Solmaz qaşqay


MANNA DÖVLƏTİNİN MEYDANA GƏLMƏSİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix29.03.2023
ölçüsü0,79 Mb.
#90888
1   2   3   4   5   6   7   8   9   10   ...   15
kitab20110305115844139

MANNA DÖVLƏTİNİN MEYDANA GƏLMƏSİ 
E. ə. I minilliyin əvvəllərindən Urmiyayanı Zaqros zonasında müxtəlif 
birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin-Manna çarlığının meydana 
gəlməsi üçün zəmin hazırlayır. Bu çarlığı Cənubi Azərbaycan ərazisində ilk iri 
dövlət qurumu hesab etmək olar. 
Manna birləşməsi qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox 
böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana 
gəlmişdi. 
Manna e. ə. – III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullube, 
hürri tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi. 
Mannanın adı mixi yazıda - ilk dəfə e. ə. 843-cü ildə III Salmanasar 
kitabəsində — «Munna» formasında — çəkilmişdir. Adətən assurlar
158
Mannanı — 
«manneylər ölkəsi», Mannaş, urartulular isə Mana ölkəsi adlandırırdılar
159

Manna adı mənşəcə yerli ad idi. Bəlkə də bu ad əvvəlcə Urmiyayanı 
tayfalardan birinə məxsus olmuş
160
, sonra mannalıların birləşdirdiyi torpaqların 
hamısına yayılmışdı. 
III Salmanasarın hökmranlığının on altıncı ilindəki (e. ə. 843-cü il) yürüş 
təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta 
Manna ölkəsinə çatmışdır. Lakin salnamələrdə Mannanın qarət və işğal 
157
ARAB, I, 447. 
158
ARAB, I, 637, 739 
159
UKN №28. 
160
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 57 


edilməsindən, yaxud ondan bac alınmasından bir kəlmə də danışılmır. Görünür, 
assurlar ya Mannanı istila edə bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə 
gedib çatmış, sonra dönüb qonşu Allabrianın üzərinə yerimişdilər. 
E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş 
ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya 
qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində 
yazılmışdır: «Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki 
mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri 
Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, 
qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub 
yandırdım»
161

Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, baç vermədi. Assurlar 
ancaq qənimət ələ keçirməklə kifayətləndilər. III Salmanasarın dövründən 
başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adı və 
onların paytaxtı Zirta şəhərinin (sonralar bu şəhər İzirtu adı ilə qeyd olunur) adı 
çəkilir. 
Hökmdar Udakidən sonra e. ə. 737-ci il yüruşləri ilə əlaqədar III 
Tiqlatpalasarın və II Sarqonun e. ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı 
İranzunun adı çəkilir (Əgər hər iki kitabədə adı çəkilən İranzunun eyni şəxsiyyət 
olduğunu nəzərə alsaq deməli o, 20 ildən çox Mannada hökmdarlıq etmişdir). Belə 
məlumatlardan görünür ki, elə həmin vaxtdan Mannada hökmdarlıq təsilatı irsi 
imiş. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları 
idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu 
Ualli idarə edirdi. 
Materiallar bizdə Manna hökmranlığının dövlət quruluşu haqda aşağıdakı 
şəkildə təsəvvür yaradır. Dövlətin başında irsi hakimiyyətə malik hökmdar 
dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan 
əyalətlərə bölünürdü. 
Q. A. Melikişvilinin göstərdiyi kimi bu canişinlərın bəziləri hətta irsi 
hakimiyyətə malik olmuşlar
162

Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru 
gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və 
onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə 
gətirib çıxarmışdır. 
Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud 
hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi. 
Sui-qəsdlərin başında çox zaman hökmdarın oğlu və ya qardaşı dururdu. Məsələn, 
Aşşur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu 
hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatından görünür ki, 
161
Layard, göst. əsəri. 96, ARAB, I, 587. 
162
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царства, səh. 71. 


Ullusunu «özünün böyükləri, ağsaqqalları, məsləhətçiləri, nəslinin nümayəndələri, 
canişinləri, ölkəsini idarə edən zadəganları»
163
, yəni hökmdar hakimiyyətini 
məhdudlaşdıran ağsaqqallar şurası
164
sayılanlarla birlikdə II Sarqonu qarşılamağa 
çıxmışdı. Bizə belə gəlir ki, artıq həmin dövrdə ağsaqqallar şurasının mövcudluğu 
formal xarakter daşımış, hökmdara və onun qəbul etdiyi qərarlara həlledici təsir 
göstərməmişdir. 
Hökmdar əlbəttə artıq hakimi mütləq idi. II Sarqonun dövrünə aid 
məlumatdan gördüyümüz kimi Manna hökmdarının tabeliyindən azad olmağa 
çalışan, «onun ölkəsini idarə edən canişinlərin və başçıların» sərbəstlik cəhdləri 
sıxışdırılır və məhdudlaşdırılırdı, onlar artıq özlərinə tabe ərazilərdə elə bir 
müstəqil hakimiyyətə malik deyildilər. 
Yuxarıda göstərilən məlumatla II Sarqon qeyd etmək istəyir ki, Ullusunun 
özünün bütün qohum-əqrabası və Manna zadəganları ilə onu qarşılaması ona öz 
hörmət və dostluğunu göstərmək idi. Mətnin ardından məlum olur ki, Ullusunu 
özunün təhlükəsizliyini təmin etmək üçün hətta girov da götürmür
165
; əksinə II 
Sarqon üçün «özünün böyük oğluna hədiyyələr verməyi tapşırır». O, öz 
hökmdarlığını möhkəmləndirmək üçün Aşşur hökmdarına stella həsr edir
166

Q. A. Melikişvilinin fikrincə Manna hökmdar oğullarının aşşurlara girov 
verilməsi faktı Manna hökmdarlarının da suveren hakimlər olduğunu göstərir
167

Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən 
müdafiə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri 
dövlətlərındən birinə çevrilməsinə imkan verdi. 
Mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini 
və ərazisinin genişlənməsini müəyyən dərəcədə izləmək mümkündür. 
Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər 
tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük 
əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir
çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub 
qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin 
Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. 
Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası 
Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir
168
. Bu ölkəyə 
sonra III Salmanasar, V Şamşi-Adad
169
, II Adadnerari
170
yürüşlər etmişdilər. 
163
AVİU № 49, səh. 32. F. Thureau-Dangiri, göst. əsəri, 33-34. 
164
И. М. Дьяконов. История Мидии, səh. 174 
165
Görünür, bəlkə də formal olaraq girov götürmə adəti mövcud imiş, hətta ən zəif hökmdar özündən 
xeyli güclü rəqibindən girov ala bilərmiş. 
166
F. Thureau-Dangin. Göst. əsəri, 54-55; AVİU, 49, səh. 322.
167
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 71 
168
ARAB, 1,457.
169
ARAB, I, 718. 
170
ARAB, I, 518, 739. 


Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna 
hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun 
sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi
171
. Q. A. Melikişvili belə 
hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal 
edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun 
əhalisi etnik cəhətdən Mannalılarla qohum olmuşdur
172

Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. 
Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala 
şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. 
Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir 
söyləməyə imkan verən maraqlı məlumat vardır
173

Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna 
görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub 
«Urartuya xidmət etməyə» razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı 
üsyan qaldırmışdı
174
. Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar 
İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria 
hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər
175
. Sonralar çar 
Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi
176

Mannanın şərq sərhədlərində «dağlıq diyar» adlanan Gizilbunda vilayəti 
yerləşirdi
177
. Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. 
Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının 
hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823-810) rəhmə gətirməyə 
çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya 
hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin 
əhalisinin daldalandığı «möhkəmləndirilmiş şəhər» Uraşı işğal etdi, «şəhərin 
küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar 
Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların 
əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və 
tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od 
vurub yandırdı...»
178

III Adadnerarinin (e. ə. 805-782) kitabələrindən birində onun başqa 
ölkələrlə bərabor «Gizilbundanı ta hüdudlarınadək» istina etdiyi
179
haqqında 
171
F. Thureau-Dangin, göst. əsəri, səh. 51-52; AVİU № 49. 
172
Q. A. Melikişvili, göst. əsəri, səh. 58-59, 62. 
173
G. G. Cameron. Annals of Salmaneser III, səh. 24. 
174
AVİU №46, (52). 
175
AVİU № 49, səh. 322. 
176
AVİU № 50, (17). 
177
Kızıl-Uzen (Sefid-rud) çayının yuxarı axarında müasir Taxt-i Bilqis şəhərinin ətraflarında 
yerləşdirilir. AVİU, № 43, qeyd 27. 
178
ARAB, I, 719 
179
ARAB, I, 733. 


məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, 
hətta II Sarqon, gizilbundalıları «öz güclərinə güvənən, başının üstündə 
hökmranlıq tanımayan» adamlar adlandırır
180
. Gizilbundanın ayrı-ayrı hökmdarları 
bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər. 
Zikertu əyaləti müasir Mianə-Ərdəbil şəhərləri rayonu ilə lokalizə 
edilir
181
. O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun 
verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu 
canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən 
Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda «hökmdar 
şəhəri» var idi. 
Zikertunun adını antik mənbələrdə xatırlanan İran tayfası saqartilərin adı 
ilə eyniləşdirirlər
182
. Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları 
ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100-200 il əvvəl adları çəkilən qonşu 
əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. 
II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 
715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. 
O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi 
və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. 
Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-
ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı 
zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə 
divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi
183

Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin 
aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı 
qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın 
hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir
184
. III Adadnerari işğal etdiyi 
ölkələr arasında «Günəşin batdığı böyük dənizə»dək uzanan Andiyanın da adını 
qeyd edir
185
. Bu dəniz Xəzər dənizi hesab olunur
186

Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı 
aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. 
Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə 
birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar
187

180
AVİU № 49. 
181
И. Алиев. История Мидии, səh. 40, И. М. Дьяконов. История Мидии. Səh 88, 205; Е. A. 
Грантовский. Сагартии и XIV округ государства Ахеменидов по списку Геродота, КСИНА, 1962. 
182
Heredot, I, 125 
183
F. Thureau-Dangin. Göst. əsəri, sətr. 188; AVİU N49, səh. 326. 
184
ARAB, I, 588 
185
ARAB, I, 739 
186
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 75, sn. 2; И. М. 
Дьяконов. История Мидии, səh. 165; E. Herzfeld. The Persian Empire, səh. 60 və 196. 
187
AVİU №46, (75), № 49, səh. 325. 


Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab 
edilən bu ada
188
, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin 
öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər. 
Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində 
yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. 
Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya 
əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların 
köməyilə yenidən Mannaya tabe edildi. 
Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri 
hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu 
əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu
189

II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu 
anbarları ilə zəngin olan Tarun və Tarmakis qalalarının adını çəkir
190

Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər midiyalıların 
məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi. Midiya tayfa ittifaqı e. ə. IX əsrin 30-
cu illərində qüvvətləndi. III Salmanasar onları ilk dəfə özünün e. ə. 824-cü ildəki 
24-cü hərbi yürüşünü təsvir edərkən xatırlayır. O, ətrafdakı məntəqələrlə birlikdə 
Kuakinda, Tarzanabi, Esamul, Kinablila qalalarını tutması barədə məlumat verir
191

İ. M. Dyakonov bu adların Zamua toponimləri ilə oxşarlığını və onların İran 
dillərinə aid olmadığını göstərir
192
. Ola bilər ki, həmin ərazi midiyalılar tərəfindən 
sonralar məskunlaşmış və ona görə də burada midiyalılardan əvvəlki yerli etnik 
qruplara aid olan toponimik adlar hələ qorunub saxlanılmışdı. 
Midiya tayfaları artıq elə güclənmişdilər ki, həmişə sərhəd əraziləri təhdid 
edirdilər və Aşşur hökmdarları onlara qarşı vaxtaşırı hərbi yürüşlər aparmağa 
məcbur idilər. 
Qərb sərhədlərində yerləşən Urartu Mannanın qorxulu qonşusu idi. Urartu 
adını (e. ə. II minilliyin sonlarına aid aşşur mənbələrində «Uruatri», «Uratri») yerli 
ad hesab edirlər. Əvvəllər o qeyri-müəyyən və xeyli geniş bir əraziyə şamil 
edilirdi. Sonralar bu ərazidə müxtəlif tayfa birlikləri yarandı və dağıldı
193

Urartu dövlət qurumu e. ə. IX əsrdən tarixi meydana çıxdı. O, tədricən elə 
gücləndi ki, aşşurlulara müqavimət göstərmək qabiliyyətinə malik oldu, sonraca 
188
Г. А. Меликишвили. Некоторые вопросы истории Маннейского царство, səh. 65, sn. 2, И. М. 
Дьяконов. История Мидии, səh. 98 
189
AVİU, № 49, səh. 326. 
190
Tarmakis şəhərini müasir Təbrizlə eyniləşdirirlər. И. М. Дьяконов. История Мидии, стр. 216, И. 
Алиев. История Мидии, стр. 113; A. Fazili. Təbriz şəhərinin qədim tarixindən, «Azərbaycan», №20, 
1970; Е. А.Грантовский. Ранняя история иранских племен Передней Азии, стр. 280, и cл. ARAB. 
I, 581. 
191
ARAB, I, 581. 
192
И. М. Дьяконов, История Мидии, səh. 162. 
193
Г. А. Меяикишвили. Наири-Урарту, səh. 154-155; Б. В. Пиотровский. Ванское царство. Səh. 
43-51; Н. В. Арутюнян. Биайнали. Səh. 19. 


özü hücuma keçərək sərhədlərini genişləndirməyə çalışan Aşşuru xeyli sıxışdırdı. 
E. ə. IX əsrin sonlarından başlayaraq Urartu hökmdarlarının mixi yazılı kitabələri 
və salnamələri meydana çıxdı. Həmin mənbələrdən Manna tarixinə aid Aşşur 
mənbələrinin üstündən sükutla keçdikləri müəyyən məlumatlar əldə etmək 
mümkün oldu. Onlar Urmiyayanı əyalətlər barədə də əlavə məlumatlar verir. 
Minua (təqr. e. ə. 810-781-ci illər) dövründən başlayaraq Urartu 
hökmdarları Manna ölkəsinin adını çəkir və oraya öz yürüşlərinə başlayırlar. 
Əvvəllər aşşurlarda olduğu kimi bu yürüşlər yaşayış məskənlərinin oda qalanması 
və qənimət ələ keçirilməsi ilə müşayət olunan basqınçılıq xarakterı daşıyırdı. 
«Xaldi allahının qüdrətilə İşpuininin oğlu Minua deyir: mən Manna ölkəsi 
əleyhinə yönəldikdə (bu) ölkəni dağıtdım (və) oda qaladım». Zəfər məlumatlarında 
ölkənin işğalı və ya onun üzərinə xərac qoyulması göstərilmir. Sonralar, Mianduab 
yaxınlığındakı Daştəpə qayaüstü kitabələrindən məlum olur ki, Minua bu rayonda 
özünə dayaq məntəqəsi rolu oynayan hansısa bir qala tikdirmiş, sonra isə Meişta 
şəhərini və Manna ölkəsini işğal etmişdir. İşğal edilmiş ərazilərdə o öz əsgərlərini 
saxlayır. 
«Xaldi allahının əzəmətilə İşpuininin oğlu Minua bu qalanı tikdirdi. O, 
Meişta şəhərini ələ keçirdi, oradan Manna ölkəsini işğal etdi, orada... piyada 
döyüşçülər saxladı.»
194

Bu kitabədən göründüyü kimi, Meişta şəhəri Manuanın dövründə müstəqil 
olmuş və Manna sərhədləri yaxınlığında yerləşirmiş, halbuki, onun xələfi İşpuini 
həmin şəhəri Parsuaya aid hesab etmişdir
195
. Bu ərazilər həmsərhəd idilər və 
görünür İşpuininin yürüşündən sonra Manna Parsuanın Meişta ilə həmsərhəddə 
yerləşən hissəsini zəbt etmişdir. Minuanın Mannanı zəbt etməsi barədəki məlumatı 
ancaq bu əraziyə aiddir. 
Urartuluların Manna əyalətlərinə hərbi yürüşləri Minuanın oğlu I Argişti 
(təqr. e. ə. 786-764-cü illər) və Argiştinin oğlu II Sarduri dövründə (təqr. e. ə. 760-
730-cu illər) müntəzəm şəkil aldı. Məhz həmin dövrdə Urmiyayanı torpaqların 
işğalı urartuluların diqqət mərkəzində olmuşdur. Öz hakimiyyətinin 7-ci ilindən 
başlayaraq 13-cü ilinədək, hökmdar I Argişti hər il (Q. A. Melikişvilinın (UKN, 
səh. 242-246) I Argiştinin hakimiyyət illərini təsvir edən salnaməyə görə irəli 
sürdüyü bölgüyə əsasən) Urmiya gölündən cənubdakı əyalətlərə hərbi yürüş edir. 
Urartulular Buştu əyalətini tutmaq üçün mübarizə aparmışlar
196
. Hələ III 
Salmanasar bu ərazidə Buştu qalasını ələ keçirdiyini qeyd edir
197
, Buştu əyalətinə 
hərbi səfər urartulular tərəfindən Mannaya qarşı hücum hesab edilir. Urartulular 
194
UKN, № 28. 
195
UKN, № 24. 
196
Bu əyalət Diyala çayının yuxarı axarında lokalizə edilir. UKN səh. 424; Э. А. Грантовский. Ранняя 
история иранских племен. Передней Азии, səh. 141. 
197
AVİU, № 28. 


möhkəmləndirilmiş şəhərləri, Buştu əyalətinin bəzi rayonlarını və zəngin qənimət 
ələ keçirirlər
198

Sonralar Urartunun zəiflədiyi dövrdə Manna bu əyaləti yenidən ələ 
keçirir. Aşşurbanapalın kitabəsində Manna tərəfindən tutulmuş şəhərlər arasında 
Busutu qalasının adı çəkilir
199

E. ə. 776-775-ci illərdə görünür, Manna özü hücuma keçir və Urartunu 
təhdid edir. Bunu I Argiştinin kitabəsi də təsdiqləyir. Kitabədə I Argiştinin Manna 
ordusunu dəf etməsi, ona üstün gəlməsi və 3270 adam, 170 at, 62 dəvə, 2411 baş 
iri və 6140 baş xırdabuynuzlu heyvandan ibarət böyük qənimət ələ keçirməsindən 
bəhs olunur
200

E. ə. 774-cü ildən başlayaraq Manna və Urartu arasında mübarizə Urmiya 
gölündən şimala keçir. Öz hakimiyyətinin 13-cu ilində I Argişti Manna və Cənubi 
Zaqafqaziyada yerləşən Etiuni əyalətlərinə qarşı iki hərbi yürüş edir
201
. O, bu 
ölkəni talan etdi, şəhərləri yandırdı, döyüşlə Mannanın möhkəmləndirilmiş 
«hökmdar şəhəri» Şimerihadirini ələ keçirdi, oradan kişi və qadınları əsir apardı
202

II Sarduri də bu rayon ərazisində müharibələr aparır. O, Mannaya yürüşü, 
möhkəmləndirilmiş narınqalası olan Darba şəhərini tutması və orada Urartu 
canişini qoyması barədə məlumat verir. II Sarduri ələ keçirdiyi əyaləti öz ölkəsinə 
birləşdirir
203

Görünür Darba qalası Urmiya gölündən şimalda, Urartu ilə həmsərhəd 
ərazidə yerləşirmiş, belə ki, məhz buradan II Sarduri Eriaxi əyalətinə yönəlir
204

II Sardurinin salnaməsində Puluadi əyalətinə hərbi yürüşdən də bəhs 
olunur
205
. Bu əyalətin yerləşdiyi ərazi, görünür zəbt edilmiş yaşayış məntəqələri 
yaxınlığında qaya üzərində həkk edilmiş kitabənin tapılması sayəsində məlum 
oldu
206
. Kitabədə Puluadi dağlıq ölkəsinin hökmdarı Kadiau üzərindəki qələbədən, 
21 qalanın, 45 şəhərin, o cümlədən Libliuni «hökmdar şəhəri»nin ələ 
keçirilməsindən bəhs edilir
207
. Salnamədə həmçinin göstərilir ki, II Sarduri düşmən 
ölkəsini itaətdə saxlamaq üçün bu əyalətdə özünün qalalarını saldırır. 
Beləliklə, gördüyümüz kimi, Manna dövləti özünün bütün sərhədləri 
boyunca müdafiəyə məcbur olmuş və bəzi dövrlərdə bu mübarizələr çox güman ki, 
onu çox zəiflətmişdir. Lakin elə dövrlər də olmuşdur ki, Manna güclü qonşu 
198
UKN, № 127, III 
199
AVİU, № 28, qeyd 2. 
200
UKN, 127, IV, V. 
201
Etiuni adı Cənubi Zaqafqaziyada müxtəlif siyasi və etnik birləşmələrə aid edilirdi. UKN. səh. 426. 
202
UKN, 127, V, sətr. 37-41. 
203
UKN, 155, V, sətr. 21-23. 
204
Eriaxi əyaləti indiki Leninakan rayonu ərazisində yerləşirdi. Bax UKN, səh. 425. 
205
UNK, 155 E. 
206
Г. А. Меликишвили. Новая Урартская надпись из Иранского Азербайджана, səh. 5. 
207
Libliuni indiki Sekendel yaşayış məntəqəsi ilə eyniləşdirilir. Bax. M. J. Mashkoor. The History of 
Urartu. Tehran, 1966, səh. 3 (fars dilində); W. Kleiss. Zur Ausbreitung Urartus nach Osten, səh. 130. 


dövlətlər arasında gedən çəkişmələrdən və onların daxili vəziyyətlərınin 
ağırlaşmasından faydalanaraq öz ərazisini bərpa edə və genişləndirə bilmişdir. 
Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar 
İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun 
sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox 
toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını 
çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. 
Lakin həmin dövrdə Mannanın Urartu əleyhinə hücuma keçməsi faktının özü 
Mannanın gücləndiyini göstərir. Buna Aşşurun Mannada hərbi əməliyyatlar 
aparmaması da şərait yaradırdı. Aşşur hökmdarı III Tiqlatpalasar artıq Aşşuru xeyli 
dərəcədə narahat edən midiyalılarla mübarizə ilə məşğul idi. III Tiqlatpalasarın e. 
ə. 744 və e. ə. 737-ci illərdə midiyalılar əleyhinə apardığı hərbi yürüş 
marşrutlarının İ. M. Dyakonov tərəfindən aparılmış təhlili göstərir ki, bu yürüşlərin 
yolları Mannanın şərq sərhədləri boyunca keçmiş, lakin onun ərazisinə 
toxunmamışdır
208

Bu Mannanın bir hərbi qüvvə kimi varlığını, eləcə də onun Aşşur ilə 
dostluq münasibətlərini göstərir. III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də 
mübarizə aparırdı və bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın 
vəziyyəti yüngülləşdi
209

Manna dövlətinin böyüklüyü barədə biz II Sarqonun nəzarətindən azad 
olmağa çalışan asılı əyalətlər və onun tabeçiliyində qalan əyalətlər haqqındakı 
müfəssəl məlumatına əsasən təsəvvür yarada bilərik. Urartu görünür öz qüvvələri 
ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə 
cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır. 
Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda 
izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən 
dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti 
özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir
210

İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir 
qədər zəifləyir. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də 
onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər. 
İranzunun ölümündən (təqribən e. ə. 719 və 716-cı illər arasında) sonra 
onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Atası İranzunun 
siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə 
keçdi. Lakin o çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları 
tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri 
208
И. М. Дьяконов, История Мидии, səh. 196-202. 
209
И. Алиев. История Мидии, səh 181. 
210
S. M. Kashkay. General outlines of the material culture of the Nakhichevan zone and Iranian 
Azerbaijan (end of the second-beginnings of the first millennium B. C.) Acta antiqua Academia 
scientiarum Hungaricae, XXII, fasc.164, 1974. 


uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar
211
. Aza öz dövləti 
ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, «çıxılmaz Uauş dağı»nda 
(Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. 
Hakimiyyətə onun qardaşı Ullusunu keçirildi. Aşşurlular, əlbəttə müttəfiq dövlətni 
itirilməsi ilə razılaşa bilməzdilər və II Sarqon öz hakimiyyətinin 6-cı, 7-ci və 8-ci 
illərində Mannanın özünü və ondan ayrılmış əraziləri tabe etmək üçün yürüş edir. 
«...Uauş dağında, onlar Azanın meyidini atdıqları yerdə mən (yəni II Sarqon - S. 
Q.) Baqdattinin dərisini soydurdum və onu mannalılara göstərdim»
212

II Sarqon sonra Mannanın özünün paytaxtı İzirtunun üzərinə hucuma 
keçdi, mannalılarla qanlı döyüş təşkil etdi, İzirtu yaxınlığında yerləşən Zibia və 
Armait qalalarını ələ keçirdi. Görünür həmin qalalar İzirtuya girəcəyi 
qoruyurmuşlar. 
Mannada daxili çətinliklərdən istifadə edən urartulu I Rusa Ullusunun 22 
qalasını tutdu və mannalı canişini Dayaukkunu ona qarşı qaldırdı
213
. E. A. 
Qrantovski müəyyən etmişdir ki, digər canişinlərlə birgə qiyam edən Dayaukku 
Mannaya tabe olan Missi ölkəsinin hakimi idi
214
. Ullusunu olduqca ağır vəziyyətə 
düşdü. O, Aşşurun himayəsindən qurtulmaq və Urartu tərəfindən yardım almaq 
istəyindən əl çəkməli oldu. II Sarqon onu bağışladı, «bütün günahlarından keçdi» 
və Manna taxtında saxladı. Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi və 
Urartu ilə mübarizədə ona yardım göstərdi. Mannalılar Aşşur qoşunlarını taxıl 
məhsulları, ot-ələf, at, iri və xırdabuynuzlu heyvanlarla təchiz edirdilər
215
. II 
Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu 
özündən əvvəlki hökmdarlara nisbətən Aşşurdan müəyyən imtiyazlar aldı. II 
Sarqon məlumat verir: «onların ağası, hökmdar Ullusunuya fəxri süfrə açdım, onun 
taxtını atası İranzununkundan hündur yüksəltdim»
216
. Görünür, müqaviləyə əsasən 
II Sarqon urartulular tərəfindən zəbt edilmiş və öncə Aşşura birləşdirilmiş 22 qala 
və iki möhkəmləndirilmiş şəhəri Mannaya qaytarmalı olmuşdur
217
. Urmiya 
gölündən cənubda yerləşən bu qalalar Dayaukkunun tabeliyində idilər
218

Urartu 
koalisiyasının 
məğlubiyyəti ila nəticələnən Uauş dağı 
yaxınlığındakı döyüşdən sonra II Sarqon Urmiya gölünün şimal sahilləri boyu 
211
AVİU № 46 (52) и прим. 12. 
212
Yenə orada. 
213
AVİU №45 (76). 
214
Э. А. Грантовский. Ранняя история иранских племен. Передней Азии, səh. 250-251. 
215
P. Thureau-Dangin, göstərilən əsəri, səh. 53, AVİU № 49, səh. 322. 
216
P. Thureau-Dangin, göstərilən əsəri, səh. 53, AVİU № 49, səh. 323. 
217
ARAB, II, 56, AVİU № 54. 
218
Г. А. Меликишвили. Наири-Урарту, səh. 283. 


yürüşünü davam etdirdi. Subi əyalətindəki bir çox qalalar, eləcə də Sanqibutu
219
əyalətindəki zəngin Ulxu
220
şəhəri Mannaya qaytarıldı. 
Urartu qoşunlarını təqib edən II Sarqon Urartunun 63 əyalətlərinə daxil 
oldu, I Rusanı tam məğlubiyyətə uğratdı, onun çoxlu şəhər və yaşayış məskənlərini 
dağıtdı, külli miqdarda qənimət ələ keçirdi. Urartunun baş tanrısı Xaldinin şəhəri - 
Musasirdən zəbt edilən qənimət xüsusilə zəngin və rəngarəng idi
221
. E. ə. IV 
əsrədək bərpa olunmayan Həftəvan təpədəki qalanın da dağıdılması həmin dövrə 
aid edilir
222
. I Rusa məğlubiyyətə dözmədi və II Sarqonun məlumatına görə özünü 
öldürdü
223

Darmadağın edildikdən sonra zəifləyən Urartu dövləti görünür bir müddət 
elə bir təhlükə təşkil etmirdi. Manna öz sərhədlərini genişləndirə bilərdi. Zikertu, 
Andiya və Gizilbunda əyalətləri tabe edildi, urartulular tərəfindən ələ keçirilmiş 
qalalar və Uişdiş, Subi, Sanqibutu əyalətləri qaytarıldı. Sonralar II Sarqon Mannanı 
müttəfiq dövlət adlandırır, Ullusunu ilə görüşərkən onunla hədiyyə mübadilə 
edirdi
224

Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri 
dövründə o Aşşurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Aşşur 
yaşayış məskənlərini ələ keçirə bildi
225

Aşşur hökmdarı Sinaxxerib (e. ə. 705-681-ci illər) Mannaya hücum etməli 
oldu. Lakin bu hərbi yürüş görünür o qədər də müvəffəqiyyətli keçməmişdir. Belə 
ki, Sinaxxerib ancaq əsir ələ keçirməklə kifayətlənməli olmuşdur
226

Eyni zamanda Urartu da şərq əyalətlərinə olan iddialarından əl 
çəkməmişdi. I Rusanın oğlu II Argiştinin dövründə Urartu bu istiqamətdə öz hərbi 
yürüşlərini yenidən həyata keçirdi. Bunu Savalan dağının cənub yamacındakı 
qayaüstü iki kitabə də təsdiq edir. Kitabələrdə Arxu əyalətinə hərbi yürüşdən, çaya 
qədər Uşulu və Buku ölkələrinin işğalından bəhs olunur
227
. Geri qayıdanda 
urartulular üzərinə xərac qoyulmuş Qirduni, Qituxani, Tuişdu ölkələrini və 
219
Sanqibutu, Bit-Sanqibutu, Sanqi-illu adlarının komponentlərini araşdıran Y. B. Yusifov «Sanqi»nin 
adının tayfa adı olduğu qənaətinə gəlir, Bax. Й. Б. Йусифов. О некоторых компонентах 
неизвестного происхождения. «V Всесоюзная сессия по Древнему Востоку», Тбилиси, 1971. 
220
Ulxunun Mərənd vadisində yerləşdiyi güman olunur. И. М. Дьяконов, История Мидии, səh. 217. 
Б. В. Пиотровский. Ванское царство. Səh 104. Mərənd vadisinin şərq hissəsində Livar kəndi 
yaxınlığında e. ə. VIII əsrə aid edilən şəhər tipli böyuk Urartu qalası aşkar edilmişdir. W. Kleiss. 
Bericht Uber Erkundungsfahrten in Iran, səh. 58. 
221
Г. А. Меликишвили. Наири-Урарту, səh. 160-165 
222
Ch. Burney. Excavations at Haftavan-tepe, 1972, səh. 155-164. 
223
AVİU № 46, (129). 
224
ARAB, II, 210-211. 
225
ARAB, II, 853, AVİU № 73. 
226
ARAB, II, 364, 383. 
227
Bu çay gümanla Qarasu çayı ilə eyniləşdirilir. W. Kleiss Zur Ausbreitung Urartus nach Osten, səh. 
134. 


Rutumni şəhərini (?) zəbt edirlər. Ələ keçirilmiş qalalardan biri Argiştiirdu 
(«Argiştinin canişini») adlandırılır
228

Mannanın növbəti hökmdarı Ahşerinin (Ahseri) adı Asarxaddonun (e. ə. 
680-669-cu illər) məlumatlarından birində çəkilir. Aşşurla mübarizədə Ahşeri 
«Mannalılar ölkəsinın əyalətlərində» yerləşən kimmerilərin və skiflərin 
yardımından istifadə edirdi
229
. Asarxaddon özünü «Mannalılar ölkəsinin əhalisini, 
ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif 
İşpakanın qoşununu qılıncdan keçirən» kimi qələmə versə də Manna ona tabe 
olmamışdı
230

Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı 
soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac 
toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi
231
.
Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə midiyalılar üsyan 
qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi 
Kaştaritinin başçılıq etdiyi midiyalıların birliyi xalq hərəkatı nəticəsində
yaranmışdı
232

Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla 
mübarizədə qələbə çaldılar. 
Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş 
qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır
233

Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar 
aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, midiyalıların və 
ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı 
Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin