq etdi.

Ulu öndər Heydər Əliyevin doğma Azərbaycan dili uğrunda on illər boyu necə şərəflə, cəsarətlə, elmi-nəzəri əsaslara söykənən prinsipiallıqla mübarizə aparması, obyektiv, real nəticələrə nail olması dünyada yaşayan bütün azərbaycanlılara, 50 milyonluq Azərbaycan xalqına ən gözəl nümunədir. Onun dil siyasətinin uğurları bütün incə, “görünməz” məqamları ilə öyrənilməli, ciddi elmi-analitik təhlil, tədqiq yolu ilə xalqımıza, xüsusilə gənc nəslə çatdırılmalıdır.

Ulu öndər Heydər Əliyevin bitkin elmi-nəzəri əsaslara, praktik tətbiqə əsaslanan Azərbaycan dili siyasəti böyük uğurlar qazanıb desək, yanılmarıq. Vaxtı ilə öz doğma dilində danışa bilməyən, yaxud danışmaq istəməyən bir sıra yüksəkvəzifəli dövlət məmurları Heydər Əliyevin ciddi tələbkarlığı nəticəsində indi Azərbaycan dilində sərbəst danışırlar; ümumiyyətlə, dövlət dilimizə kompaniyaçılıqdan uzaq olan daimi diqqət və qayğı cəmiyyətimizin milli dil mühitinin - dövlət dili mühitinin əsaslı şəkildə genişlənməsinə, əsl ümumdövlət xarakteri almasına gətirib çıxarmışdır. Bu həm də Heydər Əliyevin dil siyasətini həyata keçirən Yeni Azərbaycan Partiyasının uğurudur.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanını Heydər Əliyevin uğurlu dil siyasətinin fundamental yekun sənədi adlandırmaq olar. Dilimizin ən qədim tarixinə obyektiv elmi-tarixi qiymət verən, Azərbaycan dilinin türk köklü müstəqil dil olmasını bir daha təsdiqləyən, onun əsas təkamül mərhələlərini, inkişaf yollarını dahiyanə bir müdrikliklə, elmi-nəzəri əsaslarla izləyərək son söz deyən, rəsmi dövlət münasibəti bildirən bu fundamental tarixi sənəd Ulu öndər Heydər Əliyevin dil siyasətinin uğurlar miqyasını daha da genişləndirdi.

Müstəqilliyini təzəcə qazanmış Azərbaycan 1992-ci ildə faciəli günlər yaşayır, sosial-siyasi burulğanlar, dərəbəylik və anarxiya məngənəsində sıxılırdı. Cəmiyyətin həqiqi milli liderə, əsl rəhbərə, müdrik yolgöstərənə ehtiyacı vardı. Azərbaycanın 91 nəfər görkəmli ziyalısı, alimi, sənətkarı bir araya gələrək dünya miqyaslı liderə - xalqın yeganə ümidi, pənahı, xilaskarı Heydər Əliyevə üz tutdu. Bu təkcə 91 nəfər ziyalının yox, əslində, bütün xalqın dar ayaqda ümidi, tələbi, xahişi, təkidli çağırışı idi.

Heydər Əliyev xalqın səsinə səs verdi, Azərbaycanın xilası, dirçəlişi, böyük intibahı, əbədi azadlığı naminə zamanın sözünü dedi, Yeni Azərbaycan Partiyasını yaratdı.


Qısa bir tarixi dövrdə çox böyük uğurlar, ümumxalq, ümumdövlət miqyaslı qələbələr qazanan bu partiya zəmanəmizin Atatürkü Heydər Əliyevin Azərbaycan xalqına misilsiz töhfəsidir, tarixi xidmətidir.

Məmnuniyyətlə bildirirəm ki, dahi dövlət xadimi Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası müasir dövrdə Azərbaycanın ən böyük, ən kütləvi partiyası, əsas, həlledici siyasi qüvvəsidir. O, cəmiyyətimizin bütün təbəqələrini əhatə edən, xalqımızın arzu və istəklərinin ifadəçisi olan partiyadır, bu günün və sabahın partiyasıdır.

Bu məqamda möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin sözlərini xatırlayıram: “Əminik ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə uzun illər Azərbaycan xalqına xidmət edəcək. Bizim məqsədimiz budur. Biz ümumxalq partiyasıyıq. Çünki xalqla birik, xalqa arxalanırıq və xalq üçün də xidmət edirik”.

Bu, bütün həyatını xalqına, onun əbədi azadlığına, milli müstəqilliyinə həsr edən fədakar bir insanın, artıq dünya miqyasında tanınan, etiraf və qəbul olunan regional-praqmatik bir siyasətçinin mövqeyi, missiyasıdır. İstər ABŞ-da nüfuzlu siyasət, politologiya dairələrindəki çoxsaylı görüşləri, istər Avropa Şurasındakı gərgin, cəsarətli, qalib fəaliyyəti Onu dünya miqyasında yeni, çox böyük perspektivləri olan siyasət və dövlət adamı, milli lider kimi tanıtmışdır.

Dahi xilaskar Heydər Əliyevin həyat, hakimiyyət, siyasət, diplomatiya universitetlərini uğurla bitirən, Heydər Əliyev ideyalarının xilaskarlıq qüdrəti ilə, tükənməz Azərbaycan sevgisilə silahlanan İlham Əliyev sabahlarımızın ən ümidverici, ən real, əsl ümumxalq sevgisi qazanan lideridir.

Heydər Əliyevin dil siyasəti sadece təhsil sahəsində deyil, həm də ədəbiyyatın və mədəniyyətin inkişafına dəstək olmağı hədəfləyirdi. Yazıçılar, şairlər və ədəbiyyat alimləri ilə iş birliyi və dəstək, dilin və ədəbiyyatın möhkəmlənməsinə əhəmiyyətli bir töhfə olmuşdur.


Əliyev dövründə dilin beynəlxalq təbliği də nüfuzlu liderin diqqəti altında olmuş, dilin beynəlxalq arenada daha geniş yayılmasını təmin etmək üçün strateqiyalar və proqramlar həyata keçirilmişdir. Dilin beynəlxalq məqamlarda daha çox tanınmasını və istifadə edilməsini təmin etmək məqsədilə qlobal tədbirlər və diplomatiya siyasəti izlənilmişdir.
Əliyev dövründə dilin inkişafına həsr olunan bu əhəmiyyətli mərhələlər, müstəqil dövlətimizin fərqli sahələrdə qazandığı uğurları əks etdirməkdədir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Prezidentin Fərmanı, Məhəmməd Füzuli və "Dədə Qorqud"un yubileyinə həsr edilmiş tədbirlər, Azərbaycan dilinin möhkəmləndirilməsi üçün göstərilən ciddi nailiyyətlərdir.

Heydər Əliyev, dil siyasətindəki uğurları ilə Azərbaycan dilini daima möhkəmləndirmiş və beynəlxalq miqyasda tanınan bir dil kimi təsdiq etmişdir. Bu, həm də müstəqil dövlətimizin ədəbi və siyasi sahələrdə qazandığı uğurların bir nümunəsidir. Azərbaycan dilinin qorunması və inkişafında Heydər Əliyevin irsi, bu gün də daha geniş miqyasda davam etdirilir və dilimiz dünya miqyasında daha da tanınmağa davam edir.





Yüklə 103,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin