Soyqirimi: tarixin qanlı salnaməsi


-1920-ci  il  soyqırımları



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   2   3   4   5   6   7   8   9   ...   28

1905-1920-ci  il  soyqırımları

Şərqdə  təsir  dairəsini  genişləndirmək,  regionun  zən­

gin  təbii  sərvətləri  üzərində  nəzarəti  ələ  keçirmək 

istəyən  Çar  Rusiyası  hələ  XVII  əsrin  sonu  və  XVIII 

əsrin  əvvəllərində  Türkiyə  və  İrana  qarşı  müharibə 

apararkən  məhz  «erməni  kartı»ndan  siyasi  alət  kimi 

yararlanmağa  çalışmışdır.  Kütləvi  soyqırımı  və  depor­

tasiyaların  qanlı  tarixi  isə  Rusiya  ilə  İran  arasında 

gedən  iki  müharibənin  (1804-1813  və  1826-1828)  so­

nunda  imzalanmış  Gülüstan  (12  oktyabr  1813-cü  il) 

və  Türkmənçay  (10  fevral  1828-ci  il)  müqavilələrindən 

sonra  başlanmışdır.

Həmin  müqavilələr  xalqımızın  tarixində  faciəvi  rol  oyna­

mış,  Azərbaycanın  parçalanmasının,  tarixi  torpaqlarımızın  bö­

lünməsinin  əsasını  qoymuşdur.  Azərbaycanın  şimalı  Rusiya­

nın,  cənubu  isə  İranın  idarəçiliyinə  keçmişdir.  Türkmənçay 

müqaviləsindən  sonra  imperator  I  Nikolay  1828-ci  il  martın 

21-də  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisində  «Erməni 

vilayəti»nin  yaradılması  haqqında  əmr  imzalamışdır.  Həmin 

əmrə  əsasən  o  zaman  7.331  azərbaycanlının  və  2.369  ermə­

ninin  yaşadığı  İrəvan  şəhəri  də  «Erməni  vilayəti»nin  tərkibinə 

daxil  edilmişdi.  Bunun  ardınca  Türkmənçay  müqaviləsinin  15- 

ci  bəndinə  əsasən,  İrandan  ermənilərin  İrəvan,  Qarabağ  və 

Naxçıvana  kütləvi  şəkildə  köçürülməsinə  başlanılmışdı.

Tarixi  mənbələrə  əsasən,  təkcə  1828-1 830-cu  illər  ərzində 

İrandan  40  min,  Türkiyədən  isə  84  min  erməni  Cənubi  Qaf­

qaza,  Azərbaycan  ərazisinə  yerləşdirilmişdir.  Çar  Rusiyasının 

himayəsi  altında  «Erməni  vilayəti»  adlandırılan  süni  inziba­

ti  bölgünün  yaradılması  isə  azərbaycanlıların  əzəli  torpaq­

larından  zorla  çıxarılmasının  və  soyqırımı  siyasətinin  əsasını

97


qoymuşdur.  Qafqaz  Arxeologiya  Komissiyasının  sənədlərində 

birmənalı  qeyd  olunur  ki,  Tıirkmənçay  sülh  müqaviləsinə  qə­

dər  Qarabağ  xanlığında  12  min  ailənin  2,5  min  nəfəri  erməni, 

Şamaxı  xanlığında  24  min  ailənin  1,5  min  nəfəri,  Şəki  xanlı­

ğında  isə  15  min  ailənin  üçdə  biri  erməni  idi.  1828-ci  ilin  mə­

lumatına  görə,  İrəvan  xanlığı  ərazisində  torpaqların  96,63  faizi 

azərbaycanlılara,  cəmi  3,37  faizi  ermənilərə  məxsus  idi.  1826- 

1828-ci  illər  Rusiya-İran  müharibəsində  təkcə  İrəvan  xanlığı 

ərazisində  yaşayan  azərbaycanlıların  420  kəndi  yerlə  yeksan 

edilmişdir.  1828-1871-ci  illər  arasında  ermənilər  azərbaycanlı 

əhali  yaşayan  146  kəndi  zəbt  edərək  özününküləşdirmişlər.

XIX  əsrin  ikinci  yarısında  «Böyük  Ermənistan»  xülyasına 

düşən,  millətçi-şovinist  ideyalarını  həyata  keçirmək  istəyində 

olan  ermənilər təşkilati  strukturlar  yaratmağa  başlamışlar.  Əsa­

sən  xaricdə  -   1887-ci  ildə  Cenevrədə  «Qnçaq»,  1890-cı  ildə 

Tiflisdə  «Daşnaksütyun»  partiyalarını  təsis  etmiş,  1895-ci  ildə 

Nyu-Yorkda  «Erməni  Vətənpərvərlər  İttifaqı»  təşkilatını  yarat­

mışlar.  Həmin  təşkilatların  fəaliyyət  proqramında  azərbaycan- 

ılara  və  türklərə  qarşı  ardıcıl  olaraq  terror  və  qırğın  aksiyaları 

həyata  keçirmək  məramı  əsas  yer  tutmuşdur.

«Böyük  Ermənistan»  yaratmaq  xülyasından  ruhlanan  erməni 

qəsbkarları  Birinci  rus  inqilabı  dövründə  -   1905-1907-ci  illər­

də  azərbaycanlılara  qarşı  açıq  şəkildə  genişmiqyaslı  qanlı  ak­

siyalar  həyata  keçirmişlər.  Ermənilərin  Bakıdan  başlanan  vəh­

şilikləri  Azərbaycanı  və  indiki  Ermənistan  ərazisindəki  yaşayış 

məntəqələrini  əhatə  etmişdir.

Birinci  dünya  müharibəsindən  sonra  isə  Rusiyada  yaranmış 

vəziyyətdən  istifadə  edən  ermənilər  1917-ci  ildə  baş  vermiş 

fevral  və  oktyabr  inqilablarından  öz  istəklərinə  bolşevizm  bay­

rağı  altında  nail  olmağa  cəhd  etmişlər.  Bakı  Kommunası  əks- 

inqilabi  elementlərlə  mübarizə  şüarı  altında  1918-ci  ilin  mar­

tından  bütün  Bakı  quberniyasında  yaşayan  azərbaycanlıların 

çıxarılması  məqsədlərini  güdən  cinayətkar  planının  reallaşdı- 

rılmasına  başlamışdır.

98


Azərbaycanlıların  soyqırımı  xüsusi  qəddarlıqla  Bakı,  Şama­

xı,  Quba,  Qarabağ,  Zəngəzur,  Naxçıvan,  Lənkəran  və  digər 

ərazilərdə  həyata  keçirilmişdir.  Bu  torpaqlarda  kütləvi  şəkildə 

dinc  əhali  qırılmış,  kəndlər  yandırılmış,  milli  mədəniyyət  abi­

dələri  məhv  edilmişdir.

1918-ci  ildə  türk-müsəlman  əhaliyə  qarşı  törədilən  cina­

yətləri  üzə  çıxarmaq  məqsədi  ilə  Azərbaycan  Xalq  Cümhuriy­

yətinin  ən  mühüm  qərarlarından  biri  də  həmin  il  iyulun  15- 

də  Fövqəladə  Təhqiqat  Komissiyasının  yaradılması  olmuşdur.

1919-cu  il  avqustun  27-də  komissiya  tərəfindən  tərtib  edilmiş 

arayışda  bildirilirdi  ki,  ermənilərin  türk-müsəlman  əhaliyə  qar­

şı  törətdiyi  cinayətlərlə  bağlı  36  cild  və  3.500  vərəqdən  ibarət 

sənədlər  toplanmışdır.

70 


illik  sovet  ideologiyasının  tarixşünaslığımıza  tətbiq  etdiyi 

«vətəndaş  müharibəsi»,  «əksinqilabi  qiyam»  kimi  saxtalaşdırı­

lan  mart  hadisələri,  əslində,  bolşevik-daşnak  ittifaqının  azər­

baycanlılara  qarşı  yeritdiyi  növbəti  soyqırımı  siyasəti  idi.  Xal­

qımız  uzun  illər  bu  gerçək  tarixdən  məlumatsız  olmuş,  saxta 

ideoloji  ehkamlar  və  yalan  tarix  nəticəsində  yaddaşımız  uzun 

illər  tamamilə  yad  istiqamətdə  köklənmişdir.  1918-ci  il  martın 

31-də  Bakı  Kommunası  və  erməni  şovinistləri  Azərbaycanda 

kütləvi  qırğınlar,  qətliamlar  törətməklə  bəşər  tarixində  misli 

görünməmiş  soyqırımına  imza  atmışlar.

Bu  soyqırımı  əsl  hüquqi-siyasi  qiymətini  isə  Azərbaycanın 

dövlət  müstəqilliyinə  qovuşduqdan  sonra  almışdır.  Mart  hadi­

sələrinin  80-ci  ildönümündə  -   1998-ci  il  martın  26-da  ümum­

milli  lider  Heydər  Əliyevin  imzaladığı  fərman  erməni  m illətçi­

lərinin  hərəkətlərinə  verilən  dolğun  və  hərtərəfli  hüquqi-siyasi 

qiymət  olmuşdur.

Ötən  illər  ərzində  Azərbaycan  dövləti  bu  tarixi  gerçəklik­

ləri,  xalqımızın  iki  əsr  boyu  məruz  qaldığı  soyqırımı  və  et­

nik  təmizləmənin  dəhşətli  miqyasını  beynəlxalq  ictimaiyyətə 

çatdırmaq  istiqamətində  xeyli  iş  görmüşdür.  Fərmanda  ermə­

99


nilərin  Azərbaycana  qarşı  təcavüzünün  tarixi  köklərinə  də  to­

xunulmuş,  mərhələlərlə  törədilmiş  soyqırımı  və  terror  siyasəti 

dolğun  şəkildə  əksini  tapmışdır.

Prezident  İlham  Əliyev  AMEA-nın  2005-ci  ilin  dekabrında 

keçirilmiş  60  illik  yubiley  mərasimindəki  dərin  məzmunlu  çı­

xışı  zamanı  ermənilərin  cəfəng  iddialarına  qarşı  elmi-ideoloji 

mübarizənin  gücləndirilməsi  zərurətini  alimlərimiz  qarşısında 

mühüm  vəzifə  kimi  müəyyənləşdirmişdir.

Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyasının 

rəhbəri,  həqiqi  dövlət  müşaviri,  akademik  Ramiz  Mehdiyevin 

«Gorus  -   2010:  Absurd  teatrı  mövsümü»  əsəri  bu  baxımdan 

mühüm  əhəmiyyətə  malikdir.  Əsərdə  eyni  zamanda  erməni 

qəsbkarlarının  ötən  əsrin  əvvəllərində  azərbaycanlılara  və 

türklərə  qarşı  törətdikləri  soyqırımı  aktlarına  da  münasibət  ək­

sini  tapmış,  mart  hadisələrinin  təfərrüatları  açıqlanmış,  həmin 

illərdə  S.Saumyanın  törətdiyi  cinayətkar  əməllər  konkret  fakt­

lar  əsasında  göstərilmişdir.

BAKI  (1905-1907-ci  illər)

Ermənilər  Bakıya  XIX  əsrin  70-ci  illərindən  gəlməyə  baş­

lamışlar.  Bu  elə  bir  dövr  idi  ki,  şəhərin  iqtisadiyyatı  sürətlə 

inkişaf  edir,  Abşeronda  illik  neft  istehsalı  200-300  min  puda 

çatırdı.  Həmin  illərdə  Çar  Rusiyasının  havadarlığı  ilə  Bakıya 

axışan  ermənilər  neft  sənayesi,  ticarət  və  bank  işi  sahələrində 

üstünlüyü  ələ  keçirmiş,  qısa  vaxtda  iri  kapitalistlərə  çevrilmiş­

dilər.  Bu  illərə  qədər  isə  Bakı  və  onun  ətraf kəndlərində  ermə­

nilər  barmaqla  sayılacaq  qədər  azlıq  təşkil  edirdilər.  1905-ci  i 

fevralın  əvvəllərində  Bakı  şəhəri  və  quberniyasında  baş  vermiş 

ilk  erməni-azərbaycanlı  qırğınını  tədqiq  edən  senator  Kuzmin- 

skinin  hesabatına  görə,  həmin  ilin  yanvarında  Bakı  quberniya­

sında  1.057  min  nəfər  əhali  siyahıya  alınmışdır.  Onlardan  800 

min  nəfəri  müsəlmanlar,  12  faizi  ruslar,  9  faizi  ermənilər,  3 

faizi  isə  başqa  millətlərin  nümayəndələri  idi.

100


1904- 

1905-ci  illərdə  «Daşnaksütyun»  Bakıda  sosial-demo­

krat  və  sosial-inqilabçı  adı  altında  daşnaksütyunyönümlü  fəhlə 

təşkilatları  yaratmağa  başlamışlar.  Onların  əsas  məramı  yerli 

əhali  arasında  iğtişaşlar,  təxribatlar  törətmək,  qanlı  aksiyalar 

həyata  keçirmək  idi.  Bu  cəhdlər  isə  nəticəsiz  qalmamışdı.

1905- 

ci  il  fevralın  6-da  gündüz  saat  12  radələrində  Bakıda 



baş verən  dəhşətli  hadisə  isə  şovinist  ruhlu  erməni  m illətçiləri­

nin  etnik  zəmində  əvvəlcədən  planlaşdırdıqları  böyük  qırğına 

yol  açmış  oldu.  Həmin  gün  şəhərin  mərkəzində,  Erməni  kil­

səsinin  yanında,  «Parapet»  deyilən  yerdə  varlı,  nüfuzlu,  çoxlu 

qohum-əqrəbası  olan  karxana  sahibi,  sabunçulu  Ağarza  Ba­

bayev  erməni  komitəsi  tərəfindən  qətlə  yetirildi.  Əhvalatdan 

xəbərdar  olan  Bakı  əhli  qətl  hadisəsindən  çox  təsirlənmiş  və 

bundan  əvvəl  də ermənilər tərəfindən  bir sıra  cinayətlər törən- 

diyinə  görə  xalq  arasında  böyük  iğtişaşlar  baş  vermişdi.

Mixaylov  xəstəxanasının  sənədlərinə  görə,  qırğın  başlanan 

gün  erməni  milyonçuları  Balabek  Lalayevin,  Artyom  Babayant- 

sın,  İsay  Ter-Osipovun  və  başqa  maqnatların  havadarlığı  ilə 

terror  qrupu  tərəfindən  18  adam  öldürülmüş,  33  nəfər  yara­

lanmışdı.  Onların  34-ii  azərbaycanlı,  6-sı  rus,  6-sı  erməni,  5-i 

başqa  millətin  nümayəndələri  idi.

Fevralın  7-də  vəziyyət  daha  da  gərginləşmişdi.  Həmin  er­

məni  terror  təşkilatı  bu  dəfə  yüzədək  dinc  vətəndaşın  həya­

tına  son  qoymuş  və  yaralamışdı.  Krasilnikovun,  Mayılovun, 

Korsakovun  evlərindən,  «Madrid»  mehmanxanasından  yerli 

əhali  -   azərbaycanlılar  qəfildən  güllə  yağışına  tutulmuşdu. 

İğtişaş  nəticəsində  müsəlmanların  bir  çoxunun  imarətləri  və 

mağazaları  dağıdılmış  və  qarət  edilmişdi.

Fevralın  8-i  şan-şöhrəti  ilə  məşhur olan  Bakı  cəhənnəmə  çev­

rilmişdi.  Bir  tərəfdən  bombaların  partlaması,  digər  tərəfdən  isə 

uca və ali  imarətlərin  uçub dağılması,  neft zavodlarının,  budkala­

rın  yanğından  səmaya  qalxan  alovları  insanları  çaşdırmışdı.

Beləliklə,  1905-ci  ilin  6-10  fevral  hadisələri  tarixə  «Bakı 

şəhərində  qanlı  qətliam»  kimi  daxil  olmuşdur.  Həmin  giinlər-

101


də  mal  və  əmlaka,  mülklərə  eləyən  zərər  milyonları  keçmişdi. 

Bakı  hadisələri  haqqında  qubernator,  knyaz  M.A.Nakaşidze tə­

rəfindən  Qafqaz  canişini  və  Rusiya  Daxili  İşlər  Nazirliyi  üçün 

hazırlanan  geniş  məruzədə  qırğın  zamanı  231  nəfərin  öldüyü, 

179  nəfərin  yaralandığı  göstərilmişdir.  Məruzədə  o  da  qeyd 

olunmuşdur  ki,  itki  göstəriləndən  daha  çoxdur. 

Gizlədilən 

ölü-lərin  çoxu  müsəlmanlara  aid  idi.  Çünki  onlar  meyitlərin 

yarılmasını  şəriət  qaydalarına  zidd  olan  əməl  kimi  qəbul  edir­

dilər.


1905-ci  il  mayın  11-də  Bakıda  beş  erməni  terrorçusu  tə­

rəfindən  Qafqaz  xalqları  arasında  dostluq  mövqeyindən  çıxış 

edən  knyaz  M.A.Nakaşidze  və  Q.Takayşvili  qətlə  yetirilmişdi. 

Elə  həmin  gün  general  Alixanov  da  öldürülmüşdü.  Qətllərlə 

əlaqədar  yayılmış  intibahnamələrdə  qeyd  edilmişdi  ki,  bun­

ları  «Daşnaksütyun»  erməni  terror  təşkilatı  törətmişdir.  Bəzi 

məlumatlara  görə,  qatillərdən  biri  Dro  ləqəbli  Drastamat  Ka- 

nayan  idi.  Qəza  rəisləri  Pavlov,  Neşşanski,  Boquslavski,  vitse- 

qubernator  Andreyev,  polkovnik  Bıkov  və  başqaları  erməni 

vəhşiliklərinin  qurbanı  olmuşlar.

Fevral  hadisələrindən  sonra  ermənilərin  və  azərbaycan­

lıların  bir-birlərinə  olan  nifrətləri,  kinləri  o  qədər  artmışdı 

ki,  yeni-yeni  toqquşmaları  hər  dəqiqə  gözləmək  olardı.  Ən 

adi  bir  bəhanə  qırğının  başlanmasına  gətirib  çıxara  bilərdi. 

1905-ci  il  avqustun  20-də  Bakıda  qəflətən  ikinci  dəfə  erməni- 

müsəlman  davası  başladı.  Şahidlərin  dediyinə  görə,  sentyabrın 

ortalarına  qədər  davam  edən  bu  qırğın  qəddarlığı,  dəhşətləri 

və  kütləviliyinə  görə  fevral  hadisələrini  kölgədə  qoymuşdu. 

M.S.Ordubadi  «Qanlı  illər»  əsərində  iğtişaşın  təfsilatını  belə 

verirdi:  İkinci  Bakı  faciəsindən  bir  neçə  gün  qabaq  konkalarda 

xidmət  edən  işçilər tətil  etmişdilər.  Bu  tətilə  səbəb  işçilərin  öz 

vəziyyətlərindən  narazılıqları  idi.  Hökumət  isə  onlarla  razılığa 

gəlmək  əvəzinə  yerlərinə  soldat  qoyub  konkaları  işə  salmış, 

onları,  yəni  tətil  etmiş  işçiləri  daha  da  acışdırmı'şdılar.

102


Tətil  etmiş  işçilərin  və  onların  kargüzarlarının  çoxu  erməni 

idi.  Onlar  hökumətin  bu  əməlindən  narazı  olub,  şənbə  günü 

konkanı  gülləyə  basırlar.  Bu  gülləbazlıq  əsnasında  konkada 

olan  soldatlar  və  bir  neçə  müsəlman  sərnişin  həlak  olur  və 

yaralanırlar.  Fürsətdən  istifadə  üçün  intizarda  olan  Erməni  kil­

səsində  həzin-həzin  zəng  çalınır.  Erməni  cavanları  dükanların 

qabağında  əllərini  bir-birinə  vurmaqla  erməni  dükançılarına 

qarışıqlıq  salmaq  işarəsi  verirlər».

Yaxşı  silahlanmış  erməni  quldur  birləşmələri  şəhərin  əhalisi 

sıx  olan  müsəlman  məhəllələrinə  basqınlar  edir,  çox  böyük 

sayda  insanları  vəhşicəsinə  öldürürdülər.  Kişilərin  başını  kəsir, 

hamilə  qadınların  qarnını  yırtır,  uşaqları  tonqallarda  yandırır, 

su  quyularında  boğurdular.  Meyitlərin  çoxu  dənizə  atılırdı.

Bakı  polismeysterinin  1905-ci  il  oktyabrın  11-də  müvəq­

qəti  general-qubernatora  göndərdiyi  raportda  göstərilirdi  ki, 

avqust  qırğını  zamanı  evlərin  damından,  eyvanlardan,  pəncə­

rələrdən  dinc  sakinlərə  atəş  açılmış,  49  erməni  evinin  ünvanı 

və  sahiblərinin  adları  aşkar  edilib  siyahıya  alınmışdır.  Onların 

arasında  erməni  kilsə  xadimlərinin  adları  da  göstərilirdi.  Qeo- 

dakovun  evində  Dağıstan  polkunun  unter-zabiti  Tkaçenko  əs­

gərlərlə  birlikdə  pəncərə  və  eyvanlardan  atəş  açan  47  ermə­

nini  həbs  etmişdir.

Meyitlərin  çoxu  isə  tanınmaz  hala  düşmüşdü.  Şaqqalanmış, 

başları,  ayaqları,  əlləri  kəsilmiş,  digər əzaları  doğranmış  insan­

ları  doğmaları  bədənlərindəki  nişanələrlə  tapıb  basdırırdılar. 

Şəxsiyyəti  məlum  olmayan  müsəlman  cəsədləri  isə  birbaşa 

qəbiristanlığa  göndərilirdi.  Avqustun  23-25-də  Bakının  neft 

mədənlərində  və  zavodlarında  baş  verən  yanğınlar  çoxlu  fəh­

ləni  işsiz  qoymuşdu.  Ən  böyük  yanğın  Balaxanı  neft  mədənlə­

rində  olmuşdu.  Bir  sözlə,  avqustun  20-dən  sentyabrın  10-dək 

davam  edən  qırğınlar  zamanı  Bakıda  və  onun  ətrafında  çoxlu 

cinayətlər  baş  vermişdi.

1905-1906-cı  illərdə  Bakıda  başlanan  qırğınlar  İrəvanda, 

Naxçıvanda,  Gəncədə,  Qarabağda,  Zəngəzurda  və  digər  böl-

юз


gələrdə  davam  etmiş,  erməni  separatçıları  tərəfindən  kütlə­

vi  şəkildə  azərbaycanlılara  divan  tutulmuş,  şəhər  və  kəndlər 

yandırılmış,  uşaqlar,  qocalar,  qadınlar  xüsusi  qəddarlıq  və 

vəhşiliklə  öldürülmüşlər.  Həmin  dövrdə  təkcə  Şuşa,  Cavanşir, 

Cəbrayıl  və  Zəngəzur  qəzalarında  75  Azərbaycan  kəndi  yerlə 

yeksan  edilmiş,  İrəvan  və  Gəncə  quberniyalarında  isə  200- 

dən  çox  yaşayış  məntəqəsi  viran  qoyulmuşdu.  Erməni  vəhşi­

liyindən  sağ  qurtara  bilən  on  minlərlə  azərbaycanlı  öz  doğma 

yurdlarını  tərk  etmək  məcburiyyəti  qarşısında  qalmış,  bununla 

da  Azərbaycanda  tarixi  artıq  bir  əsrə  yaxınlaşmaqda  olan  hə­

qarətli  qaçqınçılıq  ənənəsinin  əsası  qoyulmuşdur.

BAKI  (1918-1920-ci  illər)

1917-ci  ilin  sonu,  1918-ci  ilin  əvvəllərində  Bakıda  daşnak- 

bolşevik  birləşmələrinin  milli  qüvvələrə  qarşı  açıq  mübarizəsi 

yetişməkdə  idi.  1917-ci  ilin  dekabrında  Rusiya  Xalq  Komissar­

ları  Soveti  tərəfindən  Qafqazın  fövqəladə  komissarı  təyin  olun­

muş  S.Şaumyanın  və  Korqanovun  başçılıq  etdiyi  Hərbi  İnqilab 

Komitəsinin  Tiflisdən  Bakıya  gəlişi  buradakı  siyasi  vəziyyəti 

daha  da  gərginləşdirmişdi.  Qafqaz  cəbhəsindən  geri  qayıdan 

əsgərlər  vətənlərinə  getmək  əvəzinə  Bakıda  toplaşmışdılar. 

Onların  burada  saxlanılmasında  S.Şaumyan  xüsusi  canfəşanlıq 

göstərmişdi.

Azərbaycanda  m illi  qüvvələrə  rəhbərlik  edən  «Müsavat»ın 

nüfuzu  isə  günbəgün  artırdı.  Bundan  qorxuya  düşən  bolşevik- 

daşnak  qüvvələri  Bakını  inqilabla  əksinqilab  arasında  müba­

rizə  meydanına  çevirmək  niyyətində  idilər.  Bir  faktı  da  qeyd 

edək  ki,  bolşevik-daşnak  qüvvələrinin  birləşdiyi  Bakı  Sovetinin 

ixtiyarında  qırmızı  ordu  adı  altında  əksəriyyəti  ermənilərdən 

ibarət  olan  20  minlik  silahlı  qüvvə  cəmlənmişdi.

Real  hakimiyyətə  yiyələnmək  üçün  Bakı  Soveti  və  onun 

İcraiyyə  Komitəsi  təkcə  azərbaycanlılar  arasında  deyil,  di­

104


gər  müsəlman  xalqları  arasında  da  böyük  nüfuz  qazanmış 

«Müsavat»ı  yolundan  kənar etməli  idi.  Amma  bolşeviklər bunu 

dinc  vasitələrlə  həyata  keçirmək  imkanında  deyildilər.  Belə 

halda  bolşevik  rejimi  üçün  səciyyəvi  olan  bir  yol  -   zorakı­

lıq  yolu  qalırdı.  Bunun  üçün  əvvəlcə  döyüş  qabiliyyətli  silahlı 

qüvvələrə  malik  olmaq,  sonra  isə  əməliyyatlara  «özünümüda­

fiə»  donu  geydirməklə  onun  labüdliiyünü,  proletariatın  məna­

feyinə  xidmət  etdiyini  sübuta  yetirmək  tələb  olunurdu.

1918-ci  ilin  yanvar-fevral  aylarında  özlərinə  arxayın  ermə­

ni  zabit  və  əsgərləri  Bakı  küçələrində  sərbəst  hərəkət  edir, 

istədikləri  özbaşınalıqları  törədir,  qarətlər  edirdilər.  Bakıda 

türklərin  dükan  və  mağazalarının,  demək  olar  ki,  çoxu  bağlan­

mışdı.  Hadisələrdən  təlaşa  düşən  azərbaycanlılar  isə  narahat 

olmağa  başlamışdılar.  «İsmailiyyə»  binasının  qarşısında  keçi­

rilən  mitinqə  3.000  nəfərədək  azərbaycanlı  toplaşaraq  Müsəl­

man  İctimai  Təşkilatları  Komitəsindən  şəhərdə  qayda-qanun 

yaradılması  üçün  zəruri  tədbirlər  görməyi  tələb  edirdi.  Çıxış 

edənlər  soyğunçuluğa,  zorakılığa  və  özbaşına  axtarışlara  sərt 

etirazlarını  bildirirdilər.

Mitinqə gələn  Bakı  Soveti  İcraiyyə  Komitəsinin  sədr müavini 

P.Caparidze  əhalini  sakiləşdirmək  məqsədi  ilə  özbaşınalıqlara 

son  qoymaq  üçün  lazımi  ölçülərin  götürüləcəyinə  söz  vermiş­

di.  M illi  Komitənin  yığıncağında  Ə.Topçubaşov,  B.Aşurbəyov, 

M.Ə.Rəsulzadə,  İ.Heydərov  və  M.H.Hacınski  iştirak  etmişdi. 

Lakin  S.Şaumyan  başda  olmaqla,  Bakı  bolşevikləri  azərbaycan­

lıları  ətrafında  toplayan  və  onları  milli-azadlıq  mübarizəsinə 

yönəldən  «Müsavat»  partiyasına,  Müsəlman  M illi  Şurasına, 

həmçinin  onların  sosial  dayaqları  olan  Azərbaycan  əhalisinə 

qarşı  kütləvi  qırğınlar  törətmək  üçün  ciddi  hazırlıq  işləri  gör­

məyə  başlamışdılar.

Bakıda  qırğın  törədilməsinə  hələ  1918-ci  ilin  yanvarında 

cəhd  edilmiş,  müsəlman  korpusunun  komandiri  general

105


Talışinskinin  həbsi  şəhərin  türk-müsəlman  əhalisində  ciddi 

qəzəb  doğurmuşdu.  Bundan  istifadə  edən  ermənilər  hətta  si­

lahlı  toqquşmaya  cəhd  göstərmişdilər.  Lakin  M.Ə.Rəsulzadə, 

N.Nərimanov  və  başqalarının  səyi  nəticəsində  təxribatçı  daş­

nakların  yanvar  ayında  qırğın  törətmək  planı  baş  tutmamışdı.

Sonradan  Erməni  M illi  Şurasının  üzvləri,  «Daşnaksütyun» 

partiyasının  rəhbərləri  müsavatçıları  Bakı  Soveti  ilə  silahlı  toq­

quşmaya  təhrik  etmək  məqsədi  ilə  ən  müxtəlif  vasitələrə  əl 

atırdılar.  1918^ci  il  martın  ortalarında  sovetlər  şəhərin  mühasi­

rəsini  yarmaq  bəhanəsi  altında  qoşunlarını  Lənkərana,  Şama­

xı  və  Muğan  düzünə  göndərməyə  başladılar.  Bundan  başqa, 

onların  şəhər  daxilində  dözülməz  amirlik  mövqeyindən  çıxış 

etməsi  müsəlman  əhali  arasında  gərginliyi  son  dərəcə  artırmış­

dı.  Lakin  Bakı  Soveti  rəhbərliyinin  davakar  mövqeyi  hər  dəfə 

müsavatçıların  sağlam  düşüncəyə  əsaslanan  soyuqqanlı,  təm­

kinli  mövqeyi  qarşısında  məkrli  məqsədinə  nail  ola  bilmirdi. 

«Müsavat»  Azərbaycanın  ərazi  muxtariyyəti  və  siyasi  hakimiy­

yət  uğrunda  da  inamla  mübarizə  aparırdı.  Belə  olduqda  Bakı 

Soveti  rəhbərliyinin  açıq  şantaj  tədbirinə  əl  atmaqdan  başqa 

çarəsi  qalmamışdı.  Böyük  qırğınlara  başlamaq  üçün  bəhanə 

isə  Hacı  Zeynalabdin  Tağıyevin  oğlu  Məhəmmədin  cənazə­

sinin  «Evelina»  gəmisində  Lənkərandan  Bakıya  gətirilməsini 

təşkil  edən  48  hərbçinin  gəlişi  oldu.

Belə  ki,  1918-ci  il  martın  1 7-də  silahla  ehtiyatsız  davranış­

dan  həlak  olmuş  H.Z.Tağıyevin  oğlu  Məhəmməd  Tağıyevin 

cənazəsini  Bakıya  gətirən  müsəlman  diviziyasının  48  nəfərdən 

ibarət  kiçik  bir  dəstəsi  bolşevikləri  təşvişə  salmışdı.  Mərhum 

dəfn  ediləndən  sonra  həmin  dəstə  «Evelina»  gəmisi  ilə  Lənkə­

rana  geri  qayıtmalı  idi.  Paroxodun  körpüdən  aralanmasına  az 

qalmış  silahlı  bolşeviklər  müsəlman  dəstəsinin  tərksilah  olun­

masını  tələb  etmişdilər.  Müsəlman  dəstəsinin  rədd  cavabına 

tüfənglərdən  və  pulemyotlardan  atılan  atəşlə  cavab  verilmişdi. 

Gəmidəki  silahlar  bolşeviklər tərəfindən  müsadirə  olunmuşdu.

106


Martın  30-u  gündüz  saat  4-də  müsəlmanlardan  təşkil  olun­

muş  nümayəndə  heyəti  Sovetin  İcraiyyə  Komitəsinin  qarşısına 

gələrək silahların  geri  qaytarılmasını  tələb etmişdi.  P.Caparidze 

müsəlman  liderlərinə  söz  vermişdi  ki,  silahların  qaytarılması 

məsələsini  Qafqaz  ordusunun  İnqilabi  Müdafiə  Komitəsinin 

iclasına  çıxaracaq  və  orada  həmin  məsələnin  müsbət  həlli­

ni  müdafiə  edəcəkdir.  Ertəsi  gün  şəhərin  cənub  hissəsində 

erməni  əsgərləri  görünməyə  başladılar. 

Onlar  bütün  küçə 

boyu  səngərlər  qazır,  torpaq  və  daşlardan  bəndlər  ucaldırdı­

lar.  Bu,  açıq-aşkar  meydan  oxumaq,  güc  nümayiş  etdirmək, 

bir  sözlə,  əsl  amirlik  nümunəsi  idi.  Şəhərdə  minlərlə  yaxşı 

silahlanmış  daşnak  hərbi  hissələri  sərbəst  hərəkət  etdikləri 

halda,  müsəlmanların  kiçik  bir  dəstəsinin  tərksilah  edilməsi 

müsəlman  əhali  arasında  narazılığı  artırır,  ciddi  etirazlar  do­

ğururdu.  Martın  30-da  N.Nərimanovun  evində  S.Şaumyanla 

və  həmin  gün  İnqilabi  Müdafiə  Komitəsində  M.Ə.Rəsulzadə 

ilə  keçirilən  görüşlərdə  müəyyən  razılıq  əldə  edilməsinə  bax­

mayaraq,  bolşevik-daşnak  koalisiyası  vədinə  əməl  etməmişdi.

Martın  30-da  saat  16.40  radələrində  Erməni  kilsəsinin  yanı­

na  toplaşan  daşnak  dəstələri  müsəlmanlara  ilk  atəş  açır,  belə­

liklə,  dinc  əhaliyə  qarşı  kütləvi  qətliama  «start  verilir».  Martın 

31-i  və  aprelin  1-də  qırğınlar  xüsusilə  kütləvi  şəkil  alır,  üç  gün 

ərzində  Bakıda  12  min  insan  qətlə  yetirilir.  Onların  çoxunun 

meyitləri  tapılmır.  Çünki  şahidlərin  dediklərinə  görə,  ermə­

nilər  meyitləri  od-alov  bürümüş  evlərə,  dənizə  və  quyulara 

atırdılar  ki,  cinayətin  izini  itirsinlər.  Şaumyanın  erməni-bol­

şevik  dəstələri  Bakı  əhalisinin  400  milyon  manatlıq  əmlakını 

müsadirə etmiş,  Təzəpir  məscidini  topa tutmuş,  «Kaspi»,  «Açıq 

söz»  qəzetlərinin  redaksiyalarına,  «İsmailiyyə»nin  binasına  od 

vurmuşdular.  Xalqın  bir  çox  ziyarətgahları  və  tarixi  abidələri 

dağıdılıb  yerlə  yeksan  edilmişdi.

Dəhşətli  günlərin  şahidi  olmuş  Kulner  familiyalı  alman 

1925-ci  ildə  Bakı  hadisələri  barədə  bunları  yazmışdı:  «Ermə­

107


nilər  müsəlman  (azərbaycanlı)  məhəllələrinə  soxularaq  hər 

kəsi  öldürür,  qılıncla  parçalayır,  süngü  ilə  dəlmə-deşik  edir­

dilər.  Qırğından  bir  neçə  gün  sonra  bir  çuxurdan  çıxarılan  87 

azərbaycanlı  cəsədinin  qulaqları,  burunları  kəsilmiş,  qarınları 

yırtılmışdı.  Ermənilər  uşaqlara  acımadıqları  kimi,  yaşlılara  da 

rəhm  etməmişdilər».

«1918-ci  il  qırğınları»  kitabında göstərilir ki,  düşmənin  üstün 

qüvvələri  qarşısında  müqavimət  göstərməyin  yalnız  günah­

sız  qurbanların  sayını  artıra  biləcəyini  görən  m illi  qüvvələr 

martın  31-də  atəşi  dayandıraraq  sülh  danışıqlarına  başlamağı 

təklif  etdilər.  İnqilabi  Müdafiə  Komitəsinin  ultimatumu  (Bakı 

Soveti  hakimiyyətinin  qeyd-şərtsiz  tanınması  və  onun  sərən­

camlarına tam  tabelik;  müsəlman  hərbi  birləşmələrinin,  bunun 

ardınca  isə  erməni  qüvvələrinin  şəhərdən  çıxarılması;  Bakı­

dan  Tiflisə  və  Petrovska  dəmir  yolunun  açılınası)  «Müsavat» 

rəhbərliyi  tərəfindən  qəbul  edilir.  Bununla  da  güman  etmək 

olardı  ki,  bolşeviklərlə  ilk  hərbi  toqquşmada  hədsiz  olmasa 

da,  xeyli  qurban  vermiş  azərbaycanlılar  yenidən  dinc  yaşayış 

dövrünə  qayıda  biləcəklər.  Lakin  hadisələrin  faciəli  davamı 

ultimatumun  qəbulundan  sonra  da  daşnak-bolşevik  ittifaqının 

şəhərin  müsəlman  hissələrində  qarətlər,  yanğınlar,  qətllər  tö­

rətməsi  ilə  baş  verdi.

Qırğınlar  ərəfəsində  «Nikolay  Buniatov»  paroxodunun  ko­

mandir  köməkçisi  Kazım  Axundova  Bakının  Çəmbərəkənd 

adlandırılan  dağüstü  hissəsinin  mühafizəsi  üçün  təyyarəçi 

Rozenblyumun  başçılığı  ilə  10  silahlı  matros  göndərilmişdi. 

K.Axundov  Nikolayev  küçəsindəki  meyitlərin  yığışdırılmasına 

başladı.  Onların  arasında  süngülərlə  didik-didik  edilmiş  və  qı- 

ıncla  tikə-tikə  doğranmış  3  müsəlman  gimnazistin,  11  gim- 

naziyaçı  qızın,  1  rus  qadınının,  3-5  yaşlarında  3  müsəlman 

oğlan  uşağının,  8  rus  kişinin,  19  İran  təbəəli  müsəlman  qadını­

nın,  müxtəlif  peşə  sahibləri  olan  67  azərbaycanlının  meyitləri 

var  idi.  Bundan  başqa,  «Vulkan»  cəmiyyətinin  köhnə  yanal-

108


ma  körpüsünə  müsəlman  kişilərin,  qadın  və  uşaqların  6.748 

meyiti  gətirilmişdi.  Axundov  öz  tanışı,  texnik  Vladimir  Soko- 

lovu  «Kərpicxana»  deyilən  yerə  aparmışdı.  V.Sokolov  burada 

3  fotoşəkil  çəkmişdi.  Birinci  şəkildə  başında  güllə,  bədənində 

beş  süngü  yarası  olan  və  sağ  körpücük  sümüyünə  qılınc  zər­

bəsi  endirilmiş  qadın  meyiti  təsvir  olunmuşdu.  Onun  sağ  döşü 

üstündə  hələ  nəfəs  alan  körpə  uzanmışdı.  Körpənin  ayağında 

süngü  yarası  var  idi.

Digər  şəkildə  isə  iri  mismarla  divara  vurulmuş  2  yaşlı  uşaq 

təsvir  edilmişdi.  Mismarın  başından  aydın  görünürdü  ki,  onu

divara  daşla  bərkitmişlər.  Üçüncü  şəkildəki  isə  13-14  yaşlı  qı­

zın  meyiti  idi.  Axundovla  Sokolov  dördüncü  evə  daxil  olduq­

da  dəhşətli  bir  mənzərə  ilə  rastlaşmışdılar:  geniş  bir  otağın 

döşəməsi  üstündə  22-23  yaşlı  bir  qadının,  iki  qarının,  9  yaşlı 

qızın,  8  yaşlı  oğlanın  və  südəmər  körpənin  meyitləri  uzadıl­

mışdı.  Körpənin  əl-ayağını  itlər  gəmirib  yemişdi.  Bu  mənzərə 

Sokolova  elə  ağır  təsir  göstərmişdi  ki,  o,  daha  fotoşəkil  çəkə 

bilməmişdi.

1918-ci  ilin  martında  erməninin  azərbaycanlılara  qarşı  soy­

qırımı  törətməsi  tarixi  faktlarda  dolğun  əksini  tapmışdır.  Kütlə­

vi  qətliamlar  təkcə  Bakı  şəhəri  ilə  məhdudlaşmamış,  Azərbay­

canın  Şamaxı,  Quba,  Qarabağ,  Naxçıvan,  Gəncə,  Lənkəran 

və  digər  bölgələrini  də  əhatə  etmişdi.  Yalnız  1918-ci  ilin  sen­

tyabrında  Nuru  paşanın  başçılıq  etdiyi  ordunun  Bakını  xilas 

etməsindən  sonra  bu  qırğınların  qarşısı  qismən  alınmışdı.


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin