Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması


Şəhərsalmanın memarlıq-planlaşdırma əsasları



Yüklə 8,33 Mb.
səhifə2/51
tarix28.12.2021
ölçüsü8,33 Mb.
#17018
1   2   3   4   5   6   7   8   9   ...   51
Mövzu 1.
Şəhərsalma nəzəriyyəsinin və praktikasının obyekti və predmeti.

Şəhər anlayışı. Yaşayış məntəqələrinin təsnifatı. Urbanizasiya fenomeni ümumdünya – tarixi proses kimi

Təyini: Şəhər – müxtəlif sosial-iqtisadi funksiyaları, qeyri-aqrar fəaliyyət sahələrində məşğul olan yüksək sıxlıqlı əhalisi olan nisbətən iri məskunlaşmış yeridir.

Yaşayış yerlərinin klassifikasiyası:

əhalisinə görə:

- kiçik - 50 min qədər əhali



  • orta – 50-100 min

  • böyük – 100-250 min

  • iri – 250-500

  • çox iri – 500 mindən çox

xalq təsərrüfatı profilinə görə:

  • sənaye

  • kurort

  • nəqliyyat

  • elmi

  • çox profilli

inzibati əhəmiyyətinə görə:

Eləcə də, təbii-iqlim amilinə, yaranma tarixinə inkişaf sürətinə və s. görə də klassifikasiyalar mövcuddur.

Təyini: Urbanizasiya – şəhər həyat tərzinin yayılması ilə müşayət olunan, şəhərlərində əhalinin məkan konsentrasiyası (cəmlənməsi) prosesi

Urbanizasiya müşayət olunur:



  • iqtisadi və elmi potensialın artması ilə;

  • cəmiyyətin professional (ixtisas) strukturunun dəyişməsi ilə;

  • cəmiyyətin tələblərinin artması ilə;

  • böyük məkanlarının mənimsənilməsi ilə;

  • ekoloji problemlərin və b. artması ilə

Şək.4.
Urbanizasiya prosesinin mahiyyəti -- əhalinin yerdəyişməsi və onların məskunlaşma mərkəzlərində cəmlənməsi (şək.4). Urbanizasiya üçün kənd əhalisinin şəhərə axması və kənd ətrafından kiçik yaxın şəhərlərdən böyük şəhərlərə əhalinin artan rəqsi hərəkəti (iş yerlərinə, mədəni-məişət ehtiyatlarına və b. görə) xarakterikdir.

Miqrasiyanın 2 növünü ayırırlar:


  1. rəqsi (gedib-qayıdan) miqrasiya - əhalinin şəhər kənarından şəhərə və geri yerdəyişməsi (iş yerlərinə və təhsilə)

  2. geri dönüşsüz miqrasiya -- əhalinin daha iri yaşayış məntəqələrinə köçməsi. Bu proses müxtəlif ailələr üçün fərqli zaman müddətində ola bilər və bir neçə nəsildə baş verə bilər.

Dar mənada urbanizasiya prosesi – şəhərlərin əhalisinin sayının mexaniki artması, əhalinin bir mərkəzə cəmlənməsidir. Urbanizasiyanın əks prosesi dezurbanizasiyadır (dekonsentrasiya).

Geniş mənada urbanizasiya prosesi – həyat tərzinin dəyişmə prosesi, insanın şəhər həyat tərzinə uyğunlaşdırılmalıdır. Şəhər həyat tərzi anlayışı özündə insan həyatının və cəmiyyət həyatının bir çox tərəflərini birləşdirir və burada prinsipial və əsas olanı məşğuliyyət xarakteridir (şəhərli üçün – qeyri-aqrar fəaliyyət sahələridir).

Aldadıcı urbanizasiya - əhalinin həyat tərzini dəyişdirmədən, bir yerə konsentrasiyası.

Şəhər həyat tərzi şəhərdən kənarda da yayıla bilər. Bu proseslə suburbanizasiya prosesi əlaqəlidir.




Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin