Sumqayit döVLƏt universiteti


Turşu-qələvi müvazinətinin pozulması



Yüklə 86,5 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü86,5 Kb.
#36617
1   2   3   4   5
ADBTIA,Həziyev Elnur Təvəkgül oğlu idman fiziologiyasi KOLLOKVIUM 3

Turşu-qələvi müvazinətinin pozulması. İnkişaf mexanizminə görə həm asidoz, həm də alkalozun qazlı və qazsız olmaqla 2 növü ayırd edilir. Bu pozulmaların müxtəlif növlərini təyin etmək üçün müəyyən göstə­rici­lərdən istifadə olunur. Əsas göstəricilər:

  • qanın pH-ı norma 7,35-7,45;

  • qanda pCO2 norma 35-45 mm cv. st.;

  • SB (Standart Bicarbonate qan plazmasının standart bikarbonatı: HCO3˘) norma 22-26 mmol/l;

Sual 2. Xarici tənəffüs sistemi

Tənəffüs sistemi - tənəffüs yollarından, ağciyərlərin respirator şöbəsindən, döş qəfəsindən (onun sümük-qığırdaq karkası və sinir-əzələ sistemi daxil olmaqla), ağciyərlərin qan- damar sistemi və həmçinin tənəffüsü tənzim edən sinir mərkəzlərindən təşkil olunmuşdur. Tənəffüs - xarici mühitlə orqanizm hüceyrələri arasındakı oksigen və karbon qazının mübadiləsi aşağıdakı mərhələlərdən keçir: 1) xarici tənəffüs (tənəffüs orqanlarında baş verir), 2) orqanizmin daxili mühitində qazların qanla nəql olunması və 3) toxuma və ya daxili tənəffüs. Xarici tənəffüs - xarici mühitdən tənəffüs yolları vasitəsilə ağciyərlərin respirator şöbəsinə qazların daxil olması (nə- fəsalma) və xaric olması (nəfəsvermə) və aerohematik baryerdən (yəni alveol boşluğu ilə və kapillyarların arasında yer ləşən alveollararası arakəsmədən qan ilə) qazların ikitərəfli diffuziyası. Tənəffüs funksiyasını tənəffüs yolları və 100m2 tənəffüs səthinə malik olan ağciyərlər həyata keçirir.

Quruda yaşayan və qismən su mühiti ilə əlaqəli həyat tərzi keçirən bir sıra onurğasızlarda (hörümçəkkimilər, həşəratlar və b.) dəri tənəffüsü traxeya daxili birləşdirici toxumaların hesabına traxeya borucuqları sistemi ilə əvəz olunmuşdur. Buna səbəb onlarda dərinin çox hissəsinin hava keçirməyən bərk xitin örtüyü ilə əhatə olunmasıdır. Bu borucuqlar dəridə yaranmış xüsusi dəliklər - nəfəsliklər və onların arterial boşluqları adlanan kisəcikləri ilə əlaqəlidir. Nəfəslikdən daxil olan hava arterial kisəciklərə dolur və sonra traxeya borucuqlarına keçir. Kisəciyin divarları bir birinə sıxılıb aralana bilir və bu yolla qapayıcı aparat və qazları filtrasiya edən mexanizm əmələ gətirir. Traxeyalar nəfəsliklərin arterial boşluqlarından başlanır və daxili orqanlarda daha nazik traxeol borucuqlarına şaxələnirlər. Traxeolların diametri 1,5-2,0 mkm-dən 0,8-1,0 mkm-ə (1 mkm millimetrin mində bir hissəsinə bərabərdir) qədər ola bilər, onlar ya hüceyrələrin səthində qurtarır, ya da onların içərisinə daxil olurlar

Qəlsəmə tənəffüsü- Bu tip xarici tənəffüs su mühitində yaşayan onurğasız və onurğalı heyvanların bir sıra növlərində (qurdların bəzi növləri, molyuskalar, xərçəngkimilər, balıqlar) inkişaf etmişdir. Qəlsəmələr xarici tənəffüs orqanı kimi dəri və traxeyalar ilə müqayisədə daha mürəkkəbdir. Qəlsəmə aparatı xarici dəri epitel, dayaq və vəz hüceyrələrindən ibarət olan qəlsəmə toxumasından əmələ gəlmişdir. O suyun sürətlə fıltrasiyasını təmin edən xüsusi tənəffüs artımları və ya çıxıntıları, büküşlər və qan-damar şəbəkəsi ilə təchiz olunmuşdur.

Dəri tənəffüsü -Bu tənəffüs tipi bir sıra primitiv onurğasız heyvanlara, onların süfrələrinə və bəzi ibtidai onurğalı heyvanlar üçün xarakterikdir. Ona xarici tənəffüs də deyilir. Bir çox onurğasız heyvanlarda xarici tənəffüs onları əhatə edən mühitlə (hava və ya su mühiti) qazlar (O2 və CO2) mübadiləsi bədən səthi arasında diffuziya yolu ilə həyata keçir. Belə ki, O2 və CO2 mayelərdə kifayət qədər yaxşı həll olunduğundan bədənin nəmli n udulması və CCh-nin ayrılması proseslərini təmin edə bilir. Suda yaşayan tək hüceyrəli orqanizmdə (məsələn, amöb və ya tərlik) qazlar mübadiləsinin mexanizmi nisbətən sadədir; suda olan O2 hüceyrənin səthindən içəri keçərək onun sitoplazmasına daxil olur, hüceyrədə əmələ gələn CO2, bu səthi keçərək ətrafdakı su mühitinə xaric olur




Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin