Səlahəddin Xəlilov



Yüklə 2,76 Mb.
səhifə11/51
tarix26.12.2023
ölçüsü2,76 Mb.
#197525
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
242 jmw0lzyycp.....

Vahid ümumbəşəri elm prosesinə daxil ola bilməyən, elə bil ancaq özü üçün yaradılmış lokal elm strukturları əsl elm sayıla bilməz. Böyük elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi ax­ta­rış­ların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalan­lar mü­asir elmi prosesə qoşul­mayaraq, yalnız artıq keçilmiş yol­la­rın künc-buca­ğın­da yer tuta bilərlər, lakin bu, elm hesab edilə bilməz.
Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız ayrı-ayrı adam­­ların mənəvi tələbatı, intellektual əy­ləncəsi olmayıb, səna­ye­nin, təsərrüfatın, ümumiy­yət­­lə istənilən ictimai fəaliyyət sahəsinin in­kişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-təd­qi­qat sahələri ilə müxtəlif praktik fəaliyyət sa­hələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu, ol­duqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb ic­ti­­mai prosesdir. Lakin bütöv bir ölkə, hətta ən böyük ölkələr üçün də müstəqil elm məkanından danışmaq mümkün deyil. Hətta, keç­miş SSRİ kimi nəhəng ölkə də özünün tam müstəqil elmini yarada bil­­mədi. Ona görə də, hər bir ölkə elm strategiyasını öz im­kan­larına uyğun olaraq qur­malıdır.
İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf pers­pektivlərini araşdırarkən köhnə təşkilati formalara, onların müs­­bət ənənələrinə hör­mətlə yanaşmaqla bərabər, yeni, za­ma­nın tə­ləb­­lərinə daha çox ca­vab verən optimal təşkilati formala­ra da bi­ga­nə qalmamalıyıq. Qanunvericiliyin məqsədi ya­ra­­dı­cı­lıq axtarışla­rı­nın, o cümlədən təşkilati forma axta­rış­­larının məhdudlaşdırılması de­yil, əksinə, fayda verə biləcək istənilən yeni formaya hüquqi im­kan veril­məsidir. Bu baxımdan, biz elm və təhsilin birgə inkişaf kon­sepsiyasını hazırlayarkən, ancaq ən ümumi prinsip­ləri ön plana çək­məyə və süni məh­dudiyyətləri aradan götürməyə çalışmalı, bü­ro­kratik mexanizmləri sadələşdir­məliyik. Xatırlatmaq istər­dim ki, Mil­li Elmlər Akademi­yası, heç şübhəsiz, Azər­baycanda elmin inki­şa­fı sahəsində misilsiz xid­mətləri olan, böyük kadr potensialına ma­­lik nə­həng bir qurumdur. Ona görə də yarım əsr ərzində top­la­nıl­mış təcrübəni nəzərə almadan yeni bir qu­rum ya­ratmaq sadə­lövh­lük olardı. Bu səbəbdən də, Azər­bay­canda elmin inkişafı ilə bağ­lı islahatlar apa­rılar­kən ilk növbədə Elmlər Akademiyasının təc­rü­bəsinə istinad edilməlidir.
Elmin optimal fəaliyyəti onun daxil olduğu da­ha böyük ic­ti­mai sistemlərin təşkilati mexanizm­ləri ilə sıx surətdə bağlıdır.
Elmi-texniki tərəqqini, bir tərəfdən, öz müs­tə­qil strukturuna ma­lik olan bütöv bir hadisə kimi, digər tərəfdən isə, daha böyük miq­yaslı hadisənin his­səsi kimi nəzərdən keçirmək olar. O, ictimai tərəqqinin, xüsusən də hər bir ölkənin sosial-iqtisadi inkişafının tərkib hissəsini təşkil edir.
İstehsalın intensivləşdirilməsi prosesini aşağı­dakı iki fazaya ayırmaq olar: elmi-texniki tərəqqinin sürətləndirilməsi və elmi-tex­ni­ki tərəqqinin nailiy­yət­lərinin vaxtında və səmərəli şəkildə iq­ti­sa­diy­yatın bütün sahələrinə tətbiq edilməsi. Bu cür şərti böl­güyə eh­ti­yac ondan irəli gəlir ki, hər fazanın öz nisbi müstəqil məzmunu və prob­lemləri var. Lakin bir çox hallarda onlar əsassız olaraq qarışıq sa­lınır, mü­rək­kəb tərkibli fəaliyyətin hissələri arasında fərqlər nə­zər­dən qaçırılır.
İqtisadiyyatın inkişafının sürətləndirilməsi pro­­­se­sinin tərəfi­miz­dən şərti olaraq qeyd olunan ikin­ci fazası elmi-texni­ki tərəq­qi­nin hüdudlarından kənara çıxır. O, ölkənin bütöv­lük­də təsərrüfat sis­te­mi ilə bağlı olub istehsalatın texniki ye­ni­dən qurma işlərinə olan tələbatının öyrənilməsi, bazarın tələbat­ları ilə yeni texnolo­gi­ya­ya keçid arasındakı zid­diy­yət­­lə­rin aradan qaldırılması, yeni tex­ni­­kaya mad­di və mənəvi ma­rağın artırılması, yaradıcı əmə­yin hə­və­s­ləndirilməsi, təsər­rü­fat mexanizminin bü­tövlükdə elmi təşkili və s. kimi prob­lem­ləri əhatə etməklə da­ha çox təşkili-idarəetmə xarak­te­ri da­şı­yır. Gör­dü­yü­müz kimi, elmi-texniki tərəqqinin isteh­sa­lata tət­­biqi kifayət qədər mürəkkəb və çoxtərəfli pro­ses olmaqla məz­mu­nuna görə elmi-texniki tərəq­qi­dən fərqlənir. Bunu xü­su­si olaraq vur­ğulayırıq, çün­ki son illər “elmi-texniki tərəqqi” anlayışı geniş mə­nada işlədilir ki, bu da onun kateqoriya statusuna uyğun gəlmir.
İqtisadiyyatın intensivləşdirilməsi prosesinin birinci fazası­nın öz spesifik sərhədləri var ki, bu da yeni texniki sistemlərin qu­rul­masında və onların me­todikasının işlənmə­sin­də elmi biliklərin tət­bi­qindən irəli gəlir. İlk baxışdan elə gəlir ki, guya onların ara­sın­da elə bir əsaslı fərq yoxdur. Axı, əv­vəlcə yalnız təcrübi nümunə qu­rulub istehsal olunur. Bu, təc­rübə laboratoriyasında baş verir. Ye­­ni texnikanın kütləvi nüsxədə buraxılışı və istismarı isə təcrübə-kons­truk­siya işləri çərçivəsindən ictimai istehsal sahəsinə keçid etməyi tələb edir.
Əlbəttə, elmi-texniki tərəqqi müəyyən iqtisadi, sosial və təş­ki­li problemlərlə bağlıdır. Lakin burada bu problemlər spe­sifik tərz­də təzahür edir. Bu halda söhbət istehsalatın, iq­ti­sa­diyyatın yox, elm və la­yi­hələşdirmə prosesinin özünün, yəni elmi biliklərin “mad­diləşdirilməsinin”, “cismaniləşdiril­mə­­sinin” ilk mərhələsinin el­mi təşkilindən gedir. Bu sferaya xas olan iqtisadi problemlər də spe­sifik xarakter daşıyır. Ümumi iqtisadiyyatdan fərqli olaraq yeni bir sahə – elm və elmi-texniki tərəqqinin iqtisadiyyatı – mey­da­na gə­lir. Elmi-texniki tərəqqi sferasındakı spesifik sosial hadisələr isə so­siologiyanın xüsusi sahəsi olan elm və elmi-texniki tərəqqi so­siologiyasının pred­me-tini təşkil edir.
Yeri gəlmişkən qeyd edək ki, elm sosiolo­gi­yası sahəsində təd­qiqatlar aparılsa da, elmi-texniki tə­rəqqinin sosiologiyası hələ ki, iş­lənməmiş bir sahə olaraq qalır. Elmi-texniki tərəqqinin sosial nə­ti­cə­lə­ri­nə həsr olunmuş çoxlu sayda nəşrlər olsa da, bu, nəzərdən ke­çirdiyimiz prosesin sosiologiyasını təşkil etmir. Düzdür, bir-bi­rin­dən fərqli olan bu iki prob­lem bəzən əsassız olaraq eyniləşdirlir.
Elmi-texniki tərəqqinin məzmunu və struktu­runda, habelə “elm-texnika-istehsalat” dövrəsində baş verən bugünkü dəyişik­lik­lə­rin mahiyyəti nədə­dir? E.A.Arab-oğlu haqlı olaraq yazır ki, elmi-tex­niki inqilabın gedişində, elm, texnika və istehsalatın bir-biri ilə qarşılıqlı təsirləri prosesində liderlik el­mə, nəzəri biliyə keçir1. İn­kiş­af templərinə görə də elm texnika və istehsalatı geridə qoy­maq­da­dır. Lakin elm nisbi müstəqillik qazanmasaydı, yəni təkcə prak­­ti­ka­nın tələbatları əsasında yox, həm də öz xü­susi bazası üzərində in­kişaf etmək imkanı əldə et­məsəydi, bu, mümkün olmazdı. Yalnız bu müstə­qil, azad, inkişaf sayəsində elm özü ilə gözlənilməz şeylər gə­tirmək, yeni praktiki imkanlar açmaq iqti­darında ola bilir. Bu im­kanlar texnikanın inkişafının adi məntiqi nəticəsi ola bilməzdi. Elmin dərin­lik­lə­rində yetişmiş elmi-texniki işləmələr mövcud tex­ni­ka və texnologiyadan köklü şəkildə fərqlənə bilir. Bu­na misal ola­raq atom energetikasını, kompü­ter­lə­ri, lazer texnikasını, biotex­no­logiyanı, xassələri qa­baq­cadan verilmiş materialların sintezini və s. gös­tər­mək olar.
Elmin texnika və istehsalatın sifarişlərini yeri­nə yetirən adi ic­raçıya çevrilməməsi üçün onun is­tehsalata bağlılığından uzaq ol­maq lazımdır, əlbəttə, bu şərtlə ki, bu müstəqillik ifrat dərəcəyə çat­masın. Buna görə də elmi işlərin bir hissəsi (ədəbiyyatda bu his­sə “tətbiqi tədqiqatlar” anlayışından fərqli olaraq “fundamental təd­qi­qatlar” anlayışı ilə ifadə olunur) bilavasitə tətbiqə yox, elmin özü­nün inkişafının tə­min edilməsinə, onun tamamilə yeni metod­la­rı­nın ya­radılmasına xidmət edir. Bu işlər praktikada tətbiq olunmur. Bu cür işlərin müəyyən hissəsinin təhlili konkret nəticə verərsə, bu nə­ticə ilk növbədə elmin özündə tətbiq oluna bilər.
Zənnimizcə, elmi nəticələrin dəyəri təkcə on­ların bilavasitə praktikada tətbiqinə görə deyil, həm də nəzəri əhəmiyyətinə görə müəyyən olunmalıdır. Bə­zən nəzəri nəticələr xırda miqyaslı konkret prak­tiki nəticələrdən daha əhəmiyyətli ola bilir. Əksər hal­larda fun­da­mental nəzəriyyələri texnikanın və ya tətbiqi tədqiqatların zəif­li­yi üzündən tətbiq etmək mümkün olmur. İş burasındadır ki, tətbiq sa­hə­lərinin müəyyənləşdirilməsi, onun metodika və texnolo­giya­la­rı­nın işlənməsi vəzifəsi alimin yox, konstruk­tor­ların, elmi-texniki iş­çilərin üzərinə düşür. Axı fəaliyyətin ali inkişaf mərhələlərinə aid olan bütün sahələrində funksiyalar diferensiasiya olunmalıdır. Ey­­ni­lə elmi fəaliyyət sırf praktiki fəaliyyətdən uzaq­laşdıqca fəa­liy­yə­tin yeni sahəsi – elmi-texniki fəaliy­yət sahəsi forma­la­şır. Onun qar­şı­sında duran vəzifə yeni elmi nailiyyətlərin tex­ni­kada tətbiq yol­la­rı­nı axtarıb tapmaqdan ibarətdir. Bununla da elmlə prak­ti­kanın bir-biri ilə optimal şəkildə birləşdirilməsi vəzifəsinin həlli fəaliyyətin bu yeni formasının op­timal təşkilinin işlənməsi kimi göz önünə gə­lir. Bu vəzifənin uğurla öhdəsindən gəlmək üçün elmi-tex­niki fəa­liy­­yətin mahiyyəti və məzmununu, elmi və mühəndis fəaliy­yə­tin­dən fərqlənən cəhətlərini üzə çıxarmaq tələb olunur.
Müasir fəlsəfi və iqtisadi tədqiqatlarda, habelə iş­güzar dairə­lər­də elmin istehsal və qeyri-istehsal sferaları ilə əlaqələrini güc­lən­dirmək təşəbbüsləri bir çox hallarda elmi fəaliyyətin praktiki məq­sədlərə tabe etdirilməsi mövqeyindən qiymətləndirilir. Aka­de­mik elmi-tədqiqat institutları onların fəaliyyətinin səmərəliliyinin tə­yin edilməsi probleminin kifayət qədər işlənməməsi üzündən he­sa­bat verərkən ya formal göstəricilərdən (nəşrlərin sayı, işlərin həc­mi və s.), ya da ki, əldə olunmuş nəticələrin praktiki tətbiqinin iq­ti­sa­di səmərəliliyindən çıxış edirlər. Lakin fundamental elmi nai­liy­yət­lərin səviyyəsi nə qədər yüksək olsa, ona iqtisadi səmərəlilik gös­tə­ri­ci­lərinə əsasən obyektiv qiymət vermək də bir o qədər çətin olur1. Bundan başqa, elmi biliyin “maddi­ləş­di­rilməsi” prosesi, onun praktiki tətbiqi elmin öz hü­dud­larından kənara çıxaraq bü­töv­lük­də təsərrüfat me­xanizminin vəziyyətindən asılı olur.
Buna baxmayaraq bəzi hallarda praktiki tətbiq şərti elm an­la­yışının mahiyyəti kimi anlanaraq hətta onun tərifinə də daxil etd­i­ri­lir2. Bazar iqtisadiyyatı şəraitində mahiyyətcə elmin istehsalatla sərt şəkildə əlaqələndirilməsi ideyasına demək olar ki, bərabər olan ide­yalar irəli sürülür. Bu cür ideyaların həyata keçirilməsi elmin nis­bi müstəqilliyini məhdudlaşdıra bilərdi.
Tarixi faktlara nəzər salsaq, görə bilərik ki, keçmiş SSRİ-də elmin coşqun inkişafının əsas şərt­lərindən biri elmin mərkəzləşdirilmiş və nisbi müs­təqil təşkili olmuşdur.
SSRİ-nın elmi-texniki tərəqqi sahəsində geri­li­yinin səbəbləri elmlə istehsalatın təşkilindən çox on­la­rın arasında optimal əlaqələrin yaradılması prob­lemi ilə bağlı idi.
Elmlə istehsalat arasında əlaqələrin təmin edil­mə­si ya on­la­rın birbaşa, bilavasitə təşkili baxı­mın­dan birləşdirilməsi kimi başa dü­şülür ya da bu vəzifə gah elmi gah da istehsalat müəssisəsinin üzə­rinə qo­yulur. Lakin bu variantlardan heç biri özünü doğ­rultmadı.
Mürəkkəb iyerarxik sistem olan elmlə maddi istehsalın for­ma­laşması prosesi əsrlər boyu cərəyan etmişdisə, onların arasında xü­susi bir bağlayıcı həl­qə­yə tələb yalnız müasir dövrdə yaranmışdı. Tə­bii ki, bu işdə birdən-birə mükəmməlliyə nail olmaq müm­kün de­yil. Əsasən iqtisadi mexanizmlərlə tən­zim­lənən bu obyektiv pro­se­sin spontan olaraq op­timal təşkili formaya gətirib çıxaracağını zənn etmək düzgün olmazdı. Bu gün “elm-texnika-istehsalat” döv­­rə­nin dərk edilməsi ən aktual məsələlərdən biri­dir, çünki elmi-tex­ni­ki prosesin optimal təşkili yalnız yaxşı işlənmiş nəzəriyyə əsa­sında mümkündür. Bu cür mühüm bir problemin həllində utilitar konsep­si­yaların təsirinə düşmək, perspektiv və çoxplanlı maraqları müstəsna olaraq gündəlik praktiki məq­səd­lərə tabe etdirmək olmaz.
Elmi fəaliyyətin son məqsədi həqiqəti üzə çıxarmaq, mötə­bər biliklər əldə etməkdir. Lakin elmi proses fasiləsiz olaraq cərə­yan edir. Əldə olunmuş biliklər artıq növbəti tədqiqat dövrənin il­kin şərti kimi çıxış edir. “Kiçik dairə”nin hər birinin sonunda elmin nə­ticələri informasiya əsası kimi onun sərən­ca­mına daxil olur. Di­gər tərəfdən isə elm qapalı sis­tem olmadığından onun nəticələri nə­in­ki elmi pro­se­sə qayıdış edir, həmçinin bir qədər müstəqillik əldə et­­məklə onun çərçivələrindən kənara da çıxır. Be­lə­liklə də məzmun ba­xımından eyni olan biliklər həm “elm” sisteminə, həm də müx­tə­lif tətbiqi, o cüm­lə­dən texniki yaradıcılıq sferaların nümayəndə­lə­ri­nin fay­dalandıqları başqa informasiya sisteminə də daxil olur. Baş­qa sözlə, elmin nəticələri elmi biliklərdən baş­qa praktiki-peşə və gündəlik biliklərin də daxil olduğu tətbiqi tədqiqatların strukturuna yal­nız kom­pleks informasiya sistemi vasitəsilə daxil olur. Elmi bi­liyi onların ümumi məxrəcinə gətirmək üçün onu tətbiqi sferanın “di­linə” tərcümə etmək lazım gəlir.
Yeni elmi nəticə elmin öz hüdudları çərçi­və­sində və bu çər­çi­vədən kənarda – təhsil sferasında, tət­biqi sferalarda fərqli şəkildə ifa­də olunur. Elmin öz nəticələrindən faydalanması üçün bu nəti­cə­lə­rin əlavə emalına ehtiyac yoxdur. Başqa sözlə, elmdə biliklər gə­lə­cəkdə elmin öz hüdudları çərçivəsində istifadə üçün yararlı olan for­mada əldə olunur. Alim­lə­rin özləri, təbii ki, elmin dilini bilirlər. La­kin ix­ti­raçıların istifadə üçün təqdim etdikləri informasiya elə bir şək­lə salınmalıdır ki, onlar onu problemin elmi mahiyyətini başa düş­mədən də tətbiq edə bil­sinlər. Axı elmi fəaliyyətin nəticələri el­mi nəzəriy­yə­nin kontekstindən ayrılmayınca və dar çərçivəli xü­susi el­mi terminologiyada ifadə olunmayınca onlar ixtiraçılar, mühən­dis-konstruktorlar üçün qaranlıq qa­lacaqdır. Yəqin ki, dili gündəlik di­limizdən çox uzaq olan nəzəri tədqiqatların nəticələrinin tətbi­qin­də yubanmalar məhz bu səbəblə izah olunmalıdır.
Elm nümayəndələri özləri nəzəriyyə sahəsində yeni nəti­cələ­rin tətbiqi ilə bağlı işləri öz üzərlərinə götürdükdə, ixtiraçı, kons­truk­tor və s. funksiyalarını icra etdikdə, bu nəticələr adətən prak­ti­ka­da vaxtında tətbiq oluna bilir. (Bu halda “çevirmə” gizli şəkildə bir insanın fəaliyyəti çərçivəsində baş verir). Lakin ilk baxışdan diq­qəti cəlb edən bu hal əslində hansısa nəzəri tədqiqat sahəsində bəl­kə də əvəzsiz olan alim­lərin vaxtından qeyri-səmərəli istifadə ki­mi qiymət­lən­dirilməlidir.
Bəs onda elmi nəticələri praktikada kim tətbiq etməlidir? Bu işlə məhz bu problem üzrə ixtisas­laş­mış insanlar, yəni elmi-texniki işçilər məşğul olma­lıdır. Onlar elmi-tədqiqat işlərini aparmır, özləri yeni elmi nəticələr əldə etmir, lakin elmi dili mükəmməl bildik­lə­ri­nə görə elmin məlumatlarını praktikada tət­biq üçün “emal” edirlər. El­mi nəticələr praktikanın mü­­vafiq sferasının dilinə vaxtında “tər­cü­mə” olun­duqda, ixtiraçılıq işi peşəkarlar tərəfindən və, şüb­hə­siz ki, daha yaxşı yerinə yetirilə bilər.
İxtiraçılıq fəaliyyətinin dili layihələşdirmədir ki, bu da kon­kret­liyi sevir. Deməli, yeni elmi biliyin tətbiqi prosesində mü­cərrəddən konkretə doğru həm məzmun baxımından, həm də for­mal planda ciddi addımlar atılmalıdır. Yeni bilik lazımi konkret for­ma almaqla tətbiqi fəaliyyətin strukturuna daxil olub ix­ti­raçılıq im­kanlarını genişləndirir. Bununla da elmi-texniki tərəqqinin sürət­lən­­dirilməsi problemi tətbiqi fəaliyyətin informasiya təminatının xü­susi təşkilini nəzərdə tutmuş olur.
İnformasiya sistemləri (mərkəzlər, institutlar və s.) öz-öz­lü­yün­də mövcud etməyib ilk növbədə bi­lavasitə tətbiqi sferanı, xüsu­sən də elmi-texniki, ix­tiraçılıq fəaliyyətini təchiz etmək məqsədini güd­məlidir. Başqa sözlə, yeni elmi informasiyanın tət­biqi məqsəd­lər­lə emalı və tətbiqi fəaliyyət sferası vahid sosial təşkil sisteminə da­xil olmalıdır, çünki elmi-texniki fəaliyyətin operativ informasiya təc­hi­zatının olmaması elmi-texniki tərəqqinin sürət­lən­di­ril­məsinə mane olur.
Deməli, elmi informasiyanın vaxtında tətbiqi fəaliyyətin di­li­nə “tərcümə” edilməsi elmi-texniki tə­rəqqinin strukturunda mühüm yer­lərdən birini tutur. Elmi biliyin məzmunu bu arada əsaslı şəkildə də­yiş­məsə də, o, insan fəaliyyətinin başqa bir müs­tə­vi­sinə keçmiş olur. Bununla da obyektiv qanunauyğun­luq­la­rın ideal inikası olan bi­liklər bu qanunauyğun­luq­la­rın daha bir obyektiv təzahürünə xid­mət etmiş olur, özü də bu dəfə əvvəlcədən proqramlaşdırılmış (qu­rul­muş) süni sistemlərdə, texniki qurğularda. Bu-rada elmi bilik tə­bii maddi sistemdən süni sistemə doğ­ru yolda inikas məqamı kimi çı­xış edir. Texniki sis­tem sanki maddiləşdirilmiş bilik, maddi olan­la ideal olanın özünəməxsus sintezinin nəticəsi kimi çı­xış edir.
Buna görə də istehsalatın intensivləşdirilməsi prosesinin bütövlükdə elmi-texniki tərəqqini əhatə edən birinci mərhələsi mü­rək­kəb bir proses kəsb edir. Bu prosesi öz növbəsində yeni elmi bi­lik­lərin əldə olunması ilə başa çatan elmi fəaliyyət və bu bi­lik­lərin yeni texnikada maddiləşdirilməsi prosesinin ifa­dəsi olan elmi-tex­ni­ki fəaliyyət kimi iki hissəyə ayır­maq olar. Elmi infor­ma­si­yanın iş­lənməsindən baş alan sonuncu hissə mühəndis fəaliy­yətinin kö­mə­yi ilə başa çatır. Mühəndis fəaliyyətindən key­fiy­yətcə tamamilə ye­ni hadisə – istehsal sferası başla­yır. Texniki nümunə istehsal olun­duqdan və sınaq­dan keçirildikdən sonra onun kütləvi istehsalı baş­la­yır. Nəzərdən keçirdiyimiz dövrədə növbəti halqa yeni texnikanın is­tismarıdır, yəni texniki yeniliyin istehsal prosesinə ar­tıq istehsalın nəticəsi kimi yox, vasitəsi kimi daxil olmasıdır.
Amma böyük miqyasda tətbiq olunan hər bir ye­niliyin mümkün sosial-iqtisadi və ekoloji nəticə­lə­ri öncədən proqnozlaşdırılmalıdır. Belə ki, ictimai hə­yatın hər hansı sahəsinin yenidən qu­rulması kor­tə­bii surətdə həyata keçirilə bilməz. Hər cür dəyişiklik müəy­yən nə­zəri əsasa malik ol­malı və müxtəlif sa­hələrdəki yeniləşmələr bir-bi­rini tamam­la­malıdır. Bu, sosial ekologiyanın mühüm şər­ti­dir.
Bütün sahələrdəki üstünlüyün, geriliyin ümu­mi səbəblərin­dən biri əvvəlcə fəaliyyət göstərib son­ra düşünmək bəlası idi. Nə­ti­cə­də bir istiqamətdəki fəaliyyət başqa istiqamətdəkinə zidd gəlir, bir məq­sədə nail olmaq üçün digər məqsədin qarşısı kəsil­miş olur­du. Əsasən praktik biliklər səviyyəsində tu­tulan planlar, «sağlam dü­şüncə», adi şüur mövqe­yin­dən aparılan təşkilati iş mürəkkəb so­sial sistemlərin səmərəli surətdə idarə olunmasına imkan vermirdi. Elm «özü üçün elmə» çevrilmiş, təşkilati iş və maddi fəaliyyət sa­hə­ləri bir növ ondan ayrı düşmüşdü.
Müasir mərhələdə ictimai həyatın bütün sahə­ləri o dərəcədə mü­rəkkəbləşmişdir ki, elmə istinad et­mədən heç bir sahədə müvəf­fə­qiyyət qazanmaq mümkün deyildir. İctimai həyatın istənilən sa­hə­sinin elmi əsaslarla idarə olunmasına yaranan ehtiyac icti­mai elm­lərin praktik rolunu daha da artırmış, elmin tətbiq sahəsi xeyli ge­nişlənmişdir.
Elmin tətbiqindən söhbət gedəndə onun həm kənar sahələrə, həm də özünə tətbiqi və öz-özünü təşkil edə bilmək xüsusiyyəti nə­zə­rə alınmalıdır. El­min ictimai həyata, maddi istehsala, təhsil və mə­dəniyyət sahələrinə tətbiqi, bu sahələrdən hər birinin elmi təşkili prob­lemi ayrılıqda araşdırılmalıdır.
Uzun müddət ölkəmizdə elmin sosial strukturu heç bir ciddi elmi prinsiplərə əsaslanmadığından el­mi institutlar mürək­kəbləş­miş, diferensiallaşmış, la­kin ənənəvi təşkilati formalar sax­lan­mış­dır. Bir çox hal­larda elmi müəssisələrin spesifikası nəzərə alın­ma­mış, təsərrüfat müəssisələri üçün səciyyəvi olan təş­ki­lati struk­tur­lar, inzibatçılıq metodları burada da tətbiq olunmuşdur. Regional el­mi siyasət işlənib ha­zır­lan­mamışdır. Mərkəzi elm sisteminin struk­turu mil­li respublikalara tətbiq edilmiş, bir-birini təkrar­layan çox­­lu tədqiqat institutları yaradıl­mışdır ki, hər bir respublikada bu ins­titutların hamısını ən müasir avadanlıqla təchiz etmək mümkün ol­mamışdır. Eks­tensiv inkişaf metodu və «gözdən pərdə asmaq» prin­­sipi rəhbər tutulmuşdur.
Elmi tədqiqatın spesifikası onun təşkilati struk­turunda nəzə­rə alınmadığın­dan elm intensiv tə­rəqqi yoluna keçə bilməmiş, kə­miy­yət dalınca qa­çarkən keyfiyyət unudulmuşdur. İnstitutların, la­bo­rato­ri­ya­ların, kafedraların, elmi işçilərin, dərəcəli alim­lərin sayı müs­təqil göstəricilərə çevrildiyindən son nəticə haqqında düşün­mək «yaddan çıxmışdır». Hətta bir alimin elmi xidməti kəmiyyət gös­təriciləri əsasında müəyyən edilmiş, əsərlərin sayı, kitabların qa­lınlığı elmi səviyyənin meyarı kimi çıxış etmişdir.
Respublikamızda elmin idarə olunması hələ də sosializmdən qalma ənənələrə müvafiq olaraq, inzi­bat­çılıq yolu ilə həyata keçi­ri­lir. Həmin dövrdə el­min spesifikasını nəzərə almadan elmi insti­tut­lar­da və ali məktəb kafedralarında, təsərrüfat müəs­sisə­lə­rində ana­loji nizam-intizam yaratmağa təşəbbüs gös­tərilir, «təşkilatçılıq qa­bi­­liy­yəti» olan adamlar elmdə də «dəmir qayda»ya nail olur­du­lar. Aka­de­miyanın qa­pısı ağzına polis işçiləri qoyulması və ali məktəb mü­ə­llimlərinin, başqa müəssisələrdə çalışan alim­lə­rin içəri buraxıl­ma­ması, elmi işçilərdən elmi nəticə soruşmaq əvəzinə, onların sək­kiz saat şöbədə otur­ma­larının təmin edilməsi elmi işin və elmi əmək­daşlığın spesifikasını «unutmaqdan» irəli gəlirdi.
Təəssüflə qeyd edilməlidir ki, bizdə elmi mü­əs­sisələrin rəh­bər­ləri üçün elmin metodo­logiya­sın­dan və elmşünaslıqdan xü­su­si kurs­lar keçilmir, on­ların həmin sahədə əlavə bilik əldə etməsi və tək­milləşdirilməsi üçün heç bir tədbir görülmür. Son dövrlər xalq tə­sərrüfatının idarə olunması üzrə kurs­lar keçilməsinə baş­lan­mış, bu məqsədlə respub­li­ka­mızda xüsusi institutlar açılmış­dır. Biz­cə, el­mi mü­əssisələrin idarə olunması sahəsində də həmin sa­hə­nin spe­si­fikasını nəzərə alan analoji kurslara böyük ehtiyac vardır. Gör­kəm­li mütəxəssislər arasından elm üçün rəhbər kadrlar hazır­lan­ma­sı, elmin idarə edilməsi yollarının tədris olunması və bu sahədə sə­riş­təli adamların professional səviyyədə müəyyən­ləşdirilməsi elm­də yenidənqurma işinin əsasında dur­malıdır.
Elmşünaslıq problemlərinin böyük bilicisi Xu­du Məmmədov da­nışırdı ki, akademik İ.Vekua No­vo­si­birskdən qayıdaraq Gürcüs­tan SSR Elmlər Aka­de­miyasına prezident təyin olunandan sonra bir sıra də­yi­şikliklər həyata keçirir ki, köhnə stereotiplərə uyğun­laşmış adamlar bunu heç cür qəbul edə bil­mir­lər. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat insti­tutu açılır və bura yüksək maaşla is­te­dad­lı gənc alim­lər cəlb olunur. Bu alimlər işə vaxtlı-vaxtında gəlib get­mə­diyi üçün və hər kvartalda konkret nəticələr əsasında he­­sabat ver­mək əvəzinə taleyi qabaqcadan məlum olmayan «uzaq məq­səd­lər» uğrunda çalış­dıq­ları üçün bir qrup qanunpərəst Moskvaya şi­ka­yət ya­zır ki, akademik İ.Vekua dövlət pulunu havayı xərc­ləyir, işə gəl­məyən adamlara yüksək maaş verir, on­ları növbəsiz mənzillə tə­min edir. Yoxlama gəlib iş vaxtında de­­yilənlərin doğru olduğunu mü­əy­yən edir. Axşam komissiya üzvləri hansı isə yubiley məc­li­sin­də iştirak edir və gecə yarısı banketdən qayıdanda aka­demik İ.Vekua maşınları həmin institutun ya­nından sürməyi xahiş edir. Ba­xıb görürlər ki, gündüz adamsız olan otaqların çoxunda gecə işıq ya­nır. Mə­lum olur ki, təd­qi­qatçılar məhz «iş vaxtı» adlanan müd­dət­də deyil, onlara yaradıcılıq üçün hansı vaxt münasibdirsə, o vaxt­­da işləyirlər. İşçilərə verilən bu sərbəstlik elmi işlərin sə­mə­rə­sini daha da artırır. Onların hər kvartalda kon­kret nəticə tələbindən xi­las edilməsi, onlara etimad göstərilməsi və şərait yara­dıl­ması diq­qəti daha bö­yük problemlərə yönəltməyə, təkcə elmin bu günü üçün deyil, həm də sabahı üçün çalışmağa imkan yaradıb.
Elmdə formal hesabat sisteminin tətbiq edil­məsi nəinki mə­suliyyət hissini artırmır, hətta əsl el­mi meyarları pərdələməklə qa­rışqanı fil, fili qa­rışqa etməyə imkan yaradır, elm sahəsində «pri­pis­ka»nın yayılmasına səbəb olur. Əksər elmi-tədqiqat ins­ti­tut­la­rın­da və xüsusən ali məktəb kafedralarında plan üzrə görülən illik el­mi iş dedikdə kompüterdə səliqə ilə yığılmış müəyyən həcmli (ye­nə də kəmiyyət meyar kimi çıxış edir) yazı nəzərdə tutulur. Onun el­mi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən rəy almaq ki­fa­yətdir. Nəticədə hamı bir-birinin işinə gözəl rəylər yazır və «təd­qi­qat işləri» müəllimin ça­lışdığı şöbədə və ya kafedrada «müzakirə olu­nur». Rəqabət prinsipi işləməyən yerdə heç kim öz yol­daşına qar­şı «bədxahlıq» etmək niyyətinə düşmür. Əgər tək-tək istisnalar var­sa, bunlar da elmi prin­sipiallıqdan yox, şəxsi münasibətdən do­ğur. Çünki elmi rəqabət mühiti və dəqiq elmi meyarlar olma­yanda də­yərsiz «tədqiqatları» tərifləmək, həqiqi elmi sanbalı olan təd­qi­qat­ları isə «alt-üst» etmək müm­kündür. Beləliklə, elmin təşkilati struk­turunda ən mü­hüm halqalardan biri ciddi elmilik meyarlarına əsas­lanan ekspertiza sisteminin yaradılmasıdır.
Müasir dövrdə elmin sosial strukturunun opti­mal təşkili ilə əla­qədar problemlər çoxdur. Elmin özü­nü kompleks surətdə tədqiq et­mədən, elmşünas­lığın nailiyyətlərinə istinad olunmadan bu prob­lem­­ləri uğurla həll etmək mümkün deyildir. Bundan başqa, elmin koq­­nitiv və sosial rakurslarını düzgün əlaqələndirə bilmək üçün re­gi­onun milli təfəkkür tər­zinin spesifikası və tarixi ənənələri nə­zə­rə alın­ma­lıdır. Bu baxımdan respublikamızın sosial, iqtisa­di və milli-mə­dəni xüsusiyyətlərini əks etdirən regional elmşünaslığın xü­susi bir tədqiqat sahəsi kimi inkişaf etdirilməsinə və onun nəti­cələrinin elmin təşkilində nəzərə alınmasına böyük ehtiyac vardır.
Elm və texnikanın
əlaqə formaları
Elm, texnika və istehsalın qarşılıqlı əlaqə və vəhdətindən da­nı­şarkən qarşıya çıxan birinci sual bunlardan hansının həlledici, apa­rıcı rol oyna­ma­sı­dır. Əgər bu tərəflərin qarşılıqlı əlaqəsini tarixi ar­dı­cıllıqla izləmiş olsaq, görərik ki, insanların maddi həyatı, mad­di ehtiyacları əmək alətlərinin, ilk texniki vasitələrin dü­zəl­dilməsin və istifadə olunmasını zə­ruri etmiş və bu vasitələrin tək­mil­ləş­di­ril­məsi ob­yektiv gerçəkliyin öyrənilməsi sayəsində müm­kün ol­­muş­dur. İdrak prosesi, yeni biliklərin əldə olun­ma­sı in­san­ların maddi fəa­liyyətinin məhsulu olsa da, get­dikcə daha çox dərəcədə bu mad­di fəaliyyətə nü-fuz etmiş, onun daha məqsədyönlü və daha sə­mə­rə­li olmasına imkan yaratmışdır. Beləliklə, hələ elmin bir sistem kimi for­malaşmasından çox-çox əvvəl tex­niki tərəqqi gerçəkliyin öy­rə­nil­məsi ilə qarşılıqlı əlaqədə olmuş və nisbi müstəqil elm sahə­lə­ri­nin meydana gəlməsinə böyük təkan vermiş­dir. Deməli, texniki tə­rəq­qi elmdən əvvəl də mövcud olmuşdur.
Müasir dövrdə isə texniki tərəqqi, bir tərəfdən, nisbi müs­tə­qil şəkildə davam edir, digər tərəfdən də elmin ən yeni nailiyyətləri əsa­sında yeni vüsət alır. Ona görə də müasir dövrdə texnikanın və texniki tə­rəqqinin tədqiqi iqtisadi inkişafın əsas amili olan elmi-tex­niki tərəqqinin sürətləndirilməsi, bu hadi­sə­nin daxili struktu­ru­nun öyrənilməsi və nəzəri cə­hət­dən əsaslandırılması üçün mühüm rol oynayır. Elmi-texniki inqilab şəraitində texniki tərəqqi əsasən el­min təsiri ilə həyata keçsə də, öz nisbi müs­tə­qilliyini itirməmişdir və onun ayrılıqda nəzərdən keçirilməsi tamamilə mümkündür. Şüb­həsiz ki, bu halda texniki tərəqqinin elmi-texniki tərəqqi ilə pa­ralel olaraq, nis-bi müstəqil surətdə davam etməsinin müm­kün şərt­ləri müəyyən edilməlidir.
Müasir dövrdə respublikamızda elmi-texniki tə­­­­rəqqi və nisbi müs­təqil texniki tərəqqi hadisələ­ri­nin nisbətinin kəmiyyətcə qiy­mət­­ləndirə bilmək üçün faktiki materiala müraciət etsək görərik ki, el­min iqtisadi səmərəsi ixtiraçı və səmərələşdiricilərin fəaliyy­ə­tin­dən qat-qat çoxdur. Təbii olaraq sual or­taya çıxır ki, belə böyük fərq müqabilindəki bə­ra­bərlik nəyin hesabınadır?
EA-nın irəli sürdüyü elmi ideyaların isteh­sa­la­ta tətbiqi elmi-texniki fəaliyyət sayəsində mümkün olduğu halda, ixtiraçı və sə­mə­rə­ləş­diricilərin tək­lif­ləri yeni elmi ideyalar əsasında olmayıb prak­tik bi­li­yə əsaslanır və nisbi müstəqil texniki tərəqqi hadi­sə­si­nə uy­ğundur. Müasir dövrdə texnikada kök­lü ye­ni­lik­lər yalnız yeni el­mi kəşflərin tətbiqi sayə­sində müm­kün olduğundan məlum elmi prin­siplər əsa­sın­da düzəldilmiş texniki qurğuları onların bila­vasitə is­ti­­fadə edilməsi prosesində, praktik səmərə və əməli təc­rübə möv­qe­yindən ancaq təkmil­ləşdir­mək müm­kün­dür.
Texniki qurğuların təkmilləşdirilməsinə, daha əlverişli və məq­sədəuyğun şəkildə yenidən qurulma­sına xidmət edən texniki ix­ti­ralar, əlbəttə, sayca çox olsa da, böyük iqtisadi səmərə verə bil­məz. Başqa söz­lə, belə təkliflər köklü dəyişikliyə səbəb olmadı­ğın­dan, müəyyən miqdar iqtisadi səmərə əldə etmək üçün onların sayı da çox olmalıdır.
Elmi-texniki tərəqqinin isə xarakteri başqadır. Burada, bir tə­rəf­dən istehsalın bütövlükdə yeni prin­siplər əsasında qurulmasına im­kan verən elmi-tex­niki təkliflər tətbiq olunur; ikincisi, bu tək­lif­lər lo­kal xarakter daşımır, texniki qurğunun heç də yalnız mü­əyyən bir hissəsinin, cəhətinin dəyişdirilməsinə həsr olunmayıb, sistemli xarakterə malikdir. Başqa sözlə, yeniləşdirmə istehsal prosesinin bir mərhə­lə­sini deyil, bir neçə mərhələsini və ya bütövlükdə is­teh­sal prosesini əhatə etməklə yalnız keyfiyyətcə ye­nilik olmayıb, miq­yas genişliyi ilə də fərqlənir. Üçün­cüsü, bu cür yeniliklər kon­kret bir istehsal müəssisəsi daxilində, həmin müəssisənin spe­sifi­ka­sı­nı nəzərə alan və yalnız həmin müəssisədə tətbiq olunan ixtira­lar­dan fərqli olaraq universal tətbiq im­kanlarına malikdir və eyni tipli bütün müəs­si­sə­lərdə tətbiq olunduğundan verdiyi iqtisadi səmərə də bö­yük olur.
Texniki səmərələşdirici təkliflər prinsipcə küt­ləvi xarakter da­şıya bilər. Texnikanın yeni elmi kəşf­lər əsasında dəyişdirilməsi isə xüsusi elmi-texniki ax­­tarışlar tələb etdiyinə görə, bütöv insti­tut­lar­la va­si-tələnir və kompleks tədqiqatlar sayəsində həyata ke­çir. Bu sa­hədə yenilik əldə edilməsi çətindir və küt­ləvi xarakter daşıya bil­məz. Lakin xüsusi xarak­terli bu cür yeniliklər fundamentallığı ilə se­çilir və on­ların istehsalata tətbiqi bütün ölkə miqyasında nə­zərdə tu­tulur. Deməli, bu halda ixtiralar sayca məh­dud olsa da tətbiq küt­lə­vi miqyas alır. İqtisadi sə­mərələrin bərabərliyi də elə bununla izah olan bilər.
Mövcud vəziyyətin təhlilindən çıxış edərək nə kimi tövsi­yə­lər vermək olar?
Əvvəla, nisbi müstəqil texniki tərəqqi prose­si­ni daha da sü­rətləndirmək, ayrı-ayrı müəssisələrdəki səmərələşdirici təkliflərin məqsədəuyğunluğunun qiy­­­mətləndirmək üçün yüksək iqtisadi ope­ra­tiv qrup fəaliyyət göstərməlidir. Müəssisə rəhbərliyi həmin qrup­la məsləhətləşdikdən sonra heç bir başqa inzi­bati mərhələyə müra­ci­ət etmədən verilən təklifi prak­tik olaraq yoxlamaq və bu təklif özü­nü doğrul­dursa onu bütün müəssisə miqyasında kütləvi su­rətdə tət­biq etmək hüququna malik olmalıdır. Tex­niki yenidənqurmanın da­xili qüvvələr hesabına (tək­cə daxili fiziki qüvvə yox, həm də da­xi­li intellektual qüvvə, müəssisə işçilərinin mənəvi-intellektual po­ten­sialından istifadə edilməsi və bununla həm də bu potensialın in­ki­şaf etdirilməsi) həyata keçiril­mə­si müəssisədaxili şərait və təfər­rü­atları nəzərə almağa im­kan vermək­lə yanaşı, operativliyi artırır, çox­pilləli rəhbərliyin, mərkəz­ləş­mənin çox vaxt bürokratizm şək­­lin­də təzahür edən mənfi təsir­lərini aradan qal­dırır, texniki tərəq­qi­nin intensivliyini yüksəldir. Bu ba­xımdan, bazar iqtisadiyyatı mü­əs­sisələrin müstə­qil­liyini artırmaqla texniki tərəqqi sahəsində də azad rəqabətə imkan açır.
İkincisi, bir sıra hallarda ayrı-ayrı müəssisə­lər­də irəli sürülən və tətbiq olunan texniki yeniliklər yal­nız yerli əhəmiyyətə malik ol­mayıb, həmin tipli başqa müəssisələrdə də tətbiq oluna bilər. Ona gö­rə də müəssisələrarası texniki informasiya və təcrübə mü­ba­di­lə­si­nə ehtiyac var. Bir sıra hallarda belə əla­qə elmi-texniki cə­miy­yət­lər tərəfindən təmin olu­nur.
Elmi-texniki tərəqqinin nisbi müstəqil texniki tərəqqi ilə ey­ni tərtibdə səmərə verməsi onun böyük imkanlarından çox az isti­fa­də olunduğunu göstərir.
Təkcə elmi tədqiqatlar müasir dövrdə iqtisa­diy­yatda qarşıya çı­xan elmi-texniki ehtiyacları ödə-mək üçün çox azdır. Qarşıda du­ran problemin əhatə dairəsi akademik tədqiqatların imkanlarından kə­nara çıxır. Müasir dövrdə elm o dərəcədə zəngin və hər­tərəflidir ki, onu bütövlükdə əhatə etmək bir ölkə üçün, hətta böyük bir ölkə üçün də çətindir. Buna görə də elmi tədqiqatların konkret pro­qram­lar üzrə həyata keçirilməsi, başqa sahələrdə isə dünya el­mi­nin hazır nai­liyyətlərinin öyrənilməsi, qlobal miq­yas­­da elmi əməkdaşlıq mü­hüm şərtlərdir.
İkincisi, elmə müəyyən zəruri ətalət, konser­va­tizm xas ol­du­ğun­dan istənilən anda tədqiqatları la­zı­mi istiqamətə yönəltmək müm­kün deyil. Bir tədqi­qatın yarımçıq kəsilməsi və tezcə başqa, da­ha aktual görünən aspektə keçilməsi kimi başa düşülən «ope­ra­tiv­lik» külli miqdarda dövlət əmlakının hədər it-məsinə səbəb ola bi­lər.
Respublika iqtisadiyyatına yeni elmi-texniki nailiyyətlərin tət­biqi işində təkcə Akademiya insti-tut­larının elmi nailiyyətlərinə de­yil, müxtəlif nazir­liklər və istehsalat müəssisələri nəzdində olan (və ya olmalı olan – elmi-texniki inqilab tələb edir ki, bir tərəfdən, el­mi tədqiqat müəssisələri nəzdində isteh­sa­lat müəssisələri olsun, di­gər tərəfdən də istehsalat müəssisələri nəzdində ixtisaslaşmış el­mi tədqiqat la­boratoriyaları və ya hətta institutları fəaliyyət gö­s­tər­sin) tədqiqat institutlarının və s. birgə nailiy­yət­lə­rinə, habelə bütün pla­net miqyasında elmi yenilik­lərə, xarici ölkələrdəki elmi təd­qi­qat­ların da nəticə­lərinə istinad edilməlidir. Bunun üçün isə ilk növ­bə­də yerli təsərrüfatın əsas sahələri üçün müəyyən ma­raq kəsb edən, bu sahədə tətbiqi əhəmiyyətə malik olan elmi nəticələri top­la­maq və seçmək tələb olu­nur. İkincisi, bu cür elmi tədqiqat iş­lə­ri­nin, alınmış elmi nəticələrin yerli müəssisələrin konkret tə­ləb­lə-rinə uy­ğun olaraq tətbiq edilməsi sahəsində elmi-texniki axtarışlar apa­rıl­malıdır. Və nəhayət, alınmış elmi-texniki nəticələr ilk mühəndis-kons­truktor işlə­rin­dən sonra müəssisələrin birində və ya sınaq ba­zar­larında təcrübədən keçirilməli və sonra kütləvi is­teh­sala, mü­əy­yən profili və xüsusiyyəti bütün istehsal müəs­si­sə­lə­ri­nə tətbiq olun­malıdır. Bu məqsədlə əv­vəlcə həmin texniki ava­dan­lığın özünün küt­ləvi, se-riyalı buraxılışına nail olmaq və bu sa­hədə artıq ta­ma­mi­lə yeni, özünəməxsus elmi-texniki və mü­hən-dis-konstruktor işi, xü­su­si istehsal sahəsi yaratmaq lazım gəlir.
Müasir dövrdə elmi-texniki tərəqqinin sürət­lən­dirilməsi və iq­tisadiyyatda intensiv inkişaf yoluna keçid tələbinin ödənilməsi üçün elmi və elmi-texniki tədqiqat sahələri arasındakı keyfiyyət fər­qini nəzərə almaq və bu sahədəki işin təşkilini Elmlər Aka­de­mi­ya­sından tələb etmək yox, bu məqsədlə xüsusi Elmi-texniki Mər­kəz yaratmaq mühüm şərtdir.
Bu Mərkəz fundamental elmi tədqi­qat­lar­dan fərqli ola­raq aşağıdakı funksiyaları icra etmə­lidir:

  1. Ölkənin iqtisadiyyatının qoyduğu konkret texniki tələb­lə­rin öyrənilməsi. Bunun üçün yerlərdə mühəndis-texniki işçilərin və fəhlələrin rəyləri, tək­lifləri, şikayətləri, çətinlikləri və s. nəzərə alın­malı və bununla yanaşı, Mərkəzin özünün təşkil etdiyi mü­­tə­xəs­­sislərdən ibarət qruplar tərəfindən yoxla­ma­lar aparılmalıdır. On­ların köməkliyi ilə yerlərdə tex-ni­ki tələbatın düzgün müəy­yən­ləş­dirilməsi və Mər­kəzə çatdırılması təmin edilir, yerlərdən alınan in­for­masiya əsasında yoxlamalar aparılır, ən mühüm və zəruri tex­ni­ki ehtiyaclar qeyd edilir və tədqiqat is­ti­qamətləri plan­laş­dı­rı­lar­kən bu, nəzərə alınır. Bu cür texniki ehtiyaclar iki qrupa ayrıla bilər.

a) Mövcud texniki biliklərin səmərəli tətbiqi, texniki tə­rəq­qi­nin öz sərhədləri daxilində aparılan ax­­tarışlar nəticəsində ödənilə bi­lən ehtiyaclar. Bu məq­sədlə mühəndis-konstruktor bürolarına, ix­ti­raçı və səmərələşdiricilər cəmiyyətinə və s. müraciət edilməlidir.
b) Praktik biliyin sərhədlərindən kənara çıxan, yalnız ən yeni el­mi nailiyyətlərin tətbiqi sayəsində ödənilə bilən texniki ehti­yac­lar. Bu halda Elmi-tex­niki Mərkəz həmin texniki tələbatın spe­si­fi­ka­­sına uy­­ğun olaraq ümumdünya miqyasında əldə olunmuş elmi nai­liyyətləri nəzərdən keçirir və problemin həl­linə imkan verən el­mi nəticələrin tətbiq yollarını ax­tarır. Əgər elmin özündə həmin is­ti­qamət hələ zəif işlənmişdirsə, Elmi-texniki Mərkəz fundamental el­mi tədqiqat aparan müvafiq elmi müəssisələrə si­farişlər verir. yə­ni elmin inkişafı da texniki tələbata uyğun olaraq istiqamətlən­di­ri­lir.
2. Deməli, yerli iqtisadiyyatın texniki tələb­lə­ri­nin əsas isti­qa­mət­ləri müəyyənləşdirildikdən sonra, ilk növbədə məhz həmin isti­qa­mətlərə dair elmi və elmi-texniki informasiyaların toplanması la­zım gəlir və bu sahədə İnformasiya Mərkəzinin (deməli, həm də be­lə bir mərkəz yaradılmalıdır) işi Elmi-texniki Mərkəzin işi ilə əla­qələndirilməlidir. Digər tərəfdən də, nəyi isə qabaqcadan lazım­sız kimi qiymətlən­dir­mək, hansı isə yenilikdən könüllü surətdə im­ti­na et­məmək üçün, yerli texniki tələblərlə ilk baxışda əla­qəsi gö­rün­məyən, lakin özlüyündə maraqlı olan elmi və elmi-texniki ye­ni­lik­lərin də toplanması zəruridir. Onlardan necə, hansı məqsədlərlə, nə kimi əlavə dəyişikliklərlə və s. istifadə etmə­yin mümkünlüyü isə son­radan müəyyənləşdirilir. Deməli, burada əks hadisə baş verir; tex­niki tələbat elm qarşısında prob­lem qoy­mur, əksinə, elm öz yeni imkanlarını nə­zər­dən keçirməyi texnikaya təklif edir, onun qar­şı­sın­da alternativ qoyur, meydan açır.
3. Digər ölkələrin müəssisələrində artıq tətbiq olunan və ya tət­biqi planlaşdırılan elmi-texniki tək­liflərin, ixtiraların yerli tələb­lər baxımından saf-çü­rük edilməsi və onların ən vaciblərinin ope­ra­tiv şə­kildə təcrübə bazarlarında yoxlanması, istehsal üçün təklif olun­ması. Texnikanın çox yüksək inkişaf sü­rəti ilə dəyişdiyi müa­sir dövrdə elmi-texniki təklif­lə­rin köhnəlməsinə yol verməmək üçün Mərkəz müəyyən səlahiyyətə, İqtisadiyyat Nazirliyi ilə koor­di­nasiya şəraitində işləsə də, müəyyən nisbi müs­tə­qilliyə, operativ də­yişikliklər hüququna malik olma­lıdır.
4. Xarici ölkələrdəki elmi tədqiqatlarda bila­va­sitə tətbiqi əhə­miyyəti olan nəticələr mətbuatda açıq şəkildə şərh olun­ma­dı­ğın­dan, ixtira və kəşflər pa­tent­ləşdirildiyindən xarici elmi infor­ma­si­yanın tədqi­qinə bir az da uzaqdan başlamaq, elmi ideyaların, fun­da­mental elmi-nəzəri nəticələrin mümkün tətbiq va­riantlarını araş­dırmaq, bu sahədə xüsusi elmi-tex­niki tədqiqat işi aparmaq və bu­raya Elmi Mər­kəz­dən də mütəxəssislər dəvət etmək lazım gəlir. De­məli, Elmi-texniki mərkəz bütün dünya elminin yeni nə­ticələrini el­mi-texniki baxımdan nəzərdən ke­çirməli və perspektivli sahə­lər­də xüsusi tədqiqat apar­ma­lıdır. Bu cəhət Elmi-texniki Mərkəzin elm ilə, elmi müəssisələr və ilk növbədə Elmlər Akademiyası ilə sıx əlaqə saxlamalı olduğunu göstərir.
Göründüyü kimi, Elmi-texniki mərkəz tətbiqi elmlər sahə­sin­dəki fəaliyyətdən başlamış elmi-tex­ni­ki, mühəndis-konstruktor, mü­həndis-texniki iş pil­lə­lərini də əhatə etməklə təcrübə-istehsal sa­hə­sində, yeni texnikanın özünün istehsal olunması üçün zə­ruri şərt­lə­rin ödənilməsi və s. bu kimi praktik işlərə qədər geniş bir sahəni əha­tə etməlidir. Hal-hazırda bütün bu aralıq mərhələlərdə iş apa­rı­lır, lakin bu iş­lər vahid bir sistemdə əhatə olunmur; hər bir mər­hə­lə­nin daxil olduğu xüsusi şəbəkə, idarə, müəssisə, rəhbərlik vardır və buna görə də, ideyadan isteh­sa­la­ta gedən bu yolun müxtəlif pil­lə­ləri arasında zid­diy­yət ortaya çıxmaya bilməz.
Maraqlıdır ki, praktik sahədə ən çox nisbi müs­təqil texniki tə­rəqqinin sürətləndirilməsi üçün yollar axtarıldığı halda elmi-tex­ni­ki tərəqqinin (sö­zün dar mənasında) sürətləndirilməsi sahəsində hə­lə də ciddi dönüş yaradılmamış və hətta nəzəri şəkildə məsələnin təh­lili verilməmişdir.
Texniki tərəqqi sahəsindəki başlıca praktiki çə­tinliklər nədən ibarətdir? Əvvəla, ixtiraçılıq və sə­mərələşdiricilik işini tənzim edən va­hid sistem ya­ra­dılmamış, sınaqdan çıxmış metod və formalar iş­lə­nib hazırlanmamış, bu sahədəki təşəb­büskarlıq­dan daha çox qay­da­ya, normaya çevrilməmiş, həmin sahənin idarəsi ilə əlaqədar ma­liy­yə sistemi müəyyənləşdiril­mə­mişdir.
Doğrudan da, ixtira və ya səmərələşdirici tək­li­fin kütləvi is­teh­salda nəzərə alınması bir sıra mane­çiliklərlə bağlıdır. İxtira­çı­la­rın xüsusi maliyyə büd­cə­sinin planlaşdırılmaması onların axtarış­la­rı­na müs­təqillik vermir və digər tərəfdən də bəzən texniki ye­ni­lik­lə­rin istifadə olunması məsələsi mütəxəssis ol­mayan inzibati işçi­lər­dən asılır olur ki, onlar da həmin yeniliklərin iqtisadi səmərəsini düz­gün qiy­mət­ləndirə bilmirlər.
Hal-hazırda istehsal müəssisələrində texniki ye­­­nidənqurma işlərinə, ixtiraçılıq və səmərələş­diri­cilik fəaliyyətinə bilavasitə xid­mət edən xüsusi mü­əs­sisədaxili formalar çox müxtəlifdir. Müəyyən bir müəssisənin öz eksperimental bazası olur və ya eyni profilli bir ne­çə müəssisənin vahid bazası ya­radılır. Böyük zavodlarda və s. müəs­sisədaxili Konstruktor büroları (KB) və ya hətta Elmi tədqiqat insti­tutları təşkil olunur. Eksperimental laboratoriyalar, prob­lem la­bo­­ratoriyaları, yaradıcılıq laboratoriyaları və s. yaradılır.
Lakin belə suallar ortaya çıxır ki, ixtiraçılar üçün ayrıca iş sa­həsi lazımdırmı, yoxsa onlar iş vax­tından sonra müəssisənin əsas sa­həsindənmi istifadə etsələr yaxşıdır? İxtiraçılıq axtarışları üçün əla­və ştat­lar lazımdırmı? Əlavə maaş verilməlidirmi, yox­sa onlar re­al nəticəyə görə mükafatla qənaət­lənmə­li­dirlər?
Müasir dövrdə – dövlət müəssisələri ilə özəl müəssisələr azad rəqabət şəraitində işlədiyi bir vaxt­da hərə öz üstünlüyündən is­tifadə etməyə çalışma­lı­dır. Dövlət müəssisələrində əməyə görə qiy­mətlən­dir­mə sistemi, maddi stimullaşdırma prinsipinə tət­biq olun­malıdır. Bir halda ki, ixtiraçılıq fəaliyyəti ic­ra­çılıq fəa­liy­yə­tindən daha çox iqtisadi səmərə verir, nəyə görə bu fəaliyyət, mə­sə­lən, əlavə iqtisadi sə­mərənin müəyyən faizi miqdarında mü­ka­fat­lan­dı­rıl­masın? Maraqlıdır ki, elm sahəsində sərf olunan hər bir ma­nat təqribən beş manatlıq fayda verdiyi halda, ixtiraçı və səmərə­ləş­diricilərin fəaliyyətinə sərf olu­nan hər bir manat 3 qat artıq fay­da verir. Deməli, bu sahəyə pul ayrılması dövlət miqyasında plan­laş­dır­mada, böyük miqyaslı layihələrdə qabaqcadan nə­zə­rə alın­ma­lıdır.
Özəl müəssisələrdə texniki yeniliklərin tətbiq olunması sa­hib­kar üçün gəliri artırmağın əsas yolla­rından biridir. Təcrübə gös­tə­rir ki, texniki yenilik­çi­lik üçün ən səmərəli forma özəl müəs­si­sə­lər­lə mü­qa­vilə əsasında işləyən laboratoriyalardır. Belə ki, bu za­man həm maddi stimullaşdırma şərti ödənilir, həm də bilavasitə za­vod­da işləyən, başqa müəssisələrdə ça­lışan ixtisaslı kadrların əmə­yin­dən istifadə olun­ma­sına imkan yaranır. Həm dövlət, həm də özəl mü­əssisələrlə müqavilə bağlamaq imkanı müəssisənin müs­tə­qil­liyinin artması deməkdir. Ümumiyyətlə son illərdə aparılan iq­ti­sadi eksperimentlərdən alınan ən başlıca qənaətlərdən biri elm və is­tehsal müəssisələri arasında xüsusi elmi-texniki əməkdaşlığın inkişaf et­dirilməsidir.
Təsərrüfat müqaviləli işlərin ən mühüm üs­tün­lüklərindən bi­ri elmi işçilərin bilavasitə təsərrüfat sa­hələrinə cəlb olunması, on­la­rın yaradıcılıq axtarış­la­rı­nın müəssisənin texniki tələbatı ilə əla­qə­lən­di­ril­mə­sidir. Bu, bir tərəfdən, təsərrüfatın yeni elmi-texniki əsas­larla təzədən qurulmasına imkan verirsə, digər tərəfdən, elmi iş­çi­lərin eksperimental bazasını möh­kəmləndirir, onlara öz işlərinin prak­tik nəticə­lərini bilavasitə yoxlamaq imkanı verir. Xüsusən ali mək­təblərdə elmi-texniki fəaliyyət üçün şərait pis ol­duğundan bu­ra­da çalışan alimlərin müqavilə ilə is­tehsalata cəlb olunması böyük əhə­­miyyətə malikdir.
Elmi-texniki tərəqqi və nisbi müstəqil texniki tərəqqi ha­di­sə­lə­rinin ümumi mənzərələrini nəzərdən keçirərkən belə bir cəhət diq­qəti cəlb edir ki, ölkə­mizdə elm sahəsində müəyyən mərkəziy­yət təmin edildiyi halda nə nisbi müstəqil texniki tərəqqi sahə­sində, nə də elmin texnika və istehsalata tətbiqi sahə­sində belə bir mər­kə­ziy­yət təmin edilməmişdir. Bu sahədə elmi surətdə işlənmiş vahid iq­ti­sadi prin­sip­lə­rin olmaması müəyyən obyektiv çətinliklərlə, ilk növ­bədə yaradıcı əməyin proqnozlaşdırılması və qiy­mət­lən­di­ril­mə­si üçün müvafiq metod və meyar­ların dəqiq müəyyənləşdiril­mə­mə­si ilə bağlıdır. La­kin bu iş nə qədər çətin olsa da, hər bir konkret halda konkret müqavilələr bağlandığına görə elmi və elmi-texniki iş də bazar iqtisadiyyatının tənzimləmə prinsiplərinə uyğun olaraq qiy­mətləndirilmiş olur.
Elmi-texniki və nisbi müstəqil texniki tərəqqi sahələrində təş­kilati və iqtisadi xarakterli çətinliklər həmin sahələrin meto­do­lo­ji və məntiqi-qnoseoloji aspektlərdə kifayət qədər öyrənilməməsi ilə də bağ­lı­dır. Hələ indiyə qədər elmi-texniki biliklərin və elmi-tex­niki fəaliyyət sahəsinin spesifikasının müəy­yənləşdirilməməsi, onun keyfiyyətcə yeni olması və elmi biliklərdən və elmi fəa­liy­yətdən, habelə texniki biliklərdən və nisbi müstəqil texniki yara­dı­cı­lıq fəaliyyətindən fərqlənməsi nəzərə alınmadığından, təş­kilati sa­hədə də bir sıra prinsipial qüsurlara yol verilir. Belə ki, Elmlər Aka­demiyasından texniki ye­nilik, istehsalata tətbiq və iqtisadi sə­mə­rə gözlə­nilməsi elmin əsas funksiyasının kölgədə qalmasına sə­bəb ola bilər. Dövlət tərəfindən, habelə böyük bir­liklər, konsor­si­um­lar tərəfindən elmi-texniki yara­dı­cılıq işlərini planlaşdıran, ona nə­zarət edən, onu təşkil edən xüsusi mərkəzlər yaradılması və bu za­man diqqətin məhz tətbiqi işlərə yönəldilməsi zama­nın mühüm tələbidir.
Düşünmək olar ki, vahid Elmi-Texniki Mərkəz nəyə görə zə­ru­ridir? Məgər İqtisadiyyat nazirliyi çər­çivəsində görülən işlər mər­kəziyyət şərtini ödə­mək üçün kifayət deyilmi? Xeyr, söhbət in­zi­bati mər­­­kəzdən yox, elmi-texniki mərkəzdən, real praktik fəa­liy­yət sahəsindən, ixtisaslaşmış əməyin təşki­lin­dən, Elmlər Aka­de­mi­ya­sı ilə paralel surətdə mövcud olan (onu əvəz etməyən və ya onu tək­rar etməyən) və külli miqdarda elmi-texniki müəssisələri, alim, mü­həndis və konstruktor kadrlarını birləşdirən vahid qurumdan gedir.
İxtira və kəşfləri, elmi və elmi-texniki yaradı­cılıq pro­ses­lə­ri­ni tənzimləyən Dövlət, Elm və Tex­nika Komitəsi, İxtiraçılar və Sə­mə­rələşdiricilər cə­miyyətinin Mərkəzi Şurası, Elmi-texniki İnfor­ma­siya Mərkəzi və s. təşkilatların ləğv olunması müva­fiq fəaliyyət sa­hələrinin təşkilatlanmasına mənfi təsir göstərir və açıq-aşkar bir pə­rakəndəlik mövcuddur. Lakin bu təşkilatlar qalsa idi də, onlar yal­nız kö­mək­çi xarakter daşıyır və bilavasitə elmi-texniki fəaliy­yə­ti əhatə edə bilməzdi.
Tətbiqi xarakterli məsələlərlə məşğul olan xü­susi Mərkəzin yaradılması həm də Elmlər Akade­mi-ya­sının daha çox dərəcədə məhz elmi problemlərlə məşğul olmasına, fundamental elmlərin in­ki­şaf etdi­ril­məsinə də imkan verər. Elmlər Akademiyası qey­ri-elmi (el­mi-texniki və bilavasitə tətbiqi) işlərdən azad olmaqla ya­na­şı, El­mi-Texniki Mərkəzlə sıx su­rətdə əlaqə yaradılması sayə­sin­də da­ha səmərəli eks­pe­rimental bazaya malik ola bilər. Elmi-tədqiqat ins­ti­tutları nəzdindəki Konstruktor Bürolarını Mərkəzlə əlaqə əvəz edə bilər. Mərkəzin informasiya sistemi və xüsusi axtarışların va­si­tə­silə elmi müəssisələr kon­kret tələbatın is­ti­qa­mətləri ilə daha ya­xın­dan tanış ola bilərlər. Həm də mənəvi eh­tiyacların ödə­nilməsi, adam­ların mənəvi-intellektual enerjisindən daha düzgün, səmərəli və hərtərəfli istifadə edilməsi Respublika Elmlər Akademiyası və bu kimi elmi mərkəzlər yalnız müəyyən sahələr üzrə ixtisaslaşmış mərkəzlərə çevrilmək zərurətindən xilas olarlar.
Elmi-texniki Mərkəz yalnız istehsalat üçün texnikanın tək­mil­­ləşdirilməsi və yeni texnika nümu­nələrinin yaradılması ilə məh­dud­laşmayıb, digər fəaliyyət sahələri, habelə elm üçün texnika ha­zır­lamaq işini öz öhdəsinə götürə bilər. Bununla elmlə zehni fəa­liy­yə­ti praktik fəaliyyətdən – qeyri-peşəkar əməkdən ayrılması başa çat­mış olar. Elmi-texniki fəaliyyət nisbi müstəqillik əldə etdikcə el­min daxili tamlığı və müstəqilliyi şərti də daha çox ödənmiş olar. Di­gər tərəfdən də, elm texnikasının sənaye­ləş­məsi üçün ciddi zə­min yaranmış olar.
Elm texnikasının sürətlə inkişaf etməsi və nis­bi müstəqillik qa­zanması müasir dövr üçün çox sə­ciyyəvi olan cəhətlərdən biridir və bizcə, elmi-tex­niki tərəqqidə inqilab mərhələsi (elmi-texniki in­qi­lab) məhz elm texnikası ilə istehsal texnikası ara­sın­dakı sər­həd­din aradan götürülməsi ilə bağlıdır. El­min bilavasitə məhsuldar qüv­vəyə çevrilməsinin də əsl mahiyyəti bundan ibarətdir.
Texnikanın yalnız istehsal texnikası kimi başa düşülməsi, onun başqa növlərinin öyrənilməsi və ya çox səthi olaraq nəzərdən ke­çirilməsi texnikanın və texniki tərəqqinin mahiyyətinin başa dü­şül­məsində də müəyyən çətinliklər yaratmışdır. Halbuki, tex­ni­ka­­­nın elmi-texniki və texnoloji fəaliyyətin spesifika­sını, mahiy­yə­tini də­­qiq müəyyənləşdirmədən elmi-tex­niki tərəqqinin sürət­lən­di­ril­mə­si, vahid Elmi-texniki fəaliyyət Mərkəzinin yaradılması və s. bu kimi ciddi vəzifələrin müvəffəqiyyətlə həyata keçi­ril­məsi mümkün deyil.
Fəlsəfi ədəbiyyatda texnoloji fəaliyyət, elmi-texniki fəaliy­yət anlayışları ilə yanaşı, mühəndis fəaliyyəti, mühəndis-konstruk­tor fəaliyyəti, ixtiraçı­lıq fəaliyyəti və s. anlayışlardan da geniş isti­fa­də olu­nur. Lakin bu fəaliyyət sahələrinin konkret əhatə dai­rə­lə­ri­ni, ümumi və fərqli cəhətlərini əks etdirən müqayisəli tədqiqat iş­lə­ri hələ yoxdur. Başqa sözlə, bu sahədə konkret elmi terminologiya hə­lə for­ma­laş­mamışdır. Fəaliyyət sahələri haqqında, ictimai və fər­­di fəaliyyətin strukturu haqqında yazılmış əsər­lərdə də öyrən­mək istədiyimiz məsələ haqqında də­qiq məlumata rast gəlmək çətindir.
Texniki bilik, texniki və texnoloji fəaliyyət haqqında danışı­lar­kən söhbətin məhz nədən getdiyi­ni yalnız kontekst əsasında mü­əy­­yənləşdirmək müm­kün olur. Elmi institutlardan konstruktor bü­ro­larına, konstruktor bürolarından eksperimental is­teh­sala, ora­­dan isə kütləvi istehsala, sənayeyə gedən yolun hər han­sı nöqtəsində «tex­nika» anlayışından eyni mə­­nada istifadə etmək mümkün deyil. Mü­asir dövr­də elmdən kütləvi istehsalata gedən yolda məntə­qə­lə­rin sayı artır və ciddi daxili bölgü, dife­ren­si­a­siya gedir. Strukturun bu cür mürəkkəbləşməsi Elm–Tex­nika–İs­teh­salat zəncirində incə qu­ruluşu müəyyən et­mək, başqa sözlə, hər bir halqanın öz daxili qu­ruluşunu da aşkara çıxarmaq zərurəti yaradır.
Yuxarıda artıq qeyd etdiyimiz kimi, elm siste­minin öz da­xi­lin­də də texnika mövcuddur. Texnika­nın bu növü əsasən eks­pe­ri­ment­lərə xidmət edən ci­hazlardan ibarətdir. Bu cihazlar ilk dəfə tək nüs­xə şəklində elmi tədqiqat laboratoriyalarında müstəqil su­­rətdə və ya Konstruktor Büroları ilə birlikdə dü­zəldilir. Lazım gəldikdə son­radan seriyalı buraxılış üçün və ya az nüsxədə hazırlanmaq üçün sifariş ve­rilir. Böyük elmi kəşflər çox vaxt alimin özü tə­rə­findən düşünülmüş unikal cihazlar tələb edir. De­mə­li, elmi tələbat texnikanı inkişaf etdirmiş olur ki, bu da elmi-texniki inqilabı səciyyələndirən ən mühüm cə­hətlərdən biridir.
Hələ istehsal prosesinə kütləvi surətdə daxil ol­­mamış is­teh­sal texnikası da ilk dəfə sınaq nüs­xə­ləri şəklində düzəldilir. Əslində elm ilə istehsalat ara­sında xüsusi texnika mərhələsinin müəyyən edil­məsi məhz bu sınaq nüsxələrinə əsaslanır. Əks təq­dirdə texnika is­tehsal vasitələrinə daxil olmaqla is­teh­salat mərhələsində əhatə edil­məli idi. Deməli, ar­tıq istismara verilmiş, kütləvi istehsala üzvi su­rət­də da­xil olmuş texnika Elm–Texnika–İstehsalat zən­ci­rin­də tex­nika halqasına deyil, istehsalat halqasına daxil olur.
Texnikanın müstəqil mərhələ kimi ayrılması məhz yeni tex­ni­ka nümunələrinin ixtira edilməsi, dü­zəldilməsi prosesini nəzərdən keçir­mək üçündür. Tex­niki ya­radıcılıq dedikdə də, məhz sınaq nüs­xə­lə­ri­nin yeni elmi prinsiplər əsasında hazırlanması nə­zər­də tutulur. Ona görə də əgər elmin son məqsədi ye­ni bi­liklər almaqdırsa, tex­ni­ki yaradıcılığın məq­sə­di yeni texniki nümunə, sınaq nüsxəsi dü­zəlt­məkdir.

ƏLAVƏLƏR









Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin