Sosial-iqtisadi statistika çoxsahəli elm və əməli bilik sahəsi olmaqla ölkənin bütün iqtisadiyyatını öyrənir



Yüklə 10,17 Kb.
tarix24.12.2023
ölçüsü10,17 Kb.
#191399
Sosial iqtisad 1


Sosial-iqtisadi statistika çoxsahəli elm və əməli bilik sahəsi olmaqla ölkənin bütün iqtisadiyyatını öyrənir.
Sosial-iqtisadi statistika iqtisadi nəzəriyyə və statistika nəzəriyyəsinin ümumi müddəalarına əsaslanır, makroiqtisadi göstəricilər sisteminin elmi prinsiplərini işləyib hazırlayır. Makroiqtisadi göstəricilər dedikdə, ümummilli və ümumi daxili məhsul, məhsuldar qüvvələr, milli sərvət, istehsal və tədavül xərcləri, iqtisadi səmərəlilik, rentabellik, fondverimi, əhalinin həyat səviyyəsi, ölkənin xarici iqtisadi əlaqələri və tədiyə balansı, hüquqi və fiziki şəxslər arasında meydana çıxan maliyyə-kredit münasibətləri vəs. nəzərdə tutulur. Bu göstəricilərdən iqtisadiyyatın inkişaf səviyyəsi, strukturu, dinamikası və səmərəliliyinin statistik yolla qiymətləndirilməsi üçün istifadə olunur. Tarixi mənbələrdə göstərildiyi kimi, ilk makroiqtisadi göstəricilərin hesablanması U.Petti və Q.Kinqin adı ilə bağlıdır. Belə ki, onlar XVII əsrdə qabaqcıl hesab olunan ölkələrin siyasi-iqtisadi inkişaf səviyyələrinə qiymət vermək üçün ilk dəfə milli gəlir və milli sərvət göstəricilərini hesablamışlar.
Ayrı-ayrı ölkələrin iqtisadi inkişaf səviyyəsinin qiymətləndirilməsi və təhlil edilməsi ideyası isə bir-biri ilə qarşılıqlı əlaqədə olan göstəricilər sisteminə əsaslanan iqtisadi modelin hazırlanmasına gətirib çıxarmışdır. Buna Fransız iqtisadçısı F.Kenenin məşhur “İqtisadi cədvəlləri” (1758-ci il) misal ola bilər. F. Kene özünün “İqtisadi cədvəllərində o dövrdə Fransa cəmiyyətində ümumi məhsulun sadə təkrar istehsalı prosesini, ölkənin gəlirləri və bunun əsasında siniflər arasında formalaşan iqtisadi münasibətləri əks etdirməyə cəhd göstərmişdir. Lakin qeyd etmək lazımdır ki, təkrar istehsal prosesi və onun nəticələri bu cədvəllərdə özünün tam əksini tapmamışdır.
Bundan sonra K.Marks o dövrün kütləvi statistik məlumatlarından, onların işlənməsi və sistemləşdirilməsinin müxtəlif metodlarından geniş istifadə etməklə Qərbi Avropa ölkələrində kapitalizmin formalaşmasının qanunauyğunluqlarını tədqiq etmiş, ictimai kapitalın sadə və geniş təkrar istehsalına dair özünün məşhur sxemlərini hazırlamışdır. O, bir-biri ilə qarşılıqlı əlaqədə olan göstəricilər sisteminin köməyi ilə bütövlüklə təkrar . istehsal prosesinin və onun ayrı-ayrı mərhələlərinin, ümumi məhsul və milli gəlirin istehsalı, bölgüsü, mübadiləsi və onlardan istifadə edilməsinin qanunauyğunluqlarını aşkara çıxarmışdır.
Sosial-iqtisadi statistika dövlətin əlində iqtisadiyyatın idarə olunması və bir sıra problemlərin həll edilməsi üçün çox mühüm vasitədir. Sosialiqtisadi statistikada hadisə və prosesləri səciyyələndirən göstəricilər onların mahiyyətinin aydınlaşdırılması üçün həlledici əhəmiyyətə malikdir. Çünki hər bir statistik rəqəmin arxasında milyonlarla adamın əməyi durur. İqtisadi nəzəriyyə məhz sosial-iqtisadi statistikaya əsaslanmaqla iqtisadiyyatın inkişaf qanunauyğunluqlarını aşkara çıxarır.
Sosial-iqtisadi statistika da öz növbəsində iqtisadi nəzəriyyənin əsas müddəalarına əsaslanmaqla müəyyən zaman və məkan daxilində konkret iqtisadi hadisə və proseslərin dinamikasını, onların strukturunu və aralarındakı qarşılıqlı əlaqələri aşkara çıxarır və öyrənir.
Ölkəmiz dünyada gedən qloballaşma proseslərinə qoşulduğuna və İnteqrasiya əlaqələrində fəal iştirak etdiyinə görə iqtisadiyyatımızı səciyyələndirən makroiqtisadi göstəricilər sistemi də ölkələrin böyük əksəriyyətində istifadə olunan sistemə-milli hesablar sisteminə-uyğunlaşdırılır.
Bu prosesin nəzəri əsaslarını bazar iqtisadiyyatının fəaliyyət mexanizmini əks etdirən müasir konsepsiyalar və kateqoriyalar təşkil edir. Ona görə də MHS-ni həm də bazar iqtisadiyyatının makrostatistik modeli adlandırırlar. MHS inkişaf etmiş bir sıra ölkələrdə XX əsrin 30-cu illərinin axırlarında, rəsmi statistikada isə ikinci dünya müharibəsindən sonra (ABŞ,İngiltərə, Almaniya, Fransa, Skandinaviya ölkələri) meydana gəlmişdir.
MHS-nin quruluşu makroiqtisadi hesablamalarda iki istiqamətin birləşmiş nəticəsindən ibarətdir. Bunlardan biri milli gəlirin, digəri isə tənzimlənən bazar iqtisadiyyatı mexanizmində iqtisadi silsilənin öyrənilməsi iləəlaqədardır. Birinci istiqamət K.Klark, S.Kuznets, A.Marşall kimi iqtisadçıların, ikinci istiqamət isə keçən əsrin dahi iqtisadçısı C.M.Keynsin adıilə bağlıdır. Bəzi iqtisadçılar Keynsi makroiqtisadi təhlil sahəsində milli hesabdarlığın “nəzəri atası” hesab edirlər. MHS-nin inkişaf etdirilməsində Keynsin yaxın silahdaşı R.Stounun, C.Hiksin, P.Xillin, Nobel mükafatı laureatı Y.Tinbergenin, R.Frişin,V.Leontyevin böyük xidmətləri olmuşdur.
Dövlətin iqtisadi və sosial siyasətinin əsas müddəaları-iqtisadi artım,iqtisadiyyatın strukturu, əhalinin həyat səviyyəsi, inflyasiya, büdcə kəsiri, dövlət borcu problemləri, xarici iqtisadi əlaqələrin genişlənməsi və i. a.öz əksini MHS-nin göstəricilərində tapır. Şirkətlər, xüsusilə də iri biz
Yüklə 10,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin