Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə146/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   142   143   144   145   146   147   148   149   ...   152
91

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Zeytun Azərbaycanda: Azərbaycanda zey‐

tunun becərilmə tarixinə aid müxtəlif yazılar

var. İ.M.Axundzadənin (1962) yazdı ğına görə,

eramızın birinci əsrində Azərbay canın bəzi

rayonlarında, xüsusilə Kür‐Araz sahillərinin

düzənliklərində zeytun geniş yayılmışdır.

Lakin 1222‐ci ildə monqolların basqını nəti ‐

cəsində bu əkinlər tamamilə məhv edilmişdir.

V.Yekimovun (1955) məlu matları  zeytunun

Azərbaycana eramızdan qabaq gətirildiyini

göstərir. Qədim yunan coğrafiyaşünası Stra‐

bon qeyd edir ki, Azərbaycanın Kür çayı boyu

zeytun ağacları ilə zəngin olmuşdur. Bu fikri

X əsrdə Alban tarixçisi Moisey Kalankatlı da

təkrar etmişdir. İ.A.Jiqareviç, Z.Nəbiyeva, A.Streb ‐

 kova, S.Aslanov (1966) Azərbaycanda zeytun

bitkisinin birinci dəfə, təqribən 1740‐cı ildə

Abşeronda əkildiyini qeyd etmişlər. Ә.Rə cəbli

(1966) əksinə olaraq yazır ki, Azərbaycan

torpağında zeytun bitkisi olmamışdır və bəzi

müəlliflərin  və tarix çilərin Azərbaycanda  zey ‐

tunun geniş sahə lərdə becərilməsini  qeyd

etməsi yanlışdır. Bunlar zeytuna çox bənzər

olan və Azərbay canda çox becərilən iydəni

zeytun zənn edərək qeyd etmişlər. Әgər belə

olsaydı, min illərlə ömür sürən ağaclardan,

heç olmasa, indi bir nümunə qalardı və ya

əhali arasında onun meyvələrinin sərf olun ‐

ması adəti, yağ çıxarmaq üçün tətbiq olunan

alətlərdən bir nümunə qalardı və yerli dillərin

birində işlənərdi. Bunları Azərbay canda gör‐

mürük.


Ә.Rəcəblinin yazdığına görə, Azərbay cana

zeytun ağacları vaxtilə Şimaldan gətirilmişdir.

Cavan ağaclar isə XX əsrin əvvəllərində Türki ‐

yənin Artvin vilayətindən gətirilmişdir.

Azərbaycanda zeytun bağlarının inkişafı

1946‐cı ildən başlandı. Belə ki, SSRİ döv ründə

Nazirlər Sovetinin 9 iyun 1946‐cı il tarixli

sərəncamına əsasən Respublika mızda 300 hek‐

tar zeytun bağı salınması nəzərə alın mışdır.

Birinci olaraq ixtisaslaşdırılmış zey 

tunçuluq

sovxozu Zığ kəndində yaradıldı. Burada 200 hek‐

tar zeytun bağı salındı. Sonralar Qala kən ‐

dində, Hövsanda zeytunçuluq təsər rüfatları

yaradıldı. Bunlardan başqa, zeytun bağları

Maştağada və Bilgəh kən din də sa lındı.

Sənaye zeytunçuluğunun təşkilində onun

sort tərkibinin böyük rolu var. Düzgün se ‐

çilmiş və yerləşdirilmiş sortlar təsərrüfatın

iqtisadi səmərəliliyinin təməlini qoyur.

Zeytun zəngin miqdarda sortları ilə se çilir.

Hesab olunur ki, dünyada 800 zeytun sortu

var ki, onlardan 350‐si alimlər tərə findən öyrə ‐

nilib. Hazırda Elmi‐Tədqiqat İnstitut larında

və onların Stansiyalarında olan zeytun

kolleksiyalarında Azərbaycanda rayonlaşdırıl ‐

mış və artırmaq üçün məsləhət görülmüş bir

neçə sortların qısa təsvirini veririk.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin