Stomatologiya ixtisası üzrə nümunəvi test sualları 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Pazvari qüsurun əmələ gəlməsinin ehtimal olunan səbəbi hansıdır?



Yüklə 4,01 Mb.
Pdf görüntüsü
səhifə4/186
tarix22.09.2023
ölçüsü4,01 Mb.
#146996
1   2   3   4   5   6   7   8   9   ...   186
2020-03-16 12-28-22

23) Pazvari qüsurun əmələ gəlməsinin ehtimal olunan səbəbi hansıdır?
A) Parodont xəstəlikləri zamanı diş köklərinin açılması 
B) Diş əti kənarının degenerasiyası nəticəsində diş toxumalarının trofikasının 
pozulması 
C) Mexaniki təsirlər 
D) Qalxanvari vəzin disfunksiyası 
E) Çoxlu miqdarda sitruslar və onların şirələrinin qəbul edilməsi 
24) Sadalanan simptomlardan hansı dişlərin patoloji sürtülməsi üçün xarakterik 
deyil?
A) Hiperesteziya 
B) Estetik çatışmazlıq 
C) Öz-özünə baş verən gecə ağrıları 
D) Dişlərin hündürlüyünün azalması 
E) Gicgah - çənə oynağında ağrılar 
Dişlərin kariesi
25) Dişlərin kariesi zamanı aşağıdakı faktorlardan hansı aqressiv xarakter 
daşıyır?
A) Zülal mübadiləsinin pozulması (dişin sərt toxumalarının zülal matrisasının 
zədələnməsi) 
B) Dişin zülal strukturunun zədələnməsinə səbəb olan karbohidrat mübadiləsinin 
pozulması 
C) Ağız boşluğunun mikroorqanizmləri, diş ərpi və karbohidratlar 
D) Orqanizmdə gedən mübadilə pozuntusu 
E) Kifayət qədər qidalanmamaq 
26) Hidroksiapatitin kimyəvi formulu necədir?
A) Ca10(PO4)8(OH)2 
B) Ca2(PO2)2(OH)2 
C) CaHPOH4 
D) Ca4(PO4)4(OH)2 
E) Ca10(PO4)6(OH)2 
27) Dişin sərt toxumalarında kalsium-fosfor nisbəti necədir?
A) 1,5 
B) 2,0 
C) 1,3 
D) 2,1 
E) 1,67 


28) Minanın keçiriciliyi nə zaman artır?
A) Patoloji sürtülmədə 
B) Ağ ləkə mərhələsində 
C) Hipoplaziyada 
D) Pazvari qüsurda 
E) Flüorozda 
29) Ağız suyunda pH aşağı düşdükdə hidroksiapatitin həll olması necə olur?
A) Əvvəl artır, sonradan azalır 
B) Əvvəl azalır, sonradan artır 
C) Dəyişmir 
D) Artır 
E) Azalır 
30) Kariesin ləkə mərhələsinin diaqnostikası üçün hansı metod daha məqbul 
hesab olunur?
A) Termodiaqnostika və lüminessent stomatoskopiya 
B) Rentgenoqrafiya və termodiaqnostika 
C) Lüminessent stomatoskopiya və vital rəngləmə 
D) Vital rəngləmə və EOD 
E) Rentgenoqrafiya və EOD 

Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin