Шүбһә доғуран суаллар


Sual 93: Mərhəmətə ehtiyaclı dünyamızda Hüseyn  düşmənlərinə lə`nət oxumaq qəddarlıq deyilmi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə52/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   48   49   50   51   52   53   54   55   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 94
Sual 93: Mərhəmətə ehtiyaclı dünyamızda Hüseyn 
düşmənlərinə lə`nət oxumaq qəddarlıq deyilmi? 
Cavab: Adəm övladı həm müsbət, həm də mənfi hisslərə 
malik bir varlıqdır. Heç bir insan sevincsiz və ya qəmsiz yaşaya 
bilməz, gülmək və ağlamaq insanın fitri meyllərindəndir. Ən əsası 
isə bu varlıq yerində ağlamalı və yerində gülməlidir. 
İnsan kamil varlıqla üzləşdikdə qəlbində ona qarşı məhəbbət 
yaranır. Bu məhəbbət tə`rif, təşəkkür, dua kimi vasitələrlə izhar 


74 
olunur. Amma könlünü oxşamayan varlıqla qarşılaşan insanın 
qəlbində nifrət hissi baş qaldırır. Bu nifrət e`tiraz, lə`nət, qarğışla 
müşayiət olunur. 
Allah övliyalarını sevən insan, təbii ki, Allah düşmənlərinə 
nifrət edir. Allah düşmənlərinə nifrət etməyən kəs tədricən onlarla 
dostlaşır, onların sözlərini qəbul edir, nə vaxtsa özü də Allahın 
düşməninə çevrilir. Əgər insan, orqanizminə daxil olmuş mikroba 
qarşı çıxmasa, bu mikrob tədricən bütün bədəni çulğayır. 
Yalnız Allah dostları ilə dostluq kifayət deyil. Allah 
düşmənləri ilə düşmənlik etməyən insan Allahla dostluqdan 
məhrum olur. 
İnsan məntiqi olaraq sevgisini salam, nifrətini lə`nətlə bildirir. 
İmam Hüseynin (ə) düşmənlərinə lə`nət oxumadan İmama salam 
göndərmək faydasızdır. Yə`ni dostun düşməni ilə dostluq ən azı 
riyakarlıqdır.
Sual 94: Şiəlik əqidəsinə görə göz yaşına bu qədər əhəmiyyət 
verilməsinin əsası nədir? 
Cavab: İnsan varlıq aləmində baş verən bir çox hadisələrin 
mahiyyətindən xəbərsizdir. Çoxları, ümumiyyətlə, hadisələrin 
dərinliyinə varmır, zahirdə gördükləri ilə kifayətlənirlər. 
Göz yaşı da belə sirli həqiqətlərdəndir. Kimi göz yaşını daxili 
hisslərin təzahürü kimi e`tiraz, kimi də bədbinlik kimi 
qiymətləndirir. Müasir dünyanı şadlıq dünyası kimi qəbul edib, 
göz yaşlarının əbəs olduğunu iddia edənlər də var. Amma şiələr 
göz yaşına daha ciddi yanaşır və onun əsil mahiyyətini 
açıqlayırlar. 
Əsaslı beş növ ağlayış qeyd etmək olar: 
− qorxu və həyəcandan ağlayış; 
− mərhəmət qazanmaq üçün ağlayış; 
− qəm-qüssədən ağlayış; 
− şadlıqdan ağlayış; 
− təqva, ruhani kamillikdən ağlayış. 
Sonuncu bənddə qeyd olunan göz yaşları ilahi insanlara 
aiddir. Bu göz yaşlarının səbəbi daxili yanğı, pəhrizkarlıq, 
peşmançılıq, tövbə, Allah eşqidir. İnsanı kamillik zirvəsinə 
qaldıran, onu Allaha yaxınlaşdıran da məhz bu göz yaşlarıdır. 
Təqva ağlayışının bir sıra amilləri vardır: 
1. Günahdan peşmanlıq 


75 
İlahi insanlar batdıqları günaha görə peşman olur, göz yaşları 
axıdırlar. Həzrət Əli (ə) buyurur: “Allaha itaətə üz tutub, günahları 
üçün ağlayan kəsin xoş halına” (“Nəhcül-bəlağə”, x. 176) 
2. Allah doğru hərəkətdə büdrəmə qorxusu 
Allah aşiqləri daim özlərini təhlükədə hiss edir, öz gələcəkləri 
üçün narahat olurlar. Doğrudan da, iman yolunda şeytanın 
qurduğu sədlərdən keçmək olduqca çətindir. Bu çətinliklər barədə 
düşünən aşiq göz yaşları axıdır. 
3. Şövq və sevgi 
Həqiqi Allah aşiqləri hicran qəmindən pərişan olur, mə`şuqla 
görüş həsrəti ilə hönkür-hönkür ağlayırlar. 
4. İlahi əzəmət qarşısında qorxu 
Bu qorxu insanın düşüncəsindən doğur. İlahi əzəməti dərk 
edən mö`minlər bu əzəmət qarşısında tir-tir əsir, göz yaşları 
axıdırlar. İmam Sadiq (ə) buyurur: “Allahın haram buyurduqlarına 
qapanan, gecələr ibadət üçün oyaq qalan və gecə yarı Allah 
qorxusundan ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü 
ağlar qalacaq.
165
5. Həqiqi dost itkisi 
Allah aşiqlərinə məhəbbət Allaha məhəbbətdir. Belə insanları 
müvəqqəti də olsa itirmək mö`min üçün ağrılıdır. Mə`sum 
imamların bir-birləri üçün, həzrət Peyğəmbərin (s) Həmzə üçün 
ağlaması Allah sevgisi ilə bilavasitə bağlıdır. 
6. Arzu olunan fəzilətlərdən uzaqlıq 
Bə`zən ilahi insanlar arzuladıqları ilahi sifətlərə çata 
bilmədikləri üçün ağlayırlar. 
Bir çox mö`təbər mənbələrdə, eləcə də Qur`ani kərimdə ilahi 
eşqlə bağlı göz yaşları təqdir olunur. “İsra” surəsində oxuyuruq: 
“Onlar səcdəyə qapanaraq ağlayırlar.”
166
İmam Sadiq (ə) buyurur: “Bəndənin Allaha ən yaxın halı 
səcdəyə qapanaraq ağladığı haldır. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin