Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə38/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   34   35   36   37   38   39   40   41   ...   152
Әbülhəsən Abbasov (AMEA Fəlsəfə, Sosio ‐

logiya və Hüquq İnstitutunun baş elmi işçisi).

Hesab edirəm ki, filosofun mədəniyyət lərin

dialoqunda yeri və rolu müzakirə olunursa,

epistemologiyaya xüsusi diqqət yetirilməlidir.

Elə qneseoloji, məntiqi‐metodo loji, aksioloji

əsaslar axtarılmalıdır ki,   bir tərəfdən bunlar

gerçəkliyi optimal şəkildə əks etdirə bilsin,

digər tərəfdən isə cəmiyyətin, regionun, bütöv ‐

lükdə,  dünyanın  rekonstruksi ya sında  proqres‐

siv məqsədlərə xidmət edə bilsin.   

Әslində, bu məsələ fəlsəfənin və filosof ların

başlıca missiyasıdır. Məhz bu missiya, daha

doğrusu, onun səviyyəsi və reallaşdı rılmasının

keyfiyyəti bütün zamanlarda, son nəticədə

fəlsəfənin funksiyalarını, yaradıcı, dünyagö ‐

rüşü xüsusiyyətlərini, nəzəri‐praktik əhəmiy ‐

yə tini  müəyyənləşdirib.

Meydana belə bir sual çıxır, insanı məhv ‐

edici böhranlardan, fəlakətlərdən mühafizə

etmək və onun pozitiv gələcəyini təmin etmək

üçün daha çox hansı istiqamətdə axtarışların

aparılmasını, yeni koqnitiv məkanın formalaş ‐

dırıl 


masını, bəşəriyyətə dərketmənin hansı

epistemologiyasını və yaradıcı imkanlarını

təklif etmək məqsədəuyğundur? Düşünürəm

ki, müasir şəraitdə daha məqbul və adekvat

nəzəri baza olaraq «mürəkkəblik fəlsəfəsi»ni

təqdim etmək olar. Fəlsəfi tədqiqatların XX

əsrin 50‐ci illərinin əvvəlindən formalaşmağa

başlayan bu istiqaməti, fikrimcə, postqeyri‐

klassik elmi paradiqmanın əsasını təşkil edir.

Bu paradiqma barədə fikir söyləyərkən mən,

prinsipial olaraq yeni ideyalar, prinsiplər  və

təsəvvürlər sistemini, yəni faktik olaraq,

zamanın və tarixin, elmi rasionallığın və səmə ‐

rəliliyin tələblərinə cavab verə bilən təfəkkürün

və fəaliyyətin yeni tərzini nəzərdə tuturam.

Struktur yaradıcılığın və sistemliliyin,

özünütəşkilin və öz‐özünə hərəkətin, substan‐

sional müəyyənliyin və özünütənzimləmənin,

nizamın və nizamsızlığın (xaosun) nisbətinin

prinsipial məsələlərinin, stabilliyin və daya nıq ‐

sızlığın, müxtəlifliyin və vahidliyin, funksional


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin