Щязряти Айятуллащцл-Цзма


Quranın cismani məada dair sübutları



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə170/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Quranın cismani məada dair sübutları

Ötən  dərslərdə  bir  ərəbin  bir  parça  sümüyü  gətirib  peyğəmbərə  göstərərək  «kim 

bunları dirildə bilər?» deyə istehza etdiyini və peyğəmbərin Allahın əmri ilə ona «onları ilk 

dəfə yoxdan yaradan, yeri-göyü xəlq edən və sizin üçün yaşıl ağacdan od əmələ gətirən Allah 

bunları  dirildəcəkdir»  cavabını  oxuduq.  Bu  haqda  «Yasin»  surəsinin  son  beş  ayəsində 

danışılır.  (Bu  ayələr  məadın  cismani  olacağına  aydın  bir  sübutdur.)  Başqa  bir  ayədə 

oxuyuruq: «Qiyamət günü qəbirlərdən qalxacaqsınız.» (Yasin, 51; Qəmər, 7). Bildiyimiz kimi, 

qəbirlər  ruhun  yox,  çürümüş  bədənin  yeridir  (Deməli,  məad  cismani  olacaqdır). 

Ümumiyyətlə, məadı inkar edənlərin

1

 bütün təəccübləri bu idi: «Məgər biz torpağa qarışıb 



yox  olandan  sonra  yenidənmi  yaradılacağıq?»  (Səcdə,  10).  Allah  isə  onlara  cavab  verərək 

buyurur:  «Məgər  onlar  Allahın  məxluqatı  əvvəlcə  (yoxdan)  necə  yaratdığını,  sonra  da  onu 

(qiyamət  günü)  yenidən  dirildəcəyini  bilmirlərmi?  Həqiqətən,  bu,  Allah  üçün  asandır.» 

(Ənkəbut,  19).  Başqa  bir  ayədə  oxuyuruq:  «Cahil  bir  ərəb  deyirdi:  «O,  sizə  ölüb  torpaq  və 

sür-sümük  olduqdan  sonra  (qəbirlərinizdən  dirilib)  çıxacağımızımı  vəd  edir?»  (Muminun, 

35).


Quranın  bu  və  bu  kimi  digər  ayələrindən  məlum  olur  ki,  İslam  peyğəmbəri  hara 

çatırdısa, cismani məad   haqqınnda söhbət edirdi. Müşriklər də məhz bu məsələyə təəccüb 

edirdilər.  Yuxarıda  qeyd  olunan  ayələrdə  gördük  ki,  Allah  cismani  məada  aid  məsələləri 

bəyan etmiş və ona ilk yaranışı və öz qüdrətini sübut gətirmişdir.

Buna görə də, Qurandan az da olsa xəbəri olduğu bir nəfər müsəlmanın halda cismani 

məadı inkar etməsi mümkün deyil. Quran baxımından cismani məadı inkar etmək əsl məadı 

(həm ruhani, həm də cismani) inkar etməyə bərabərdir.



88

Əqli sübutlar

Yuxarıda qeyd etdiyimiz sübutlardan əlavə, ağıl, düşüncə də deyir ki, ruh və bədən bir-

birindən ayrılmaz iki varlıqdırlar. Hər ikisinin müstəqil olmasına baxmayaraq, eyni zamanda 

bir-biri  ilə  əlaqələri  vardır.  Onlar  ikisi  bir  yerdə  tərbiyə  alır,  birgə  təkamülə  doğru 

irəlləyirlər.  Şübhəsiz  ki,  bu  iki  həqiqətin  əbədi  həyat  sürmək  üçün  də  bir-birinə  ehtiyacı 

vardır.


Ruhla bədənin bir müddət Bərzəx aləmində bir-birindən ayrı qalmalarına baxmayaraq 

bu  ayrılıq  həmişəlik  ola  bilməz.  Necə  ki,  ruhsuz  bədən  naqisdir,  eləcə  də  bədənsiz  ruh 

naqisdir.  Ruh  əmr  edən,  bədən  isə  icraçıdır.  Heç  bir  əmr  edən  icraçıdan  ayrı  olmaz. 

Qiyamətdə  ruh  kamil  bir  şəkildə  gələcəyi  üçün,  lazımdır  ki,  bədən,  cisim  də  ona  uyğun 

olaraq  təkmiiləşsin.  Elə  belə  də  olacaqdır.  Yəni,  qiyamətdə  insan  bədəni  dünyadakı  bütün 

eyib,  nöqsan  və  çatışmazlıqlardan  uzaq  olacaq.  Bir  sözlə,  ruh  və  cisim  (bədən)  ikisi  birgə 

kamildirlər. Məad bunların ikisindən yalnız birinə aid ola bilməz. Başqa sözlə, ruh və cismin 

yaranma və bu iki həqiqətin bir-biri ilə əlaqə yaratması tarixini mütaliə etməklə məlum olur 

ki, məad bunların ikisinə də aiddir. Digər tərəfdən, dünyaya hökmranlıq edən ədalət qanunu 

deyir ki, məad həm ruha, həm də bədənə aid olmalıdır. Çünki insan bir günah, yaxud savab iş 

gördükdə  bu  işə  onun  həm  ruhu,  həm  də  bədəni  şərikdir.  Buna  görə  də,  həmin  günahın, 

yaxud  savabın  cəzasına  və  ya  mükafatına  (əcrinə)  həm  ruh  həm  də  bədən  çatmalıdır.  Əks 

təqdirdə (məadın ikisindən birinə aid olmadığı təqdirdə), ədalət qanunu pozulmuş olur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin