ŞƏKİ FİLİali



Yüklə 4,76 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix06.12.2016
ölçüsü4,76 Kb.
#958
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

2. Zaman əlaqəsi. Bu əlaqədə olan feli birləşmələrin 
birinci tərəfləri  zaman məzmunlu  əsr, il, ay, həftə, gün, saat, 
dəqiqə, saniyə, yaz, yay, payız, qış, vaxt, dövr, gecə, gündüz, 
səhər, axşam, aprel, may və s. kimi isimlərlə, bəzən də saylarla 
ifadə olunur. Məsələn, baharda açan (çiçəklər), qışda yağan 
Gülarə  Abdullayeva 
 
 
160
(qar), payızda yığılan (məhsul), həmin vaxtda gəlmək, saat 
beşdə oyanmaq və s.  
Çıxışlıq hallı feli birləşmələr. Bu birləşmələrdə məkan 
əlaqəsi  əsas yer tutur. Asılı  tərəf hərəkətin başlanğıc, çıxış 
nöqtəsini  bildirir. Bu birləşmələrin birinci tərəfi məkan bildirən 
sözlərlə, ikinci tərəfi isə  təsriflənməyən fellərlə ifadə olunur. 
Məsələn, evdən çıxmaq, şəhərdən qayıtmaq  və s.  
Çıxışlıq hallı feli birləşmələrin komponentləri arasında 
obyekt, səbəb, zaman və s. əlaqələr mövcuddur. Məsələn
Qurbandan öyrənmək,  Əlidən aldığım (məktub), acından 
ölmək, gecədən qalan, payızdan əkilmiş və s
Feli birləşmələrə  tərkiblər də deyirlər. Bəzən  feli 
birləşmə  və  tərkib termini  sinonim terminlər kimi işlədilir. 
Lakin nəzərə almaq lazımdır ki, feli birləşmə  əsas tərəfi felin 
təsriflənməyən formaları ilə ifadə olunmuş bütün birləşmələrə 
ümumi  şəkildə verilmiş addır. Tərkib dedikdə isə feli 
birləşmənin konkret olaraq bir növü, əsas tərəfi məsdər, feli 
sifət, feli bağlama ilə ifadə olunmuş bir birləşmə  nəzərdə 
tutulur. 
Qoşmalı feli birləşmələr.   Feli birləşmələrin bir 
qismində asılı söz  əsas tərəflə qoşma vasitəsi ilə  əlaqələnir. 
Qoşma ilə onun əlaqələndiyi söz birləşmənin birinci 
komponentini, təsriflənməyən fel isə birləşmənin ikinci, əsas 
komponentini təşkil edir. Qoşma bu birləşmələrin tərəfləri 
arasında əsas əlaqələndirici vasitə hesab olunur. Qoşmalar feli 
birləşmələrdə çox fərqli məna çaları yaradır. Məsələn, at kimi 
getmək, at ilə getmək, at  üçün getmək və s. 
 Qoşmalar feli birləşmələrin tərəfləri arasındakı  məna 
əlaqələrinin daha qabarıq  şəkildə düzgün və  dəqiq ifadəsinə 
yardım göstərir və eyni zamanda, tərəflər arasında məna 
çalarlıqları yaradır. Məsələn, universitetə getmək – universitetə 
sarı getmək, günortadan yatmaq – günortadan bəri  yatmaq      
və s. 
          Qoşmalı birləşmlərin birinci tərəfindəki sözlər ancaq 

Müasir  Azərbaycan  dili 
 
 
161 
yiyəlik, yönlük və  çıxışlıq hal şəkilçiləri qəbul edə bilir. 
Qoşmalı feli birləşmələr birinci tərəfi heç bir şəkilçi qəbul 
etmədən işlənən, birinci tərəfi  yiyəlik, yönlük, çıxışlıq hal 
şəkilçisi qəbul edən birləşmələr olmaqla dörd qrupa ayrılır. 
Tərəflər arasında sintaktik əlaqə üsullarına görə feli 
birləşmələri üç qrupa ayırmaq olar: 
1. Koordinativ feli birləşmələr. Bu qrupa daxil olan 
feli birləşmələrin asılı  tərəfi adlıq halda olur və  əsas tərəflə 
prosodik vasitələrin və söz sırasının köməyilə  əlaqələnir. Feli 
birləşmələrin bu qrupu subyekt əlaqəli birləşmələri  əhatə edir. 
Məsələn,  Sən oxuyan (kitab), biz görən hadisə və s.(4, səh.56 ) 
2. Yanaşma  əlaqəli feli birləşmələr. Bu qrupa daxil 
olan feli birləşmələrin asılı tərəfi qeyri-müəyyən təsirlik halda 
olan isim və isimləşmiş sözlərdən,  şəxssiz fellərdən və  bəzi 
zərflərdən ibarət olur. Məsələn, şeir yazmaq, tez cavab vermək, 
qaçanda yıxılmaq, indi getmək və s. Bu əlaqə ilə qurulan  feli 
birləşmələrin asılı tərəfi qoşmalı sözlərlə də ifadə olunur,  asılı 
tərəf qoşmalar vasitəsi ilə əsas tərəflə əlaqələnir. Məsələn, daş 
kimi yatan, şir kimi vuruşduqca, evə sarı yollanmaq, dağ havası 
kimi saflaşmaq və s.  
3. İdarə əlaqəli feli birləşmələr. İsmin yönlük, təsirlik, 
yerlik və  çıxışlıq hallarında olan adlar asılı  tərəfdə durmaqla 
idarə  əlaqəli feli birləşmələr  əmələ  gətirir. Məsələn, dağlara 
baxdıqca, gəzməyi xoşlayan, içəridə gözləmək,, meşədən 
qayıdan, oxumağa getmək, dərs deməyi arzulamaq, danışanları 
dinləmək, geriyə dönmək və s
Feli tərkiblər və onların cümlədə rolu.  Şəxsli fellər 
kimi feli sifət, feli bağlama və  məsdərlər də  təsirli və  təsirsiz 
olur, növ kateqoriyası  əlamətlərini qəbul edərək dəyişir, ona 
görə  də idarə  və yanaşma  əlaqələri ilə öz ətrafına çoxlu söz 
toplayaraq çox geniş  həcmli  tərkib  əmələ  gətirir və cümlədə 
bütöv şəkildə bir üzv olur. Məsələn, Arvad xeylağına çığırmaq, 
bağırmaq,  hətta  hərdənbir üzünü şilləyə öyrətmək  gərəkdir. 
(N. Nərimanov)  Qırmızı  kərpicdən tikilmiş evə Nazlı özüylə 
Gülarə  Abdullayeva 
 
 
162
hərarət gətirirdi. (İ.Məlikzadə)  Kənddən tədarüksüz yola 
düşənlər  xəmir yoğurub, sac asdılar.(İ.Şıxlı)-  cümlələrindən 
birincisində məsdər tərkibi mübtəda, ikinci və üçüncüsündə feli 
sifət tərkibi uyğun olaraq təyin və mübtəda yerində işlənmişdir.  
 
Əsas tərəfin idarə vasitəsinə görə feli birləşmələr üç 
qrupa bölünür: feli sifət tərkibləri, feli bağlama tərkibləri,  
məsdər tərkibləri. 
 
Feli sifət tərkibləri.  Feli sifət tərkiblərinin  əsas tərəfi 
feli sifətdən ibarət olur. Məsələn, Burdan təsadüfən keçən bir 
qoçu, Sınamaq istəmiş öz naqanını (S.Vurğun) və s. 
 Azərbaycan dilində bütün feli sifət  şəkilçiləri ilə           
(-dığı
4
,-mış
4
, -an
2
, -acaq
2
, -malı
2
, -ası
2
)  tərkib yarana bilir. 
Əksər feli sifət  şəkilçilərinin yaratdığı  tərkiblərin ayrıca 
subyekti olur. Məsələn: Ot bitməyən səhralarda şəhərlər saldıq 
(S.Vurğun). Salamovun sümükləri çıxmış  yanaqları və bir də 
qıyıq noğulu gözləri xəstənin gözləri qabağına gəldi 
(Y.Səmədoğlu). 
Feli sifət tərkiblərinin cümlədə  əsas sintaktik vəzifəsi 
təyindir. Məsələn,  Atadan-babadan qalan yurdumuzu düşmən 
əlindən qurtar. (N.Nərimanov)  Adımı nəğməylə saldı dastana, 
Muğan çöllərində ötən turaclar (S.Vurğun). 
Feli sifət tərkibi də feli sifətlər kimi, isimləşdikdə  
mübtəda, xəbər və tamamlıq vəzifələrində işlənir. 
 Mübtəda vəzifəsində:  Şəhərdən gələnlər  bu  əhvalatı 
şəhərdə, 
kənddən gələnlər 
kəndlərdə yayırdılar.                   
(N. Nərimanov) Öz  qədrini bilən  gərək özgənin də  qədrini 
bilsin. (Ə.Əyrisli)  
Xəbər vəzifəsində:    Məmurlara güllə atanlar meşəyə 
qaçanlar idi. (B.Bayramov) 
 Tamamlıq vəzifəsində.  Mən səhər çörək yeyəndə gecə 
yuxuda yenə Zülfüqar əmini gördüyümü  danışdım. 
(Y.Səmdoğlu) 
Feli sifət tərkibləri bir sıra başqa sözlərin köməyi ilə 
cümlədə  zərflik vəzifəsində  də  işlənir. Məsələn,  Toğrul bəy 

Müasir  Azərbaycan  dili 
 
 
163 
hökumət başına keçdiyi zaman bu acı  təcrübənin nəticələrini 
görmüşdür. (M.S.Ordubadi)  Və  bəlkə dünya-aləm hələ 
qaranlıq olduğuna görə  həyətlərdəki gilas ağacları da eləcə 
hər yerdə çıraq kimi alışıb yanırdı. (Ə.Əylisli) 
Feli bağlama tərkibləri. Bu qrupa daxil olan 
tərkiblərin əsas tərəfi feli bağlamadan ibarət olur.  
Bütün feli bağlama formaları bir işi, hərəkəti, başqa bir 
işlə, başqa bir hərəkətlə bağlayaraq tərkib  əmələ  gətirir. Feli 
bağlama və feli bağlama tərkibi  əmələ  gətirən  şəkilçilər 
aşağıdakılardır: 
-ıb
4
, (-ma)mış
2
, -arkən
2
, -madan
2
,  -dıqca
4
, -dıqda
4
,       
-alı
2
, -a -a
2
, -ar -maz
2
, -ınca
4
, -caq
2
.    Məsələn,  Hökmdar 
sərkərdəbaşının eşiyə  çıxardığı taxta əyləşib, qollarını taxtın 
söykənəcəyinə qoydu. (Y.Səmədoğlu) Mən kəndə çatar-çatmaz 
işıqlar yandı və s.  
-ıb
4
  və -araq
2
  şəkilçili feli bağlamalar müstəqil 
subyektlə  işlənə bilmir. Bu cür feli bağlamaların  şəxsli fellə 
müştərək subyekti olur. Məsələn,  Uşaq qımıldanmadan durub 
baxırdı  – cümləsində  uşaq sözü bir subyekt kimi həm  şəxsli 
felə (baxırdı), həm də feli bağlamaya (qımıldanmadan, durub
aiddir. 
Feli bağlama tərkibləri cümlədə, əsasən, zaman, tərz və  
bəzən də səbəb zərfliyi vəzifəsində işlənir. 
Zaman zərfliyi vəzifəsində:  Mən gələndə  şamamalar 
gül idi (“Qaçaq Nəbi”) 
Tərz zərfliyi vəzifəsində:  Eyvaz dayı  oturduğu yerdən 
qalxıb uzun saçaqlı yapıncısını çiyninə saldı.(İ.Əfəndiyev) 
Səbəb zərfliyi vəzifəsində:  Savalan dağlarında 
keçirdiyi həyatı xatırlayıb öz-özünə deyindi. ( İ.Əfəndiyev) 
Feli bağlama tərkibləri az hallarda qarşılaşdırma zərfliyi 
vəzifəsində də işlənir. Məsələn, Onun günahsız olduğunu bilə-
bilə,  nə üçün danlayırsan?(İ.Əfəndiyev) 
Məsdər tərkibi.  Tərkiblərin bu növünün əsas tərəfi       
-maq
2
 şəkilçili məsdərdən ibarət olur.  
Gülarə  Abdullayeva 
 
 
164
Məsdər tərkibləri cümlədə daha çox mübtəda və 
tamamlıq vəzifələrində işlənir.  
Mübtəda vəzifəsində:  Başqa qız-gəlin kimi dəvəyə 
minib yükün  üstündə  də oturmaq onun ürəyincə  deyildi.       
(İ. Əfəndiyev)  
Tamamlıq vəzifəsində:  Bu yerlərdə cavanlar sərvaxt 
yatmağa öyrəniblər. (İ.Əfəndiyev) 
Xəbər vəzifəsində: Məqsədimiz sizə kömək etməkdir. 
Məsdər tərkibləri  üçün, ötrü qoşmaları ilə  işlənərək 
məqsəd zərfliyi vəzifəsində çıxış edir. Məsələn, Gülgəz hamıya 
eşitdirmək üçün bərkdən dedi. (İ.Əfəndiyev) 
Məsdər tərkibləri çıxışlıq hal şəkilçisi qəbul edərək  
səbəb zərfliyi vəzifəsində    də  işlənir. Məsələn,  Dərdlərimi 
danışmaqdan dilim qabar bağladı. 
             Zərf birləşmələri.   Dilimizdə  əsas tərəfi zərflə ifadə 
olunan birləşmələrə də rast gəlinir ki, onlar azlıq təşkil edir. Bu 
birləşmələrin ikinci tərəfi, əsasən, yer, zaman və tərz zərfləri ilə 
ifadə olunur. Məsələn:  evdən yuxarı, quş kimi tez, çox yavaş, 
səninlə yanaşı və s. 
 
Zərf birləşmələrinin əsas tərəfinin zərfin bu və ya digər 
növü ilə ifadəsi birləşmənin ümumi xüsusiyyətinə  təsir edir. 
Asılı tərəfin ifadə vasitələrini nəzərə almaqla zərf birləşmələrini 
aşağıdakı növlərə ayırmaq olar: 
           a)  zərf + zərf modelli birləşmələr.    Zərf 
birləşmələrinin bu növündə asılı tərəf əsasən kəmiyyət zərfləri, 
əsas tərəf isə tərz  və bəzən də yer və zaman zərfləri ilə ifadə 
olunur və  əsas tərəf  kəmiyyətcə izah edilir. Məsələn, çox 
kəskin (danışmaq), olduqca yavaş (yerimək), bir qədər tez, bir 
qədər ucadan, xeyli geridə (qalmaq), tamamilə yanaşı və s. 
 
Göründüyü kimi, bu birləşmələrin tərəfləri arasında 
yanaşma  əlaqəsi olur və onlar da zərf kimi cümlədə  zərflik 
vəzifəsini daşıyır.  
       
 b)  isim+zərf,  əvəzlik+zərf modelli birləşmələr. 
Dilimizdə  işlənən zərf birləşmələrinin az bir qismi bu modelə 

Müasir  Azərbaycan  dili 
 
 
165 
uyğun gəlir. Məsələn, dostlardan aralı (dolanmaq), qarışqadan 
yavaş (getmək), təyyarədən iti, hamıdan tez və s. Əvvəlki 
modeldən fərqli olaraq, belə birləşmələrin tərəfləri arasında 
idarə əlaqəsi olur. 
          Zərf birləşmələri dilimizdə o qədər də çox deyil. Lakin 
bu birləşmə növünün əsas təfərinin zərflə ifadə olunması ona 
xüsusi keyfiyyət qazandırır və  ayrıca bir ad altında 
qruplaşdırılmasına səbəb olur.
 
                                              
 
ƏDƏBİYYAT: 
 
1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. 
Müasir Azərbaycan dili. IV hissə. Sintaksis, Bakı, 
1985. 
2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı, 
1992. 
3. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II h. 
Bakı,  2006. 
4.Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Sintaksis. 
“Təhsil” nəşriyyatı,  Bakı,  2007. 
5. Müasir Azərbaycan dili. III cild, Sintaksis. EA nəşri, 
Bakı, 1981. 
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.  
7.Seyidov Y.M. Azərbaycan ədəbi dilində söz 
birləşmələri. Bakı, 1992. 
 
 
 
 
                                         
 
 
Gülarə  Abdullayeva 
 
 
166
  Cümlə və onun təsnifi. 
Mövzu № 5                           Cümlə üzvləri. 
                                                  Sadə cümlə 
 
                             
                                 Mövzunun planı: 
 
1.
  Cümlə və onun əsas əlamətləri 
2.
  Cümlənin təsnif prinsipləri 
3.
  Cümlə üzvü anlayışı. Cümlənin baş üzvləri 
4.
  Cümlənin ikinci dərəcəli üzvləri 
5.
  Cümlə üzvlərinin həmcinsliyi, xüsusiləşməsi, 
əlavəsi 
6.
  Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə 
olmayan sözlər 
7.
  Sadə cümlə  və onun təsnif prinsipləri 
 
Cümlə və onun əsas əlamətləri 
 
Sintaksisin  əsas vahidlərindən biri də cümlədir. Cümlə 
ünsiyyətin ilk və  əsas vahididir. Cümlə fikrin formalaşması, 
ifadəsi, başqasına ötürülməsi üçün əsas vasitə olduğundan 
özünün çoxcəhətliliyi ilə səciyyələnir.  
 Cümlə  fikir  mübadiləsi  və    ən  mühüm  ünsiyyət  
vasitəsidir.  
Cümlə  hər  bir  dilin  qanunları  əsasında  qrammatik  
cəhətdən  formalaşan  və  bitmiş    fikir    ifadə    edən  nitq  
vahididir. Məsələn,   Payızdır. Yarpaqlar yavaş-yavaş saralır. 
Quşlar isti ölkələrə uçur. Tarlalarda və  məhsul bağlarında 
qızğın iş gedir.  və s. 
Adətən  cümlələr  iki,  üç,  dörd  və  daha  artıq  sözün  
birləşməsi  nəticəsində  əmələ  gəlir.  Bununla  belə,  yalnız  bir  

Müasir  Azərbaycan  dili 
 
 
167 
sözdən  ibarət  olan  cümlələr  də  vardır.  Məsələn,    Səhərdir.  
İstidir. və s.  
Cümlə qurularkən   sözlər        həm  məna,  həm  də  
qrammatik  cəhətdən  bir-biri  ilə    əlaqələnir,  biri  digərini  
aydınlaşdırır,    izah    edir.    Məsələn,  Nuru iki ildən sonra 
müəllim olacaq.- cümləsində  (Nuru            müəllim olacaq 
                                          iki         ildən  sonra) sözlər 
bir-biri ilə məna və qrammatik cəhətdən əlaqələnmişdir. 
Cümlənin  əmələ  gəlməsində  əsas  vasitələrlə  yanaşı,   
yardımçı    vasitələrdən: xitablar, ara sözlər, həmçinin köməkçi 
nitq hissələrindən də istifadə olunur.  Məsələn,    Bahar, 
istəklimsən, başdan, binadan, Ən gözəl qızısan sən təbiətin.    
(S.Vurğun) Dövlətliyik,  əlbəttə,  şərafət də  bizimdir.                     
(M.Ə.Sabir)   Bu cümlələrdə    bahar və  əlbəttə  sözləri  uyğun 
olaraq xitab və ara söz kimi işlənməklə    cümlədəki  digər   
sözlərlə  yalnız  məna  əlaqəsinə girmişdir.   
Cümlə  üçün dörd mühüm  əlamətin  varlığı  vacibdir. 
Bitkinlik,  predikativlik,  bitmə  intonasiyası,   modallıq.  Bu  
əlamətlər  vəhdət  təşkil  edir  və  sözlərin,  söz  birləşmələrinin  
cümləyə  çevrilərək  fikir  ifadə  etməsində    həlledici  rol  
oynayır.  
1.    Cümlə   üçün əsas  əlamətlərdən biri bitmiş  fikir  
ifadə  etməsidir. Lakin  cümlənin bu xüsusiyyəti nisbi xarakterli 
olub, həmişə özünü doğrultmur. Bəzən fikri ifadə etmək üçün 
bir cümlə deyil, bir-biri ilə  rabitəli əlaqədə olan  cümlələrdən 
istifadə olunur. Həmin cümlələrin hər biri nəzərdə tutulan fikrin 
müəyyən hissəsini ifadə etməklə bir-biri ilə əlaqələnir və bütöv 
bir fikir bu cür rabitəli cümlələr toplusu vasitəsi ilə ifadə 
olunur. Rabitəli  şəkildə  əlaqələnən bu cümlələr  bir-birindən  
şifahi  nitqdə    intonasiya    ilə,  yazıda  nöqtə    və  ya   nöqtə  
hüququnda  durğu  işarələri   ilə  (sual  işarəsi,  nida  işarəsi,  
üç  nöqtə  və s.)  sərhədlənir. 
“Biz  cümləni  mətndən  ayırmaqla  da  mənasını  dərk  
edə    bilərik.  Bu,  cümləni  təşkil  edən  sözlərdən  alınan  
Gülarə  Abdullayeva 
 
 
168
mənadır.  Lakin  cümlənin  həqiqi  məzmunu  yalnız  mətn  
daxilində  düzgün  anlaşıla  bilər.  Cümlənin  ayrılıqda  ifadə  
etdiyi  ümumi  məna  potensial  sintaksisin  tədqiq  obyektidir,  
mətnin  gedişindən  başa  düşülən  məzmunu  isə    aktual  
sintaksisin  obyekti  olub,  söyləmin  ifadəsinə    xidmət  edir.  
Fikrin  bitməsi,  qurtarması,  tamamlanması  makromətnlərdə  
mümkündür”. (4, səh. 77) 
       
Cümlə  müəyyən  bir  fikrin  ifadəsinə  ehtiyac  olanda  
yaranır. 
      
2.Cümləyə məxsus əlamətlərdən biri də predikativlikdir. 
Predikativlik dedikdə müəyyən vasitələrdən (hal  şəkilçiləri,  
qoşmalar,  bağlayıcılar,  ədat,  modal  sözlər  və  bütün  digər  
qrammatik  vasitələr) istifadə etməklə subyekt-predikat 
əsasında müəyyən iş, hal, hərəkət, hadisə və ya hökm haqqında 
məlumatın verilməsi başa düşülür. Predikativliyin əsas 
daşıyıcısı  xəbərdir. Buna görə  də çox zaman predikativliklə 
xəbər qarışdırılır və eyniləşdirilir. Cümlədə predikativliyin 
təmin olunması üçün mübtəda və  xəbər  əlaqəsi vacibdir. Bu 
zaman xəbər müəyyənləşdirən, mübtəda isə müəyyənləşən tərəf 
kimi çıxış edir.  Bu iki cümlə üzvünün bir-biri ilə əlaqələnməsi 
nəticəsində fikir ifadə edilir. Xəbər,  zaman,  şəxs,  modallıq  
əlamətləri  predikativliyin  yaranmasına,  sözün,  söz 
 
birləşməsinin  cümlə  şəklində  formalaşmasına  səbəb  olur.  
Predikativlik  sözlərin  varlıq  haqqında  müəyyən  
məlumat  verməsi  deməkdir.  Burada  fikir  ya  təsdiq,  ya  
inkar  edilir,  ona  münasibət  bildirilir,  müəyyən  hadisə  
haqqında  məlumat  vermək  və    ya    məlumat  almaq  və s.  
nəzərdə  tutulur.  Predikativlik  sözlərin  müəyyən  qaydada  
düzülüşündən  və    müəyyən  qrammatik  üsullarla 
 
əlaqələnməsindən  meydana  gəlir;  burada  modallıq,  zaman  
və  şəxs  kateqoriyaları  əsas  rol  oynayır.  Bu  kateqoriyalar  
dildə  danışanın  həqiqətə  münasibətini  bildirir  və  
predikativliyin  yaranmasında  birinci  dərəcəli  rol  oynayır.  

Müasir  Azərbaycan  dili 
 
 
169 
       
3.  Cümlənin  mühüm  əlamətlərindən  biri də  
intonasiyadır. Eyni bir söz və ya söz birləşməsi bitmə 
intonasiyası qazanmaqla cümləyə çevrilə bilər. Predikativliyin 
də ifadə olunması bilavasitə intonasiya ilə  əlaqədardır. 
Məsələn, Payızın ortaları.  Şaxtalı bir qış gecəsi. Dənizin 
kənarı.  və  s.  kimi cümlələr məhz söz birləşmələrinin bitkin 
intonasiya qazanması hesabına yaranmışdır.  
Şifahi  nitqdə  hər  bir  cümlə  intonasiya  ilə  müşayiət  
olunur.  İntonasiyasız  cümlə  olmaz.  Cümlənin  bitkinləşməsi,  
predikativliyin  yaranmasında intonasiyanın rolu əvəzsizdir. 
Bunun üçün digər vasitələr olduqda  da  intonasiya özünü  
göstərir. Cümlənin hansı  məqsədlə  işlənməsindən asılı olaraq 
intonasiya da fərqli  şəkildə müşahidə olunur. Adi  intonasiya  
ilə    tələffüz  edilən  cümlələrdə  ton  tədricən  yüksəlir,  
xəbərdən  əvvəlki  söz məntiqi vurğulu deyilir və ton   tədricən  
alçalır. Digər cümləyə keçməzdən əvvəl bir qədər fasilə edilir. 
Bu  fasilə  həmin  cümlələr arasında sərhəd rolunu oynayır.   
           Predikativliyin 
tamamlanmasında  mühüm 
 
əlamətlərdən  biri  də  cümləyə  məxsus  intonasiyanın  iştirak  
etməsidir. 
          4.  Cümlənin  əsas  əlamətlərindən  biri  də  
modallıqdır.  Hər  bir  cümlə  müəyyən   bitmiş  bir  fikir  ifadə  
etməklə  yanaşı,  həmin  fikrin  həqiqətə  münasibətini də  
göstərir.   Buna  görə  də  predikativlik  və  intonasiya  kimi,  
modallıq   da   cümlənin  daimi  əlamətlərindən  hesab  olunur.   
           Bəzi  cümlələrdə  heç  bir  əlavə  münasibət  olmadan  
müəyyən  fikir   ifadə   edilir. Həmin fikir həqiqətə uyğun bir 
hadisəni ifadə etdiyindən,  modallıq  zəifləyir  və  özünü  xüsusi  
şəkildə  göstərə  bilmir.  Məsələn,   Bayırda itlər bir ağız hürüb 
susdular.(İ.Şıxlı) Sonra bacadan atılan birinci güllə  ağ 
samovarın başındakı iri, güllü çaydana dəyib bomba kimi 
partladı. (İ.Əfəndiyev)  
Cümlədə  modallıq müxtəlif vasitələrlə ifadə oluna 
bilər. Bəzən bu,  xüsusi  sözlər  vasitəsilə  daha  da  
Gülarə  Abdullayeva 
 
 
170
qüvvətləndirilir  və  yeni  məna  çalarlıqları    kəsb  edir.  
Məsələn, Namərd Bəhram yazıq qızı öldürdü. (C.Cabbarlı) Kür 
qırağının  əcəb seyrəngahı var, Yaşılbaş sonası,  hayıf ki, 
yoxdur. (M.P.Vaqif) 
 Azərbaycan dilində, demək olar ki, hər  bir  cümlədə  
modallıq  olur.  Bu  o  deməkdir  ki,  hər  bir  cümlədə  
obyektiv  aləmə  məxsus  bu  və  ya   digər  hadisə  haqqında  
məlumat  verilməklə,  həmin  hadisəyə,  danışanın   söylədiyi  
fikrə  münasibət  də  bildirilir.  Yəni hər  bir  cümlə    həm 
kommunikativ,  həm  də  ekspressiv  funksiya   daşıyır.    
Modallığın  mühüm  ifadə  vasitələri  modal  sözlərdir.  Modal  
sözlərlə    yanaşı,  müxtəlif  söz  və    ifadələrin  birləşməsi 
əsasında  çoxlu  modal  konstruksiyalar  yaratmaq  mümkündür.   
Modallıq obyektiv  və  subyektiv  olmaqla  da   
fərqlənir.  Obyektiv  modallıq  verilən  məlumatın  obyektiv  
reallıqla  əlaqəsi,  münasibətidir,  yəni  nə  barədə  danışılırsa,  
indiki,  keçmiş  və  gələcək  zamanda  onun  reallığı  düşünülür. 
Belə cümlələrdə baş verən hadisələr, irəli sürülən hökmlər 
reallığa tam uyğun olduğundan, modal sözlərin iştirakına 
ehtiyac duyulmur.  Məsələn, Xanmuradın dəstəsi getməmişdi 
ki,  qaçaq Məşədi Təhməzin dəstəsi gəldi. Bu, uzunsaqqallı, 
ortaboylu bir qoca idi. Başı azca əsirdi, diaqonal çuxasının 
altında iki patrondaş bağlamışdı. Ayaqlarında qısaboğazlı 
çəkmə, başında iri, tüklü papaq vardı. (İ.Əfəndiyev)-
cümlələrində obyektiv reallığa tam uyğun olan fikirlər öz 
ifadəsini tapmışdır. 
  “Subyektiv   modallıq isə   qeyri-real,   arzu  olunan,  
mümkün  ola   bilən,  tələb  olunan  hadisələrə  münasibətlə  
bağlı  modallıqdır”.(4, səh.80) Məsələn,  Dəlib deşir ürəyi dərd 
ürəkdə qalanda, Dərdləşmək gözəl işdir, dərdini duyan ola, 
Ürəyindən keçəni gözlərindən oxuyan, Sənə ömrünü verib, 
vaxtını  qıyan ola.(Z.Yaqub)  Real,  obyektiv  modallıq  
müəyyən  zamanla – keçmiş,  indiki  və ya  gələcək  zamanla  
bağlı  olur.  Obyektiv   modallıqda  morfoloji   zamanla  

Müasir  Azərbaycan  dili 
 
 
171 
sintaktik  zaman  əksərən  uyğun  olur,  lakin  bəzən  danışıq  
üsulunda  uyğun  olmaya  da   bilər.  Məsələn,  Gələn ay mən 
Moskvaya yola düşürəm. 
Subyektiv  modallıq  danışanın  verdiyi  məlumata  
münasibəti olub, müxtəlif səpkidə ola bilər. Yəni  danışanın   
cümlədə ifadə olunan fikrə  qəti  və    ya    şübhəli  münasibəti, 
həmin   fikirlə  razılaşıb-razılaşmadığı  və s.   öz ifadəsini tapa 
bilər.  Məsələn,  Görünür, baş verən hadisələr, yəqin ki, 
anasının sözləri ona təsir etmişdi. (İ.Şıxlı) Obyektiv  modallıq  
cümlənin  ümumi  məzmunu  ilə,  subyektiv  modallıq  isə  
onun  ayrı-ayrı  hissələri  ilə  bağlı  olur.                  
Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin