194
sən, kəmiyyət baxımından təhlil edilir. Buna uyğun olaraq
Avstriya məktəbinin tərəfdarları siyasi iqtisadın əsas məsələsini
insanın şeylərə, onu əhatə edən təbiətə olan onların tələbatları
ilə istehsal vasitələri arasındakı davranşlarının tədqiq olun-
masında görürdü. İstehsalın marksizm tərəfindən müəyyən
edilmiş həlledici rolunu Avstriya məktəbi tərəfindən inkar edil-
məsinə baxmayaraq, onlar qiymətin istehsal xərcləri ilə olan
əlaqəsini heç də kənara qoymamışlar.
Bu iki iqtisadi forma
arasında olan əlaqəni öyrənmək üçün onlar istehlak sərvətləri
və məhsuldar sərvətlər anlayışlarından istifadə etmişlər.
İstehlak sərvətlərinə onlar istehlak şeylərini, məhsuldar
sərvətlərə isə istehsal üçün zəruri olan hər şeyi aid etmişlər.
Onların fikrincə, məhsulların dəyərliliyi istehsal xərclərinin
dəyərliliyi ilə, istehsal xərclərinin dəyərliliyi isə "son məhsulun
faydalılığı ilə müəyyən edilir." Bu metodoloji mövqedən
Avstriya məktəbi bütün iqtisadi hadisələri tədqiq etmişdir.
Avstriya məktəbi istehsal xərclərini
itirilmiş faydaya
bərabər tutur ki, məhsuldar nemətlər buna alternativ istifadə
zamanı malik ola bilər. Subyektiv dəyərlər və son faydalılıq
nəzəriyyəsi təsərrüfat nemətlərinin dəyərini və son nəticədə
onların qiymətlərini insanların bu nemətlərə olan tələbatların
ödənilməsi dərəcəsindən asılılığını göstərir. Avstriya məktəbi
göstərir ki, tələbatlar ödəndikcə onların gərginlik səviyyəsi də
get-gedə azalır və nəhayət aradan qaldırılır. Belə ki, yeməkdən
sonra insan aclıq hiss etmir, deməli, buradan belə nəticə çıxır
ki, tələbatın bu və ya digər səviyyədə
ödənilməsi iqtisadi
sərvətin əldə olan kəmiyyətindən asılıdır. Nəzərə alsaq ki,
sərvətin faydalılığı onun hər hansı bir tələbatı ödəyə bilməsi
qabiliyyətidir, deməli, sərvətin faydalılığı da kəmiyyət funk-
siyası kimi getdikcə azalmalıdır. Avstriya məktəbinə görə fay-
dalılıq özü də iki amildən asılıdır. Bu, əvvəla, tələbatın
intensivliyindən, yəni tələbat nə qədər çox olarsa, şeyin fay-
dalılığı da bir o qədər yüksəkdir. İkincisi, şeyin məhdudlu-
ğundan, yəni şey nə qədər az təsadüf edilərsə, onun faydalılığı
195
da o qədər yüksək olar. Avstirya
məktəbi bu sonuncu amilin
rolunu daha həlledici sayır. Bununla da Avstriya məktəbi
əmək-dəyər nəzəriyyəsi mövqeyindən dəyər qanununun təh-
lilində boşluğu dolduraraq əmtəələrin bazar qiymətlərinin
formalaşması prosesində istehlakçının rolu haqqında mühüm
məsələni qaldırır. Avstriya məktəbinin faydalılıq həddi nəzə-
riyyəsi qiymət nəzəriyyəsi üçün çıxış nöqtəsi olmuş və ötən
əsrin 20-30-cu illərində yaranan
neoklassik qiymət nəzəriy-
yəsinin əsasını təşkil etmişdir.
Neoklassik məktəb XX əsrin əvvəllərində marjinal inqi-
labdan bəhrələnən iqtisadi fikrin əsas magistral istiqamətlərin-
dən biridir. Son faydalılıq və son məhsuldarlıq konsepsiyaları-
nın yaranması neoklassik məktəbin mükəmməl rəqabət sfera-
sında bazar sahibkarlığı təsərrüfatının nəzəriyyəsinin istiqamət-
lənməsinə zəmin olmuşdur. Xüsusən azad rəqabət və qiymət
yaranma mexanizmlərinin təkmilləşən xətti neoklassikləri şəxsi
və ictimai tarazlıq konsepsiyasını formalaşdırmağa vadar
etmişdir.
Neoklassik nəzəriyyənin baniləri
Dostları ilə paylaş: