Nitq mədəniyyəti ilə üslubiyyatı eyniləşdinnək və ya üslu- biyyatı
nitq mədəniyyəti predmetinin içərisində əritmək düzgün deyildir,
amma nitq mədəniyyəti üslubiyyatm bir sıra məsələlərini də əhatə
edir, üslubun düzgünlü}dinə qiymət verir. Deməli, nitq mədəniyyətini
üslubi normalardan məqsədəuyğun istifadə olunması və ifadəlilik
məsələləri
maraqlandırırsa,
üslubiyyatı
dil
vahidlərinin
leksik-semantik əlaqələri, üslubi imkanları, söz- yaratma və söz
işlətmənin normativliyi, funksional üslubları nəzərdə saxlayır.
Deməli, üslubiyyat dil və nitq üslublarını, nitq mədəniyyəti isə müasir
ədəbi dil çərçivəsində söz və qrammatik formaların nitqdə işlədilmə
imkanlarını, onların əlverişliyini, uyğunluq, düzgünlük, səlislik,
ifadəlilik kimi keyfiyyətlərini, dil sisteminin emosional-ekspressiv
çalarlarını, bədii ifadə və təsvir vasitələrinin formalaşması və
təkmilləşməsinə təsir göstərən amillərin qarşılıqlı əlaqələrini öyrənir.
Bədii-üslubi mahiyyət daşıyan obrazlı ifadələri, sözlərin məna
qruplarını və üslubi laylarını əhatə edən dil vasitələri - çox- mənah
sözlər, sinonim, omonim və antonimlər, cinas və ya təzad yaratmağa,
mənanı qüvvətləndirməyə, təkrardan qaçmağa xidmət edən və s. kimi
məsələlər ən çəx leksik üslubiyyatla bağlıdır.
Dostları ilə paylaş: