Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması


Mikrorayonun planlaşdırma təşkili



Yüklə 8,33 Mb.
səhifə44/51
tarix28.12.2021
ölçüsü8,33 Mb.
#17018
1   ...   40   41   42   43   44   45   46   47   ...   51
Mikrorayonun planlaşdırma təşkili

Mikrorayonun planlaşdırma həlli bütöv amillər kompleksindən asılıdır: şəhərdə vəziyyət, təbii iqlim şəraiti, relyef və onun səmtlərə görə vəziyyəti, sosial-iqtisadi və demoqrafik vəziyyət və s.

Mikrorayon funksional-planlaşdırma və kompozisiya həllinə görə yaşayış rayonu və ya bütöv şəhərin ümumi məkan təşkili ideyasının tərkib hissəsi kimi baxılır. Mikrorayonda həmiçinin tikinti təşkilinin bir neçə pilləsi və ya səviyyəsini ayırmaq lazımdır. (şək.103.)






Şək. 103.Yaşayış tikintisi təşkilinin pilləli prinsipi:

а – evlər qrupu; б – yaşayış məhəlləsi; в – mikrorayon


Mikrorayonun planlaşdırma təşkilinin əsas məqsədi yaşayış üçün komfortlu və təhlükəsiz mühitin yaradılmasıdır. Buradan bir neçə məsələ çıxır: obraz ifadəliliyinin formalaşması, tam təmin olunmuş xidmət sistemlərinin yaradılması, piyada və nəqliyyat hərəkətinin təyini, həyət məkanlarının səs-küydən qorunması, ərazinin yaşıllaşdırılması və s. (şək. 104).






Şək. 104. Mikrorayonun planlaşdırılma təşkilinin nəzəri sxemi
Mikrorayonlarda əsas piyada yollarından və binalara yanaşma yollarından ibarət piyada yolları sistemi nəzərdə tutulur. Bu sistem çox qısa məsafələrlə yaşayış qruplarını ictimai nəqliyyat dayanacağı ilə, ictimai mərkəzlərlə, avtomobillər saxlanılan yerlərlə və digər kütləvi cəlb edilmə obyektləri ilə əlaqə yaratmalıdır.

Əsas piyada yollarını küçə və keçidlərdən ayırmağa çalışırlar (şək. 105).



Şək. 105. Mikrorayonda piyada və avtomobil axınlarının ayrılması nümunələri


Nəqıiyyat xidməto sistemi mikrorayonun əsas funksional zonalarının orqanik birləşməsində mühüm rol oynayır və budaqlanmış keçidlər şəbəkəsindən və evlərə, məktəblərə, uşaq bağçalarına, ictimai mərkəzlərə nəqliyyat yanaşmalarından ibarətdir. Mikrorayonda küçə-yol şəbəkəsi elementləri kateqoriyalara bölünür: yaşayış küçələri (qırmızı xəttin xarici konturu üzrə), keçidlər, piyada yolları, gəzinti və velosiped cığırları.

Keçidlər sistemini elə layihələndirirlər ki, tranzit hərəkəti çıxarılsın. Yük hərəkətinin məhdudlaşdırılması məqsədilə qarajlar və mağazalar mikrorayonun kənarında, ümumşəhər küçəsinin yaxınlığında yerləşdirilir.

Daxili keçidlər sistemi dalanlı, halqavari, ilgəkli və qarışıq sxemlərə görə layihələndirilir (şək. 106).

Şək. 106. Mikrorayonda nəqliyyat keçidlərinin təşkilolunma variantları.



Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin