Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix26.02.2017
ölçüsü2,48 Kb.
#9810
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Hadisədən 10 gün əvvəl
Bakı. Azərbaycan
Hər iki tərəfi müxtəlif mağaza və xidmət obyektləri ilə 
dolu yolla hava limanına tərəf iki qara rəngli, BMV mar-
kalı maşın gedirdi. Qabaq maşının arxa oturacağında otu-
ran Samir pəncərədən yola baxırdı. Üzünü yanında oturub 
qəzetin idman səhifəsini oxuyan Murada çevirib dedi:

118
-Bir gün Hacı dayıdan soruşurlar ki, - Sənin doğrudan, 
hər şeydən başın çıxır? Hacı dayı: -Hə, hər şeydən başım 
çıxır. Təyyarələrin necə uçmasından tutmuş ta ki, kosmosa 
qədər. Bircə onu bilmirəm ki, makaronda deşiyi necə açır-
lar. İndi onun nağılı olmasın, mənim heç nədən qorxum 
yoxdur.  Nə  qaranlıqda  tək  qalmaqdan  qorxuram,  nə  də 
vəhşi heyvanlarla qarşılaşmaqdan. Bircə bu təyyarəylə uç-
maqdan başqa.
-Mən isə dünən qorxdum. Axşam evə gedəndə bina-
nın girişi qaranlıq olduğundan pişiyin quyruğunu tapda-
ladım. Sonrasını özün təsəvvür edirsən dəə?
-Hələ nə yaşın var ki? Böyüyəndə yadından çıxardarsan.
-Səncə dünyada ən qorxulu şey nədir?
-Dünyada ən qorxulu şey elə qorxunun özüdür. Bekon 
belə deyib. Nə oxuyursan orada?
-Dopinqə görə Çin idmançısının yarışdan uzaqlaşdırıl-
masını. Yazıq da and-aman edir ki, mən dopinq atmamışam.
-Bu idmançıların da işi zülümdür. Az qalırlar semiçka-
nı da laboratoriyada yoxladıb sonra çırtlasınlar.
Maşın işıqforda dayananda bir oğlan onlara yaxınlaşdı:
-Qəzet  istəmirsiniz?  Ya  da  rəngli  qələmlər?  Lotoreya 
bileti, kontur, internet kart...
Murad onu qovmaq istəyəndə Samir qoymadı.
-Lotoreya bileti neçəyədir?
-İki manat. Bir ildir ki, cek potu heç kim udmur. Uduş 
1.5 milyon olub. Dünyanın heç yerində bu qədər uduş ol-
mayıb.
Samir pulu verərək bileti alıb dedi:
-Yalanaan az təriflə görüm. Bax ha, udmasam gətirib 
qaytaracağam.
Maşın  yola  düşəndə  Samir  biletin  üstünü  oxumağa 
baş ladı:

119
- “Şanslı insan” ayda bir dəfə oynanılır. Növbəti tiraj 
iki həftədən sonra axşam saat 10-da oynanılacaq. Yazıq düz 
deyirmiş. Uduş düz 1.5 milyondur. Üstəgəl əlavə uduşlar.
-Bəs oyunun qaydası necədir?
Samir bileti qatlayıb cibinə qoydu:
-Az bilsən, rahat yatarsan.
Samir  və  onunla  birlikdə  İspaniyaya  gedən  üç  nəfər 
təy yarədə yerlərini rahatlayarkən, yol bələdçisinin səsi eşi-
dildi:
-Hörmətli  sərnişinlər!  Zəhmət  olmasa  kəmərlərinizi 
bağlayın. Təyyarə bir neçə dəqiqə sonra havaya qalxacaq. 
Hamınıza yaxşı yol. 
Samir qorxusunu heç kim hiss etməsin deyə, yanında-
kı yerin də biletini almışdı. Amma təyyarə havaya qalxdıq-
dan sonra onunla paralel oturan, əyninə qara don geyin-
miş 50 yaşlarındakı sarışın qadın gülümsünərək soruşdu:
-Birinci dəfədir?
-Hə. Yəni belə hiss olunur?
-Əgər  özünü  qısıb,  kürəyini  oturacağa  sıxmasan  heç 
kim bilməz.
Qadın bunu deyib əlindəki jurnalı oxumağa başladı. Sa-
mir kəməri açaraq özünü düzəltdi və “yaxşısı budur, yatım. 
Heç nədən xəbərim olmasın” fikri ilə stüardessadan balış 
istədi. Stüardessa balışı və adyalı Samirə verib soruşdu:
-Başqa bir şey lazımdır?
-Yox. Çox sağ olun.
Samir  nə  qədər  çalışsa  da,  həyacandan  yata  bilmirdi. 
Gözlərini yumub tədbirdə söyləyəcəyi nitqi fikrində hazır-
lamağa başladı və gecə gec yatıb - səhər tez oyandığından 
nə  vaxt  yuxuya  getdiyini  özü  də  bilmədi.  Aldığı  təqaüd 
ona heç cür çatmırdı, çox az idi. Ona görə də valideynləri 
onu da götürüb Əmək və Əhalinin Sosial müdafiə şöbəsinə 

120
getdilər. Orada valideynləri nə qədər çalışsalar da, göy qals-
tuk taxmış Səlim adlı yekəqarın, eynəkli kişi bunun heç cür 
mümkün  olmadığını  bildirirdi.  Otaqdan  çıxanda  Samir 
valideynlərindən bir az dəhlizdə gözləməyi xahiş edib yeni-
dən otağa qayıtdı. Səlim Samiri görən kimi sifətini turşutdu:
-Adama neçə dəfə deyərlər? Mümkün deyil, qurtardı 
getdi.
-Xahiş edirəm, iki dəqiqə mənə qulaq asasınız. Cəmi 
ikicə dəqiqə.
-Yaxşı, keç otur görüm. Amma çox uzatma.
Samir stulda oturaraq sözə başladı:
-Bizim binanın arxasında futbol oynamaq üçün bir sta-
dion var. Sən mənim hər dəfə orada futbol oynayan cavan-
lara baxanda nə hisslər keçirdiyimi bilirsən? Yox, bilmirsən. 
Sən hər gün əylənməyə gedən insanların dalınca baxmağın 
nə demək olduğunu bilirsən? Bəs şəhərin hər hansısa bir 
yerində  aparılan  dəyişiklik  haqqında  həmişə  başqaların-
dan  eşitməyin  nə  demək  olduğunu  necə,  bilirsən?  Yox, 
bunu da bilmirsən. Səncə, mən nə üçün təqaüdümün artı-
rılmasını istəyirəm? Rahat yaşayış üçün? Yox. Özümə təzə 
telefon  almaq  üçün?  Yox.  Bəlkə  fikirləşirsən  ki,  kasıbam, 
acından ölməmək üçün istəyirəm? Yox. Bu pul mənə təsəlli 
üçün lazımdır. Futbolu oynaya bilməsəm belə, ona kabel 
televiziyasından baxmaq üçün lazımdır. Bu pul mənə hər 
gün olmasa belə, həftədə cəmi bir gün taksiylə parka, ya-
xud  dənizkənarına  getmək  üçün  lazımdır.  Bu  pul  evdən 
çıxa  bilmədiyimə  görə  dünya  görüşümün  artmasında 
yeganə vasitə olan internetin aylıq ödənişi üçün lazımdır. 
Axı mən də insanam! Axı mənim də bunlara ehtiyacım var. 
Sənə görə mənim təqaüdümün artırılmağı mümkün deyil. 
Bilirsən nəyə görə? Ona görə ki, sən təqaüdün əlil insan 
üçün nə demək olduğunu bilmirsən!

121
Samir otaqdan çıxandan düz bir ay sonra təqaüdünü 
alanda  biləcəkdi  ki,  Səlim  göz  yaşları  içərisində  onun 
təqaüdünü artırmaq haqqında sənəd imzalıyıb. Yol bələd-
çisinin səsinə yuxudan ayıldı. 
-Hörmətli  sərnişinlər!  Bir  neçə  dəqiqədən  sonra  yerə 
enirik! Xahiş olunur, kəmərləri bağlayasınız.
 
Madrid. İspaniya
Təyyarə  Madrid  hava  limanına  enəndə,  hava  artıq 
qaralırdı.  Sərnişinlərlə  birlikdə  təyyarədən  düşüb  hava 
limanının binasına girdikdə, kostyum geyinmiş bir nəfər 
yaxınlaşıb Azərbaycan dilində özünü təqdim etdi:
-Salam. Mənim adım Pablodur. Necə gəldiniz? 
-Yalandan nə deyim. Yol məni əməlli-başlı yorub. 
-İspaniyada  olduğunuz  müddətdə  sizin  və  kömək-
çilərinizin  bütün  problemlərinizin  həlli  ilə  mən  məşğul 
olacağam. Xahiş edirəm, nəsə bir ehtiyacınız olarsa, müt-
ləq mənə xəbər verin. İndi isə buyurun maşına. Oteldə ye-
riniz hazırdır. Samir və üç nəfər heyət üzvləri onlar üçün 
ayrılmış maşına mindilər. Otelin qapısına çatanda Pablo 
dedi:
-Sabah saat 10-da sizi burada gözləyəcəyəm. Hər ehti-
mala qarşı, buyurun bu mənim vizit kartımdır. 
Samir  ona  təşəkkür  edib  maşından  düşdü  və  hamı 
yorğun olduğundan tez otaqlarına qalxdılar. Samir onun 
üçün ayrılmış otağa girər-girməz, dolabın üstündəki saa-
tın zəngini saat 9-a qoşub, paltarlarını soyunmadan çar-
payıya uzandı. 

122
Karabük. Türkiyə
Türkiyənin Karabük kəndindəki Yenice İlçe meşəsində 
qeyri-qanuni  olaraq,  ağacları  kəsib  qaçaqmalçılıq  yoluyla 
Argentinaya göndərən iyirmi nəfərlik işçi heyəti çalışırdı. 
İlk iş günündən sonra fəhlələr ağaclardan asılan, genera-
torla yanan elektrik lampalarının altında dincəlirdilər. Kimi 
günorta yığdığı meşə giləmeyvələrindən yeyir, kimi sakitcə 
uzanıb  mədəsini  şam  yeməyinin  ağırlığından  qurtarma-
ğa çalışır, kimisi də qulaqcıqlarını taxıb musiqi dinləyirdi. 
Aralarında söhbət edən, şahmat oynayanlar da vardı. 
Qustavo  şahmatda  uduzaraq  yerini  başqasına  verib, 
bir kənarda fikrə dalan Pedronun yanına gəldi:
-Nə olub? Qara dənizdə gəmilərin batıb?
Pedro üzünü Qustavoya çevirib dedi:
-Evə  məktub  yazmaq  istəyirəm.  Amma  bilmirəm  nə 
yazım. Bu şirkət niyə belə etdi axı? Düz iki aya yaxındır ki, 
bizi burada ləngidir.
-Hə, haqlısan. Amma onları da qınama. Polis düz iki 
də  fə avadanlıqları ələ keçirib. Bunları da güc-bəla ilə bura 
yer ləşdiriblər. Elə bilirsən, bu qədər avadanlıqları, bu ma-
şınları polisin gözündən yayındırıb bura gətirmək asan iş-
dir?
-Nə üçün mənə əvvəlcədən deməmişdin ki, bu qeyri-
qanuni işdir?
-Desəydim, gəlməzdin. Bir də ki, qanuni, ya qeyri-qa-
nuni, bizə nə. Biz adi fəhləyik.
-Nə olsun fəhləyik? Əsas odur ki, ağacları biz kəsirik.
-Sən mənə inan, Pedro. O qədər pul qazanacaqsan ki, 
mənə çox sağ ol deyəcəksən. İndi isə gedək yataq. Səhərə 
işimiz çoxdur.
Qustavo bunu deyib yatmaq üçün ayağa qalxdı və ça-
dıra getdi.

123
Bakı. Azərbaycan
Maşın yola düşəndə Asif həmişə olduğu kimi çanta-
dan ingilis dili lüğətini götürüb oxumağa başladı:
-Deyəsən, adətintən əl çəkmək istəmirsən? – atası Akif 
soruşdu.
-Keçmişdə bir nəfər musiqi dərsini tələbələrinə öyrət-
mək üçün faytonla bir evdən başqa bir evə gedərkən yolda 
keçirdiyi vaxt ərzində italyan dilin öyrənib.
-Faytonda?
-Bəli,  faytonda.  Bir  neçə  dəfə  saatla  yoxlamışam. 
«Ümid» mərkəzinə gedərkən, hər gün yolda bir saatla-saat 
yarım arasında vaxt itiririk. Bu vaxtı sadəcə yola baxmaqla 
keçirtməkdənsə, nə isə öyrənməyi üstün tuturam.
-Heç olmasa, bir şey öyrənə bilirsən?
-Əlbəttə. Bu iki ay ərzində xeyli söz ehtiyatı yığmışam.
- Afərin. Mərkəzdə işlər necə gedir? On gündür yanıma 
o qədər adam gəlir ki, vaxt tapıb sənə baş çəkə bilmirəm.
-Hər şey qaydasındadır. Bir də ki, nə çətin işim var? 
Mərkəzdə  yazılan  və  ya  qəbul  edilən  əlyazmaları  kom-
püterdə yazıb ya printerdə çıxardıram, ya da elektron baza-
ya köçürdürəm. Bir neçə dəfə də sənin yazdığın reseptləri 
kompda yazmışam. Xəttin çətin oxunur.
-Belə yazmaq biz həkimlərin adətidir. Sənə nə qədər 
deyirdik,  «Ümid»  mərkəzinə  üzv  olmaq  istəmirdin.  İndi 
ora dan əl çəkmək istəmirsən. Sənin işindən də baş açmaq 
olmur.
Akif oğlunun diqqətinin kitaba yönəldiyini görüb söh-
bəti yarımçıq kəsərək gülümsünüb fikrini yola yönəltdi.

124
Hadiədən 9 gün əvvəl
Madrid. İspaniya
Zəngin  səsinə  yuxudan  oyananda  saat  9  idi.  Yuyun-
duqdan sonra əyninə yeni paltar geyinib yemək salonuna 
düşdü. Səhər yeməyini bitirəndə Pablonun səsini eşitdi:
-Buenos dias senyor.
-Hər vaxtın xeyir. Nə vaxt gəlmisən?
-On dəqiqə bundan qabaq. Gözləyirdim yeməyini qur-
tarasan, sonra yaxınlaşım.
Heyətin digər üzvləri də yavaş-yavaş aşağı düşməyə 
başladı. 15 dəqiqə sonra hamı masanın ətrafında idi. 
-Planda nə var? – Eldar soruşdu.
-Plan sadədir. Tədbirdə iştirak edirik, axşam otelə qa-
yıdıb doyunca dincəlirik, səhər reysi isə bizi evə çatdırır. 
Vəssalam – şüttəmam.
-Bəs şəhəri gəzməyəcəyik? – Zaur söhbətə qoşuldu.
-Niyə  ki?  Gəzəcəyik.  Pablonun  dediyinə  görə,  bura-
dan  tədbir  zalına  iki  saatlıq  yoldur.  Gedəndə  bir  yoldan 
gedərik,  qayıdanda  başqa  yolla  qayıdarıq.  Siz  də  şəhəri 
doyunca görərsiniz. İş qrafiki onsuz da çox sıxdır. Tezliklə, 
geri  qayıtmalıyıq.  Hətta  mərkəzin  buradakı  filialına  belə 
baş çəkə bilməyəcəyəm.
Belə vəziyyətin heç kimin ürəyincə olmadığı üzlərindən 
görünsə də, Samirin başqa çarəsi yox idi. İş başdan aşırdı. 
Madridi gəzmək istəyən üçlük yolboyu acgözlüklə şəhərə 
baxır, sanki heç nəyi gözdən qaçırtmaq istəmirdilər. Hətta 
bir-iki  dəfə  maşından  düşüb  şəkil  çəkdirməyə  də  imkan 
tapdılar.  Tədbir  üzərində  Esmeralda  yazılmış  və  ətrafı 
dəmir  torla  hasarlanmış  ikimərtəbəli  bir  binanın  ikin-
ci  mərtəbəsində  keçirilirdi.  Binanın  qarşısına  çatanda 
tədbirin Luis adlı 50 -55 yaşlarında olan təşkilatçısı onları 

125
qarşıladı. O, Samirlə görüşərək ona gəldiyi üçün təşəkkür 
etdi və digər qonaqlar və tədbirin gündəliyi haqqında ona 
qısa məlumat verdi. 
Binanın  iç  dizaynı  bu  tikilinin  məhz  tədbirlər  üçün 
nəzərdə tutulduğunu əks etdirirdi. Onları ikinci mərtəbədə 
dəhlizin  sonundakı  iclas  otağına  apardılar.  Yolda  tıxaca 
düşdüklərindən bir az ləngimişdilər. Buna görə də onlar zala 
girəndə artıq hamı öz yerini tutmuş və Samiri gözləyirdilər. 
Samiri  gətirib  birinci  sırada  onun  üçün  ayrılmış  yerdə 
oturtdular və onunla birgə gələnlər də öz yerlərində otur-
duqdan sonra Luis tribunaya çıxıb sözə başladı. Qonaqlara 
gəldikləri üçün təşəkkür edib tədbiri açıq elan edərək tədbir 
haqqında danışmağa başladı. Samirin gözü tribunada olsa 
da, fikri tamam başqa yerdə idi. Son bir ayda xeyli sayda 
əngəlli insanın itgin düşməsi onu əməlli-başlı narahat edir-
di. Aparıcının səsinə fikirdən ayıldı.
-İndi isə çıxış üçün söz Samir İmanova verilir.
Samir alqış sədaları altınta Eldarın köməkliyi ilə tribu-
naya getdi və sözə başladı.
-Xanımlar  və  cənablar,  hörmətli  tədbir  iştirakçıla-
rı. İlk öncə məni bu tədbirə dəvət etdiyinə görə tədbirin 
təşkilatçısına  dərin  təşəkkürümü  bildirirəm.  Mənim 
fikrimcə, təqaüdlərin əlillərin sosial vəziyyətinə nə qədər 
yaxşı təsiri varsa, bir o qədər də pis təsiri var...
Tədbir  bir  neçə  saat  çəkdi.  Sonda  tədbirdə  səslənən 
təkliflərin paket halına salınması qərara alındı. Samir bi-
nadan çıxıb maşına tərəf gedəndə çiyninə əl toxunduğunu 
hiss edərək geri çevrildi. Qarşısında dayanıb gülümsünən 
Devidi görəndə onun da üzünə təbəssüm qondu.
-Ooo, amigo, necəsən? Mən də deyirdim bu gün ami-
gomu görə bilməyəcəyəm. Səni zalda görmədim?

126
-Mən səndən üç cərgə arxada idim. Düz arxanda oldu-
ğum üçün məni görə bilməzdin.
Samir kürəyini hasara söykəyib soruşdu:
-Nə əcəb mərkəzin buradakı filialının rəhbərinə birinci 
cərgədə yox, arxa sırada yer veriblər?
Devid zarafatla: 
-Birinci sıradan vermişdilər. Sən gələndə yer olmadığı-
na görə məni bir az arxaya keçirtdilər.
Samir üzünə mimika verərək astadan dedi:
-Eybi yox. Böyüyəndə yadından çıxacaq.
Devid vəziyyətdən çıxmaq üçün söhbəti dəyişdi:
-Bu günə planın nədir?
-Şəhəri gəzmək istəyirəm.
-Lap yaxşı. Bağışla, bu gün işim çoxdur. Səni müşayət 
edə bilməyəcəyəm.
-Eybi yox. Pablo nə lazımdırsa edir. Mərkəzdə vəziyyət 
necədir?
-Orada təmir gedir. İşləri dayandırmışıq.
-Bilirəm. Çox iş var?
-Yox. Bir–iki günə qurtarırıq.
-Öz vəziyyətin necədir? Yorğun görünürsən? 
-İş çoxdur Samir. Çatdırmaq olmur.
-Sən bir də məndən soruş. Qrafik o qədər sıxdır ki, heç 
mərkəzə  gəlməyə  belə  vaxt  tapa  bilmirəm.  Tezliklə,  geri 
qayıdıb bir neçə yeni layihəni həyata keçirmək lazımdır.
-Sənə uğurlar. Özündən muğayat ol.
-Sən də, dostum.
Samir  Devidlə  sağollaşıb  maşına  oturanda  Pablodan 
soruşdu:
-Buradan otelə başqa yol var?
-Bəli. Nədir ki?
-Oteldə işçilərə söz vermədimmi? Gərək yerinə yetirəm.

127
-Sürücüyə  tapşıraram,  bizi  otelə  Madridin  tarixi  və 
görməli yerlərindən keçirərək aparsın.
-Əla olar. Onlar işdə mənim hər dediyimi edirlər, qoy 
bu da məndən onlara kiçik bir hədiyyə olsun.
Maşın yolboyu düzülən fənərlərin işıqlandırdığı geniş 
və səliqəli yolla irəliləyirdi. Yolun hər iki tərəfində cərgə ilə 
düzülmüş pivəxanalar və barlar yavaş-yavaş müştəri qəbul 
etməyə başlayırdı. Onların bir-birinə qarışan al-əlvan işıq-
ları  əsrarəngiz  mənzərə  yaradaraq  şəhərə  xüsusi  gözəllik 
verirdi. Samir küçədə gəzişən çoxsaylı adamlara baxıb dedi:
-Madrid gecələri adamı valeh edir. – Sonra üzünü Pab-
loya çevirib soruşdu: -Deyəsən, madridlilər üçün əyləncə 
bundan sonra başlayır?
-Düz  tapmısan.  İspanlar  üçün  əyləncə  gecə  saat  11-
dən  sonra  başlayır.  Ürəyi  istəyən  bara,  ürəyi  istəyən  də 
pivəxanaya. Hər iki məkanda da sifariş verdiyin içkidən 
qurtumlaya-qurtumlaya  80–90-cı  illərin  musiqilərinə  qu-
laq asa bilərsən.
-Görürəm. Barlara girib-çıxan yaman çoxdur.
-Yox, bu başqa şeylə əlaqədardır. Məsələ burasındadır 
ki, biz ispanlar gecəni bir barda keçirtmirik. Hər gecə ən az 
3–4 barda oluruq.
Otelə çatanda artıq gecə saat 1;30 idi. Pabloyla sağolla-
şıb hərə öz otağına getdi.
Bakı. Azərbaycan
Futbol qurtaran kimi Asif saatına baxdı. Saat yeddi ta-
mam idi. Yanındakı qonşusuna çevrilərək dedi: 
-Artıq gecdir. Mən evə gedirəm. Sən uşaqları mənim 
adımdan qələbə münasibətilə təbrik edərsən. Bizim məhəl-
lənin oğlanlarını udmaq mümkün deyil.

128
-Hara tələsirsən? Dayan, bir yerdə gedərik.
-Çox  sağ  ol.  Çox  uzaqda  qalmıram  ki,  on  iki  evdən 
sonra bizim evdir.
-Onda ehtiyatlı ol.
Asif, – oldu – deyib yola düzəldi. Beş –altı ev keçmişdi 
ki, telefonu zəng çaldı. Cibindən çıxardıb qulağına aparmaq 
istəyəndə  telefon  əlindən  sürüşüb  yerə  düşdü.  Nə  qədər 
cəhd  etsə  də,  əli  çatmadığından  telefonu  yerdən  götürə 
bilmədi.  Bir  nəfərin  yaxınlaşdığını  görüb,  ondan  kömək 
istəmək qərarına gəldi:
-Bağışla, qardaş, səni yoldan edirəm. Telefonum yerə 
düşüb, götürə bilmirəm. Zəhmət olmasa onu mənə ver.
Yoldan keçən – baş üstə! – deyib, telefonu yerdən gö-
türdü. Asif  təşəkkür  edib  əlini  ona  uzatdı.  Həmin  adam 
telefonu Asifə tərəf uzadarkən, qəflətən əlini geri çəkdi və 
sağa-sola baxaraq, heç kimin olmadığını görüb iti addım-
larla oradan uzaqlaşmağa başladı. Asif əvvəlcə nə baş ver-
diyini  anlamasa  da,  sonradan  adamın  arxasınca  düşərək 
qışqırmağa başladı:
-Hey, sən neynirsən? Qaytar telefonumu. Burada oğru 
var, tutun onu. Telefonumu qaytar.
Adam Asifin qışqıraraq, onun dalınca gəldiyini görüb 
qaçmağa başladı və tini burularaq gözdən itdi. Asif yolun 
ortasında  dayanıb  nə  edəcəyini  bilmədi.  Çarəsizlikdən 
süzülən göz yaşları yanağını islatmağa başladı.
Hadisədən 8 gün əvvəl
Madrid. İspaniya
Səksənib  telefonun  səsinə  oyananda,  hələ  yuxudan 
tam doymamışdı. Ona görə də dəstəyi götürərkən aparatı 

129
yerə saldı. Əsnəyib, – eşidirəm – deyəndə, dəstəkdə ispan 
dilini eşidib harada olduğunu və nə baş verdiyini anladı. 
Otel işçisi onu yuxudan oyatdığından üzrxahlıqla dedi:
-Sabahınız xeyir cənab. Sizi narahat etdiyim üçün üzr 
istəyirəm. Burada bir xanım sizinlə görüşmək istəyir və bu-
nun çox vacib olduğunu bildirir. Sizin yanınıza göndərim?
-İyirmi dəqiqədən sonra.
-Baş üstə, cənab.
Samir dəstəyi yerinə qoyub saatına baxdı. Səkkizin ya-
rısı idi. “Deyəsən, bu ispanların yuxuyla düşmənçiliyi var” 
deyə öz-özünə deyinərək, əynini geyinib hamama keçdi. 
Əl-üzünü yuyub otağa qayıtmışdı ki, qapı döyüldü. Samir 
qapını açanda əynində köhnə don, nimdaş və cırıq ayaq-
qabları, dağınıq, qısa, sarı saçları olan 20–22 yaşlı bəstəboy 
qız gördü. Qorxudan bənizinin ağarmağına baxmayaraq, 
çox cazibəli idi. Qız həyəcanla ətrafa baxaraq, əlindəki dis-
ki ondan alacaqlarmış kimi bərk–bərk tutub soruşdu:
-İçəri girmək olar?
Samirin cavabını gözləmədən içəri girərək qapını ört-
dü. Samir təəccüblə onun hərəkətlərini izləyirdi. Qapının 
ağzında bir müddət bir-birilərinə baxdıqdan sonra Samir 
məsələnin nə yerdə olduğunu öyrənmək üçün onu otağa 
aparıb çarpayının kənarında otuzdurdu. Özü də onun ya-
nında oturaraq soruşdu:
-Səni belə qorxudan nədir?
-Mənim, qardaşımın və digər uşaqların həyatı təhlükə-
dədir.
-Bağışla, amma səhv gəlmisən. Bura polis idarəsi deyil.
-Bu polisdən daha çox sizinlə əlaqədardır.
-Mənimlə? – Samir təəcüblə soruşdu.
-Bəli.

130
-Dayan görüm, qorxuzma məni. Əvvəl de görüm, adın 
nədir? Sonra danış nə baş verir. 
-Adım Lusiyadır. 21 yaşım var. Qardaşımın adı Xose-
dir. Onun da 13 yaşı var. Biz Argentinada yaşayırdıq. Qar-
daşımın bir qolunu uşaq vaxtı kəsdiklərindən birinci qrup 
əlil olduğu üçün atam onu «Ümid» adlı bir mərkəzə apardı. 
Atam inanırdı ki, Xose bu mərkəz vasitəsiylə öz gələcəyini 
qura  biləcək.  Təxminən  iki  ay  bundan  qabaq  isə  maskalı 
şəxslər gecə evimizə soxulub anamı öldürdülər. Bizim ağ-
zımızı  yaş  dəsmalla  tutdular.  Ayılanda  gördüm  tamam 
başqa yerdəyəm. Sonradan bildim ki, İspaniyadayam. Bu-
rada müxtəlif ölkələrdən əlil insanlar var. Onları dilənməyə 
məcbur edirlər. Hər birinə də kənardan nəzarət edirlər ki, 
polisə gedə bilməsin. Kim buna cəhd etsə öldürürlər.
-Sən də dilənirsən?
-Yox.  Məni  buraya  həmin  uşaqlara  baxmaq  üçün 
gətiriblər. Məni və Rusiyadan bir qızı. Onlar qəsdən belə 
edirlər ki, heç kim bir-birini başa düşməsin. Bizim işimiz 
onlara yemək hazırlamaq, paltarlarını yumaq və oranı yı-
ğışdırmaqdır.
- Rəhbərliyi kim edir?
-Elə mən də ona görə buradayam. Burada başçı Lobo 
ləqəbli bir adamdır. Çox qəddardır. Ən sadə səbəbə görə 
gözümün qarşısında iki uşağı öldürdü. Amma əsas məsələ 
bu deyil. O özü kimdənsə əmr alır və həmin adam sənin 
ölkəndəki «Ümid» mərkəzində işləyir.
-Mənim ölkəmdə? Adını bilirsən?
-Yox. Amma bir dəfə burada olub. Görsəm tanıyaram. 
Hər  şey  onun  tapşırığı  ilə  olur.  «Ümid»-in  ölkələrdəki 
mərkəzlərində  onlara  müraciət  edən  insanları  araşdırır-
lar.  Kimi  məsləhət  bilsələr,  qaçırdıb  müxtəlif  ölkələrdə 
diləndirirlər. Sonra da orqanlarını satırlar. Özü də o ispan 

131
dilini çox yaxşı bilir. Burada olanda gizlincə qapının dalın-
dan qulaq asırdım. Lobo soruşdu ki, bəs oradan niyə uşaq 
göndərmirsən?  Cavab  verdi  ki,  iş  gedir.  Bir-iki  həftəyə 
on  uşaq  göndərəcəyəm.  Bir  dəfə  Lobo  çox  içib  divanda 
yatmışdı. Mən də içəri girib onun notebookundan bütün 
məlumatları diskə köçürtdüm. (Əlindəki diski göstərərək) 
burada  hər  şey  var.  Əlaqə  qurduqları  insanlar,  ölkələr, 
dilənən uşaqlar. Bircə o başçıdan başqa.
-Bəs bura necə gələ bildin?
-Rus qızın dilini bilməsəm də, bir-birimizi yaxşı başa 
düşürük. Mən ora təzə gətiriləndə bir neçə gün mənə qul-
luq elədi, özümə gələndə isə kiçik mətbəx şkafını kənara 
çəkib mənə onun arxasını qazdığını göstərdi. Hər axşam 
hamı yatandan sonra evin arxasına, hasardan da çölə çıxış 
üçün tunel qazırdıq.
-Burada olduğumu haradan bildin?
-Dünən bütün telekanalların xəbərlərində səni göstərir-
dilər.
-Bəs atan? Sən dedin ki, ananı öldürdülər. Bəs atan ha nı?
-Atam  həmin  hadisədən  iki  həftə  qabaq  imkansızlıq 
üzündən dostu ilə Türkiyəyə işləməyə getdi. Dostu deyir-
di ki, bir-iki Buenos Ayresdə ev ala bilərik. Yazıq atamın 
yəqin, hələ də başımıza gələnlərdən xəbəri yoxdur. 
-Xəbəri yoxdur?
-Atamın işlədiyi yerdə telefon siqnalı tutmur. Danışmış-
dıq ki, ayda bir dəfə məktublaşaq. Artıq iki ay keçib. Bizdən 
cavab almadığına görə, kim bilir, indi necə narahatdır.
Samir  diski  notebookuna  taxıb  məlumatlara  baxdı. 
Siyahıda son beş ayda müxtəlif ölkələrdən qaçırılan 10-20 
yaşlı  120  əlil  uşağın  adı  var  idi.  Məlumatı  kompüterdən 
özü üçün köçürdükdən sonra diski çıxardıb qıza qaytardı: 
-Al  bunu.  Hər  ehtimala  qarşı  səndə  qalsın.  Mən  bu 

132
işi  həll  etməyə  gedirəm.  Mən  gələnə  qədər  buradan  heç 
yerə çıxma. Nəsə bir şey lazım olsa, çantadakı köynəyimin 
cibində  Pablo  adlı  bir  nəfərə  məxsus  vizit  kart  var.  Ora-
dakı telefon nömrəsinə zəng vur. Qardaşını mütləq sənə 
gətirəcəyəm. Söz verirəm.
Telefon kitabçasını götürüb oradan Devidin nömrəsini 
taparaq ona zəng vurdu:
-Ooo, gör kim zəng vurub. Səhər-səhər nə olub? Gecə 
kimi yuxuda görmüsən?
-Gecəni  deyə  bilmərəm,  amma  indi  elə  bir  yuxu 
görürəm ki, yatsan yuxuna da girməz. İstəyirəm sənə də 
danışım.
Devid  gülərək:  -Eşitmişəm  Azərbaycanda  yuxunu 
suya danışırlar.
-Bizim dostluğumuz sudan da şəffafdır. Get mərkəzə. 
Bir saata oradayam.
-Oldu dost. Görüşərik.
Samir  yoldaşlarına  vəziyyəti  danışıb  otelin  qarşısın-
da  taksiyə  oturaraq  Devidin  yanına  getdilər.  Devid  Sa-
miri  Abanico  küçəsində  tikilmiş  beşmərtəbəli  mərkəzin 
həyətində dostca qarşılayıb dedi:
-Elə  bilmə  ki,  ancaq  bura  ilə  kifayətlənirəm.  Bu  gün 
mənim  qonağımsınız.  Şadam  ki,  Azərbaycanda  mənə 
göstərilən  qonaqpərvərliyin  və  hörmətin  qarşılığını  bir 
az da olsa verə biləcəyəm. Onsuz da bura təmirə bağlıdır 
deyə, 7 -8 fəhlədən başqa heç kim yoxdur. 
-Hər şeyə görə çox sağ ol Devid. Amma mən bura baş-
qa şeyə görə gəlmişəm. Xahiş edirəm mənə kömək et.
-Xahiş nədir? Əmr elə.
Devid  vəziyyəti  öyrənən  kimi  polislə  əlaqə  saxladı. 
Samir  mərkəzin  həhyətindəki  oturacaqda  oturub,  bir  az 
Devidlə söhbət etdikdən sonra diski ona verib dedi:

133
-Buradakı bütün məlumatların surətini kağızda çıxart.
Devid  diski  götürüb  getmək  istəyəndə  mərkəzin 
həyətinə çoxlu sayda polis maşını daxil oldu. Devid mülki 
geyimdə olan polisi Samirə təqdim etdi: 
-Bu İspaniya Təhlükəsizlik Nazirliyinin Cinayətkarlıqla 
Mübarizə Şöbəsinin leytenantı Xuan Almeydadır. (Samiri 
göstərərək) Bu isə ......
Almeyda onun sözünü yarımçıq kəsib: -Ehtiyac yox-
dur.  Salam  cənab  Samir.  Sizi  ölkəmdə  görməyə  şadam. 
Bu əhvalata görə isə təəssüf edirəm. Nə tədbir lazımdırsa 
görəcəyik.
-Cinayətkarlar hər yerdə var.
-Devid telefonda mənə vəziyyəti qısaca danışdı. Müm-
kündürsə, ətraflı izah edərdiniz.
Samir bu gün başına gələnləri Xuana danışandan son-
ra Xuan soruşdu:
-Disk yanınızdadır?
-Bəli. İstəyirsinizsə, Devid məlumatları çap etsin? 
-Yox. Bu gec olar. Mən yolda baxaram. Siz ünvanı mə-
nə verin.
-Biz də sizinlə gedirik.
-Siz burada qalsanız yaxşıdır. Ora sizin üçün təhlükəli 
ola bilər.
Polislər  getdikdən  bir  neçə  dəqiqə  sonra  Samir  Pab-
lonun maşınını həyətdə görəndə təəccübləndi və gülüm-
sünərək soruşdu:
-Bu haradan xəbər tutdu?
-Oteldən  çıxarkən  mən  xəbər  verdim.  –  Eldar  cavab 
verdi. 
Polislər  Samirin  verdiyi  ünvana  çatıb  içəri  girəndə 
gördükləri  dəhşətli  mənzərədən  yerlərində  donub  qaldı-
lar. Otağın içində öldürülmüş uşaq meyidlərindən SAMİR 

134
sözü yazılmışdı. Rus qızı Annanın başını kəsib bədənindən 
bir  az  aralı  qoyaraq  nida  düzəltmişdilər.  Bu  mənzərəni 
gördükdə  hətta  həmişə  zəhmli  hərəkətləriylə  ad  qazan-
mış  Silva  adlı  zabit  belə  göz  yaşlarını  saxlaya  bilmədi. 
Xuan  Silvaya  cəld  mərkəzə  gedib  Samirlə  yoldaşlarının 
təhlükəsizliyini təmin etməsini tapşırdı. Özü isə onlara eh-
tiyatlı olmalarını bildirmək üçün Devidə zəng vurdu.
Lusiya bir az televizora baxdıqdan sonra hər ehtimala 
qarşı vizit kartını əlində hazır saxlamaq üçün Samirin çan-
tasını açdı. Köynəyi çantadan çıxardanda Samirin telefon 
kitabçası yerə düşdü. Bu kitabçanı Eldar xüsusi olaraq Sa-
mirin ad günü üçün hazırlatmışdı və digər kitabçalardan 
fərqi hər bir vərəqdə ad, familiya, ünvan, elektron ünvan 
və  beş  telefon  nömrəsini  yazmaq  üçün  ayrılmış  yerdən 
əlavə həmin şəxsin şəklini də yapışdırmaq üçün yer var-
dı.  Samir  də  imkan  olduqca  kitabçada  adlarını  yazdığı 
adamların şəklini telefonla çəkib çap edir, kitabçaya yapış-
dırırdı. Lusiya vizit kartı götürüb cibinə qoyduqdan son-
ra maraq üçün kitabçanı vərəqləməyə başladı və növbəti 
vərəqi çevirəndə qorxudan kitabçanı əlindən saldı. Sonra 
tez  özünü  toparlayaraq  cəld  kitabçanı  yerdən  götürərək 
tələsik vərəqləməyə başladı. Həmin yerə çatanda əmin ol-
maq üçün bir neçə dəqiqə şəkilə diqqətlə baxıb kitabçanı 
yerə tullayaraq telefona tərəf qaçdı.
Samir bir az həyətdə oturandan sonra Devidin təkidiylə 
onun kabinetində gözləmək üçün binaya girdilər. Otaqda 
hamı sakitcə oturaraq həyəcanla xəbər gözləyirdilər. Pab-
lo  bu  cansıxıcı  sükutdan  qurtulmaq  üçün  artıq  soyumuş 
kofedən bir qurtum içərək Devidə dedi:
-Dünən vəkil məni yanına çağırıb dedi ki, bəs Mala-
qada yaşayan bibindən sənə ev miras qalıb. Soruşdum ki, 
axı onun özü Malaqada kirayə yaşayırdı. Hətta o öləndə 

135
dəfn  xərcini  mən  çəkmişəm.  Bu  necə  ola  bilər?  Dedi  ki, 
inanmırsan get özün bax, Abalos küçəsi 111-ci ev. Amma 
əvvəlcə sənədlərə qol çək, evi təhvil al. Sənədləri imzala-
yıb sevinə-sevinə həmin ünvana getdim ki, bəs oturduğum 
yerdə qabağa düşmüşəm. Çatanda bildim ki, bibim niyə 
öz evində yox, Malaqada kirayə yaşayırmış. Bir otaqdan 
və mətbəxdən ibarət olan evi köhnə əşyaları ilə görəndə 
qayıtdım geri.
Devid gülümsünərək soruşdu: 
-Çox bərbad gündəydi?
-Divarda çox yerdən suvaq tökülmüşdü. Heç kim ya-
şamadığından  hər  tərəf  toz-torpağıydı.  Amma  içindəki 
əşyalar  köhnə  olsa  da,  istifadə  etmək  olardı.  Bilmirəm, 
məncə təmizləyib yaşamaq olar.
Samir pəncərənin yanında oturduğundan həyətə baxa-
baxa Devidlə Pabloya qulaq assa da, fikrində mərkəzdəki 
işçiləri saf-çürük edirdi: “Görəsən, bu kim ola bilər? Bəlkə 
yanımdakı üç nəfərdən biridir? Yox, bunları da xəbərlərdə 
göstəriblər, belə olsaydı Lusiya yanıma gəlməzdi. Bəs onda 
kim?” 
Zaurla Eldar Ayxanın boynuna təzə doğulan körpəsinə 
görə qonaqlıq qoyurdular. Pablo Devidin - bəs indi həmin 
evi nə edəcəksən? sualına cavab vermək istəyirdi ki, tele-
fonu zəng çaldı.
-Alo.  Eşidirəm.  Samir?  Bəli,  yanımdadır.  Bir  saniyə 
gözləyin.
Samir  öz  adını  eşidən  kimi  Pabloya  tərəfə  döndü  və 
telefonu ondan alıb danışmağa başlayanda hamı gözünü 
ona zillədi.
- Eşidirəm.
-Samir,  mənəm  Lusiya.  Mən  həmin  adamın  şəklini 
sənin telefon kitabçanda gördüm.

136
-Onun adı nədir? Şəklin qarşısında hansı ad yazılıb? – 
Samir səbirsizliklə soruşdu. 
-Murad
Təəccübdən Samirin gözləri böyüdü:
-Kim?
-Murad. Murad Məmmədov.
-Lusiya, tez ol, çantamı da götür oteldən çıx. Küçədəki 
taksafondan taksi çağırıb Abalos küçəsindəki 111-ci evə get. 
Çantamda bir az pul var, yolüstü ərzaq al. Çalış məndən 
xəbər almayana qədər oradan çıxmayasan. Eşitdin məni?
Samir Lusiya ilə danışarkən Devidin telefonu zəng çal-
dı. Devid, -Almeydadı – deyib telefonu qulağına aparmaq 
istəyəndə qapı zərblə açıldı və içəri üzü maskalı adamlar 
girərək Samirdən başqa hamını güllələdilər. 
Samir  şkafa  söykənib  onu  tutmağa  gələnlərə  müqa-
vimət  göstərməyə  çallışsa  da,  bunu  sonadək  bacarmadı. 
Üzərinə gələnlərdən birincisini yumruqla vurdu, ikincisini 
isə ona yumruq atarkən müdafiə üçün qolunu zərblə onun 
dirsəyinin iç tərəfinə vurdu və həmin adam qolunu tuta-
raq kənara çəkildi. Sonrakı üç nəfər isə onu tutub boynuna 
vuraraq yatızdırdılar. Samiri tez həyətə düşürüb üzərində 
mebel firmasının adı yazılmış yük maşınına qoyub oradan 
uzaqlaşdılar.
Lusiya mərkəzdə olanları telefonda eşidən kimi taksi 
çağırıb oteldən çıxdı.
Xuan Devidin cavab vermədiyini görüb Silvaya zəng 
vurdu:
-Silva Devid cavab vermir. Sən hardasan?
-Ən geci üç dəqiqəyə mərkəzə çatacağam. Oradan sizə 
zəng vuraram.
Silva  telefonda  danışarkən  yanından  keçən  və  yol 
istəmək üçün siqnal verən mebel maşınının içində əslində 
nə olduğunu bilmədi.

137
Samiri  aparan  maşın  ətrafı  enli,  dördkünc  metlaxla 
döşənmiş yanacaqdoldurma məntəqəsində dayandı. Sürü-
cü düşüb bakı doldurmağa başlayanda maşının altındakı 
metlaxlardna biri açıldı. Maşının içində kiminsə əlləri ye-
raltı tunelə düşən qapağı qaldırıb kənara itələdi. Maşının 
altındakı Samiri tuneldəki adamlara verib özləri də tunelə 
düşərək tunelin metlax yapışdırılmış qapısını yerinə qay-
tardılar. Bakı doldurandan sonra sürücü maşını işə saldı 
və yoluna davam etdi. Ancaq 28 dəqiqədən sonra sürücü-
nün xəbəri olmadan maşına yerləşdirilmış saatlı bomba işə 
düşdü və maşın partlayışın təsirindən aşaraq yolun orta-
sında yanmağa başladı.
Silva  mərkəzə  çatıb  içəri  girəndə  gecikdiyini  görüb 
əlindəki səsötürücünü hirslə divara çırpdı və stulda otu-
rub başını əllərinin arasına aldış
Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin