Sumqayit apelyasiyaməHKƏMƏSİ Cİnayət kollegiyasi q ə r a r



Yüklə 47.6 Kb.
Pdf просмотр
tarix31.03.2017
ölçüsü47.6 Kb.

İş № 1(105)-68/2017

AZƏRBAYCAN RESPUBLİKASI



SUMQAYIT APELYASİYAMƏHKƏMƏSİ

CİNAYƏT KOLLEGİYASI



Q Ə R A R

( apelyasiya şikayətinin yekun baxışına dair)

15 fevral 2017-ci il

Sumqayıt şəhəri

Hakim Mübariz Hüseyn oğlu Zeynalovun sədrliyi və məruzəsi ilə,

Hakimlər Nazim Rasim oğlu Mövsümov və Fərmayıl Gülmalı oğlu Zeynallıdan ibarət tərkibdə,

Günel Soltan qızı Şirinovanın katibliyi ilə,

Dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu və məhkumun müdafiəçisi Cəlalzadə Mehdi

Qurbanəli oğlunun iştirakları ilə Yaqubov Nüsrət Qurban oğlunun Azərbaycan Respublikası

CM-nin 180.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28

oktyabr 2016-cı il tarixli hökmündən məhkumun müdafiəçisi Cəlalzadə Mehdi Qurbanəli oğlu

tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq



M Ü Ə Y Y Ə N E T D İ :

Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmü ilə (Sədrlik edən

F.Ə.Qəniyev, hakimlər M.A.Xankişiyev və R.A.Əliyevdir)

18 avqust 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş,

Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,

çilingər işləmiş, əvvəllər məhkum olunmamış, Sumqayıt

şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 62A

ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda

həbsdə saxlanılan

Yaqubov Nüsrət Qurban oğlu

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət

əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına

məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə

müddətinin əvvəlinin 28 aprel 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir.

İşin halları:

Məhkəmənin hökmünə əsasən Yaqubov Nüsrət Qurban oğlu ona görə məhkum edilmişdir

ki, o, 17 aprel 2016-cı il tarixdə saat 23 radələrində özgə əmlakını talama məqsədilə Sumqayıt

şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 7/27saylı binanın üçüncü bloku ilə yaşadığı 22 saylı

mənzilə qalxan Həmzalova Gülbəniz Allahverdi qızına ikinci mərtəbə ilə üçüncü mərtəbənin

arasında olan pilləkənin üzərində arxadan yaxınlaşaraq sonuncunun əlindən içərisində 223 manat

nağd pul, dəyəri 20 manat olan bir ədəd «Nokia» markalı «C2» modelli mobil telefon aparatı,

dəyəri 25 manat olan “Samsung” markalı «GT-B5722” modelli mobil telefon aparatı olan 15 manat

dəyərində pul qabını dartıb alıb qaçmaqla həmin əşyaları açıq yolla talayaraq zərərçəkmiş


Həmzalova Gülbəniz Allahverdi qızına 283 manat maddi ziyan vurmaqla soyğunçuluq

cinayətini törətmişdir.

Bundan sonra o, təkrarən 21 aprel 2016-cı il tarixdə saat 23:00 radələrində özgə əmlakını

talama məqsədilə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 1a/3b saylı binanın altıncı

bloku ilə yaşadığı 72 saylı mənzilə qalxan Məmmədova Günel Fikrət qızına üncü mərtəbənin

pilləkəni üzərində arxadan yaxınlaşaraq sonuncunun əlindən, içəisində 370 manat nağd pul, 4

manat dəyərində bir ədəd qulaqcıq, 5 manat dəyərində bir ədəd «Socar» qaz kartı olan 20 manat

dəyərində pul qabını dartıb alıb qaçmaqla açıq yolla ziyan vurmaqla soyğunçuluq cinayətini

törətmişdir.

Bundan sonra o, təkrarən 22 aprel 2016-cı il tarixdə saat 20:00 radələrində özgə

əmlakını talama məqsədilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində piyada gəzən Səlimova

Olqa Nazim qızına arxadan yaxınlaşaraq sonuncunun sol qoltuğu altında saxladığı içərisində 26

manat nağd pul, həmin dövrə məzənnəsi 7,537 manat təşkil edən 5 ABŞ dolları nağd pul, 5 manat

dəyərində «Azərsu» kartı, 2 manat dəyərində metropoliten kartı olan 5 manat dəyərində «Fashion»

modelli pulqabını vurub yerə salıb götürüb qaçaraq açıq yolla talamaqla zərərçəkmiş Səlimova

Olqa Nazim qızma 45,537 manat maddi ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir.



Apelyasiya şikayətinin dəlilləri:

Məhkumun müdafiəçisi apelyasiya şikayətində Nüsrət Yaqubov barəsindəki hökmü

ədalətsiz hesab edərək cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsə əsassız

həbsdə saxlanılması ilə əlaqədar 10000 manat məbləğində kompensasiya ödənilməsini xahiş

etmişdir. Müdafiəçi apelyasiya şikayətinin giriş hissəsində hüquqlarını müdafiə etdiyi şəxsin

təqsirsizliyini qeyd etsə də, digər hissədə onun bu cinayəti anlaqsız olaraq törətməsini göstərib

sonuncu barəsində məhkəmə-psixiatrik ekspertiza keçirilməsinin zəruri olduğunu vurğulayır.

Müdafiəçi şikayətdə qarışıq fikirlər qeyd edərək, birinci instansiya məhkəməsi tərəfindən

təqsirləndirilən şəxsə şəxsiyyətinə, həmçinin törədilmiş cinayətin ictimai təhlükəliliyinə və

xarakterinə uyğun olmayan ağır cəza təyin edildiyin göstərmişdir.

Apelyasiya baxışı zamanı müdafiəçi şikayətdə qeyd etdiyi məsələlərə aydınlıq gətirərək

yekun çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin iradəsinə uyğun olaraq onun gənc olmaqla ilk

dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində xəstə anasının və 2-ci qrup əlil atasının

olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın

ödənilməsini və ona qarşı şikayətin olmamasını nəzərə alıb hökmün dəyişdirilməsini, Nüsrət

Yaqubova təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti

hesab edilməsini xahiş etdi.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya

instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən

edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin

düzgünlüyünü yoxlayır.

Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi

tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız

apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya

məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya

instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən

asılı olmayaraq yoxlanılır.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, apelyasiya şikayətinin dəlillərini

müzakirə edib, məhkuma təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə

əsasən şərti hesab edilməsinə dair məhkumun müdafiəçisinin, şikayətin rədd edilməklə hökmün

dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki,

2


apelyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı

tərəfindən təqdim olunan sübutları ətraflı araşdırıb tədqiq etmiş, işin faktiki halları barədə düzgün

nəticəyə gəlmişdir. Müdafiə tərəfi bu nəticə ilə tam razılaşmasa da, bunun səbəbini, yəni hadisənin

başqa motivlə, yaxud başqa şəraitdə baş verməsi barədəki arqumentlərini əsaslandıra bilməmişdir.

Məhkum Yaqubov Nüsrət Qurban oğlu birinci instansiya məhkəməsində göstərmişdir ki, o, 17

aprel 2016-cı il tarixdə axşam saatlarında ailə üzvləri ilə birlikdə uzaq qohumunun Sumqayıt

şəhərində keçirilən toy mərasimində iştirak etmiş, saat 21 radələrində evə getmək üçün birlikdə

toydan çxmışlar. Ailə üzvlərini yola salıb, özü Sumqayıt şəhərində qalmış, bir qədər gəzişmiş,

30-cu məhəllənin ərazisindəki «Bazar Store» marketinin yaxınlığında adının sonradan Gülbəniz

olduğunu bildiyi tanımadığı bir qadının əlində pulqabı olduğunu görüb, ani olaraq həmin pulqabını

ələ keçirmək fikrinə düşmüşdür. İçkili olduğu üçün özünə hesabat vermədən belə qərara

gəlib qadını izləyərək onun arxasınca getməyə başlamışdır. Qadın «Bazar Store»

marketinin

yanında

olan


beşmərtəbəli

binanın


bloklarından

birinə


girmişdir.

Evinə


getdiyini düşündüyü həmin qadının arxasınca o da bloka girmiş, üçüncü mərtəbəyə çıxdığı

anda arxadan cəld qadına yaxınlaşaraq, onun əlindəki pulqabını dartıb götürərək,

pilləkənlərlə üzüaşağı qaçaraq blokdan çıxmışdır. Həmin beşmərtəbəli binadan bir qədər

aralandıqdan sonra pulqabını açmış və onun içərisində bir ədəd həmin qadına məxsus

şəxsiyyət vəsiqəsi, bir ədəd «Samsung» markalı telefon, bir ədəd «Nokia» markalı telefon,

həmçinin 23 manat pul olduğunu görmüşdür. 23 manat pulu və iki ədəd telefonu götürüb

həmin pulqabını içərisindəki şəxsiyyət vəsiqəsi ilə birlikdə yaşadığı evin yaxınlığında olan

zibil yeşiyinə atmışdır. Mobil telefonları istifadə edəcəyi və ya satacağı halda tutula

biləcəyini düşünərək onları əzmiş, sonradan da «Samsung» markalı telefonu Sumqayıt

səhərindəki «Simurq» restoranının yanında olan qazanxananın damına, «Nokia» markalı

tzelefonu isə Tağıyev qəsəbəsində qonşunun damına tullamış, 23 manat pulu isə özünün

səxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, yəni 21 aprel 2016-cı il tarixdə

Sumqayıt şəhərinin 14-cü məhəlləsinin ərazisində olarkən saat təxminən 23 radələrində tanımadığı,

sonradan


adının

Günel


olduğunu

bildiyi


qadının

əlində


pulqabı

olduğunu


görüb onu izləməyə başlamışdır. Həmin qadın Sumqayıtdakı 14-cü məhəllənin ərazisində

olan yaşayış binasının bloklarından birinə daxil olmuş, o da qadının arxasınca bloka

girmişdir. Üçüncü mərtəbəyə çatanda yaxınlaşıb cəld hərəkətlə həmin qadının əlindəki

pulqabını alıb qaçmışdır. Günel çığırıb səs-küy salmış, amma onun arxasınca gəlməmişdir.

Blokdan çıxıb bazara tərəf qaçmış, sonra marşrut avtobusuna minərək Tağıyev qəsəbəsinə

getmişdir. Həmin pulqabının içərisindən 26 manat pul, qulaqcıq, «Socar» qaz kartı və

kiçik kağızlar aşkar etmişdir. 26 manat pulu və qulaqcığı götürüb pulqabını içərisindəki

qaz kartı və kağızlarla birlikdə yaşadığı Tağıyev qəsəbəsindəki zibil qutusuna tullamışdır.

Qulaqcığı yaşadığı evə aparıb qonaq otağındakı komyuter stolunun altına qoyub orada

saxlamış, pulu isə şəxsi ehtiyaclarına xərcləmişdi. Səhərisi gün, yəni 22 aprel 2016-cı il də saat

təxminən 20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Məktəbli» mağazasının

yaxınlığında dayandığı vaxtda yanında iki azyaşlı uşaq olan, sonradan adının Olqa olduğunu bildiyi

sarışın qadını görmüşdür. Uşaqların əlindən tutub addımlayan Olqanm sol qoltuğunun altında

tutduğu pulqabı diqqətini cəlb etmiş, ani olaraq həmin pulqabını dartıb götürərək qaçmaq qərarına

gəlmişdir. Ona görə də qadının arxasınca hərəkət etmiş, binaların arasında ona yaxınlaşaraq

qoltuğunun altında olan pulqabını arxadan dartıb götürərək qaçmışdır. Bir neçə bina aralandıqdan

sonra həmin pulqabının içərisinə baxaraq orada bir ədəd açar, açarın üstündə «A» şəkilli brelok, 26

manat pul, beş ədəd 1 dollarlıq əskinaslar, «Azərsu» kartı və metropoliten kartı aşkar etmişdir.

Açarın üzərindəki breloku çıxarıb öz evinin açarına keçirmiş, açarı, habelə pulqabının içərisində

olan kartları və digər kağız parçalarını küçədə, pulqabının özünü isə «Sumqayıt» sözü yazılmış

lövhənin arxasındakı yaşıllıq zolağına tullamışdır. Pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir.

3


Sonuncu hadisədən üç gün sonra Sumqayıt şəhərində olduğu vaxt ona polis əməkdaşları yaxınlaşıb

özlərini təqdim etmiş, sonra onu polis bölməsinə aparmışlar. Bölmədə olarkən törətdiyi hər üç

soyğunçuluq hadisəsini səmimi şəkildə etiraf etmişdir. Daha sonra telefonları və pulqabını tulladığı

yerlərdən, həmçinin qulaqcığı yaşadığı evdən götürüb polis əməkdaşlarına təhvil vermişdir.

Törətdiyi əməllərdən çox peşmandır, ailənin tək oğludur, az müddət öncə əsgəri xidmətini başa

çatdırıb evə qayıtmışdır. Ailədə başqa işləyənləri yoxdur, ikinci qrup əlil olan atası isə iflic

olduğundan yataq xəstəsidir, tək bacısı isə nişanlıdır və o, ailə qurduqdan sonra valideynlərinə baxa

biləcək kimsələri yoxdur. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş

şəxslərin ona qarşı heç bir tələb, şikayət və iddiaları yoxdur. Məhkəmədən ona cəza təyin edərkən

bütün bu halların nəzərə alınmasını xahiş etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları

məcmu halında qiymətləndirərək baş vermiş cinayət əməlinin tövsüfü ilə bağlı düzgün hüquqi

nəticəyə gəlmişdir.

Birinci instansiya məhkəməsi cinayət işinin materiallarını, təqsirləndirilən şəxsin,

zərərçəkmiş şəxslər Həmzalova Gülbəniz Allahverdi qızı, Məmmədova Günel Fikrət qızı, Səlimova

Olqa Nazim qızının, şahidlər Şəkərov Ramin Vahid oğlu, Əliyev Fuad Xanbala oğlu və Cəlilov

Rövşən Cəlil oğlunun ifadələrini, o cümlədən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyun

2016-cı il tarixli rəyini , «Baxış keçirmə və götürmə», «İfadənin yerində yoxlanılması» barədə 26

aprel 2016-cı il tarixli protokolları araşdıraraq haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Yaqubov

Nüsrət Qurban oğlu özgənin əmlakını təkrarən açıq talamışdır.

Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut

mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış

bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət

verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların

elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və

yekun nəticəyə gəlməyə imkan yaratmış olsun.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini

rəhbər tutmaqla məhkumun verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir.

Bundan əlavə, məhkəmə kollegiyası məhkumun psixi durumunun şübhəli olması ilə bağlı

apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər 3№-li xəstəxananın 03 iyul

2016-cı il tarixli, 380 saylı məktubundan görünür ki, Yaqubov Nüsrət Qurban oğlu Sumqayıt şəhər

3№li xəsəxananın poliklinika şöbəsində, psixiatrik dispanser müşahidəsində yoxdur.

Həmçinin, iş materiallarından görünür ki, Yaqubov Nüsrət Qurban oğlu 2014-2015-ci illər

ərzində 157№-li hərbi hissənin 120 mm Minaatan Batareya 1-ci taqım 4-cü minaatan komandiri

vəzifəsində xidmət etmiş və xidmətdə olduğu müddət ərzində hərbi hissə komandanlığı tərəfindən

müsbət xarakterizə olunmuşdur.

Məhkumun müdafiəçisinin dəlillərini apelyasiya şikayətləri hüdudlarında yoxlayan məhkəmə

kollegiyası eyni zamanda qanunun normalarına riayət edilməsini tam həcmdə araşdıraraq hesab edir

ki, cinayət əməlinin tövsüfü ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələr

məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandığından, apelyasiya şikayəti rədd

edilməlidir.

Məhkuma azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair müdafiəçinin

çıxışını dinləyən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan

Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün kifayət qədər əsaslar yoxdur. Belə ki, birinci

instansiya məhkəməsi məhkum Nüsrət Yaqubova cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət

törətməsini, eyni zamanda iş, yaşayış və hərbi xidmət yeri üzrə müsbət xasiyyətləndirilməsini,

zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsini və ona qarşı şikayətin olmamasını, atasının

ikinci dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır.

Cinayətin məqsəd və motivini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilmə hallarını və

epizodlarını nəzərə alan məhkəmə kollegiyası məhkuma həbslə əlaqədar olmayan cəza təyin

edilməsi üçün kifayət qədər əsaslar görmür və onun cəza çəkmədən islah olunmasının

4


qeyri-mümkünlüyünə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A

A L D I :

Yaqubov Nüsrət Qurban oğlunun Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə

məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmü

dəyişdirilmədən saxlanılsın.

Apelyasiya şikayəti təmin edilməsin.

Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş

müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kasassiya şikayəti

və kasassiya protesti verilə bilər.

Sədrlik edən hakim imza:

Hakimlər imzalar:

Əsli ilə düzdür hakim

Mübariz Zeynalov



5



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə