281
vasitəsilə verilən. Genetik yolla keçən davranış qaydaları iki
yerə ayrılır: sosial və şəxsi.
Sosial qaydalar qeyri-formal, həm də formal xarakter da-
şıyır. Sosial qaydalar həm adət - ənənələr, həm də hüquqi qay-
dalar əsasında möhkəmləndirilir. Nəhayət, qeyd edək ki, formal
sosial qaydalar "ictimai" və "xüsusi" hüquqa əsaslanır.
"Xüsusi" hüquq ayrı-ayrı fərdlərin və qeyri-dövlət təşkilatları-
nın davranışını tənzimləyir. Ancaq "ictimai" hüquq normaları
daxilində müəyyən edilən qaydalar
hökumətin və dövlətin
fəaliyyətini məhdudlaşdırır.
İnstitusionalist məktəbin ən mühüm problemlərindən biri
davranış qaydaları və onun təsnifləşdirilməsidir. Bu barədə
məktəbin yekdil fikri yoxdur. Lakin iqtisadçılar
içərisində ən
alternativ fikir Alman alimi Viktor Vanberqə məxsusdur. Onun
davranış qaydaları haqqında tərtib etdiyi sxem elmi baxımdan
nisbətən məqsədəuyğun olduğu üçün həmin sxemi təkrar edirik
(bax: sxem 14.1).
Deməli, belə bir təsnifləşdirmənin müəyyən bir əhəmiy-
yəti vardır. Çünki neoinstitusionalistlər bütün qaydaların müx-
təlifliyinə məhz bu prizmadan baxırdılar.
Hər bir alternativ
seçim əsasında yaradılan sxem heç bir xətadan, çatışmazlıqdan
uzaq deyil, bu sxemdə mövcud strukturlar ifadə olunur, həmin
proseslərin meydana gəlməsi öyrənilmir, onların
təkamülü
nəzərə alınmır. Onun məhdudluğunu, çatışmazlığını nəzərə alır
və dixotomik
21
prinsip üstünlüyünü əsas götürürlər. Dixotomik
üstünlüyün özü məhdud anlayışdır. Dixotomiya müxtəlif tip
qaydaların qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini göstərmir.
21
Alternativ seçim.