Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə142/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   138   139   140   141   142   143   144   145   ...   152
89

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




sıx, kürə və oval formadadır, yarpaqları

lansetşəkilli, parlaq, gümüşü rəngli olub zoğ

üzərində qarşı‐qarşıya düzülür, görkəmi və

rəngi ilə ağaca gözəllik verir.

Bitki birevli, çiçəkləri isə iki cin siyyətlidir.

Çiçək topası salxımlıdır. Bu sal xımlar yazda

əmələ gələn zoğların yarpaq qoltuqaltıla 

rından çıxır. Çiçəklər  4‐5‐ci sıra budaqlar



üzərində yaranır. Zeytun mayda çiçəkləyir

(şəkil 1). Çiçəkləri 4 ləçəkli  (2 erkək və 1 dişi)

və sarımtıldır. Çiçək salxımları erkən yazda

əmələ gəlməyə başlayır, apreldə əmələ

gələnlər isə tədricən böyüyüb may ayında

açılır. Buna görə də zeytunun çiçəkləmə

vaxtında arada şaxtalar olsa da, çiçəklərin

hamısı tələf olmur. Bir çiçəyin ömrü 3–4 gün,

salxımın çiçəkləməsi 4–6 gün, kütləvi

çiçəkləmə isə 8–12 gün davam edir. Çiçəkləmə

havanın temperaturu 15–20

0

C olduqda



başlayır. Zeytun,  əsasən, küləklə (anemofil)

tozlanan bitkidir.

Meyvəsi oval, yumru, uzunsov formalı, orta

irilikdə (2–5 q.) olur, meyvə ləti qırmı zımtıl ya

da qara olur, yağlıdır. Çəyirdəyin ucları küt və

ya şişdir, çox bərkdir. Meyvənin çəkisi 5–18 q‐dır.

Toxumdan çıxan ağacların çox qüvvətli və

dərinə gedən kökləri olur. Mil köklərindən

başqa ətrafa uzun köklər ayrılır. Zeytun

kökləri olduqca qüvvətlidir. Qayaların,

daşların arasına girərək özlərinə rütubət və

qida tapmağa qadirdirlər.

Qələm və pöhrə ilə çoxaldılan ağacların

kökləri bir qədər zəif olur, dərinə getməyib

torpağın üst qatlarında yerləşirlər. Zeytun

ağacı çox yavaş böyüyür, uzunömürlüdür.

Zeytun ağaclarında aktiv boyatma  havanın

orta temperaturu 24–26

0

C şəraitində iki mər ‐



hələdə gedir:

1. Әn intensiv boyatma apreldən iyunun

sonuna qədər.

2. İyunun sonundan sentyabrın ortalarına

qədər.

Havanın orta temperaturu 8–10



0

C şərai ‐

tində ağaclarda boyatma çox yavaş gedir.

Havanın temperaturunun 30–35

0

C‐yə qədər



yüksəlməsi şəraitində ağaclarda boyatma pro ‐

sesi dayanır. Sortlardan asılı olaraq zeytun

ağac larının illik boyu müxtəlif  olur. Prof.

İ.M.Axundzadə ağaclarda zoğların illik boyuna

görə sortları 3 qrupa ayırır.

1. Qüvvətli illik zoğları olan (boyu orta

hesabla 35–55 sm): Azərbaycan zeytunu, sevil ‐

yano, nikitski – I, qordal, nadvijskiy, neva ‐

 dilyo, şirin zeytun, Mission.

2. Orta boylu illik zoğları olan sortlar: (orta

hesabla 30–35 sm): Raso, aqopsina, otur, della

madonna, qara zeytun, dolçe‐del‐Marokko və s.

3. Zəif illik zoğları olan sortlar (orta he ‐

sabla 30 sm‐ə qədər): Armudu zeytun, asko ‐

lana, buzovna zeytunu, dolmatskaya, kore djiolo,

krımskaya, leççino, mission, nikitskaya‐II, qor‐

val, pikvalis, tolqamskaya, tossiyskaya  və s. 

Yunanıstanda, Livanda, Anadoluda, İs‐

paniyada, İzraildə min illik zeytun ağaclarına

tez‐tez rast gəlinir. Suriyada və İsraildə 2 min

illik ağaclar da var. 

Yaşlı zeytun ağaclarının torpaqüstü his səsi

tamamilə məhv olmur, köklərindən çıxan çoxlu

cavan pöhrələr ağacın cavanlaş ma sına imkan

verir. Bir yerdə zeytunun kökü asanlıqla itmir.

Bu səbəbə görə də zeytun əbədi yaşayan

ağaclar sırasına daxildir.


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin