Sumqayıt Dövlət Universiteti Ad : Rəsul Soyad: Nəsrullayev Qrup: 852 Fakültə



Yüklə 30,29 Kb.
səhifə3/5
tarix06.12.2022
ölçüsü30,29 Kb.
#72717
1   2   3   4   5
Kartoqrafiya Serbs iş

3.Xəritələrin miqyası
Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir.Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər:
Dünya və yarımkürələrin xəritələri;Materik və okeanların xəritələri;Dövlətlərin və onların hissələrinin xəritələri.
Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər.
Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir.Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya).
Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür:
Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr;Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr;Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Xəritə tərtib etmək üçün əvvəl Yer planetinin forma və ölçüləri təyin olunur, planetin fiziki səthi həndəsi baxımdan öyrənilir, formaca “geoid” olan Yer planeti həndəsi fiqur olan Yer ellipsoidi ilə əvəz olunur. Daha sonra riyazi metodlarla yer ellipsoidi müstəvi üzərinə köçürülür. Xəritənin hər bir nöqtəsinə Yer üzərində yalnız bir nöqtə uyğun gəlir.
Hər hansı xəritəni tərtib etmək üçün ilk növbədə təsvir olunacaq ərazinin və oradakı obyektlərin cöğrafi məzmunu öyrənilir. Çünki, xəritədə bütün məlumatlar və təsvirlər kartoqrafik işarələrlə verilir. Belə təsvirlər qəbul olunmuş şərtlərə əsasən müəyyən məna daşıyır. Xəritəni şərti işarələr toplusu da adlandırmaq olar. Şərti işarələrin mənasını xəritənin leqendasında, yəni şərti işarələr kitabında tapmaq olar.
İzoxətlər üsulundan istifadə etməklə ərazidə havanın temperaturunun, təzyiqinin, yağıntıların paylanmasının, buxarlanmanın miqdarının və s. Təsvir etmək üsulları ilə tanış olmaq mümkündür.
Areal üsulu ilə isə hər hansı bitki, heyvan növünün yayıldığı sahələri təsvir etmək olar

Yüklə 30,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin