Şəxsiyyət və cəmiyyət



Yüklə 23,53 Kb.
səhifə2/2
tarix09.12.2022
ölçüsü23,53 Kb.
#73420
1   2
referat 453

Sosial şəxsiyyət cəmiyyətdə başqaları ilə ünsiyyətdə formalaşan insandır. Peşə sahəsində, ictimai fəaliyyətdə, dostluqda, sevgidə, rəqabətdə və s. özünütəsdiqləmənin bütün formaları şəxsiyyətin sosial strukturunu formalaşdırır.
Mənəvi şəxsiyyət insan mənliyinin üzərində hər şeyin dayandığı görünməz təməli, nüvəsidir. Bu müəyyən mənəvi dəyərlərə və ideallara canatmanı əks etdirən daxili mənəvi vəziyyətdir.
Fiziki, sosial və mənəvi şəxsiyyətləri ayırmaq kifayət qədər şərti xarakter daşıyır. Şəxsiyyətin bütün bu tərəfləri sistem təşkil edir və bu sistemin hər bir elementi insan həyatının müxtəlif mərhələlərində müəyyənedici əhəmiyyət qazana bilər.
Mövcud dünya dinləri şəxsiyyətin normativ idealını yaradıblar. Məsələn, şəxsiyyətin xristian idealının əsasında Allaha məhəbbət və öz yaxınına məhəbbət prinsipi dayanır. İnsanın şəxsiyyətində iki təbiətin - Allah və insanın birləşməsi sirri in­san şəxsiyyətinin xristian anlayışının əsasını təşkil edir.
Şəxsiyyətin islam modelində əsas cəhət Allah iradəsinin ciddi və qüsursuz olaraq həyata keçirilməsidir. Müsəlman mütləq təkallahlılığa və Məhəmməd peyğəmbərə sözsüz olaraq inanır. İslam mənasız qantökməyin əleyhinə olaraq yalnız hücum edənə cavab verməyə çağırır. Şəriət şəxsiyyətin fiziki, əqli və mənəvi inkişafına təhlükəli olan bütün şeyləri yasaq edir. Məsələn, spirtli içkilər, narkotik maddələr, təmiz olmayan ət və s. yasaqdır. Özünəqəsd, ailəyə xəyanət, oğurluq, dələduzluq, istismar, qumar və s. qəti qadağandır. Xristianlıqdan fərqli olaraq islam bu dünyadakı həyata yüksək qiymət verir. Lakin bununla yanaşı Son gündə hər şey məhv ediləcək, ölənlər Allah qarşısında cavab vermək üçün diriləcək. Axirət həyatına inam burada zəruri hesab edilir, çünki belə halda insan öz həyat və davranışlarını şəxsi maraq mövqeyindən deyil, əbədi gələcək mənasında qiymətləndirir.
F.Engels yazırdr. «Materialist anlayışa görə, son nəticədə bilavasitə həyatın istehsalı və təkrar istehsalı tarixdə müəyyənedici momentdir. Lakin bunun özü də iki cür olur. Bir tərəfdən - yaşama vasitələrinin: yeyinti məhsullarının, paltarın, mənzilin və bu iş üçün zəruri olan alətlərin istehsalı; başqa tərəfdən - insanın özünün istehsalı, nəslin davamı». İdeoloji tərəfi nəzərə almadan qeyd etmək lazımdır ki, məsələnin belə qoyuluşu doğrudur.
Şəxsiyyət haqqında daha iki konsepsiya mövcuddur: şəxsiyyət insanın funksional xarakteristikası kimi və şəxsiyyət insanın mahiyyət xarakteristikası kimi. Birinci konsepsiya şəxsiyyətin yalnız xarici davranışlarını nəzərdə tutur. İkinci isə şəxsiyyətin mahiyyətini, onun daxili aləmini açır. İnsanın şəxsiyyət keyfıyyəti oıum sosial həyat tərzindən və mənlik şüurundan ayrılmazdır.
İnsan müxtəlif əlaqələr və münasibətlər sistemində, müxtəlif insanlar və qruplar ilə ünsiyyət şərairində yaşayır və fəaliyyət göstərir; о müxtəlif sosial qurumların - cəmiyyətin, sinfin, peşə qruplarının və s. üzvü kimi çıxış edir və öz fəaliyyətində daim onların təsirini hiss edir. Lakin heç bir xarici şərait (nə qədər münasib, yararlı olsa da) öz-özlüyündə insanın qabiliyyətinin həyata keçirilməsini tam təmin edə bilməz. Bunun üçün həm də şəxsi səy, iradə, mənəvi azadlıq lazımdır.
Şəxsiyyət insandır. Lakin «insan» anlayışı bütün insanlar üçün ümumi olan nəsil, soy mənasını verir və onları heyvanlardan fərqləndirən əlamətdir. Şəxsiyyət isə özünün fərdi xüsusiyyətləri ilə birlikdə konkret insandır. Onun yalnız özünə məxsus olan xarakteri, temperamenti, psixikası, yaddaşı, xarici mühiti qavramaq və ona münasibət xüsusiyyətləri var. Şəxsiyyət bütün mənəvi xassələri - zəkası, öz əməllərinə cavabdehlik hissi, fərdiliyi, ləyaqəti, azadlığı və s. ilə birgə götürülmüş insandır; о elə insandır ki, müstəqil və işgüzar fəaliyyət subyekti olur.
Qədim dövrdən başlayaraq fəlsəfə tarixində insanın başqaları ilə münasibətdə zorakılığa anadangəlmə meyl göstərməsi haqqında çoxlu fikirlər olmuşdur.
Heyvanların davranışını öyrənən yeni elm - etologiya XX əsrin ortalarında meydana gəlib. Bu elmin yaradıcısı K.Lorens müharibə, təcavüz kimi sosial hadisələri insan və heyvan üçün ümumi olan təcavüz instinkti ilə izah edir. Lakin heyvanlarda bu instinktin təzahürü tormoz qurğuları ilə saxlanılır, insanda isə bu qurğular bağlanır, xarab olur; odur ki, bizim əksəriyyətimiz
sözün əsl mənasında insan deyilik, heyvan ilə əsl insan arasında aralıq bir dəstəyik. Bizim silaha, zorakılığa anadangəlmə meylimizin qarşısını heç nə ala bilməz.
Postindustrial və informasion cəmiyyət şəraitində insana alət hazırlayan məxluq (Homo faber) kimi tərif vermək sivilizasiya konsepsiyalarında о qədər geniş yayılıbdır ki, həyatın məqsədi həyat vasitələri ilə əvəz olunmağa başlayır. Reallığı dəyişdirməyi öyrənən insan, öz ətrafını da dəyişir. Mexanizm və texnologiya ona öz qanunlarını diktə edir və о da süni strukturlara doğru can atır. İnsan özünə üzvi həyatdan uzaqlaşan, texnikalaşmış fərd kompleksini yetişdirir. “Mənasız qəddarlıq, daxili inamsızlıq, intuisiya və hissiyyatın distrofiyası (pozulması) - texniki formanın təbiətə üstün gəlməsinin əlamətləri bunlardır. Texnikalaşmış dünya, bürokratiyanın öldürücü mühafizəkarlığı şəxşsizləşdirmə, insanın təbii vəziyyətdən uzaqlaşdırılmasının əlamətləridir”
Bəzi alimlər hesab edirdilər ki, xalq kütlələrini bir qrup yaxşı hazırlıqlı insan (elita) idarə etməlidir. Bir çoxları isə göstərir ki, cəmiyyətə mütləq lider lazımdır.
Elitizm konsepsiyasının tərəfdarları hesab edirlər ki, xalq cəmiyyəti idarə edə bilməz, çünki onun, birincisi, siyasətdə, iqtisadiyyatda və başqa sahələrdə səriştəsi yoxdur; ikincisi, bir qayda olaraq kütlə fəaliyyətsiz və ətalətlidir, fəallığı isə dalaşqanlıq, cəmiyyətin əsasını dağıtmaq formasında büruzə verir; üçüncüsü, cəmiyyətin kütlələr tərəfindən idarə edilməsi texni­ki cəhətdən nıümkün deyil, çünki bütün xalq parlamentdə, nazirlər kabinetində iclas keçirə bilməz, ona görə də mütləq xalqın nümayəndələrini seçmək lazımdır. Deməli, cəmiyyəti idarə etmək üçün yüksək hazırlıqlı, səriştəli adamlar, yəni elita zəruridir.
Liderlik və volyuntarizm nəzəriyyəsinin tərəfdarları sübut etməyə çalışırlar ki, kütlələr lidersiz, rəhbərsiz heç bir konstruktiv iş görə bilmir. Ona görə də xalq, əlbəttə, tarixi yaradır, lakin təkbaşına özü yox, rəhbərin başçılığı ilə. Bəziləri göstərirlər ki, lider öz iradəsini xalqa zorla qəbul etdirir, başqaları isə deyirlər ki, lider kütlə ondan nə istəyirsə onu edir, kütlə özünün mənliyini lider seçir və onu idarə edir. Beləliklə, lider, avtoritet özü kütlənin yetirməsidir. Lakin avtoritar rejimlərdə həmişə kütlə rəhbərin əsiri olur. Buna misal Stalin, Mao, Mus­solini, Hitler, Kastro, Səddam Hüseyn və başqalarının öz xalqı üzərində tam hökmranlığını göstərmək olar. Rəhbərlər insanları öz arxasınca apara bilir, əməli fəaliyyət iradəsinə malik olur, cəsarəti ağılından yüksək olur.
Onu da qeyd etmək lazımdır ki, burada təbliğatın rolu çox böyükdür. E.Fromm hesab edirdi ki, fasiləsiz təbliğat tənqidi təfəkkürü zəiflədir, insanı bihuş edir, ağıla deyil, hissiyyata yönəlir. Gərgin emosional vəziyyət kütləni qəhrəmanlıq göstərməyə, özünü şəhid etməyə həvəsləndirə bilir. Belə halda kütlə ən xeyirxah məqsədlərə də aludə ola bilər. Freyd deyirdi ki, kütlə təmənnasız olaraq ideala sadiq olmağa qabildir. Üstəlik kütlə böyük mənəvi yaradıcılığa da qadirdir: dili zənginləşdirir, folklor yaradır, xalq mahnılarını bəstələyir və s.
Bununla yanaşı göstərmək lazımdır ki, kütlə konkret şəraitdə insanların zəruri deyil, çox hallarda təsadüfi yığınıdır. Bu birliyin ümumi emosional istiqaməti var, onu əksəriyyətin qəbul etdiyi ənənələr deyil, daha çox qəzəb, bəzən heyvani hissiyyat idarə edir. Totalitar rejimlər xalqı kütləyə çevirmək istəyir. Çünki kütləni istənilən tərəfə çevirmək, göstəriş vermək, fanatiklər dəstəsinə çevirmək asandır. Orteqa-i Qasset deyir ki, İtaliya faşistlərinin lideri Mussolininin «hər şey Dövlət üçün, Dövlətdən kənar heç nə, Dövlətə qarşı heç nə» şüarını göstərmək kifayətdir ki, onun ideologiyasının tipik kütlə ideologiyası olduğunu biləsən. «Dövlətin diktaturası davranış qanununa çevrilən zorakılıq və birbaşa hərəkat tərəfindən qəbııl edilən ali formadır».
Elita nəzəriyyəsinin əsasını İtaliya politoloqu və fılosofu V.Pareto (1848-1923) və H.Mosku (1858-1941) qoymuşdur. Məsələn, H.Moska demişdir: «Təşkilatlanmış azlığın təşkilatsız çoxluq üzərində suveren hakimiyyəti qaçılmazdır». «Yüz
dam həmrəy, işin ümumi anlayışı ilə hərəkət edərək, bir-biri ilə həmrəy olmayan, təkbətək ünsiyyət saxlayan min adama qalib gəlir».
Bu nəzəriyyənin tərəfdarları sübut etməyə çalışırlar ki, kütlə «ən yaxşı halda ətalətdə olur», həyəcana gələn vaxt isə qorxulu qüvvəyə çevrilir, nəzərə çarpan mühüm yenilikləri sevmir; bərabərliyə can ataraq insan mədəniyyətini dağıdır, onu keçmiş vəhşilik dövrünə tərəf geriyə atır.
Yüklə 23,53 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin