Şarl de Qoll


"Bütün fransızlara", çağırış vərəqəsi,1940



Yüklə 166,58 Kb.
səhifə5/16
tarix27.04.2022
ölçüsü166,58 Kb.
#56516
1   2   3   4   5   6   7   8   9   ...   16
sarl de qoll


"Bütün fransızlara", çağırış vərəqəsi,1940



Elə həmin bu zaman parçası de Qollun tərcümeyi-halında dönüş rolunu oynayır. "Ümidlər memuarları"nda o yazır: "18 iyun 1940-cı ildə vətənin çağırışına səs verərək, öz ruhunu və namusunu qorumağa heç bir başqa imkanı qalmayan de Qoll tək heç kimə tanış olmayan bütün Fransanın taleyini öz üzərinə götürməli idi". Həmin gün BBC onun xalqa müqavimət göstərmək üçün çağırışı radioda yayımlayır. Tezliklə generalın "Bütün fransızlara" müraciəti vərəqlər şəklində ölkədə yayılmağa başlayır:

"Fransa döyüşü uduzdu, amma o müharibəni uduzmayıb! Heç nə itirilməyib, çünki bu müharibə dünya müharibəsidir. O gün gələcək, Fransa azad olacaq... Bax buna görə mən bütün Fransızlara müraciət edərək mənim ətrafımda mübarizə, özünüqurban və ümid naminə birləşməyə çağırıram".

General Peten hökumətini satqınçılıqda ittiham edərək, "bütün məsuliyyəti ilə Fransanın adından çıxış etdiyini vurğulayır. Beləliklə, de Qoll "Azad (sonralar- döyüşən) Fransa" təşkilatının başında duraraq işğalçılara və Vişi rejiminə qarşı mübarizə aparmağa çağırır.

De qolun əsas məqsədi Afrika, Hind-Çin və Okeaniyada olan Fransa koloniyalarını fransız patriotları tərəfinə çəkməkdən ibarət idi. De qoll Dakarı zəbt etmək cəhdi boşa çıxdıqdan sonra o Konqoda İmperiya müdafiə şurası yaradır. Bu andan başlayaraq de Qoll öz fəaliyyətinin milli və tarixi köklərini müəyyənləşdirir.

"Azad Fransa"nın əsas qələbəsi 22 iyun 1941-ci ildən sonraya təsadüf edir. 1941-42-ci illərdə işğal olunmuş Fransa ərazilərində partizan döyüşləri güclənir. 1941-ci ildə almanların əsir düşənləri güllələməsindən sonra de Qoll bütün fransızları mübarizəyə qalxmağa və işğalçılara tabe olmamağa səsləyir.

Bu ərəfədə onun fəaliyyəti Qərbdə elə də müsbət qarşılanmırdı. Belə adlanan "azad fransızlar" Müharibənin gedişinə mane olmaqda ittiham olunurdular. 7 noyabr 1942-ci ildə Amerika əsgərləri Əlcəzair və Morokkoya çıxaraq orada Vişi hökumətini dəstəkləyən yerli fransız rəisləri ilə danışıqlar aparırlar. Bu anda de Qoll Amerika və İngilis rəhbərliyini inandırmağa çalışır ki, bu hərəkət vişistlərlə birgə işləmək Fransa tərəfkeşlərinin ruh düşkünlüyünü yaradacaq. De Qoll ilə mütəfiqlər arasında olan bu anlaşılmazlığa görə də Şimali Afrikada onların birgə döyüş aparmaları baş tutmur.

4 iyun 1944-cü ildə de Qoll Çerçil tərəfindən Londona çağrılır. İngilis baş naziri Normandiyaya ordu çıxşı haqqında olan planlarını de Qolla bildirir. Həm də ona bildirilir ki, onun köməynə ehtiyac yoxdur. General Eyzenhauer tərəfindən fransız xalqına yazılmış müraciətdə hamının yeni hökumət seçilənədək Mütəffiqlərin odrusuna tabe olmağa çağırırdı. De Qollun kəskin etirazından sonra ona radioda fransız xalqı qarşısında çıxış etməyə imkan verirlər. Öz çıxışında o "Döyüşən Fransa" hökümətinin legitimliyi haqqında danışaraq Amerka komandanlığına tabe olmamağa çağırır.

Fransanın azad edilməsi . 6 iyun 1944-cü ildə mütəffiq ordusu Normandiyaya uğurla daxil olurlar və bununla Avropada ikinci döyüş cəbhəsi açılmış olur. De Qoll azad olunmuş Fransız torpağında qısa müddət olduqdan sonra Vaşinqtona səfər edir. Səfərin məqsədi Frasaya öz müstəqilliyini qaytarmaq idi. İşğalçılara qarşı mübarizə aparan polkovnik Rol-Tanqinin komandalığı altında Parisə yol açıldıqdan sonra 25 iyun 1945-ci ildə de Qoll azad olunmuş şəhərə gəlir.


Yüklə 166,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin