Şiəliyin gizli tərəfləri Ön söz


- Şiə Mehdisi bütöv Quranı gətirəcəkdir



Yüklə 1,02 Mb.
səhifə11/14
tarix28.03.2017
ölçüsü1,02 Mb.
#12712
1   ...   6   7   8   9   10   11   12   13   14

19 - Şiə Mehdisi bütöv Quranı gətirəcəkdir.
Şiələr etiqad edirlər ki,həqiqi Quran Mehdinin yanındadır və o zühur edəndə bunu gətirəcəkdir.

Şeyx Mufid ləqəbli Muhəmməd ibn Muhəmməd ibn Numan “əl İrşad”kitabında imam Əbu Cəfərin belə dediyini rəvayyət etmişdir: “Muhəmməd (s.a.s) ailəsinin Qaimi ortaya çıxdığı zaman, Quranın nazil edildiyi kimi öyrədilən çadırlar quracaqdır.Bu günün hafizləri üçün o gün çox çətin gün olacaq.Çünki,o Quranın tərtib və təlifi bundan fərqlidir.” (“əl İrşad”səh 365, “Muəssisətu aləmi” Beyrut,1979 il)


Bu rəvayyəti Kamil Suleyman “Yəvmul Xəlas” kitabında (səh 372) nəql etmişdir.Şeyx Numani “Qeybə ən Numani” kitabında (səh 318) imam Əlidən belə bir hədis rəvayyət edir: “Sanki, mən əcəmdə Kufə məscidində insanlara Quranın nazil edildiyi şəkildə öyrədildiyi çadırları görürəm.Dedim ki,(ravi) Ya Əmirəlmöminin! Məgər Quran nazil edildiyi kimi deyil? İmam: “Xeyr.Ondan Qureyşə mənsub yetmiş adamın ataları ilə birgə adları silinib.Əbu Ləhəbin adını isə əmisi olduğu üçün Peyğəmbər (s.a.s)-ə tənə olsun deyə saxlayıblar!”
Hacı Kərim Kirmani yazır: “Mehdi zühur edəndə Quran oxuyacaq və deyəcək: “Ey müsəlmanlar! Allaha and olsun ki,bu həqiqi Qurandır.Hansıki,bu Muhəmməd (s.a.s)-ə nazil olmuşdu və onu təhrif edib,dəyişdirmişdilər.” (“İrşadu əvvam” 2/121,fars dilində)
Şeyx Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr “Tarihu mə badəz zuhur” (səh 637)

kitabında Əbu Abdullahın belə dediyini nəql etmişdir: “...Sanki,mən onu rukn ilə məqam arasında insanlardan yeni bir kitab üzərinə beyət aldığını və ərəblərlə sərt davrandığını görürəm.”



Bu rəvayyəti Şeyx Kamil Suleyman “Yəvmul Xəlas”kitabında (səh 371) nəql etmişdir.
Yusif əl Bəhrani yazır: “Bu iki xəbərdən çıxan nəticəyə görə indi mövcud olan Quranı oxuma əmri,sadəcə bu Quranla kifayətlənmə,Qurandan çıxarıldığı imamlar tərəfindən bildirilən hissələrin oxunulmasının caiz olmaması təqiyyə və bəzi məsləhətlərə görədir.Mehdi zühur edib,qiyam etdikdən sonra,oxunulması caiz olmayan hissələr ilə birgə bütün Quranı gətirəcək və bu şəkildə oxunulmasını əmr edəcəkdir.” (“əd Durarun Nəcəfiyyə” Muəssisətu ahləl beyt” nəşr.səh 296)
“Tarihu mə badəz zuhur” kitabında (səh 373) Cəfər Sadiqdən belə bir hədis rəvayyət olunur: “Qaim (Mehdi) zühur edəndə Allahın kitabını olduğu kimi oxuyacaq və Əlinin yazdığı müshəfi ortaya çıxaracaqdır.”
Şeyx Muhəmməd ibn Muhəmməd Sadiq əs Sədr “Tarihu mə badəz zuhur” kitabında (səh 638) imam Muhəmməd ibn Əlidən belə bir rəvayyət nəql edir: “Muhəmməd (s.a.s)-in Mehdisi zühur edərsə.....yeni bir iş,yeni bir sünnət,yeni bir hökm gətirəcək və ərəblərə qarşı şiddətli olacaqdır.”
Şeyx Kamil Suleyman “Yəvmul Xəlas”kitabında (səh 372) Əli (r.a)-dən belə nəql edir: “Sanki,Kufə məscidində şiələrimizi görür kimiyəm.Çadırlar qurmuş və Quranı nazil olduğu kimi öyrətməkdədirlər.”
Kamil Suleyman yazır: "Əli (r.a) Quranı yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Muhəmməd (s.a.s)-ə nazil etdiyi kitabıdır. Mən onu iki lövhədən toplamışam." Camaat isə dedi: "Budur, bizdə Quranın toplandığı müshəf var, bizim ona ehtiyyacımız yoxdur." İmam dedi: "Onda Allaha and olsun ki,siz onu bu gündən etibarən heç vaxt görməyəcəksiniz.Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki,oxuyasınız." (“Yəvmul Xəlas” səh 373)
Nemətullah Cəzairi yazır: “Xəbərlərdə deyildiyinə görə onlar (imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər.Bir zaman bu Quran adamların əllərindən çıxıb səmaya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq.Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər" ("Ənvarun Numaniyyə" 2/360)
Əbul Həsən əl Amili əl Fəttuni yazır: “Dediklərimizdən aydın olur ki,Allahın nazil etdiyi Quran o Qurandır ki,onu Əli (r.a) toplamışdır.Sonra Həsənə,sonra isə digər imamlara,nəhayət qaim Mehdiyə ötürmüşlər.Bu gün Quran onun yanındadır.” ("Təfsiru mirətul-ənvər və mişkətul-əsrar" səh 36,“Mətbəatul əftab”nəş.Tehran,hic.1374 il)
Şeyx Mufid yazır: “Bizim imamlar bizə iki müshəf arasında olanı ona bir şey artırıb,azaltmadan oxumağı əmr etmişlər.Bu qaim Mehdi gələnə qədər belə davam edəcək və o gələndə insanlara Allahın nazil etdiyi və Əli (r.a)-nin topladığı Quranı oxuyacaqdır. Xəbərlərdə varid olanlara əsasən bizə müshəfdə olan Qurana hərf və sözlər artıraraq oxumaq qadağan edilmişdir.Bu artırılma ilə bağlı rəvayyətlər bizə mütavatir yolla varid olmamışdır.Onlar yalnız xəbərlərdə varid olmuşdur.Adamlar müshəfə müxalif olanları oxuduğu zaman müxaliflər tərəfindən sıxıntıya məruz qala bilərlər.Bu səbəblə özünü təhlükəyə salmış olarlar.Ona görə də iki lövhə arasında olan müshəfin xilafını oxumaq qadağan olunmuşdur.” (“Məsailus səraviyyə” səh 78-81-də (bəzi nəşrlərdə 81-88-də)
Şiəliyin on ikinci imamları olan Mehdinin səhabələr tərəfindən təhrif olunmuş Quranı gətirəcəklərinə dair inancları budur.

Hüccət sayılan Ayətullah Mirzə Həsən əl Həiriyə “əd Din bəynəs sail vəl Mucib” adlı kitabda belə bir sual ünvanlamışdılar:


Sual: “Məlum olduğu kimi Quran Rəsulullah (s.a.s)-a müxtəlif dövrlərdə nazil olmuş ayələr şəklində nazil olmuşdu.Ayələr surələr içərsində necə tərtib olunmuşdu?Bu gün oxuduğumuz Quran Rəsulullah (s.a.s)-a nazil olunmuş bütün ayələri ehtiva edirmi, yoxsa onda Fatimə müshəfindən fərqli olan bəzi artırma və azalmalar vardır?”

Cavab: “Bəli,Quran Peyğəmbər (s.a.s)-ə 23 il ərzində yəni risalət başlayandan vəfat edənə qədər nazil olmuşdu.Quranı ilk cəm edən və kitab halına salan Əmirəlmöminin Əli ibn Əbu Talib olmuşdu.Bu Quran daha sonra məsum imamlar içərisində imamdan imama ötürülmüşdür. Gözlənilən imam Mehdi zühur etdiyi zaman bu Quranı ortaya çıxaracaqdır.Sonralar müshəfi xəlifəlikləri dövründə Osman cəm elətdirmişdir. Səhabələrin sinələrindən vəya yazmış olduqları səhifələrdən bir araya cəm edib, toplamışdı.Əlimizdə olan məhz bu Qurandır.” (“əd Din bəynəs sail vəl Mucib”səh 89,hic.1394 il)


Möhtərəm müsəlman qardaş! Bunlara diqqət elə! İki müshəf mövcuddur.Birini Əli,digərini Osman cəm etmişdir.Hairi iki müshəfin eyni olduğunu yəni,Osmanın və Əlinin müshəfi eynidir söyləmir.Əli müshəfi əldən-ələ keçərək imamlarda qalmışdır və onlar heç kəsi bu müshəflə tanış etməmişlər. Gözlədikləri imam (Mehdi) gəldikdə bu müshəfi gətirəcəkdir.Ağla belə bir sual gəlir.Əgər Mehdinin gətirəcəyi müshəf müsəlmanların əlində olan müshəf ilə eynidirsə,onda bu müshəfin dəyəri,faydası nədir?
İzahı şiə alimləri verir.

Şeyx Mufid yazır: “Əhli beyt imamları tərəfindən varid olmuş xəbərlərdə Quranın fərqli olduğu və zalımlar tərəfindən Quranda artırma və əksiltmə olduğu bildirilmişdir.” (“Əvailul məqalət” səh 54,Təbriz)


Əbu Mənsur Əhməd ibn Əli ət Təbərsi “İhticac” kitabında Əbu Zərr əl Qifaridən rəvayyət edir:
Rəsulullah (s.a.s) vəfat edəndən sonra imam Əli Quranı topladı və mühacirlərin və ənsarların yanına gəlib topladığı Quranı Rəsulullah (s.a.s)-ın vəsiyyət etdiyi kimi, onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıldığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: "Əli! Onu buradan rədd elə. Bizim ona ehtiyacımız yoxdur”. Əli (r.a) onu götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər.O, Quran oxuyan bir şəxs idi. Ömər ona dedi: "Əli bir Quran gətirmişdi,orada mühacirlərin və ənsarların pis əməlləri yazılmışdı. Biz belə qərara gəldik ki, özümüz Quran yazıb ondan mühacirləri və ənsarları biabır edib hörmətdən salan yerləri çıxaraq. Zeyd yazdığı Quranı onun yanına gətirdi və dedi: "Mən sizin dediklərinizi Qurandan çıxarandan sonra o öz yazdığı Quranı mənə göstərsə, sizin bütün etdikləriniz batil olmazmı?"Ömər dedi: "Onda nə edək?" Zeyd dedi: "Tədbir işlətməkdə siz məndən yaxşısınız" Ömər dedi: "Onu öldürüb canımızı qurtarmaqdan başqa çarəmiz qalmır". O, Əlini Xalid ibn Vəlidin əli ilə öldürmək tədbirini tökdü. Xalid isə bunu bacarmadı. Elə ki, Ömər xəlifə oldu, onlar Əli (r.a)-dən xahiş etdilər ki, o Quranı gətirsin. Məqsədləri də o idi ki, onu öz aralarında təhrif etsinlər. Ömər dedi: "Ya Əbülhəsən! Gəlsənə, Əbu Bəkrə göstərdiyin Quranı gətirəsən, onun hökmləri əsasında birləşək". Əli dedi: "Artıq buna ehtiyyac yoxdur, mən onu Əbu Bəkrə gətirmişdim ki, sizin əleyhinizə sübut olsun və Qiyamət günü deməyəsiniz ki, bizim bundan xəbərimiz olmayıb, yaxud deməyəsiniz ki, onu bizə göstərməmisən. Məndəki Quran elə bir Qurandır ki, ona mənim övladımdan olan pak adamlardan və vəliəhdlərdən başqa heç kəs toxunmamalıdır” Ömər dedi: "Onun zühuru vaxtı məlumdurmu? "Əleyhissəlam dedi: "Bəli, o vaxt ki mənim övladlarımdan bir nəfər müdafiəçi ayağa qalxacaq və onu üzə çıxarıb adamları onunla ayağa qaldıracaq." (Təbərsi "əl Ihticac" səh 225-228, Beyrut,h.1414)

Əbul Həsən əl Amili əl Fəttuni yazır: "Bil ki, üzərində heç bir şübhə olmayan, mütəvatir və başqa yollarla varid olan xəbərlərə görə haqq budur ki,bizim əlimizdə olan bu Qurana Peyğəmbər (s.a.s)-dən sonra, dəyişikliklərdən bir şey qarışmışdır. Peyğəmbər (s.a.s)-dən sonra, Quranı cəm edənlər, oradan bir çox sözləri və ayələri çıxarmışlar. Dediklərimizdən aydın olur ki,Allahın nazil etdiyi Quran o Qurandır ki,onu Əli (r.a) toplamışdır.Sonra Həsənə, sonra isə digər imamlara, nəhayət Qaim Mehdiyə ötürmüşlər.Bu gün Quran Mehdinin əlindədir.” (“Mirətul ənvər və mişkətul əsrar” səh 36,”Darut təfsir” Qum)



http://www.al-shia.org/html/ara/books/lib-...maqalat/a03.htm
Həmçinin,müəllif ikinci müqəddimənin dördüncü fəslini təhrifi qəbul etməyənlərə rəddiyə olaraq ayırmış və bu fəslə “Quranın dəyişdirilib,dəyişdirilmədiyi baradə alimlərin xüsusi görüşləri və dəyişdirilmə olduğunu qəbul etməyənlərin dəlillərinin tənqidi” adını vermişdir.
Bu fəsildə yazır: “Siqət əl-islam” təxəllüslü Muhəmməd ibn Yəqub Kuleynidən zahir olur ki, o da Quranın təhrif olunduğu və onda çatışmazlıqların mövcudluğu etiqadında olmuşdur.Çünki, o özünün “əl-Kafi” kitabında bu mənalı rəvayyətlər nəql etmiş, kitabın əvvəlində orada rəvayyət etdiklərinə inandığını qeyd etməklə yanaşı, həmin rəvayyətlərə etiraz etməmişdir.Onun ustadı Əli ibn Ibrahim Qummi də belədir.Onun təfsiri belə rəvayyətlərlə doludur.O, bu işdə xüsusi səy göstərir....Əshabımızdan Əyyaşi,Numani,Furat əl Kufi və bir çox təfsirçilər Qummi və Kuleyni ilə razılaşmışlar. Son dövr hədis mühəddislərinin bir çoxunun məzhəbi böyük Şeyx Əhməd ibn Əbu Talib ət Təbərsinin “əl İhticac” kitabında bildirdiyi kimi bu yöndədir.Əhli beyt elmlərində böyük təcrübəyə sahib və rəvayyətlərin mühafizi olan ustadımız əllama Məclisi “Biharul Ənvar” kitabında bu fikri dəstəkləmiş və başqa bir sözə hacət qoymayacaq şəkildə bu məsələni izah etmişdir.Mənə görə bu rəyin səhih olmasına xəbərlərin və əsərlərin tədqiqindən sonra gəlmək olar.Həmçinin, şiəlik məzhəbinin zəruriyyətlərindən olmasına və xilafət qəsbinin yaratdığı ən böyük cinayət olması fikrinə gəlmək mümkündür.” ("Təfsiru mirətul-ənvər və mişkətul-əsrar" səh 49 “Mətbəatul əftab”nəş.Tehran,hic.1374 il)

Sonra müəllif Səduq,Murtəza kimi alimlərin təfrifi qəbul etməmə fikirlərini gətirir,sonra onların fikirlərini ətraflı şəkildə “dəlillərlə” rədd edir və onların fikirlərini əsassız və dəyərsiz adlandırır.



20 - Onların Qurana təfsiri.
Xomeyni “Kəşful Əsrar” (səh 151) kitabında deyir: “Bunu qeyd etmək lazımdır ki,Quranda yüzlərcə ayə imamlardan və imamətdən bəhs etməkdədir.Amma,bu açıq şəkildə Quranda ifadə edilmir.”
Həmçinin, yazır: “Bunu bilmək lazımdır ki,Quranda Əli (r.a) haqqında ayələr sayılmayacaq qədər çoxdur.” (“Kəşful Əsrar” səh 197)
Bu tədqiqi üçün yazılması lazım olan ayrıca bir kitab mövzusudur.Biz,fəqət bir neçə nümunələrlə kifayətlənəcəyik.Nümunə olaraq,Kuleyninin “Kafi” kitabında bir neçə şiə versiyası olan ayələr haqqında bəhs edən hədislər nəql ediləcək, haşiyədə isə əsl ayələr qeyd olunacaqdır.
(1/ 417): Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayə ilə nazil olmuşdu: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və doğru danışanlarsınızsa Allahdan savayı bütün şahidlərinizi gətirin.”

Əsl ayə belədir : “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (Bəqara 23)


(1/416) Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: ”Bu ayə belə nazil olmuşdu. “Biz bundan əvvəl Adəmlə Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağı) tövsiyyə etmişdik.Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” Sonra imam dedi: “Allaha and olsun ki, Muhəmməd (s.a.s)-ə ayə belə nazil olmuşdur.”

Əsı ayə belədir: “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Taha 115)


(1/417) Əbu Cəfərdən: “Cəbrayil Muhəmməd (s.a.s)-ə bu ayəni belə nazil etmişdi: Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun Əli haqqında nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir!”

Əsl ayə belədir: Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər kafirlərə alçaldıcı bir əzab vardır.” (Bəqara 90)


(1/417) Əbu Abdullah dedi: “Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayələri nazil etdi: “Ey Kitab verilmişlər! Bizim Əli barasində nazil etdiyimizə iman gətirin.”

Əsl ayə belədir: “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.” (Nisa 47)


(1/420-421) İmam dedi: “Allaha and olsun ki,bu ayə onlar ikisi və onların davamçıları haqqında nazil olmuşdu.Cəbrayılın gətirdiyi bu ayə belə idi: “Bu ona görədir ki, onlar Allahın Əli barasində nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.”

Əsl ayə belədir: “Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.” (Muhəmməd 26)


(1/424) Əbu Cəfər dedi: “Bu ayə belə nazil olmuşdu: “Əgər onlar özlərinə verilən Əli haqqında öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.”

Əsl ayə belədir: “Əgər Biz onlara: "Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!"– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisa 66)


De: Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın." Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (Kəfh 29)

Bu ayə haqqında Feyz Kəşani yazır:


“Kafi”də imam Baqirdən hədisdə buyrulur: “Cəbrayil (ə) bu ayə ilə belə nazil oldu: “Əlini vilayəti haqqında haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz Muhəmmədin ailəsinə garşı zalımlar üçün elə bir Od hazırlamışıq ki...” (c.3, səh 241)
Əbu Həmzədən rəvayyət olunur ki,o imam Cəfərə dedi: “Sənə fəda olum.Tərəfdarların səndən bu ayənin təfsirini soruşuşur. “Onlar nə barədə bir-birindən soruşurlar? Böyük bir xəbər barəsində?”
İmam Cəfər dedi: “Bunu istəyirsən onlara xəbər verim,istəmirsən də xəbər vermiyim. Amma,mən sənə bunun təfsirini deyəcəm.

Bu Möminlərin Əmiri Əli haqqındadır.Əli (r.a) buyurur ki,Allahın məndən daha böyük bir ayəsi və məndən daha əzəmətli xəbəri yoxdur.” (“Kafi” c.1,səh 207)


“Kafi”də Səlimdən nəql olunan hədisdə Əbu Cəfərdən bu ayəni soruşdular. “Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.”

İmam dedi: “Öndə gedənlər” İmamlardır,”orta yolu tutanlar” İmamı bilənlər,”özünə zülm edənlər” isə İmamı bilməyənlərdir.” (“Kafi” c.1,səh 214)


“Kafi”də Əbu Abdullahdan “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.” ayəsi haqqında dedi ki,bu Muhəmməd (s.a.s)-in gətirdiyi imamların vilayətidir.Filankəsin vilayətinə filankəsinkini qarışdırmazlar.” (“Kafi” c.1,səh 413)
“Kafi”də Əbu Cəfərdən rəvayyət olunur: “Allah Peyğəmbərinə vəhy etdi: “Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.” yəni,”sən Əlinin vilayəti üzərindəsən və Əlinin yolu doğru yolun özüdür.” (“Kafi” c.1,səh 417)
“Mufəddəl ibn Ömərdən nəql olunan rəvayyətdə deyilir: “Əbu Abdullahdan bu ayəni soruşdum. “Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz.”

Dedi: “Siz onların vilayətini (Əbu Bəkr,Ömər,Osman və s.) üstün tutursuz. “Axirət isə daha xeyirli və daha sürəklidir.” və ona dedi ki,Möminlərin Əmirinin yəni,Əlinin vilayətidir.” Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir,İbrahimin və Musanın səhifələrində.” (“Kafi” c.1,səh 418)


Əbu Abdullahdan: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” ayəsi və buna təfsir olaraq dedi ki,yəni vilayətdə əgər başqasını ona şərik qoşarsan əməlin boşa gedər.” (“Kafi” c.1,səh 427)
Əbu Abdullahdan: (Bu ayəni oxuyub)“Doğrusu, bundan əvvəl Adəmə də Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağa) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu”-(sonra imam dedi): “Allah and olsun ki, Muhəmmədə (ayə) belə nazil olmuşdur” (“Kafi”c. 1,səh 416; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 729)
Əbu Abdullahdan: “(O) dedi: Ayə belə enib: “Hər kəs Allaha və Peyğəmbərinə Əli və imaların vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar” (Əhzab 71) (“Kafi” c.1,səh 414; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 724)
Əbu Cəfər dedi: “Cəbrayıl bu ayəni Muhəmməd (s.a.s)-ə nazil etdi: “Muhəmmədin ailəsinin haqqına zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də Muhəmmədin ailəsinin haqqına zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.”(“Kafi” c.1 səh 423-424)

Ayənin əsli belədir: Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.” (Bəqara 59)


“Kafi”də uzun bir hədisin sonunda Muhəmməd ibn Fəzl imamdan soruşur: “Mən bu ayəni oxudum: “Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.” (Muzəmmil 10-11)

İmam dedi: “Yəni, sən səbr et və onlardan xoşluqla uzaqlaş və ey Muhəmməd! Sənin İmamət vəsiyyətini yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.”

Dedim ki,ayə bu şəkildə endirilmişdi? İmam: “Bəli,ayə bu şəkildə nazil olmuşdu.”(“Kafi” c.1,səh 432)
Allah Təala Şəms surəsində buyurur:

1.And olsun günəşə və onun saçdığı şəfəqə!

2. And olsun ondan sonra zühur edən aya!

3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!

4. And olsun günəşi bürüyən gecəyə!
Furat əl Kufi ibn Abbasa istinad edərək,aşağıdakı rəvayyəti nəql edir: “And olsun günəşə və onun saçdığı şəfəqə!” bu Peyğəmbər (s.a.s)-dir. “And olsun ondan sonra zühur edən aya!” bu Əli ibn Əbu Talibdir. “And olsun günəşi açıqlığa çıxardan gündüzə!” Həsən və Hüseynə işarədir. “And olsun günəşi bürüyən gecəyə!” ayəsi isə bəni Umeyyəyə işarədir!”

Pis deyil?!


Allah Təala Yasin surəsində buyurur:

1.Ya. Sin.

2. And olsun hikmətli Qurana!

3. Həqiqətən, sən göndərilmiş elçilərdənsən,

4. doğru yoldasan.

5. Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki,

6. ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.

7. Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.

8. Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır.

9. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər.

10. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.

11. Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.

12. Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
Görəsən adi bir adam burada imama işarənin harada olduğunu necə təyin edə bilər? Daha dəqiq desək,hansı ayə imam haqqındadır? Güman edirəm ki,bu çətindir.Bunun üçün xüsusi şiə bəsirətinə sahib olmaq lazımdır.

Muhəmməd Əbul Həmsin əl İhsai “Nəcatul halikin” kitabında yazır: “Şiələrin yekdil rəyinə görə burada möminlərin əmirinin vilayətinə dair aşkar dəlil vardır.” http://dhr12.com/img/3/1169296005.jpg


Ayə budur: “Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.”

“Açıq-aydın yazı” sözündən qəsd olunan Əli (r.a)-dir.


Allah Təala Tin surəsində buyurur:

1.And olsun əncirə və zeytuna!

2. And olsun Sinay dağına!

3. And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!

4. Biz insanı ən gözəl surətdə yaratdıq!

5. Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.

6. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.

7. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?

8. Məgər Allah hakimlərin ən üstünü deyilmi?
Şeyx Əbul Qasim Furat ibn İbrahim ibn Furat əl Kufi “Təfsir Furat əl Kufi” adlı məşhur təfsirində deyir: “İmam Musa ibn Cəfərdən nəql olunur ki,o “And olsun əncirə və zeytuna!” ayəsi haqqında demişdir: “Bu Həsən və Hüseyndir. ”And olsun Sinay dağına!” bu Əli ibn Əbu Talib, “And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!” bu Peyğəmbər (s.a.s)-dir. “İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla!” yəni,bu Əli ibn Əbu Talib və onun şiələridir. “Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?” yəni Ey Muhəmməd! Əli ibn Əbu Talibin vilayəti.”
Əli ibn İbrahim əl Qummi “Təfsir”ində bir qədər fərqli izah gətirmişdir.”Əncir” bu Peyğəmbər (s.a.s),”zeytun”isə möminlərin əmiridir. “Sinay dağı” bu Həsən və Hüseyndir. ”Təhlükəsiz şəhər” isə imamlardır.”

Düşkünlük daşır.Əminəm,inanıram və bilirəm ki,Əhli beyt imamları belə cəfəngiyyatdan uzaq idilər.


Allah Təala Nəhl surəsində buyurur:
68. Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
Zahirən adi bir ayədir ki,burada bizə çoxlu faydaları olan bal arısından bəhs olunur. Şiə alimi Rəcəb əl Bursi “Möminlərin əmiri haqqında nazil olmuş 500 ayə” kitabında “Mizan” və Qumminin təfsirlərinə istinad edərək yazır:

İmam Sadiq dedi: “Bu bizim haqqımızda nazil olmuşdu.Biz arıyıq.Dağlar bizim şiələr,ağaclar möminlərdən olan qadınlar,imamlar isə arıdır,Əli isə onların əmiridir!” http://alburhan.com/chapters_pic/albrsi.jpg

Allah Təala Bəqara surəsində buyurur:
26. Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz iman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə demək istədi?" Halbuki, O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.”
Təfsir üçün qədim şiə alimi olan Qumminin kitabına müraciər edək. Əbu Abdullahdan: “Burada Allah möminlərin əmiri baradə məsəl çəkir.Ağcaqanad – bu möminlərin əmiridir,ondan üstün olan isə peyğəmbər (s.a.s)-dir.Buna dəlil isə bu ayədir: “İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır” yəni, (haqq) – möminlərin əmiri.”
Onlarda imam – arı və ağcaqanaddır. Bu Qurana məsxərə deyildə,bəs nədir?!!! Peyğəmbər (s.a.s) və Əli (r.a)-ni təhqir etməkdir!

Allah Təala Nəhl surəsində buyurur:


90.Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.
Şiə təfsir alimi Əyyaşi məşhur təfsir kitabı “Təfsir Əyyaşi” (2/267-268) də yazır: “İmam Cəfər Sadiqdən sənədi ilə nəql olunur: “İmam “Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir” ayəsi haqqında buyurdu: “Ədalətli olmaq” yəni,Allahdan başqa ilah olmadığına şəhadət etmək, “yaxşılıq etmək” yəni,möminlərin əmirinin vilayəti, “iyrənc işlər görməyi” yəni,burada birinci nəzərdə tutulur, “pis əməllər törətməyi” burada ikinci, “azğınlıq etməyi” burada isə üçüncü nəzərdə tutulur.”
Şiələrin ilk üç xəlifəyə olan xüsusi “rəğbətini” nəzərə alaraq,söhbətin kimlərdən getdiyini təxmin etmək çətin deyil.
Allah Təala Əraf surəsində buyurur:
44. Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Onlar: "Bəli!"– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!

45. O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər".

46. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: "Sizə salam olsun!" deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.
Kuleyni imam Cəfərin 46-cı ayə haqqında belə dediyini nəql edir: “Biz Ərafda olacağıq və bizlərə yardım edənləri üzlərindən tanıyacağıq.” (“Kafi”səh 299, №469)

Allah Təala Bəqara surəsində buyurur:


269.Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.
Kuleyni imam Cəfərdən nəql edir: “Burada məqsəd Allaha itaət və imamı tanımaqdır.” (“Kafi” səh 300, №471)
Allah Təala Nəml surəsində buyurur:
89. Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.

90. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: "Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?"


Kuleyni Əli ibn Əbu Talibin belə dediyini nəql edir: “Yaxşı əməllər”dən qəsd olunan vilayətin təsdiqi və bizə məhəbbətdir.”Pis əməllər” dən məqsəd isə vilayətin inkarı və bizə olan düşmənçilikdir.” (“Kafi” səh 300-301, №474)
Allah Təala Nisa surəsində buyurur:
51. Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: "Bunlar möminlərdən daha doğru yoldadırlar"– deyirlər.

52. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.

53. Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin

bir qırıntısını belə verməzdilər.

54. Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz

İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.

Kuleyni ayədə olan “onlara böyük bir səltənət vermişdik” sözləri haqqında imam Əbu Cəfərin belə dediyini nəql edir: “Burada məqsəd budur: “İnsanlara imamlara itaət etmək fərz olunmuşdur. (“Kafi” səh 303, №478)

Şiə alimlərinin kitablarında Qurana belə məsxərə nümunələri olduqca çoxdur.Müsbət mənalı vəya tərif edici elə bir ayə yoxdur ki,onlar bunu imamlara nisbət etməsinlər.Mənfi mənalı və tənbeh edici ayələri isə onlar səhabələrə nisbət edirlər.Aydındır ki,Qurana belə yanaşma müqabilində onda istənilən hər bir şeyə dəlil tapmaq mümkündür.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin