ŞÖBƏ MÜDİRİ Əmək funksiyası



Yüklə 422,48 Kb.
səhifə1/9
tarix14.12.2023
ölçüsü422,48 Kb.
#176968
  1   2   3   4   5   6   7   8   9
Документ Microsoft Office Word (4)


ŞÖBƏ MÜDİRİ
 
Əmək funksiyası. Şöbənin işinə rəhbərlik edir və işini istiqamətləndirir. Şöbənin əsasnaməsinə uyğun olaraq əməkdaşlar arasında vəzifə bölgüsü aparır, şöbənin cari, rüblük və illik iş planlarının hazırlanmasını və təsdiqini təmin edir və institutun iş planına dair təkliflər verir.
Şöbənin fəaliyyət istiqamətinə aid olan müvafiq elmi-metodiki xidmətin vəziyyətini öyrənir, təhlil edir və bu işin yaxşılaşdırılması üçün təkliflər hazırlayıb rəhbərliyə təqdim edir. Təhsil müəssisələri üçün hüquqi aktların hazırlanmasında fəal iştirak edir. Təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq və pedaqoji kadrlara köməklik məqsədilə elmi-nəzəri, elmi-praktik konfranslar, seminarlar, müşavirələr keçirilməsini təşkil edir və elmi-metodiki xarakterli çıxışlar edir. Öz sahəsində pedaqoji rəyi öyrənmək məqsədilə sosioloji axtarışlar edir və müvafiq təkliflər verir.
Şöbənin hazırladığı sənədlərin elmliyi, aktuallığı, keyfiyyəti, həmçinin əməkdaşların əmək və icra intizamının təmin edilməsi üçün məsuliyyət daşıyır.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və beynəlxalq elmi nailiyyətləri; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: təhsil ixtisasları qrupu üzrə magistratura və ya ona bərabər tutulan ali təhsil.
16-cı dərəcə: 5 ildən az olmayaraq pedaqoji stajı, təşkilatçılıq bacarığı və rəhbər vəzifələrdə təcrübəsi olan;
17-ci dərəcə: 10 ildən az olmayaraq pedaqoji stajı, təşkilatçılıq bacarığı və rəhbər vəzifələrdə təcrübəsi olan.
FAKÜLTƏ DEKANI
 

Yüklə 422,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin