Şirin Bünyadova MÖvzu: “Ailə anlayışı və amilləri”



Yüklə 20,42 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü20,42 Kb.
#42152
1   2
aile anlayisi

Ailə sosial institutdur.

Ailə sosial institut kimi cəmiyyətin meydana gəlməsilə meydana gəlmişdir. Ailənin formalaşması Və fəaliyyət göstərməsi prosesi dəyərlilik - normativlik xarakteristikaları (qadına pərəstişkarlıq, nikah üçün tay seçilməsi və s.) ilə tənzimlənir.

Sosial institut kimi ailənin spesifikliyi bundan ibarətdir ki, ailə, birincisi, qan qohumluğu, nikah telləri ilə bir-biri ilə bağlı olan iki və yaxud daha çox adamdan ibarət sabit strukturlaşmış təşkilə malikdir; ikincisi, ailə özünütənzimləyən sistem kimi çıxış edir, üçüncüsü, cəmiyyət tərəfindən- sanksiya almış birlikdir. Sosioloqlar ailənin funksiyalarnı tədqiq edərkən bu funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinin amillərini də təhlil edirlər. Lakin makro və mikro təhlil daim kəsişir, bir-birinə təsir göstərirlər. Buna görə də vətən və xarici ölkə sosiologiyasında ailəyə institut və qrup kimi yanaşmaları bir araya sığışdırmağa, birləşdirməyə cəhdlər edilir. Bu cür istiqamətlərdən biri də ailənin sistem kimi tədqiq edilməsidir. Bu problemlə məşğul olan sosioloqlar arasında hər şeydən əvvəl T.Parsonsu və K,Devisi göstərmək lazımdır.

Parsons ailəni cəmiyyətin, ona qarşı durmayan alt sistemi kimi səciyyələndirir. Ailə bütövlükdə sosiumun sabitliyini təmin edir. Bu da digər sosial alt sistemlərlə və strukturlarla “instrumental” münasibətlərin yaradılması sayəsində mümkün olur. Şəxsiyyətlərarası dinamikada inteqrativ meylləri, müvazinəti saxlamaqla ailə daxili, “ekspressiv” münasibətləri yaradır.

Sosial institut kimi ailənin sabit fəaliyyət göstərməsi yalnız o zaman mümkündür ki, ailə digər institutlarla, hər şeydən əvvəl dövlətlə, hüquqla, ictimai rəylə, dinlə, təhsillə, mədəniyyətlə qarşılıqlı əlaqədə olsun. Cəmiyyətin struktur-funksional və normativ sistemlərinə daxil olmaqla ailə öz üzvlərinin davranışını tənzimləyir, onlara xas olan sosial rolları və statusları müəyyən edir.



Ailəni sosial institut kimi nəzərdən keçirərkən ailədək nünasibətlərə də diqqət yetirmək zəruridir. Ailə rolları - insanın cəmiyyətdəki sosial rollarından biri kimi ər-arvad (arvad, ər), valideyn ( ana, ata), uşaq (oğul, qız, qardaş, bacı), nəsillərarası və nəsillərdaxili ( baba, nənə, böyük, kiçik) və s. rollarına ayrılır. Ailə rolunun icrası bi sıra şərtlərdən, hər şeydən əvvəl, rol obrazının düzgün formalaşdırılmasından asılıdır, yəni fərd öz davranışını və bu və ya digər davranışın ona diktə etdiyi qayda və normaları dəqiq, aydın təsəvvür etməlidir. Ailənin uğurla formalaşdırılması üçün həmçinin ailə rolunun situasiya ilə bağlı tələblərinə həssas yanaşma qabiliyyətinə və rol davranışının çevikliyinə, yəni əgər situasiya tələb edirsə, xüsusi çətinlik çəkmədən roldan çıxmaq və yeni rola daxil olmaq bacarığına yiyələnmək lazımdır.

Ailə və cəmiyyət, ailə və şəxsiyyət münasibətləri hakim istehsal üsulunun, həyat tərzinin və ictimai münasibətlərin təsiri altında bütün tarix boyunca dəyişmişdir. Cəmiyyət inkişaf edərək kişinin və qadının qarşılıqlı münasibətlərini xeyli dərəcədə tənzimləmiş, qadınların istehsalatda, sosial və mənəvi sferalarda diskriminasiyasını aradan qaldırmışdır. Ailənin məzmununun, struktur və formasının təhlili onu tarixən dəyişməkdə olan sosial qrup adlandırmağa imkan verir. Bu qrupun da universal əlaməti qohumluq əlaqələri sistemi, şəxsiyyətin sosial və fərdi keyfiyyətlərinin təmin edilməsi və inkişafıdır, müəyyən iqtisadi fəaliyyətin həyata keçirilməsidir.

Qohumluq və nikah ailəyə yaxın olan anlayışlardır. Qohumluq — fərdlər arasında nikaha və yaxud qan qohumluğu münasibətlərinə əsaslanan (ata, ana və s.) əlaqələrdir. Nikah - iki böyük fərd arasında cinslərin cəmiyyət tərəfindən sosial cəhətdən tanınmış, bəyənilmiş ittifaqıdır. Bir qayda olaraq ailənin əsasnı nikaha girmiş cütlük təşkil edir, lakin son vaxtlarda birlikdə yaşayışla səciyyələnən, lakin hüquqi cəhətdən rəsmiləşdirilməmiş ailələrin sayı artmışdır. Bundan əlavə natamam adlanan nikahlar da mövcuddur. Natamam nikahlarda valideynlərdən biri və yaxud ümumiyyətlə valideyn nəsli olmur.

Ailəni öyrənərkən sosiologiya qadına çox böyük önəm verir. Axı ailənin əxlaqı və sosial bazası məhz qadından asılıdır. Buna görə də qadından xüsusi istedad - ailəni təşkil etmək qabiliyyəti tələb olunur. Bu qabiliyyət küsülülüyü aradan qaldırmaq, qarşılıqlı ər-arvad münasibətləri mədəniyyətini formalaşdırmaq, evdə ahəngdarlığı və sülhü, dincliyi təmin etmək bacarığında öz təzahürünü tapır, öz fəaliyyətində qadın ailə funksiyalarını və ictimai-istehsalat funksiyalarını birləşdirməli olur. Bunun nəticəsində də qadının işi və məsuliyyəti dönə-dönə artır.



Müşahidə edilmişdir ki, professional fəaliyyət qadının intellektual və emosional aləmini zənginləşdirir, onun görüş dairəsini genişləndirir, uşağın nəzərində onun nüfuzunu artırır. Lakin eyni zamanda da statistika qeydə alır ki, işləyən qadınlar uşaqlarla ünsiyyətə xeyli az vaxt sərf edirlər. Bu da tərbiyə prosesinə bilavasitə təsir göstərir.

Mənbə : “ ÜMUMİ SOSİOLOGİYA ” Z.T.Qolenkov , M.M.Akuliç , V.N.Kuznesov (Tərcümə edən: f.e.d. İzzət Rüstəmov)
Yüklə 20,42 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin