Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 6. Azərbaycanda mütəfəkkir və pedaqoqlarının uşaqların sosial tərbiyyəsi haqqında fikirləri



Yüklə 158,37 Kb.
səhifə6/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   2   3   4   5   6   7   8   9   ...   62
sos pdqgk imt

Sual 6. Azərbaycanda mütəfəkkir və pedaqoqlarının uşaqların sosial tərbiyyəsi haqqında fikirləri
Cavab:
Azərbaycan xalq ədəbiyyatının ən qədim və möhtəşəm abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanlarında xalqın tərbiyə ideyaları həm də sosial-pedaqoji kontekstdə özünün aydın ifadəsini tapmışdır. Belə ki, Y.Talıbov, F.Sadıqov, S.Quliyevin qeyd etdikləri kimi “Kitabi-Dədə-Qorqud”da ailə məsələlərinə, toy-büsat, qardaşın bacıya, bacının qardaşa, qardaşın qardaşa və b. Münasibətlərə geniş yer verilmiş, həmin münasibətlər dövrün içtimai-siyasi tələbləri baxımından şərh edilmişdir. Dastanın özünəməxsus pedaqoji poetikası da seçimlidir. Onlar böyük el ağsaqqalı, müşkül işləri həll edən, qəhrəmanlara ad qoyan Dədə Qorqudun öyüdləri ilə başlayır. Həmin öyüdlərdə qiymətli tərbiyəvi fikirlər, fəlsəfi ideyalar ifadə edilir. Dastandakı hadisələr həmin öyüdlərin mahiyyəti və məzmununa uyğun cərəyan edir. Dastanda tayfanın içtimai-sosial həyatında həm qadın, həm də kişilərin fəal sosial rolu geniş tərənnüm edilmişdir. Qadının oğuz tayfalarındakı fəal sosial mövqeyi köcəri həyatının çətinlikləri ilə bağlı olduğundan, hələ uşaqlıqdan qızları fəal, döyüşkən, iradəli böyüdürdülər. Bunu dastandakı qadın obrazlarından da görmək olar.
Orta əsrlər Azərbaycanının Qətran Təbrizi, Əbülhəsən Bəhmənyar, Əfzələddin Xəqani,Seyid Əzim Şirvani, Xətib Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Nəsirəddin Tusi, Marağalı Əvhədi, Əssar Təbrizi, İmadəddin Nəsimi, Qasım Ənvar, Məhəmməd Füzuli kimi elm və mədəniyyət xadimləri həm də dövrün müəllimləri kimi də məşhur idilər. Onların bənzərsiz əsərləri sosial-pedaqoji ideyalarla zəngin olmaqla bərabər, öz dövrlərində mövcud olmuş sosial bərabərsizliyi bədii şəkildə əks etdirmişdir. Nizaminin pedaqoji görüşləri orta əsrlərdə mövcud olmuş sxolastik təlimə qarşı çıxmaqla, insanın şəxsiyyət kimi formalaşmasında cəmiyyətin güclü təsirini poetik dildə vermişdir. Bunda başqa böyük mütəfəkkir uşaqların tərbiyəsi məsələsini təhlil edəndə onları həm sosial-pedaqoji kontekstdə acıqlamış, müəllim-şagird münasibətlərinin xüsusiyyətlərinə, uşaqların mənlik şüurunun formalaşmasında dini təhsilin əhəmiyyəti kimi önəmli məsələlərə diqqəti cəlb etmişdir.
Nizaminin “İsgəndərnamə”sində bəlkə də dünya ədəbiyyatında və pedaqogikasında ilk dəfə ali məktəbi təsvir olunmuşdur. “Leyli və Məcnun”da təsvir olunmuş oğlan və qız məktəbi də bu baxımdan son dərəcədə əlamətdardır. Ümumiyyətlə. Nizaminin əsərlərindəki bütün obrazlar sosial-içtimai cəhətdən fəal obrazlardır. Marağalı Əvhədi uşaqların mənəvi tərbiyəsində ailə münasibətlərinin əhəmiyyətini geniş araşdırmış, ata-övlad münasibətlərinin bu sahədə rolunu xüsusilə vurğulamışdır. XIX əsrin ortalarında Azərbaycan pedaqoji fikrində C.Məmmədquluzadənin, R. Əfəndiyevin, N.Nərimanovun, N.Vəzirovun, Ü.Hacıbəyovun, M.Ə.Sabirin əsərlərində və eyni zamanda, mətbuatdakı çıxışlarında ətraf aləmin uşağın tərbiyəsi və inkişafına təsiri, şəxsiyyətin sosiallaşması və sosial pedaqoji roluna diqqət artırdı. Xüsusilə bu dövrün sosial problemlərinin cəmiyyətin maariflənməsinə ciddi zərbəsini “Molla Nəsrəddin” jurnalı işıqlandırırdı. Maarifçilər haqlı olaraq məktəbin tərbiyə vəzifələrin ətraf mühitlə birləşdirməyi, sosial mühitin uşağın tərbiyəsinə cəlb edilməsini, yəni məktəbin ətraf aləmlə əlaqəsi olmadan tərbiyə məsələlərinin həllinin mümkünsüzlüyü fikrini irəli sürürdülər. XX əsrin ortalarından başlayaraq M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanov uşağın sosial münasibətlər sistemində davranışını səciyyələndirirdilər. Bir sözlə, həm Rusiya, həm də Azərbaycanda sosial pedaqogika XIX əsrin sonunda yaranaraq, XX əsrin 20-ci illərindən müəyyən inkiçafa başlamış və məktəbin həyatla, sosial mühitlə əlaqəsi fikrinin həyata keçirirlməsinə səylər edilmişdir. Bu fikir öz nəzəri əsasını və qismən praktik təcəssümünü bir sıra perlaq pedaqoq nəzəriyyəçilər və metodistlərin təcrübəsində tapmışdır. Lakin kütləvi təcrübədə o çox sadə şəkildə tətbiq edilərək, fikrin nüfuzdan düşməsinə gətirib çıxardı.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin