Şarl de Qoll



Yüklə 166,58 Kb.
səhifə3/16
tarix27.04.2022
ölçüsü166,58 Kb.
#56516
1   2   3   4   5   6   7   8   9   ...   16
sarl de qoll

De Qoll qaçmağa cəhd edir. Onunla birlikdə gələcək marşal Tuxaçevski də türmədə yatır. Onların arasında hərbi nəzəriyyə haqqında ümumi fikir yaranır. Həbsxanada de Qoll alman ədəbiyyatı oxuyur Almaniya haqqında daha çox məlumat toplayır. Bu ona sonrakı illərdə orduya rəhbərlik etməkdə kömək edir. O vaxtları o ilk kitabını yazır: "Düşmən ordusunda parçalanma" (1916).

De Qoll birinci dünya müharibəsi başa çatdıqdan sonra 11 noyabr 1918-ci ildə azadlığa çıxır. 1919-21-ci illərdə de Qoll Polşada olur. O burada Varşavanın yaxınlığında yerləşən Rembertdə keçmiş imperator qvardiyası məktəbində taktika nəzəriyyəsindən dərs deyir. 1920-ci ilin iyul-avqust aylarında sovet-polşa müharibəsində iştirak edir. Bu dövrdə rus ordusuna onunla vaxtilə bir türmədə yatan Tuxaçevskiy rəhbərlik edirdi. Müharibədən sonra o Polşada daimi qalmaqdan imtina edərək vətəninə dönür və 6 aprel 1921-ci ildə İvonne Vandra ilə evlənir. Bir il sonra - 28 dekabrda onun oğlu Filipp anadan olur. İlk vaxtlarda o Sen-Sir məktəbində dərs deyir sonralar isə Ali Hərbi Məktəbə buraxılır. 15 may 1924-cü ildə onun qızı Elizabet dünyaya gəlir. 1928-ci ildə ikinci qızı, Daun sindromundan əziyyət çəkən qızı Anna anadan olur (o 1948-ci ildə vəfat edir).


Yüklə 166,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin