Sumqayit apellyasiya məHKƏMƏSİ Cİnayət kollegiyasi q ə r a r



Yüklə 344.33 Kb.
Pdf просмотр
tarix03.02.2017
ölçüsü344.33 Kb.

İş № 1 (105) – 428/16

2016-cı il

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ

CİNAYƏT


KOLLEGİYASI

Q Ə R A R

(Apellyasiya şikayətlərinin baxışına dair yekun məhkəmə qərarı, məhkumun ölməsi ilə

əlaqə dar cinayət təqibinə və cinayət işinin icraatına hissəvi xitam veril məsi barədə)

04 noyabr 2016-cı il

Sumqayıt şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kol

legiy ası,

hakim İlham Məmmədcəfər oğlu Həsənovun sədrliyi və məruzəsi ilə, ha

kimlər - Hüseyn Əmir oğlu Nəbiyevdən və Vidadi Cəfər oğlu Cəfərovdan ibarət tər kibdə,

Fərman Fəzail oğlu Həmidlinin və Mahirə Nəzər qızı Kərimovanın katibliyi

ilə,

dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Döv lət



ittihamının müdafiəsi üzrə idarənin prokuroru Zəfər Akif oğlu Ramazanovun, məhkum

Şahin Gülağa oğlu Əmiraslanovun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər

Kollegiyasının üzvü, vəkil Ələkbər Hüsü oğlu Quliyevin (Bakı ş., 4 saylı Hüquq

Məsləhətxanası) iştirakı ilə,

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.05.2014-cü il tarixli hökmünə əsa

sən AR CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib, 15 il müddətinə

azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Şahin Gülağa oğlu Əmiraslanovun

və qeyrilərinin cinayət işi üzrə məhkəmənin hökmündən məhkum Ş.G.Əmiraslanovun

özünün və onun müdafiəçisi Ə.H.Quliyevin verdikləri apellyasiya şikayətlərinə açıq

məhkəmə iclasında baxaraq



M Ü Ə Y Y Ə N

E T D İ :

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.05.2014-cü il tarixli hökmünə əsasən (sədrlik

edən və məru zəçi hakim M.M.Ağalarov, hakimlər – Ə.M.Abasov və E.Ə.Mikayılovdur)

Şahin Gülağa oğlu Əmiraslanov, 06.11.1976-cı

il

tarixdə


Abşeron

rayonu,


Xırdalan

qəsəbəsində (hazırda Xırdalan şəhərində)

anadan

olmuş,


Azərbaycan

Respublikası

vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 3

nəfər azyaşlı uşağı olan, işləməmiş, əvvəllər

məhkum olunmamış, Abşeron rayonu, Xırdalan

şəhəri, 17-ci küçə, döngə 2, ev 15-də

qeydiyyatda olan,

faktiki olaraq Abşeron

rayonu, Xırdalan şəhəri, M.Mirqasımov küçəsi,

ev 7-də yaşamış, barəsində həbs qismində

qətimkan

tədbiri


seçilmiş,

Azərbaycan

Respublikası Ədliyyə Nazirliyi Pe nitensiar


xidmətinin 11 saylı Cəzaçəkmə müəs sisəsində

cəzasını çəkmiş,

AR CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinmiş, 15 il müddətinə

azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə

müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11.09.2013-cü il tarixdən

hesablanması qərara alınmışdır.

Məhkəmənin hökmünə əsasən Şahin Gülağa oğlu Əmiraslanov onda təq

sirli bilinib məhkum edilmişdir ki, o, 10.09.2013-cü il tarixdə, saat 20-də qardaşı Nəbi

Gülağa oğlu Əmiraslanovun qaynı Ramil Əliqulu oğlu Nəbiyev tərəfindən döyülərək ona

sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyi üçün dərəcələri təyin olunmayan bədən

xəsarəti yetirilməsi ilə bağlı, mobil telefonla zəng edərək onu və atası Gülağa

Məmmədnəbi oğlu Əmiraslanovu Abşeron rayonu, Hökməli qəsəbəsindəki evinə

çağırmış, orada N.G.Əmiraslanov onlara R.Ə.Nəbiyev tərəfindən döyüldüyünü bir daha

bildirdikdə, ata və oğulanları N.Ə.Nəbiyevdən həmin gün qisas alıb onu qəsdən

öldürmək qərarına gəlmişlər. Bu məqsədlə Ş.G.Əmiraslanov atası G.M.Əmiraslanovla

və qardaşı N.G.Əmiraslanovla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saat 21-də

idarə etdiyi «VAZ-2102» markalı, AZ 10-UB- 513 dövlət nömrə nişanlı avtomaşınla

birlikdə R.Ə.Nəbiyevin yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış

massivindəki evinə gəlmiş və evin həyətində R.Ə.Nəbiyevin üzərinə, əlbir olduğu

şəxslərlə, hücum edərək qisas alıb onu qəsdən öldürmək məqsədilə özü ilə gətirdiyi

mətbəx bıçağı ilə, R.Ə.Nəbiyevə anası Afərdə Balakərim qızı Yusifovanın, bacısı

Yeganə Əliqulu qızı Əmiraslanovanın və 18.03.2010-cu il təvəllüdlü, azyaşlı oğlu Ramal

Ramil oğlu Nəbiyevin gözləri qarşısında, onlara xüsusi əzab və iztirab verməsini dərk

edərək, yəni xüsusi amansızlıqla R.Ə.Nəbiyevin qarın və digər nahiyələrinə, qardaşı

N.G.Əmiraslanov özü ilə gətirdiyi, istintaqa məlum olmayan, bıçaqla R.Ə.Nəbiyevin

qarın, bazu, bud və bədəninin digər nahiyələrinə, öz növbəsində atası G.M.Əmiraslanov

gəldikləri həyətdən götürdüyü təsərrüfat-məişət təyinatlı bellə, R.Ə.Nəbiyevin baş və

bədəninin

digər

nahiyələrinə



qəsdən,

çoxsaylı


bədən

xəsarətləri

yetirərək,

R.Ə.Nəbiyevin qarnının ön divarının qarın boşluğuna nüfuz edən, kəskin qanaxma,

geniş sahəli peritonarxası hematoma törədən böyük piyliyi, nazik və yoğun

bağırsaqlarını, peritonarxası sahəni zədələyən, bir ədəd, deşilmiş-kəsilmiş yara ilə

nəticələnən, həyat üçün təhlükəli olan, ağır, sağ bazunun bir ədəd və sol budun iki

ədəd, deşilmiş-kəsilmiş, sol ayaq pəncəsinin bir ədəd, sol əlin ovuc səthinin üç ədəd,

kəsilmiş, başın sol, gicgah nahiyəsinin bir ədəd, əzilmiş-cırılmış yaraları ilə nəticələnən,

yüngül, sağ baldırın iki ədəd qançırı və iki ədəd sıyrığı ilə nəticələn, sağlamlığa zərər

vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan bədən xəsarətləri

yetirərək R.Ə.Nəbiyevi xüsusi amansızlıqla qəsdən öldürərək həyatdan məhrum

etmişdir.

Həmin hökmlə Nəbi Gülağa oğlu Əmiraslanov AR CM-nin 120.2.1 və

120.2.4-cü maddələri ilə təqsirli bilinib, 15 il müddətinə azadlıqdan məhrumetmə

cəzasına, Gülağa Məmmədnəbi oğlu Əmiraslanov AR CM-nin 120.2.1 və 120.2.4-cü

maddələri ilə təqsirli bilinib, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum

edilmişlər.

Məhkəmənin hökmündən məhkum Ş.G.Əmiraslanovun özü və onun

müdafiəçisi Ə.H.Quliyev, məhkum N.G.Əmiraslanovun özü və onun müdafiəçisi

G.A.Salmanova, zərərçəkmiş şəxsin hüquqi varisi Gülər Balarəhim qızı Kərimovanın

nümayəndəsi Teymur Ağalar oğlu Ba loğlanov apellyasiya şikayətləri vermişlər.

Cinayət

işinin


materiallarına

əsasən


məhkum

Ş.G.Əmiraslanov

apellyasiya şikayətində, əsasən, onun AR CM-nin 120-ci maddəsi ilə cinayət əməlini

törətməməsini göstərmiş, həmçinin o, birinci instansiya məhkəməsinin ona ədalətsiz,

ağır cəza təyin etməsini qeyd etmişdir.

Məhkum


Ş.G.Əmiraslanovun

müdafiəçisi

Ə.H.Quliyev

apellyasiya

2


şikayətində Ş.G.Əmiraslanovun AR CM-nin 120.2.1 və 120.2.4-cü maddələrində

nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilməməsini göstərmiş, ona

görə də apellyant hökmün Ş.G.Əmiraslanovun həmin maddələrlə təqsirli bilinib məhkum

edilməsinə dair hissəsinin ləğv edilməsini, ona verilmiş ittiham üzrə Ş.G.Əmiraslanovun

təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsini xahiş etmişdir.

Hökmdən


apellyasiya

şikayəti


verən

məhkum


N.G.Əmiraslanov

apellyasiya şikayətində işə yenidən baxılmasını, ədalətli qərar verilməsini xahiş etmişdir.

Məhkum N.G.Əmiraslanovun müdafiəçisi G.A.Salmanova apellyasiya

şikayətində istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsinin

məhkəmə iclaslarında işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasını,

N.G.Əmiraslanovun təqsirinin sübuta yetirilməməsini, ona ağır cəza təyin edilməsini

qeyd

edərək,


mübahisə

edilən


hökmün

N.G.Əmiraslanova

dair

hissəsinin



dəyişdirilməsini, sonuncu barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

Hökmdən apellyasiya şikayəti verən zərərçkmiş şəxsin hüquqi varisi

G.B.Kərimovanın

nümayəndəsi

T.A.Baloğlanov

mübahisə


edilən

hökmün


dəyişdirilməsini,

məhkumlar

N.G.Əmiraslanova,

G.M.Əmiraslanova

Ş.G.Əmiraslanova təyin edilmiş cəzaların sərtləşdirilməsini, onlara təyin edilmiş



cəzaların bir hissəsinin həbsxanada çəkilməsi barədə yeni qərar qəbul edilməsini xahiş

etmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 28.10.2014-cü il

tarixli qərarı ilə hökmün Ş.G.Əmiraslanova cəza təyin edilməsinə dair hissəsi

dəyişdirilmiş, ona təyin edilmiş cəza yumşaldılmış, ona hökmlə təyin edilmiş 15 il

müddətinə azadlıqdan məhrumetmə cəzası 13 il müddətinə azadlıqdan məhrumetmə

cəzasına endirilmiş, hökmün Ş.G.Əmiraslanova dair qalan hissəsi dəyişdirilmə miş,

məhkum Ş.G.Əmiraslanovun və onun müdafiəçisi Ə.H.Quliyevin apellyasiya şikayətləri

qismən təmin edilmiş, məhkum N.G.Əmiraslanovun özünün, onun müdafiəçisi

G.A.Salmanovanın, zərərçəkmiş şəxsin hüquqi varisi G.B.Kərimovanın nümayəndəsi

T.A.Baloğlanovun apellyasiya şikayətləri təmin edilməmiş, hökmün məhkumlar

N.G.Əmiraslanova və G.G.M.Əmiraslanova dair hissələri dəyişdirilməmişdir.

Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamını müdafiə etmiş

prokuror apellyasiya instansiyası məhkəməsinin 28.10.2014-cü il tarixli qərarının

məhkum Ş.G.Əmiraslanovun hökmlə ona təyin edilmiş cəzasının yumşaldılmasına dair

hissəsindən kassasiya protesti vermişdir. Dövlət ittihamçısı protestində göstərmişdir ki,

apellyasiya instansiyası məhkəməsi kifayət qədər əsaslar olmadan Ş.G.Əmiraslanovun

cəzasını yüngülləşdirmiş, ona hökmlə təyin edimliş 15 il müddətinə zadlıqdan

məhrumetmə cəzasını 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirmişdir.

Ona görə də apellyasiya protesti müəllifi apellyasiya instansiyası məhkəməsinin qeyd

edilən qərarının Ş.G.Əmimraslanova dair hissədə ləğv edilməsini, qərarın həmin

hissədə yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

Azərbaycan

Respublikası

Ali

Məhkəməsi



cinayət

kollegiyasının

03.03.2015-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya

Məhkəməsi cinayət kollegiyasının 28.10.2014-cü il tarixli qərarının məhkum

Ş.G.Əmiraslanova dair hissəsi ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına

təyin edilmişdir.

Məhkum

Ş.G.Əmiraslanovun



özünün

onun



müdafiəçisi

Ə.H.Ələkbərovun apellyasiya şikayətlərinə yenidən, mahiyyəti üzrə baxılarkən,

Ş.G.Əmiraslanovun müdafiəçisi Ə.H.Ələkbərov Sumqayıt Apellyasiya Məhkəməsi

cinayət kollegiyasının 28.10.2014-cü il tarixli qərarının Ş.G.Əmiraslanova dair

hissəsindən

kassasiya

şikayəti

vermiş,


müdafiəçi

kassasiya

şikayətində

Ş.G.Əmiraslanovun təqsirləndirildiyi və hökmlə təqsirli bilindiyi əməldə təqsirli olmasını

mübahisələndirmiş, ona görə də apellyant apellyasiya instansiyası məhkəməsinin

qərarının Ş.G.Əmiraslanova dair hissəsinin ləğv edilməsini, həmin hissədə, məhkəmə

3


istintaqı aparılmaqla, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Ona

görə də apellyasiya şikayətlərinin yekun məhkəmə baxışı yarımçıq saxlanılaraq, təxirə

salınmış, cinayət işi kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikası Ali

Məhkəməsinə göndərilmişdir.

Azərbaycan

Respublikası

Ali

Məhkəməsi



cinayət

kollegiyasının

13.01.2016-cı il tarixli qərarı ilə müdafiəçinin kassasiya şikayəti təmin edilməmiş,

Sumqayıt Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 28.10.2014-cü il tarixli qərarı,

məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayətinə münasibətdə, dəyişdirilməmişdir.

Cinayət işinə baxıldıqdan sonra, cinayət işi apellyasiya şikayətlərinə

yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməli olduğu halda

göndərilməmiş, düzgün olmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı

İstintaq təcridxanasından 01.04.2016-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə

daxil olmuş 23.03.2016-cı il tarixli, 17/40-1645 №-li məktubdan görünür ki, Əmiraslanov

Şahin Gülağa oğlu 23.03.2016-cı il tarixdə vəfat etmişdir.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib,

apellyasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya instansiyası məhkəməsinin

istinad edilən qərarlarını nəzərə alıb, apellyasiya şikayətlərini müdafiə etməyən dövlət

ittihamçısını, apellyasiya şikayətlərini müdafiə edən və cinayət təqibinə və cinayət işinin

icraatına hissəvi xitam verilməsinə razılığını bildirən müdafiəçi Ə.H.Quliyevi dinləyib

belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli,

birinci instansiya məhkəməsinin hökmü məhkum Ş.G.Əmiraslanova aid hissədə

dəyişdirilməməli, Ş.G.Əmiraslanova aid hissədə cinayət təqibinə və cinayət işinin

icraatına xitam verilməlidir.

İstər məhkum Ş.G.Əmiraslanovun özünün apellyasiya şikayətinin, istərsə

də onun müdafiəçisinin apellyasiya şikayətinin mahiyyəti ondan ibarətdir ki,

Ş.G.Əmiraslanovun təqsirli bilindiyi əməldə onun təqsiri sübuta yetirilməmiş, ona görə

də, müdafiəçinin fikrincə, hökm Ş.G.Əmiraslanova aid hissədə ləğv edilməli,

Ş.G.Əmiraslanovun barəsində, onun təqsiri sübuta yetirilməməsi əsası ilə, bəraət

hökmü çıxarlmalıdır. Ş.G.Əmiraslanov apellyasiya şikayətində ona ədalətsiz və ağır

cəza verildiyini də qeyd etmişdir. Bununla belə, kassasiya instansiyası məhkəməsi

apellyasiya şikayətlərinə ilk dəfə baxan, məhkum Ş.G.Əmiraslanovun cəzasını

yüngülləşdirən və ona hökmlə təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrumetmə

cəzasını 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirən apellyasiya

instansiyası məhkəməsinin bu barədə gəldiyi qənaətlə razılaşmamışdır. Kassasiya

instansiyası məhkəməsinin fikrincə, Ş.G.Əmiraslanova hökmlə təyin edilmiş cəza

ədalətli cəza olmuş, həmin cəzanın yüngülləşdirilməsi üçün heç bir qanuni əsaslar

olmamışdır. Ona görə də məhkəmə kollegiyası məhkum Ş.G.Əmiraslanovun

apellyasiya şikayətinin bu barədə dəlilini əsassız hesab etməklə, apellyasiya şikayətinin

həmin hissədə təmin edilməli olmaması qənaətinə gəlir. Beləliklə, hökmün məhkum

Ş.G.Əmiraslanova cəza təyin edilməsinə dair hissəsi dəyişdirilməməlidir. Digər tərəfdən,

kassasiya instansiyası məhkəməsi Ş.G.Əmiraslanovun müdafiəçsinin kassasiya

şikayətinin dəlilləri ilə də razılaşmamış, birinci və apellyasiya instansiyaları

məhkəmələrinin Ş.G.Əmiraslanovun təqsirinin sübuta yetirilməsi barədə nəticəyə

gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyası

apellyasiya şikayətlərinin məhkəmə baxışı zamanı məhkəmə istintaqı aparmaqla,

Ş.G.Əmiraslanovun, artıq təqsirli bilindiyi əmələ görə onun təqsirinin sübuta

yetirilib-yetirilməməsi məsələsinə yenidən baxmaqda səlahiyyətli deyildir.

AR CPM-nin 39.1, 39.1.5-ci maddələrinə müvafiq olaraq şəxs cinayət

qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət

verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz,

başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana

4


bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

AR CPM-nin 43.3-1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışının

gedişində cinayət təqibinə AR CPM-nin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda

xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o

cümlədən AR CPM-nin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin

razılığı ilə yol verilir.

AR CPM-nin 106-1.4-cü maddəsinə müvafiq olaraq ölmüş şəxs barəsində

cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verimlməsi haqqında qərar AR

CPM-nin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim

edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində

onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət

təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün

müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam

verilməsi haqqında qərarın surəti AR CPM-nin 281-ci maddəsinin tələblərinə uyğun

olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət

etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim

edilir.

AR CPM-inn 106-1.3-cü maddəsinə müvafiq olaraq cinayət prosesini



həyata keçirən orqan AR CPM-nin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü

vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində

tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir.

Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə AR CPM-nin 39.1.5-ci

maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi

barədə


müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək

və ya AR CPM-nin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini

bildirdikdə, onun hüquqi varisi qismində tanınması barədə qərar qəbul edilir.

AR CPM-nin 282.1-1-ci maddəsinə müvafinq olaraq AR CPM-nin 41.2 və

43.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı

ilə cinayət təqibinə barətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul

edildiyi təqdirdə, onun yaxın qohumu bu qərarın surətini aldığı vaxtdan 10 gün

müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı

prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə həmin qərardan

şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici

əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat

təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və

icraat AR CPM-i ilə müəyyən edilmiş qaydada davam eitdirilir.

AR CPM-nin 41.2-ci maddəsinə müvafiq olaraq təhqiqatçı, müstəntiq və

ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə

ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli

törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi

varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən AR CPM-nin 106-1.4-cü

maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı olmadan cinayət təqibinə

xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat AR

CPM-i ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər

qərarının çıxarılması ilə başa çatdırılır.

AR CPM-nin 43.3-1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışının

gedişində cinayət təqibinə AR CPM-nin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda

xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o

cümlədən AR CPM-nin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin

razılığ ilə yol verilir.

AR CPM-nin 282.1-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraata

xitam verilməsi haqqında qərardan təqsirləndirilən şəxs, yaxud onun müdafiəçisi,

5


zərərçəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri tərəfindən

qərarın surəti onlara verildiyi vaxtdan 10 gün müddətində ibtidai araşdırmaya

prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata

keçirən məhkəməyə şikayət verilə bilər. AR CPM-nin 282.2-ci maddəsinə müvafi olaraq

cinayət işi üzrə icraata xitam verilməsi ilə əlaqədar şikayətin təmin edilməsindən ibtidai

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən porokurorun imtina etməsindən

məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər.

Vəfat etmiş Ş.G.Əmiraslanovun axırıncı yaşayış yeri üzrə onun yaxın

qohumlarına onlardan birinin rəsmi olaraq Ş.G.Əmiraslanovun hüquqi varisi qismində

tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, həmin bildirişdə

Ş.G.Əmiraslanovun ölməsi ilə əlaqədar cinayət təqibinə, AR CPM-nin 39.1.5-ci

maddəsinə əsasən, xitam olunmasının bəraətverici əsas hesab edilmədiyi barədə

müvafiq izah da verilmiş, Ş.G.Əmiraslanovun yaxın qohumlarından heç biri cinayət

təqibinə xitam verilənədək, yəni rəsmi bildiriş onlara göndəriləndən 1 (bir) aya yaxın

müddət ərzində istəyini bildirməmiş, ona görə də Ş.G.Əmiraslanovun heç bir yaxın

qohumu onun hüquqi varisi qismində tanınmamışdır.

Ona

görə


birinci


instansiya

məhkəməsinin

hökmünün

Ş.G.Əmiraslanova dair hissəsi dəyişdirilməməli, sonuncu öldüyü üçün həmin hissədə

cinayət təqibinə və həmin hissədə cinayət işinin icraatına xitam verilməlidir.

Yuxarıdakılara əsasən və AR CPM-nin 43.3-1, 397, 398, 407, 410-cu

maddəlrini rəhbər tutaraq cinayət kollegiyası

Q Ə R A R V E R D İ :

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.05.2014-cü il tarixli hökmünün Əmiraslanov

Şahin Gülağa oğlunun AR CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib, 15

(on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair

hissəsi dəyişdirilməsin.

Məhkum Ş.G.Əmiraslanovun özünün və onun müdafiəçisi Ə.H.Quliyevin

apellyasiya şikayətləri təmin edilməsin.

Şahin Gülağa oğlu Əmiraslanov öldüyü üçün Ş.G.Əmiraslanova dair

həmin hissədə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin.

Qərardan,

AR

CPM-nin


410-cu

maddəsində

müəyyən

edilmiş


müddətlərdə, kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən hakim:

İ.M.Həsənov

Hakimlər:

H.Ə.Nəbiyev

V.C.Cəfərov

Qərar müşavirə otağında sədrlik edən hakim tərəfindən TOSHIBA markalı

fərdi kompüterdə tərtib edilmişdir.

Sədrlik edən hakim:

İ.M.Həsənov

Hakimlər:

H.Ə.Nəbiyev

V.C.Cəfərov

6


7

8



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə