SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə60/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   56   57   58   59   60   61   62   63   ...   330
SÖZDƏ OLAN KÜFR - Bədən ilə olan küfrün qismindən biri də danışıqda, dildə olan küfrdür. Dildə, danışıqda olan küfr insanın dilində ixtiyari olaraq küfür sözlər işlədməsidir. Məs: Allahı, Peyğəmbəri söymək, Peyğəmbərlik iddia etmək və s. Bütün bunlar ona görə küfr sayılır ki, çünki insanın onu söyməsi ona dəlalət edir ki, o insan qəlbində də onu tanıyır. İnsan əgər dilində söyürsə deməli qəlbində bildiyinə görə söyür. Dildə deməyinə baxmayaraq, yenədə onun etiqadı qəlbinə qayıdır. Dilində deməyi ilə həmin insan kafir olur. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Dili ilə insan mürtəd olur əgər dili ilə küfr söyləmiş olarsa. İstər etiqadla, istər inadkarlıqla, istərsə də istehza ilə. Çünki bunların 3 də dil ilə küfrə gətirib çıxarır». İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Kim dili ilə küfr söyləyərsə, ona ehtiyac olmadığı halda – Məcburiyyətdən – bilərək ki, söylədiyi söz küfrdü həmən insan zahirən və batinən də kafir olur». «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib qəlbi ilə onu təsdiq etməyən) şəxs istisna olmaqla hər kəs iman gətirəndən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)». (ən-Nəhl 106). Çünki insan dil ilə dediyi şeyi qəlbi ilə bildiyinə görə deyir. Allah orda yalnız və yalnız ikrah ilə deyiləni istisna etdi. Nə üçün Allah bunu istisna etdi? Çünki insanın dil ilə deməsi, artıq onun qəlbində etiqadıdır, həqiqi mənada Allahı və Peyğəmbəri yalan saymasıdır. Əgər bu dil ilə deyilməsi yalandan irəli gəlməsəydi, onda Allah ikrahı istisna etməzdi. Əgər ikrah yoxdursa və bunu etməyə məcbur etməyə məcbur edilməyibsə deməli qəlb buna meyyillidir ki, bunu edir.

Şəriətdə dil ilə deyilən küfr 2 qismə ayrılır: 1) Dindən çıxardan böyük küfr. 2) Dindən çıxardmayan kiçik küfr. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «İnsanlarda küfrə dəlalət edən iki xislət vardır: Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək (söymək)»246. Kiçik küfr qəsd olunur.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin