Alimlərin yazdığına görə əqrəbin doğumu başqa heyvanların
doğumuna oxşamaz. Əqrəbin balası anasının qarnını deşib bayıra
çıxar. Buna görə onların yuvasından əqrəb qabıqları tapılar.
Bir gün bir hökmdarın yanında həmin məsələ haqqında
danışdım. O dedi:
–Mən də bu sözün doğruluğuna inanıram, şübhəsiz bu cür də
olmalıdır, çünki ancaq kiçiklikdə anası ilə belə rəftar edən,
böyüklükdə belə bir şöhrət tapar və hörmət qazanar.
Şer
Oğluna vəsiyyət edərkən ata,
Dedi gəl unutma bu nəsihəti,
Kim sadiq olmasa öz nəsəbinə,
Nə bir dostu olar, nə də hörməti.
10.
Hekayət
Yoxsul bir dərvişin arvadı hamilə idi, doğum vaxtına az qalırdı,
dərvişin isə ömründə uşağı olmamışdı. Dedi:
–
Əgər allah mənə oqul versə, əynimdəki xirqədən başqa nəyim
varsa hamısını fəqar-füqəraya bağışlayacağam.
Təsadüfən oğlu oldu, əhdini yerinə yetirib var-yoxunu dərvişlərə
payladı.
Şam səfərindən qayıdarkən yolum o kənddən düşdü, kefini
soruşdum, dedilər zindandadır. Səbəbini bilmək istədim. Dedilər: –
Oğlu şərab içibdir, dava edibdir kimin isə qanın töküb qaçıbdır. Onun
əvəzinə atasının boynuna kəndir salıb, ayağına zəncir vurub
aparıblar.
200
Dedim: – Bu bəlanı o özü dua edib, allahdan istəmişdir.
Şer
Ey əqli başında olan kişi bil,
Hamilə qadınlar doğsalar ilan,
Cəmiyyət gözündə daha da xoşdur,
Yaramaz, naxələf övlad doğmaqdan.
11.
Hekayət
Uşaq idim, bir böyükdən hədd-büluğ haqtıada soruşdum.
Dedi: – Kitablarda oxumuşam ki, üç əlaməti var: biri on beş ya-
şına çatmaq, ikincisi – şeytani olmaq, üçüncüsü – buğyeri tərləmək.
Amma haqiqətdə bir nişanı vardır, o da öz nəfsinin xeyrindən çox,
allah rizasına çalışmağıdır. Kimdə bu xüsusiyyət yoxdursa ağıllı
adamlar onu hədd-büluğa çatmış, kəmalə yetişmiş hesab edə
bilməzlər.
Şer
Bir qətrə su ana bətnində qırx gün,
Qaldıqda surətdə adama bənzər.
Qırx yaşlının əqli, ədəbi yoxsa,
Yaraşmaz ki, ona adam deyələr.
Şer
Zənn etmə ki, surətdədir, qamətdədir adamlıq,
Cavanmərdlik, səxavətdir adamlığa əlamət.
Şübhəsiz ki, mahir rəssam al və yaşıl rəngilə
Divarlarda çəkə bilər adama bənzar surət.
Nə fərqi var divardakı bu nəqş ilə insanın,
Əgər onda yoxdursa bir ehsan, hünər, fəzilət.
Hünər deyil bu dünyanı ələ almaq əzizim,
Hünərin var bir ürəyi ələ alıb, qıl rahət.
12.
Hekayət
201
Bir
dəfə həcc zəvvarları arasında dalaşma düşdü, mən də
piyadələr içərsində idim, əməlli başlı vuruşurduq, bir-birimizi
kötəkləyib baş-gözünə vururduq, söyüş söyürdük, ağzımıza gələni
deyir, əlimizə keçəni döyürdük. Eşitdim dəvə üstə kəcavənin bir
gözündə oturan adam o biri gözündə oturana belə deyirdi:
–Qəribə şeydnr, piyada şahmat xanasında gedib başa çatanda
vəzir, yəni əvvəlkindən yaxşı olur, bu həcc piyadələri Məkkəyə
çatanda niyə belə dəli olublar?!.
Şer
Bu sozümü söyləyiniz o zülmkar hacıya,
Ki, zülmlə soyur xalqın dərisini yanmadan,
Özü deyil, hacı onun dəvəsidir belə ki,
O zavallı tikan yeyib, yük daşımış hər zaman.
13.
Hekayət
Bir hindli məşəl atıb-tutmaq öyrənirdi. Bir arif görüb dedi: –
Sənin ki, evin qəmişdir, bu nə məşğələdir, nə işdir?
Beyt
Yerli hesab etmədiyin sözü demə heç zaman,
Elə cavab vermə ki, o, gətirə bilsin ziyan.
14.
Hekayət
Bir
kişinin gözü ağrayırdı, baytarın yanına gedib dedi: «Gözümə
bir dərman ver!» Baytar heyvanların gözünə çəkdiyi dərmandan onun
gözünə çəkdi. Kişi kor oldu. Onlar dalaşıb hakimnn yanına getdilər.
Hakim dedi:
–Baytarın taqsırı yoxdur. O kişi heyvan olmasaydı baytarın
yanına getməzdi. Həmin hekayəni deməkdən məqsədim bunu başa
salmaqdır ki, naşı adama böyük iş tapşıran axırda peşman olar və
ağıllılar yanında axmaq sayılar.
202
Heç zaman iş bilən, ağıllı usta
Bədəslə ən mühüm vəzifə verməz.
Toxucu olsa da həsir toxuyan,
Lakin ipək işi ona verilməz.
15.
Hekayət
Böyük ruhani başçılarından birinin oğlu öldü. Soruşdular: –Qə-
bir daşının üstünə nə yazaq?
Dedi: – Quran ayələrinin izzət və hörməti daha yüksək olduğun-
dan rəva deyil ki, belə yerlərə yazılsın, çünki zaman keçdikcə
pozulub gedər, camaat onu tapdalayıb keçər, ya da üzərində bir it
xarablıq edər. Əgər bir şey yazmaq zəruridirsə, bu Beyt bəsdir:
Şer
Bostanda bitəndə yamyaşıl otlar,
Şadlıqdan ürəyim əsərdi tir-tir.
Gəl ey dost, indi gör bahar çağında,
Necə qəbrim ustə yaşıl ot bitir.
16.
Hekayət
Bir zahid bir dövlətlinin yanından gecərkən, gördu ki, bir qulun
əl-ayağın bərk baqlayıb doyür. Dedi: – Oğlum, allah sənin kimi bir
məxluqu sənin əlində əsir edib, sənə üstünlük vermişdir. Xudavəndi-
aləmə şükür et və onu bu qədər incitmə. Yaxşı deyil ki, sabah
qiyamət günü o, üzü ağ olsun, sən üzü qara.
Şer
Sən çox da qulunu qəzəblə söymə,
Qəlbini incitmə, özünü döymə.
Sən onu almısan on dirəm pula,
Can verməmisən ki, o yazıq qula.
Nə qədər duracaq bu zor, bu rəftar,
Unutma ki, səndən böyük allah var.
Ey Aquş və Arslan
106
atası olan,
203
Sən də öz ağanı çıxarma yaddan.
Hədis: Peyğəmbər səlləllahü əleyhdən eşidiblər, deyib ki, qiya-
mət günü ən böyük dərd odur ki, əməli saleh qul behiştə, onun bəd
əməl aqası isə cəhənnəmə gedə.
Şer
Gücsüzü, tabei çox incitmə sən,
Qəzəbdə, hiddətdə eyləmə ifrat.
Hesab çəkiləndə rüsvayçılıqdır,
Ki, xacə zəncirdə, qul isə azad.
17.
Hekayət
Bir
dəfə Bəlxdən səfərə çıxarkan şamlılarla yoldaş oldum. Yollar
qorxulu idi. Bu zaman döyüşkən, ox atan, silah oynadan bir gənc
pəhləvan da bizə qoşuldu. O elə güclü idi ki, on adam onun
kamanının yayını çəkə bilməz, məşhur pəhləvanlar arxasını yerə vura
bilməzdi. Lakin buna baxmayaraq, o, naz–nemət içərisində böyümüş,
ömründə nə səfərə çıxmış, nə çətinlik görmüş, nə igidlərin gur səsi
qulağında cingildəmiş, nə də süvarilərin qılınc parıltısı gözünü
qamaşdırmışdı.
Beyt
O heç vaxt düşmənə əsir olmamış.
Üstünə yağmamış oxlardan yağış.
Xülasə, biz onunla birlikdə sürətlə gedirdik. O, gücünü
göstərərək qabaqına çıxan köhnə divarı bir yumruqla yıxır, qocaman
ağacı kökündən çıxarıb qürurla deyirdi:
Beyt
Fil hanı ta görsün pəhləvan nədir,
Şir hanı ta görsün qəhrəman nədir?!
Qəflətən bir daşın arxasından iki hindli çıxıb bizi öldürmək
204
istədi. Onlardan birinin əlində çomaq, o birininkində oxmaq var idi.
Gəncə dedim:
–
Nəyi gözləyirsən?
Beyt
Zorunu, gücünü göstər bunlara!
Düşmən öz xoşuyla gəlmiş məzara!
Gördüm kaman oğlanın əlindən sürüşdü, qorxudan canına
titrətmə düşdü.
205
Beyt
Sivri ox ilə tükü yara bilən hər bir kəs
Vuruşda pəhləvanla üz-üzə dura bilməz.
Başqa çarə tapmadıq, silah və paltarımızı verib canımızı xilas
etdik.
Şer
Göndər çətin işlərə iş bilən bir insanı,
Ki, kəməndə salsın o, qəzəblənmiş aslnı,
Cavan əgər fil kimi gücə malik olsa da.
Düşmən hücum edəndə qorxuya düşər canı,
Mahir döyüşçü bilər döyüş nədir, vuruş nə
Necə ki, alim bilər şəriəti, Quranı.
18.
Hekayət
Gördüm
bir
dövlətli oğlu atasının qəbri üstə oturmuş, bir kasıb
uşağı ilə mübahsəyə qızışmış və deyir:
–Mənim atamın qəbri ağırdır, üstü yazılıdır, ətrafı bəzəklidir,
daşı mərmərdəndir, torpaqı ənbərdəndir, kənarına mina səpiblər,
qırağına kaşı döşəyiblər, sənin atanın goru nəyə oxşayır, üstünə iki
qarış torpaq töküblər, vəssəlam.
Kasıb uşağı dedi:
–Sənin atan bu aqır daşların altındaq tərpənənə qədər mənim
dədəm behiştdə olar.
Beyt
Ulağa yükü az çatsalar əgər,
Şübhəsiz yolunu asudə gedər.
Şer
Ömründə çox əzab görən, aclıq çəkən bir kasıb,
Yəqinimdir ölümündən düşməyəcək dəhşətə.
206
Lakin dövlət, naz-nemətə öyrənmiş hər bəxtəvər,
Ölüm vaxtı, şübhəsiz ki, gələcəkdir vəhşətə.
Məlumdur ki, dar məhbəsdən azad olan bir əsir
Həbsə gedən bir əmirdən çox layiqdir hörmətə.
19.
Hekayət
Böyüklərdən birindən soruşdular: – Nə üçün hədisdə deyilmişdir
ki, sənin ən birinci düşmənin iki böyrün arasında yerləşmiş nəfsindir?
Dedi: – Ona görə ki, hər hansı düşmənə yaxşılıq etsən dost olar,
nəfsə güzəştə getsən düşmənçiliyi artar.
Şer
İnsan az yeməklə mələyə dönər,
Heyvantək yesə o fərqlənməz daşdan.
Kimi razı salsan qul olar sənə,
Nəfsi razı salsan əsir olarsan.
VARLILIQ VƏ YOXSULLUQ HAQQINDASƏDİNİN MÜDDƏİ
İLƏ MÜBAHİSƏSİ.
Zahirdə dərvişə oxşayan, lakin batində dərviş olmayan bir
adamın bir məclisdə oturub nalayiq–nalayiq danışdığını, şikayət
dəftərini açıb varlıları məzəmmət etdiyini gördüm, sözü o yerə
çatdıriışdı ki, deyirdi: yoxsulların qüdrət əli bağlanmış, varlıların isə
səxavət ayaqları sınmışdır.
Beyt
Kərəmi olanın dirəmi yoxdur,
Dirəmi olanın kərəmi yoxdur.
Böyüklərin neməti ilə böyüdüyüm üçün bu söz mənə ağır gəldi.
Dedim: – Dostum, varlılar yoxsulların xəzinəsi, zahidlərin dəfi-
nəsi, zəvvarların pənahgahı, səyyahların və qonaqlarıi mehmannava-
zıdırlar.
207
Onlar
başqalarının rahatlığı üçün ağır yükə qatlaşar, xidmətçiləri
və qulluqçuları yeyib doyduqdan sonra özləri təama əl atarlar, artıq
qalanlarını dul qadınlara, qohum–qardaşa, qonum–qonşuya paylarlar.
Şer
Dövlətlidə hər şey vardır, vəqf, nəzir, qonaqlıq,
Zəkat, fitrə, iltifat, qurbanlıq bir də ehsan.
Yazıq sənin nəyin var, tay olasan onlara,
İki rükət namazın, onu da ağ qılırsan.
Səxavət və ibadətə gəldikdə isə, o da dövlətlilər üçün tez
müyəssər olar, çünki xüms–zəkat vermək üçün var–dövlət onlarda,
razü–niyaz etmək üçün təmiz paltar və boş vaxt onlardadır. Agıllı
adamlar bilirlər ki, ziyarətin gücü ləziz yeməklərdə, ibadətin duzu
təmiz geyməklərdədir. Boş mədədə nə qüvvət, boş əldə nə mürüvvət,
yalın ayaqda nə seyr, ac qarında nə xeyir ola bilər?!
Şer
Gecəni narahat yatar o kəs ki,
Sabahın xərcindən çəkir xəcalət.
Qarınca yay vaxtı çalışıb yığar,
Ki qışda yaşasın asudə, rahat.
Aydındır ki, aclıq ilə rahatlıq, oxsulluq ilə şadlıq bir yerə sığa
bilməz. Biri axşam yeməyi yeyib şam namazı qılır, biri:, «allah mənə
axşam yeməyi yetir» – deyə üzüquylu yıxılır. Bunları necə bir–birinə
bənzətmək olar?!
Beyt
Dövlətli edirkən haqta ibadət,
Acın qəlbi çəkir çörəyə həsrət.
Əlbəttə ki, varlıların ibadəti tez qəbul edilər, çünki onların hər
şeyi hazır, qəlbi rahat, ürəkləri asudədir; nə fikirləri dağınıq, nə
xəyalları pərakəndədir. Varlıların məişəti xoş keçdiyindən onlar
208
ibadəti də təmənnasız edirlər. Ərəb deyər: – «Allah, məni ağır
yoxsulluqdan, mərdümazar qonşuluqdan özün saxla!». Hədisdə
deyilib ki, «Yoxsulluq hər iki dünyada üzü qaralıqdır».
Dedi:
–Eşitməmisənmi peyğəmbər
əleyhissəlam buyurubdur:
«Yoxsulluq mənim fəxrimdir». Dedim: – Sus, peyğəmbər əleyhissə-
lamin işarəsi o adamlara aiddir ki, onlar qənaətə qane olub, özlərini
qəza oxuna qurban verirlər, bunların haqqında deyilmişdir ki, dərviş
paltarı keyib, sədəqə ilə alver edirlər.
Şer
İçi boş təbil tək ey hay–küy salan,
Əlində nəyin var çıxarkən yola
Kişisən xalqdan tamahını kəs,
Təsbihi çevirmə boş sağa–sola.
Mərifətsiz dərviş o qədər deyinər ki, axırda küfr deməyə başlar.
Odur deyiblər ki, «Yoxsulluq aparıb axırda dinsizliyə çıxarar». Lütü
yoxdan geyindirmək mümkün olmaz, biz hara, dövlətlilər hara, verən
əl ilə diləyən əlin nə müqayisəsi?! Görmürsənmi xudavəndi-aləm
Quranda behişt əhlinin nemətlərindən danışarkən deyir ki, «Onların
ruzusu hazırdır». Onu da bilməlisən ki, dolanacaq hayında olan əxlaq
qayğısına qala bilməz, onun rahatlığı ruzi üzüyünün arxasında olar.
Beyt
Hər susuz yatarkən yuxuda bişək,
Bütün kainatı çeşmə görəcək.
Mən bu sözləri deyirdim ki, dərvişin səbr kasası daşdı, özünü
saxlaya bilməyib iti dilini işə saldı, qılınc çəkdi, qalxan qaldırdı,
fəsahət atını səfahət meydanııda çapdırıb mənim üsqümə hücuma
keçdi və dedi:
–Sən varlıları o qədər təriflədin, onlar haqqında o qədər cəfən-
giyat danışdın, güman etmək olar ki, onlar hər bir dərdin dərmanı, ya
da nemət karıdırlar. Halbuki onlar lovğa, xudpəsənd, dövlətmənd,
xalqdan qaçan, mal–nemət düşgünü, rütbə–sərvət vurğunu olan bir
209
ovuc adamlardır ki, onlar aqızlarını xeyrə açmaz, xoş nəzərlə heç
kəsə baxmazlar. Onlar yoxsulları başıboş axmaq hesab edirlər, alim-
ləri gözüac, gəda təbiətli qələmə verirlər. Dövlətlərinin zahiri
şöhrətinə, rütbələrinin xəyalı hörmətinə arxalanaraq hamıdan
yuxarıda oturar, özlərini hamıdan yuxarı tutarlar. Başqalarına baş
əyib birinci salam verməyi özlərinə ar bilərlər. Onlar bilmirlər ki,
ağıllı adamlar deyiblər: «Kimin səxavəti az, sərvəti çoxdursa, o
zahirdə varlı, əslində isə yoxsuldur»
Beyt
Bir hünərsiz dövlətilə rişxənd etsə alimə
Onu eşşək quşqunundan daha alçaq zənn elə.
Dedim: – Bunları çox da məzəmmət etmə, kərəm sahibidirlər.
Dedi: – Səhv edirsən, dirəm aşiqidirlər. Nə olsun ki, yağmurlu
buluddurlar, yağmırlar; nurlu günəş mənbəyidirlər, işıq saçmırlar;
nemət atına miniblər, lakin çapmırlar; allah xeyrinə bir qədəm atmaz,
başa qaxmadan, üzə vurmadan bir dirəm verməzlər. Əzab–əziyyətlə
mal toplayar, acgözlüklə qoruyub saxlar, sonra isə həsrətlə qoyub
gedərlər.
Hüşyar adamlar deyiblər: «Xəsisin malı o vaxt torpaqdan çıxar
ki, özü torpağa gedər».
Beyt
Birisi zəhmətlə toplayar nemət
Başqası xərcləyər çəkmədən zəhmət.
Dedim: – Sən ona görə nemət sahiblərini xəsis adlandırırsan ki,
özün gözüacsan, yoxsa gözütox adamlara xəsis ilə səxavətli eyni
görünər. Qızılı məhək daşı tanıyar, xəsisi dilənçi. Cavab verdi: – Mən
bunu təcrübədən bilirəm, onlar qapılarında elə kobud, qaba,
tərbiyəsiz, güclü, mərhəmətsiz adamlar saxlayırlar ki, onlar qapıya
yanaşan düz adamların döşündən vurub geri qaytarsınlar, mehtərəm
adamlara hörmətsizlik edib yola salsınlar, fəqir-füqəranı döyüb bayı-
ra atsınlar və desinlər: – «Rədd olun, evdə adam yoxdur». Hər halda
belə deməkdə səhv etmirlər.
210
Beyt
Bir evdə ki yoxdur ağıl, himmət, tədbir, xoş rəftar,
«Bu evdə bir adam yoxdur» desən əgər yeri var.
Dedim: – Çünki borc istəyənlərin əlindən cana gəliblər, dilənçi-
lərin dilindən fəğana. Adamın ağlına batmır ki, səhraların qumu dürr
olsa da, gədaların gözü doysun.
Beyt
Tamahkarın gözü dünyada doymaz,
Necə ki, şəbnəmlə bir quyu dolmaz.
Harada
çətinlik çəkmiş, acılıq dadmış adama rast gəlirsən, görür-
sən ki, özünü oda, suya vurur, təhlükəli işlərə əl atır, nəticəsindən
qorxmur, halala, harama fərq qoymur.
Şer
Bir itin başına dəysə bir kəsək?
Sevinib kəsəyi sümük zənn edər.
İki şəxs çiynində meyit aparsa,
Tüfeyli pay bilib ardınca gedər.
Varlılara gəldikdə isə allahın mərhəmət nəzəri onların üzərindən
əskik olmaz, halalı harama qarışdırmağa qoymaz. Fərz edək ki, mən
bunları sənə söyləməmiş, fikirlərimi sübut üçün dəlil gətirməmişəm.
Lakin xahiş edirəm düzünü deyəsən, heç görübsənmi yoxsulluqdan
səvay özgə bir səbəbə görə bir adamın qolu dalına bağlansın, bir
köməksiz, yazıq həbsə alınsın, bir məsum qazın ismət pərdəsi
yırtılsın, ya birinin əli biləyindən vurulsun??!! Çox zaman şir ürəkli
mərd adamlar ehtiyac üzündən lağımlarda ələ keçir, ayaqları
sındırılıb aşıq sümükləri ipə keçirilir.
Aydın məsələdir ki, bir yoxsulun ehtirası coşsa, şəhvətini
söndürmək istəsə və evlənmək imkanı olmasa, mütləq zinaya yol
verəcək, cinayət edəcəkdir, çünki nəfs və həvəs ayrılmaz yoldaşdır,
211
yəni bir qarında bəslənmiş ekiz qardaşdır. Nə qədər bu oyaqdır, o biri
də ayaq üstə duracaqdır.
Nağıl edirlər ki, bir dərvişi bir cavanla pis iş üstdə tutdular,
rüsvayçılıq bir yana dursun,– daşqalaq qorxusu vardı, yalvarıb deyir-
di: –Ay müsəlmanlar, rəhm edin, varım yoxdur evlənəm, taqətim
yoxdur səbr edəm. Çarəm nədir, islam dinində də ki, rahiblik
107
qadağandır.
Dövlətlilərin ürəklərinin sakit və könüllərinin rahat olmasının bir
səbəbi də odur ki, hər gecə bir sənəmi qoynuna salır, hər gün bir
gözəli bağrına basır. Deməli:
M i s r a
Hər səhər yenidən bəyliyə başlar.
Səhər şəfəqi onun xoşbəxtliyindən vəcdə gəlib qızarır, sərv ağacı
xəcalətindən aşağı baxmağa utanır.
Beyt
Batırıb əlini dostun qanına,
Fındıqça qoymuşdur dırnaqlarına.
Belə gözəllər ola–ola varlıların günaha batmaları, ya başqa çirk-
in işə əl atmaları inandırıcı deyildir.
Beyt
Bir gönül ki, əsir etmiş behişt hurilərini
Qəlbi qarət olmuşlara əhəmiyyət verərmi?
Beyt
Əlində xurması olan, bir nəfər.
Bir də daş atarmı ağaca məgər?
Əliboşların çoxu natəmiz adlarını günah çirkabına bulayar. Aclar
isə çörək oğurlamağa belə məcbur olarlar.
212
Beyt
Yırtıcı it ət tapanda artar şövqi, həvəsi,
Sormaz Dəccal eşşəyidir bu, ya Saleh dəvəsi
108
.
Çox görünüb ki, ən namuslu adamlar kasıblıq üzündən pis işlərə
qoşulmuş, xalq içində yaxşı adını itirərək bədnam olmuşlar.
Beyt
Pəhrizə olarmı acın imkanı?
Yoxsulun deyərlər, olmaz imanı.
Hatəmi–Tai səhrada yaşardı. Şəhərdə olsaydı dilənçilərin əlindən
aciz qalardı, əynindəki paltarı tikə–tikə olardı.
Cavab verdi: – Yox, mən varlıların halına acıyıram. Dedim: –
Yox, varlarına həsrət çəkirsən.
Biz
hələ uzun müddət belə sərt danışdıq, hücum edən hər
piyadəsini dəf etməyə çalışdım, harda «şah» dedi isə, «vəzirlə»
qarşısını aldım. Nəhayət mərifət xəzinəsində nə qədər sözü vardısa,
hamısını dedm, höçət heybəsində nə qədər oxu vardısa, hamısını atdı.
Şer
Fəsahət əhlinin içindən rədd et,
O kəs ki, şişirdir özünü hər an
Din əhli, mərifət sənət sahibi,
Ona öz yerini verməli nişan.
Axırda dəlili qalmadı zəlil etdim. Əlin işə saldı, söyüş söyməyə
başladı. Adətən cahil adamların peşəsi belədir, müxalifinə söz ilə
bata bilməyəndə, düşmənçiliyə əl atırlar. Büttəraş Azər də belə
etmişdi, sözdə oğluna üstün gələ bilmədiyi üçün davaya başlamış və
demişdi: «sözünü geri götürməsən, səni daşla vuracağam».
Məni söydü, ondan da ağırını dedim, yaxamdan yapışdı, çənəsin-
dən tutdum.
Şer
213
Mən onu qovuram, o qovur məni,
Xalq bizə rişxəndlə gülür arxadan.
Bizim sözümüzü eşidənlərin,
Barmağı ağzında qalmışdır heyran.
Müxtəsər, mürafiə üçün qazının yanına getdik, ədalətlə nə
deyərsə razılaşacağımızı qət etdik. Dedik: qoy müsəlman hakimi bu
məsələni həll etsin, varlılarla yoxsullar arasındakı fərqi şərh etsin.
Qazı diqqətlə üzümüzə baxdı, ciddiyyətlə sözümüzə qulaq asdı.
Sonra dərin fikrə getdi. Bir azdan sonra başını qaldırıb dedi:
–Ey
varlıları tərifləyib, yoxqulları təhqir edən şəxs, bilməlisən
ki, gül tikansız, xəzinə ilansız ola bilməz, harda şərab var, orda məst
də olacaqdır, harda sədəf var, orda nəhəng də olacaqdır. Dünyanın şi-
rin ləzzəti dalında ölümün acı şərbəti durmuşdur, behişt nemətləri
qarşısında Məkkarə səddləri qurulmuşdur.
Beyt
Dostu sevən dözməlidir sitəm etsə də əğyar,
Xəznə-ilan, gül və tikan, fərəh-fəğan bir olar.
Görmürsənmi bağda həm salxım söyüd olur, həm də quru çubuq.
Eləcə də varlılar içərisində şükür edənlər olduqu kimi, küfr edənlər
də vardır. Yoxsullar içərisində səbr edənlər olduğu kimi, diltəng
olanlar da vardır.
Beyt
Hər bir şeh damlası dürr olsa əgər,
Bazarı qığ kimi doldurar gövhər.
Allaha o varlılar yaxındır ki, dərviş təbiət olsunlar, o yoxsullar
yaxındır ki, varlı xislət olsunlar.
Varlıların ən böyüyü odur ki, yoxsulların halına qalsın,
yoxsulların da ən yaxşısı odur ki, varlıların qapısını az açsın. «Allaha
təvəkkül» ilə yaşayanların ruzisi çatacaqdır.
Sonra
qazı məzəmmət nəzərlərini müddəiyə tərəf çevirib dedi:
214
–Ey
deyən ki, «Varlıların başı qarışıqdır, işləri səhv, peşələri
əyyaşlıqdır». Doğru deyirsən, belələri vardır, onların ağlı kəm,
mürüvvəti azdır, əllərinə keçən nemətin qədrini bilməzlər, oğurlayar,
gizlədər, özləri yeməz, başqalarına da verməzlər. Fərz edək ki, birdən
quraqlıq olsa, ya Nuhun tufanı
109
qopsa, onlar öz varlarına arxayın
olub yoxsulların halına qalmazlar və allahdan qorxmayıb deyərlər:
Beyt
Başqası yoxluqdan olsa da həlak,
Biz ördək kimiyik tufandan nə bak
*
?!
Beyt
Dəvə üstə kəcavədə asudəcə oturan,
Bir arvadın nə vecinə quma batmış bir insan.
Beyt
Alçaqlar canını xilas edən dəm,
Deyərlər bizə nə batsa da aləm.
Bəli, bu dediyim kimiləri vardır. Lakin ehsan verən, dua oxuyan, həm
bu dünya, həm axirət hayına qalanları da yox deyildir. Məsələn,
dünya üzünün adil şahı, qələbələr və zəfərlər hakimi, islam dininin
hamisi, Süleyman mülkünün varisi, zəmanə şahlarının ən ədalətlisi
Müzəfərəddin Atabəy Əbubəkr ibn Səd ibn Zənginin (allah onun
ömrünü uzun, bayraqlarını zəfərli etsin) bəndələri bu qəbildəndir.
Şer
Bir ata oğluna onu etmədi,
Ki, sən səxavətlə etdin insana,
Allah əvəzində səni qaldırdı,
Hökmüran eylədi bütün cahana.
Qazı sözü bu dərəcəyə çatdırdıqda, bizdən daha artıq mübaliğə
*
Бак – горху
215
atını fəsahət meydanında çapdırdıqda yürütdüyü mühakimə, çıxardığı
hökmlə razılaşmalı olduq. Aramızda olub–keçənləri unutduq. Bir–
birimizə baş əyib salam verdik, dalaşmağı barışmaqla əvəz etdik.
Qucaqlaşıb öpüşdük, fitnə yatdı, düşmənçilik aradan qalxdı, sülh
yarandı, söhbətimiz bu sözlə tamamlandı:
Şer
Ey kasıb, dövrandan etmə şikayət,
Əgər bədbəxt olub, bədbəxt ölsən də.
Ey varlı xoşbəxtsən, həm ye, həm bəxş et,
Bu dünya səndədir, o dünya səndə.
|