Seçilmiş əsərləri


E l ç i n  3 noyabr 2000.   Zuğulba



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə3/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   2   3   4   5   6   7   8   9   ...   147
E l ç i n 

3 noyabr 2000. 

 Zuğulba.  

 

 



 

 


 

9

SARI PENCƏK 



 

Belə günlərdə... 

Evimiz gəmiyə oxşayır, 

otağım kayuta. 

   

Fikrət Sadıq 

 

Əlbəttə, bu qəribə, hətta son dərəcə qəribə hadisə barədə yazmamaq da olardı – 



o qədər qeyri-inandırıcı bir əhvalatdır, fəqət, belə bir qəribəlik özü əlamətdar 

deyilmi? Bəzən bizə elə gəlir ki, günlərimiz həddən artıq adi keçir, günlərimiz bir-

birinin eynidir, dünən ilə bu gün arasında fərq yoxdur; əslində isə, elə bu gümanın 

özüdür günlərimizi eyniləşdirən: belə bir gümanı dağıtmaq  əvəzinə, bəzən heç 

özümüz də bilmədən bir çox qəribə hadisələrin, vəziyyətlərin üstündən ötüb keçirik; 

bu əlamətdarlığı hiss etdikdə isə, hər şey bizə qeyri-inandırıcı görünür. 

Əgər yadınızdadırsa, 1968-ci il aprel ayının 6-da Bakıda axşamçağı bərk yağış 

başladı, hərçənd günorta hava çox mülayim, yaz ətirli idi. Həmin günü daha yaxşı 

yadınıza salmaqdan ötrü, xatırladım ki, yağışdan bir az qabaq futbol üzrə otuzuncu 

ölkə birinciliyinin ikinci turu sona yetmişdi və «Neftçi», qəzetlərin yazdığı kimi, 

gözəl oyun göstərərək Odessanın «Çernomorets» komandasının qapısından dörd 

cavabsız top keçirtmişdi.  

Iyirmi səkkiz yaşlı cavan bəstəkar S.Qayıblı, təəssüf ki, futbol azarkeşi deyildi; 

təəssüf ona görə ki, həmin gün futbol azarkeşləri arasındakı ruh yüksəkliyi, böyük 

ümidlər bu saat onun üçün naməlum bir şey idi və vaxtsız yağış onu daha artıq 

bədbinləşdirmişdi. 

Cavan bəstəkar S.Qayıblı həmin gün səhər yuxudan duranda ağlına gətirməzdi 

ki, axşam və xüsusən gecə belə bir dilxorçuluq içində olacaq, hərçənd ağlına 

gətirsəydi də, bu onun üçün elə bir sürpriz olmazdı. Görünür, özünü tək və  tənha 

sanan adamların həyatında iqlim dəyişikliyi daha artıq rol oynayır, nəinki ailəlilərin, 

oğul-uşaqlıların həyatında.  

S. Qayıblının V. və B. küçələrinin kəsişdiyi tində yerləşən doqquzmərtəbəli təzə 

binadakı otağında pianino yox idi və o, hər dəfə  işləmək üçün «P. M. klubu»nun 

arakəsməsində qoyulmuş pianinonun arxasında oturmalı olurdu. 

«P. M. klubu» X. küçəsində yerləşirdi və S. Qayıblının on altı kvadratmetrlik 

otağı ilə X. küçəsi arasındakı  məsafə  bəzən yerlə ay arasındakı  qədər, bəlkə artıq 

olurdu, bəzən də bir göz qırpımlıq – bu baxırdı S. Qayıblının işləmək həvəsinə; 

işləmək həvəsi isə, məlum məsələdir ki, öz növbəsində bir sıra amillərdən asılıdır – 

biz onları sadalamayacağıq – hərçənd deyirlər ki, işləyən heç nəyə baxmaz, Qorki ay 

işığında oxuyub, Pavlov öləndə keçirtdiyi hissləri diktə edib. 

S. Qayıblı «P. M. klubu»nda rəsmi işdə idi: özfəaliyyət kollektivinin bədii 

rəhbəri. Həftənin tək günləri rəsmi işdə olurdu, həftənin tək günləri dilxorçuluq 

basırdı onu, çünki klub müdirinin bir müavini var idi, ona göz verirdi, işıq vermirdi, 

deyirdi ki, canım, o nədir elə yazmısan, hərdən radio ilə verirlər, dram-ba-ba-bam, 

dram-ba-ba-bam, hanı bəs bizim kamançamızın göz yaşları, hanı bizim tarımızın ah-

naləsi, hanı bizim nağaranın gurultusu, hanı bizim klarnetin sümük oynatması? 

Sonra da məlum olurdu ki, müdir müavini dəyişik salıb, başqasının  əsərinə qulaq 

asıb. 



 

10

S. Qayıblı yaradıcılıq ilə  məşğul olmaq istəyəndə kluba iş qurtarandan sonra, 



axşamçağı gedirdi ki, nə cəfakeş müavin orda olsun, nə də bir başqa adam. Gözətçi 

onu tanıyırdı və dərhal içəri buraxırdı. Bu gözətçi siqaret çəkən idi, amma ömründə 

cibində siqaret olmazdı, hər dəfə S. Qayıblı ilə salamlaşandan sonra bir siqaret 

istəyirdi, ayrılanda da xudahafizləşib bir siqaret istəyirdi – adətkərdə idi. 

Həmin gün S. Qayıblı işləməyə gedəndə, nədənsə, birdən-birə ağlına gəldi ki, bu 

gözətçinin həmişə siqareti olur, amma ondan aldığı siqareti qənimət bilir və yaxud 

bu da, bir növ, rüşvət kimi bir zaddır.  

O, salamlaşıb içəri girəndə gözətçi adəti üzrə siqaret istədi, S. Qayıblı da cavab 

verdi ki, siqareti yoxdur. Gözətçi, elə bil, qulaqlarına inanmadı, gülümsünüb təzədən 

dedi ki, siqaret istəyirəm. S. Qayıblı yenə də cavab verdi ki, siqareti yoxdur, sonra 

cibindən bir «Avrora» çıxarıb qoydu damağına və pillələri yuxarı qalxdı; özü də öz 

tərsliyinə təəccüb etdi.  

O, pianinonun arxasında oturdu, amma qapağını qaldırmadı. Gözlərini tavana 

zillədi və siqareti axıra qədər çəkdi. Könlündən keçdi ki, bu saat, bax, beləcə 

təyyarədə oturaydı, uçaydı, buludların altından keçəydi, üstündən keçəydi, sonra 

da... 


Əlbəttə, indi o özünü məcbur edib pianinonu danqıldada bilərdi, fəqət heç vaxt 

işləmək üçün özünü məcbur etməzdi, sadəcə ona görə ki, bundan bir şey çıxmazdı. 

Cavan bəstəkar S.Qayıblı yenə bir siqaret yandırdı, arakəsməni o baş-bu başa 

addımladı: qəribə idi, o başa iyirmi üç addım oldu, bu başa otuz bir addım, halbuki, 

eyni addımlar idi. 

Ümumiyyətlə, həmin gün onun işləri elə əvvəldən qəribəliklərlə dolu idi. 

Səhər yerindən qalxan kimi, heç əl-üzünü yumamış  aşağı düşdü, binalarından 

bir tin aralıdakı  qəzet köşkünə gedib, dünəndən sifariş etdiyi «Bakinski raboçi» 

qəzetini aldı, tələsik otağına qalxıb yazı masasının siyirtməsində saxladığı on üç 

ədəd lotereya biletini çıxartdı  və  əlinə bir doldurma qələm alıb rəqəm-rəqəm 

yoxlamağa başladı. 

Özü xüsusi olaraq lotereya biletlərini nəhs  ədəd almışdı – prinsipial olaraq 

xurafata düşmən idi, hərçənd bunun özü də elə bir növ xurafat idi. 

Adəti üzrə bu dəfə də heç nə udmadı və on üç ədəd lotereya biletinin on üçünü 

də ortadan cırıb mətbəxdəki zibil yeşiyinə atdı. Lap dəqiq yadındadır ki, lotereya 

biletlərini cırıb mətbəxdəki zibil yeşiyinə atdı. Sonra çay-çörək yeyib şəhərə düşdü. 

Günorta nəşriyyata – üç miniatür fortepiano pyesindən ibarət ilk palazqulağı 

kitabçasını buraxırdılar – dəyib sonra təzə univermağın yanından üzüaşağı enəndə 

yadına düşdü ki, aerozol almalıdır, evdə, deyəsən, taxtabiti baş qaldırır, əlini atıb döş 

cibindən portmanatını çıxartdı ki, görsün bu gün aerozol ala biləcək, ya yox. 

On üç ədəd təptəzə lotereya bileti... portmanatın içində idi. 

O, lotereya biletlərini portmanatın içindən çıxartdı: elə şax idilər ki, elə bil heç 

alınandan  əl toxunmayıb.  Ələddinin çırağını xatırladı. Tələbə vaxtı yarızarafat, 

yarıciddi ay arzulamışdı ha Ələddinin çırağını. 

S.Qayıblı  təzə univermağın yanındakı 3538 nömrəli mərkəzi  əmanət kassasına 

girdi və qabaqlar konservatoriya ilə üzbəüz binanın divarından asılan bir reklam 

yadına düşdü: 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin