Sabġr tağiyev



Yüklə 123.18 Kb.
PDF просмотр
tarix28.01.2017
ölçüsü123.18 Kb.

SABĠR TAĞIYEV 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

NAFTALAN NEFTĠ VƏ ONUN 

BAYTARLTQ TƏBABƏTĠNDƏ 

ĠSTĠFADƏ EDĠLMƏSĠ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2002 

Az-2 

T-14 

Redaktor: Surxay İmran oğlu 

Tağızadə 

 

Rəyçilər: Qəhrəman Bəndalı oğlu 

Xəlilov  



              professor 

Rüstəm Bəhram oğlu 

Rüstəmov  

professor 

Akif Əsəd oğlu Əliyev  



dosent 

 

T-14. Sabir Tağıyev. NAFTALAN NEFTĠ VƏ 



ONUN BAYTARLIQ TƏBABƏTĠNDƏ 

ĠSTĠFADƏ EDĠLMƏSĠ 

"ELM" nəşriyyatı. Bakı-2002. 312 səh. 

 

 



Monoqrafiyada  dünyada  yeganə  müalicə  vasitəsi 

olan  Naftalan  neftinin  təbabətdə  və  baytarlıqda 

işlədilmə  tarixindən,  geologiyası,  kimyəvi  təbiəti, 

fiziki-kimyəvi və müalicə xassələrindən qısa məlumat 

verilir.  Onun  insan  və  heyvan  orqanizmində  bəzi 

klinik  və  fizioloji  göstəricilərə,  zülalların,  nuklein 

turşularının,  lipidlərin,  sulukarbonların,  mineral 

maddələrin  mübadiləsinə,  vitaminlərə,  heyvanlarda 

çoxalma  üzvlərinin  fəaliyyətinə  boy  və  inkişaf 

məhsuldarlığına  təsirindən  bəhs  edilir.  Əsərdə 

həmçinin  Naftalan  neftinin  və  onun  bəzi  dərman 

maddələri  ilə  qarışıqlarının  baytarlıq  təbabətində 

ginekoloji  xəstəliklərin  müalicəsində  tətbiqindən  də 

danışılır. 

Kitab  elmi  işçilər,  baytar  həkimləri,  baytarlıq 

təbabəti ixtisası üzrə təhsil alan tələbələr və Naftalan 

neftinin  problemləri  ilə  maraqlanan  oxucular  üçün 

nəzərdə tutulmuşdur. 

 

2002



)

07

(



655

4109040000



T

qrifli nəşr 



  "ELM"  nəşriyyatı. 2002 

Tağı-zadə Məşədi 

Məhərrəm Məmmədtağı 

oğlu 

Tağı-zadə 

Məşədi 

Məhərrəm Məmmədtağı oğlu 



1878-ci ildə Gəncə şəhərində 

yoxsul  sənətkar  ailəsində 

anadan 

olmuşdur. 



Ailə 

vəziyyətinin 

çətinliyindən 

atası  onu  kiçik  yaşında 

məstçi 

ustasına 



şagird 

vermişdir.  Həmin  ustanın 

yanında 7 il işlədikdən sonra 

bu 


sənəti 

mükəmməl 

öyrənmişdir.  O,  elmə  və 

maarifə 


böyük 

maraq 


göstərmiş, 

özü 


müstəqil 

olaraq ərəb və fars dillərini öyrənmiş, ədəbiyyatı (xüsusilə 

şərq  poeziyasını)  tarix  və  coqrafiya  elmlərinin  mükəmməl 

bilicisi  olmuşdur.  Yaşadığı  dövrdə  Gəncədə  fəaiiyyət 

göstərən  qabaqçıl  ziyalılarla:  Məhəmməd  Hadi,  Abbas 

Səhhət,  Həmid  Araslı,  Qasım  Qənbəroğlu,  Cahanbaxış, 

Qarabağlı Məşədi Mikayd və başqaları ilə sıxı əməkdaşlıq 

və  yaxın  dostluq  etmişdir.  Bütün  şüurlu  həyatını 

Azərbaycanın  xalqının  müstəqilliyi,  inkisafı  və  azadlığına 

nəsr etmişdir. 

Gəncə  və  onun  ətraf  bölgələrində  gizli  fəaliyyət 

göstərən  Musavat  partiyası  və  sonralar  bu  partiyanın 

nəznində  "İttihad"  qrupunun  fəal  üzvü,  sədr  müavini  və 

partiya  biletlərini  paylayan  olmuşdur.  O  zaman  Sovet 

rejimi  əleyhinə  mübarizə  aparan,  "İttihad"  qrupunun  fəal 

üzvü  Musavat  dövlətinin  möhkəmləndirilməsinin,  təbliğ 

edilməsi,  müsəlman  millətinin  birləşib,  mövcud  quruluşun 

əleyhinə  vahid  cəbhə  yaradılmasında  bilavasitə  iştirakına 

və  pantürkist  meyilli  şəxsiyyət  olduğuna  görə  dəfələrlə 

(1920, 1924, 1931-ci illərdə) represiyaya məruz qalmışdır. 

M.M.Tağı-zadə  gənc  nəslin  təhsil  almasına  bütün 

varlığı ilə çalışmışdır. 

Gəncənin  bir  qrup  imkansız  gənclərini  öz  xərci  ilə 

Bakı  Dövlət  Universitetinə,  Bakı  pedaqoji  institutuna  ali 

təhsil  almağa  göndərmişdir.  Bunlardan  son  illərə  qədər 

Gəncədə yaşamış Mirzə-Davud Hacıyevi,  

 



 



İzzət Məmmədovu və başqalarını göstərmək olar. 

Sovet  rejiminin  təzyiqi  onun  ömrünün  sonuna  kimi 

davam  etdirilmiş  və  1937-ci  ilin  represiyasına  məruz 

qalmışdır. 

1946-cı ildə doğma vətəninə qayıdan M.M.Tağızadəyə 

qarşı  dövlət  tərəfindən  göstərilən  mənəvi  haqsızlıq  davam 

etdirilərək 1949-cu ildə o yenidən Gəncə şəhərindən sürgün 

edilmiş  və  1953-cü  ilin  noyabr  ayında  ürək  tutmasından 

qəflətən  vəfat  etmişdir.  19  yanvar  1989-cu  ildə  SSRİ  Ali 

Soveti Rəyasət Heyyətinin qərarı ilə ona bəraət verilmişdir. 

Gəncə  və  ətraf  bölgələrin  yaşlı  nəsli  Məstçi  Məşədi 

Məhərrəm  Məmmədtağı  oğlunu  xalqını  sevən,  xeyirxah, 

həmişə  imkansızlara  əl  tutan  insan  kimi  xatirəsini  əziz 

tuturlar. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

ÖN SÖZ 

Naftalan  nefti  Azərbaycan  Respublikasının  təbii 

sərvətləri içərisində mühüm  yer tutur. Bü dünyada naftalan 

nefti  yataqlarının  ancaq  Azərbaycanda  olması  və  naftalan 

neftinin tərkibində bioloji fəal və müalicə təsirli maddələrin 

zənginliyi  ilə  əlaqədardır.  Naftalan  neftinin  göstərilən 

xassələri  onun  ta  qədimdən  xalq  təbabətində  istifadə 

olunmasına səbəb olmuşdur. 

Ona  görə  də  bu  preparatın  öyrənilməsi  XX  əsrin 

əvvəllərindən  başlayaraq,  istər  təbii  elmlər  baxımından-

geoloji  cəhətdən,  istərsə  də  tibbi  və  baytarlıq  təbabətində 

müalicə  vasitəsi  kimi  istifadə  edilməsinə  görə  həmişə 

tədqiqatçıların böyük marağına səbəb olmuşdur. 

Təbii sərvətlərin öyrənilməsi proqramı üzrə Respublika 

alimləri  naftalan  neftinin  tətbiqi  sahəsində  hərtərəfli 

məqsədöynlü tədqiqatlar aparmışlar. 

Bu  məqsədlə  1963-cü  ildə  Azərbaycan  Kənd 

Təsərrüfatı Akademiyasında, baytarlıq fakultəsinin nəznində 

naftalan 

neftinin 

öyrənilməsinə 

dair 


problem 

laboratoriyasının yaradılması zəruri hesab edilmişdir. 

Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasının  dosenti, 

baytarlıq  elmləri  namizədi,  baytarlıq  təbabəti  fakultəsinin 

dekanı  Sabir  Məhərrəm  oğlu  Tağıyevin  naftalan  neftinin 

baytarlıq  təbabətində  öyrənilməsi  sahəsində  apardığı 

tədqiqatlar xüsusi və önəmli yer tutur. 

S.M.Tağıyev  problem  laboratoriyada  və  fəaliyyət 

göstərdiyi  kafedrada  apardığı  tədqiqatlar  əsasında  naftalan 

neftinin 

kənd 

təsərrüfatı 



heyvanlarının 

ginekoloji 

xəstəliklərində,  toyuqların  yumurta  məhsulunun  artırılması 

və  qısırlıqla  mübarizədə  müalicə  vasitəsi  və  bioloji  fəal 

təsirli maddə kimi hərtərəfli öyrənilmişdir. 

S.M.Tağıyev  yüksək  metodiki  səviyyədə  apardığı 

tədqiqatların  və  naftalan  nefti  problemi  üzrə  digər 

tədqiqatçıların elmi işləmələri nəticələrinin məcmuu, yazdığı 

"Naftalan  nefti  və  onun  baytarlıq  təbabətində-  istifadə 

edilməsi"  monoqrafıyasında  öz  əksini  tapmışdır.  Kitabı 

oxuyarkən ilk növbədə müəllifın problemi hərtərəfli bilən və 

yüksək  yaradıcılıq  qabiliyyətinə  malik  olan  tədqiqatçı 

olmağını göstərir. 

Monoqrafıyanın ilk fəsillərində naftlan neftinin müalicə 

vasitəsi kimi istifadə edilməsi tarixindən, onun geologiyası, 

kimyəvi tərkibi, fıziki kimyəvi xassələri, tibbi və baytarlıqda 

işlədilməsi barədə geniş məlumatlar verilir. Bu məlumatlar  

 



kitabdan  istifadə  edən  mütəxəssis,  tədqiqatçı,  və  adi 

oxucuda  naftalan  nefti  haqqında  ümumi  təsəvvür  yaradır, 

eyni  zamanda  naftalan  neftinin  gələcəkdə  öyrənilməsi 

perspektivlərini aydınlaşdırır. 

Monoqrafıyada  şəxsi  tədqiqatlara  və  digər  alimlorin 

elmi işləri əsasında naftalan neftinin dəri, cərrahi, ginekoloji 

və digər xəstəliklərdə müalicə səmərəsi və onun baytarlıqda 

qiymətli  müalicə  vasitəsi  və  perspektvli  olması  göstərilir. 

Naftalan neftinin işlədilməsi qaydalarından dozası və tətbiq 

edilmə qədərindən asılı olaraq heyvanlarda qanın  morfoloji 

və  biokimyəvi  tərkibinə,  bəzi  kliniki  göstəricilərə  təsiri 

tədqiqatların nəticələrinə əsasən ətraflı şərh edilir. 

Naftalan  neftinin  azot,  lipid,  karbohidrat,  mineral 

maddələr  mübadiləsinə  və  vitaminlərə  təsirinin  öyrənilməsi 

sahəsində  S.M.Tağıyev  geniş  tədqiqatlar  aparmışdır. 

Müəyyən  edilmişdir  ki,  naftalan  nefti  kiçik  dozada, 

maddələr  mübadiləsinə  əsasən  müsbət  təsir  edir,  lakin 

nisbətən  yüksək  dozalarda  isə  müəyyən  dəyişiklərə  səbəb 

olur.  Bu  dəyişiklər  preparatın  işlədilməsi  dayandırıldıqdan 

sonra  tezliklə  bərpa  olunur  ki,  bu  da  naftalan  neftinin 

orqanizm üçün zərərli olmamasını göstərir. Naftalan neftinin 

öyrənilməsində  ən  qiymətli  elmi  nəticə  onun  heyvan 

orqanizminə  toyuqların  timsalında  müxtəlif  orqan  və 

toxumlarda  nuklein  turşularının  miqdarına  təsirinin 

müəyyən edilməsidir. 

Bu  prosesdə  ən  müsbət  nəticə  naftalan  neftinin  kiçik 

dozada işlədilməsində müşahidə edilir. 

S.M.Tağryev laboratoriya və kənd təsərrüfatı heyvanları 

üzərində  apardığı  təcrübələri  göstərmişdir  ki,  naftalan  nefti 

heyvanlarda çoxalma üzvlərinə müsbət təsir göstərir. Bu isə 

preparatın  tərkibindəki  follikulinə  bənzər  fəal  bioloji 

maddələrin  cinsiyyət  üzvlərinin  funksiyasına stimullaşdırıcı 

təsir göstərməsi ilə izah edilir. 

Alınan  nəticələr  öz  növbəsində  naftalan  neftinin 

tətbiqinin 

heyvandarlığın 

inkişafında 

və 


onların 

məhsuldarhğının /ət, yumurta/ artırılmasında rolunu və elmi-

təcrübəvi əhəmiyyətini göstərir. 

S.M.Tağıyev  və  digər  tədqiqatçıların  elmi  işləmələri 

əsasında  naftalan  nefti  və  onun  bəzi  mikrobəleyli 

preparatlarla /furasilin, rivanol, naqanin və s./ qarışıqlarının 

balalıq  və  balalıq  yolunun  müxtəlif  iltihablı  proseslərində 

müalicə  səmərəsinin  olması  müəyyən  edilmiş  və  geniş 

təsərrüfat  sınaqından  keçirilmişdir.  Aparılan  uzun  illərin 

tədqiqatlarının nəticələri monoqrafıyada öz əksini tapmışdır. 

Monoqrafıyanın daha geniş oxucu kütləsini cəlb etməsi  

 



bir  də  onunla  izah  edilə  bilər  ki,  əsərin  xülasəsinin 

tərcüməsinin rus və ingilis dillərində verilməsidir. 

Beləliklə,  S.M.Tağıyevin  "Naftalan  nefti  və  onun 

baytarlıq  təbabətində  istifadə  edilməsi"  adlı  monoqrafıyası 

yüksək  qiymətli  elmi  əsər  olmaqla  Azərbaycanın  təbii 

sərvəti  olan  naftalan  neftinin  təbabətdə  və  baytarlıq 

təcrübəsində  geniş  istifadə  edilməsi  sahəsində  çox  dəyərli 

elmi  vəsaitdir.  Monoqrafiya  nəinki  baytarlıq  elminə, 

ümumiyyətlə Azərbaycan elminə böyük töhfədir. 

Biz  əminik  ki,  praktiki  baytar  və  tibbi  işçiləri, 

tədqiqatçdar,  təbiətlə  maraqlanan  geniş  oxucu  kütləsi  bu 

qiymətli monoqrafiyadan istifadə edəcəkdir. 



Azərbaycan  Respublikası  Dövlət  Mükafatı 

Laureatı,  Azərbaycan  Milli  Akademiyasının 

Həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Emlər 

Akademiyasının Akademiki 

Yaqub 

Hacıyev 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 





Azərbaycan 

Demokratik 

Respııblikasının 

yaradılmasına 

həyatını  fəda  etmiş  atam  Tağızadə 

Məşədi  Məhərrəm  Məmmədtağı 

oğlunun      əziz      xatirəsinə      həsr 

olunur 

 

Giriş 



 

Son 


illər 

Sovet 


dövlətinin 

dağılması 

ilə 

Respublikamızda  baş  verən  hadisələr,  xalq  və  kənd 



təsərrüfatlarında,  həmçinin  əhalinin  yaşayışında  çox  ağır 

vəziyyət  yaratmışdır.  Müstəqil,  suveren  Azərbaycan 

Respublikasının  iqtisadiyyatını  qısa  müddətdə  yüksəltmək 

üçün  hər  bir  vətənpərvər  azərbaycanlı  əlindən  gələni 

əsirgəməməlidir. 

Əhalinin  heyvandarlıq  məhsulları  ilə,  yüngül  sənayeni 

xammalla  təmin  etmək  üçün  heyvandarlığı  və  quşçuluğu 

inkişaf  etdirmək  və  onların  məhsuldarlığını  artırmaq, 

keyfıyyətini  yaxşılaşdırmaq  tələb  olunur.  Zoobaytar 

mütəxəssislərinin  və  bu  sahədə  çalışan  alimlərin  ümdə 

vəzifəsi  heyvanların  qısırlığı  ilə  və  az  məhsuldar  toyuqlarla 

mübarizəyə  yönəldilməlidir.  Buna  nail  olmaq  üçün  heyvan 

və  quşların  cinsiyyət  üzvlərinin  normal  fəaliyyətini  bərpa 

ecmək lazımdır. 

Məlumdur  ki,  cinsiyyət  vəzilərinin  fızioloji  fəaliyyəti 

hipofızin  honodotrop  funksiyası  ilə  tənzimlənir.  Endogen 

estrogenlər lüteniləşdirici hormonun ifrazını stimullaşdırdığı 

halda,  follikulinstimullaşdırıcı  hormonun  sekresiyasını 

ləngidirlər. 

Kənd  təsərrüfatı  heyvanlarında  cinsiyyət  üzvlərinin 

fəaliyyətini  yüksəltmək,  balavermə  və  məhsuldarlığını 

artırmaqda  müxtəlif  təbii  və  sintetik  estrogenlərdən  və 

farmokoloji 

preparatlardan-sinestrol, 

follikulin,  boğaz 

madyan  qanın  zərdabı  (BMZ),  pituitrin  və  qeyrilərindən 

geniş  istifadə  edilir.  Lakin  bu  preparatların  hazırlanma 

texnologiyası  xüsusi  şərait,  avadanhq,  qurğular,  kapital 

qoyuluşu  tələb  edir.  Bu  məqsədlə  təbiətin  bütün  dünyada-

yalnız Azərbaycana bəxş etdiyi yeganə müalicə vasitəsi olan 

naftalan  neftindən  istifadə  edilməsi  daha  əlverişlidir. 

Naftalan  nefti  çox  qədim  zamanlardan  insanlar  tərəfındən 

istifadə olunmağa başlanmışdır. 

XX  əsrin  əvvəllərində  onun  kimyəvi  təbiətinin 

öyrənilməsinə 

(Y.H.Məmmədəliyev, 

K.A.Krassuski, 

A.İ.Sarançuk, A.S.Velikovski və başqaları), insan və heyvan  

 



orqanizminə 

təsirinin 

(A.İ.Qarayev, 

A.Z.Babayev, 

Ə.S.Həsənov,  R.K.Əliyev,  T.H.Paşayev,  M.A.Əlizadə, 

H.İ.Səfərov,  Q.B.Xəlilov,  Y.Y.Babayev,  H.K.Abbasov  və 

qeyriləri) 

və 


müalicə 

xassələrinin 

tədqiqinə 

(V.A.Aleksandrov, 

İ.S.Qinzburq, 

B.A.Eyvazov, 

Z.M.Məmmədov, M.C.Əfəndiyev və digərləri) başlamışdır. 

1938-ci  ildə  Bakıda  Azərbaycan  Elmi-Tədqiqat 

Kurortologiya  və  Fiziki  Üsullarla  Müalicə  İnstitutunda, 

1965-ci  ildə  Naftalan  kurortunda  professor  T.H.Paşayevin 

təşəbbüsü  ilə  naftalan  neftinin  öyrənilməsi  ilə  məşğul  olan 

elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Respublikanın bir 

sıra  elmi-tədqiqat  və  tədris  institutlarının  klinika  və 

laboratoriyalarında  naftalan  neftinin  hər  tərəfli  tədqiqinə 

diqqət artırılmışdır. Müəyyən edilmişdir ki, naftalan neftinin 

tərkibindəki  steroid  təbiətli  estrogen,  follikulinəbənzər 

birləşmələr  cinsiyyət  üzvlərinin  xüsusi  ilə  yumurtalıqların 

fəaliyyətini gücləndirir. 

İlk dəfə təbabətdə ginekoloji  xəstəliklərin  müalicəsində 

naftalan  neftini  dövrünün  körkəmli  alimi  F.İ.İlin  sınaqdaq 

keçirmiş və 1935-ci ildə Moskva ginekoloqların ümumittifaq 

qurultayında  müsbət  təsirə  malik  olmasını  bəyan  etmişdir. 

Sonralar bu və digər istiqamətlərdə geniş elmi-tədqiqat işləri 

Y.H.Məmmədəliyev, 

A.İ.Qarayev, 

T.H.Paşayev, 

Z.M.Məmmədov,  A.İ.Malinovski,  A.İ.Atayev,  Y.Q.Heller, 

A.A.Keodakov,  M.K.Mahmudbəyova,  F.A.Dıxno-Lebzon, 

A.M.Keylis,  M.A.Pənahi,  V.İ.Solovyov,  S.Ə.Quliyeva  və 

başqalan  apararaq,  naftalan  neftinin  təsir  mexanizmini, 

eləcədə  tibb  ginekologiyasında  və  başqa  sahələrdə  əlverişli, 

güclü  təsirə  malik  olmasını  əsaslandırmışlar.  Onlar  sübüt 

etmişlər  ki,  naftalan  nefti  iltihab  əleyhinə,  follikulinəbənzər 

xassəli, ağrı azaldıcı, yumşaldıcı, asan sorulan və ucuz başa 

gələn  dərmandır.  Bu  təklikdə  və  digər  farmakoloji 

preparatlarla birlikdə müvəffəqiyyətlə istifadə edilir. 

Təbabətin  digər  sahələrində  də  naftalan  neftinə  aid 

geniş,  dərin  tədqiqatlar  aparılmış  və  gözəl  nəticələr 

almmışdır.  Buna  görədir  ki,  hazırda  Azərbaycan 

Respublikasınm  Naftalan  qəsəbəsində  ilboyu  fəaliyyət 

göstərən dünya şöhrətli kurort yaradılmışdır. 

Naftalan  neftinin  təsirli  müalicə  vasitəsi  olması  və 

tibbidəki  nailiyyətləri  baytarlıq  sahəsinin  alimlərinin  də 

diqqətini cəlb etmişdir. İlk dəfə Bakı Baytarlıq Klinikasında 

1938-ci  ildə  bir  neçə  xəstə  üzərində  naftalan  nefti  sınaqdan 

keçirilmişdir.  1941-1942-ci  illərdən  başlayaraq  Azərbaycan 

Kənd  Təsərrüfatı  Akademiyasında  da  xüsusi  Elmi-Tədqiqat 

laboratoriyası yaradılmışdır və bu sahədə elmi-tədqiqat işləri  

 



ilə  məşğul  olmuşlar.  1963-cü  ildə  professor  H.M.Hacıyevin 

təşəbbüsü  ilə  xüsusi  elmi-tədqiqat  problem  laboratoriyası 

açdaraq,  naftalan  neftinin  geniş  tədqiqinə  başlanmışdır. 

Hazırda  naftalan  nefti  baytarlıq  təbabətində  xəstə 

heyvanların  yoluxmayan  daxili,  cərrahi,  ginekoloji,  dəri 

xəstəliklərinin 

müalicəsində 

geniş 


istifadə 

olunur. 


A.H.Qədimov,  H.M.Hacryev,  İ.M.Əzimov,  S.M.Tağıyev, 

Y.Y.Babayevin bu istiqamətdə apardıqları tədqiqatları xüsusi 

əhəmiyyət  kəsb  edir.  Naftalan  neftinin  heyvan  orqanizminə 

təsirinin 

öyrənilməsində 

H.İ.Səfərov, 

Q.B.Xəlilov, 

Y.Y.Labayev,  H.K.Abbasovun  və  başqalarının  işləridə 

diqqətə layiqdir. 

Biz  baytarlıq  ginekologiyasında  naftalan  neftinin 

müalicə  təsirini  öyrənərək  müəyyən  etmişik  ki,  onun 

furasilin  və  rivanolla  qarışıqları  inəklərin  vakinit  və 

metritinin  müalicəsində  ən  sərfəli  dərman  maddəsidir. 

Baytarlıq  təbabəti  sahəsində  çalışan  alimlərin  tədqiqatlarıda 

sübut  etmişdir  ki,  naftalan  neftinin  spesifik  müalicə  təsiri 

onun tərkibindəki steroid təbiətli maddələrlə sıx əlaqədardır. 

Naftalan 

neftinin 

belə 

birləşmələrlə 



zənginliyi, 

təcrübələrimizin  nəticələri  əsas  vermişdir  ki,  onun  kənd 

təsərrüfatı  heyvanları  və  quşlarının  cinsiyyət  üzvlərınin 

funksiyasına  təsiri  eksperimental  yolla  araşdırılsın.  Bu 

kitabda  uzun  illər  apardığımız  tədqiqatların  nəticələrini  ilk 

dəfə  azərbaycan  dilində  yığcam  şəkildə  şərh  etməyə 

çalışmışıq. 

Kitaba  naftalan  neftinin  geologiyası,  fıziki-kimyəvi 

xassələri,  tibbidə  və  baytarlıqda  işlədilmə  tarixi,  insan  və 

heyvan  orqanizminə  təsiri  və  mexanizmi,  kənd  təsərrüfatı 

heyvanları  və  quşlarının  çoxalma  üzvlərinin  fəaliyyətinə, 

klinik  fızioloji  göstəricilərinə,  boy  və  inkişafına,  ət  və 

yumurta  məhsuldarlığına,  alınan  yumurtalardan  cücə 

çıxımına,  onların  nəsilvermə,  kürtdüşmə  instiktinə  təsiri  və 

qeyri  məsələlər  elmi  əsaslarla  müasir  səviyədə  təsvir 

edilmişdir. 

Kitab nadir müalicə vasitəsi olan naftalan nefti problemi 

ilə maraqlananlar üçün nəzərdə tumlmuşdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

10


M Ü N D Ə R Ġ C A T 

səh. 

Ön söz 



I FƏSĠL. Naftalan neftinin müalicədə işlədilmə 

tarixindən 

1.Naftalan neftinin tibbidə işlədilməsi 

2.Naftalan neftinin baytarlıq təbabətində 



işlədilməsi 

15 


 

II 

FƏSĠL. Naftalan neftinin geologiyası, kimyəvi 

təbiəti və fıziki-kimyəvi xassələri                              18 

 

III 

FƏSĠL. Naftalan neftinin insan və heyvan 

orqanizminə təsiri və müalicə xassələri 

                22 

1.Naftalan neftinin insan və heyvan orqanizminə 

təsiri 


22 

2.Naftalan neftinin müalicə xassələri 

28 


2.1. 

Naftalan neftinin dəri xəstəliklərinin 

müalicəsində işlədilməsi                                      30 

2.2.Naftalan neftinin cerrahi xəstəliklərin 

müalicəsində işlədilməsi 

31 

2.3.Naftalan neftinin ginekoloji xəstəliklərin 

müalicəsində işledilməsi                                      32 



3.Qoyunlarda işkənbənin yığılma fəaliyyətinə  

təsiri 


35 

4.Toyuq, dovşan və qoyunlarda qanın morfoloji 

tərkibinə təsiri 

41 

5.Qoyunların klinik göstəricilərinə naftalan 

neftinin təsiri 

59 

6.Toyuqlarda maddələr mübadiləsinə naftalan 

neftinin təsiri 

60 

6.1.Azot mübadilosinə naftalan neftinin təsiri 

60 


6.1.1.Zülal mübadiləsinə naftalan neftinin təsiri  63 

6.1.2.Nuklein  turşularının  mübadiləsinə  naftalan 

neftinin təsiri 

93 

6.2.Lipid mübadiləsinə naftalan neftinin  

təsiri                                                                    118 



6.3.Karbohidrat mübadiləsinə naftalan neftinin 

təsiri                                                                    133 



6.4.Mineral maddələrin mübadiləsinə naftalan 

neftinin təsiri                                                       135 



6.5.Vitaminlərə naftalan neftinin təsiri               142 

IV 

FƏSĠL. Heyvanlarda çoxalma üzvlərinin 

fəaliyyətinə naftalan neftinin təsiri                          144 

 

308 


l.Ağ  siçanlarda  balalığın  inkişafına  naftalan 

neftinin 

təsiri 

144 


2.Cinsiyyətcə 

yetişməyen 

ağ 

siçanların 



yumurtalığınınkütləsinə naftalan neftinin  

təsiri 


146 

3.Cinsiyyətcə  yetişmeyen  dovşanların  çoxalma 

üzvlərininfəaliyyətinə naftanan neftinin  

təsiri 

148 


4.Qoyunların 

sidiyində  ve  qan  zerdabında 

honadotron  hormonun  miqdarına  naftalan  neftinin 

təsiri 


152 

5.Çoxalma 

üzvlərinin 

funksiyasının 

stimullaşdırılmasına naftalan neftinin  

təsiri                                                                    155 

5.1.Naftalan neftinin dozasının təyinində yeridilmə 

yolununrolu 

155 

5.2.Yumurtalıqlarda  naftalan  neftinin  tesirinden 

baş veren struktur dəyişiklər                               157 



5.3.Quşların çoxalma üzvlərinin fəaliyyətinə 

naftalan neftinin təsiri                                         170 



5.3.1.Yumurtalıq və yumurtalıq yolunun inkişafına 

təsiri 


 

 

170 



5.3.2.Toyuq 

yumurtasının 

nəsilartırma 

qabiliyyətinə naftalan neftinin  

təsiri                                                                    176 

5.3.3.Toyuqların  gürtdüşmə  instiktinə  naftalan 

neftinintəsiri 

 

 

179 



5.4.Törədici qoçların  toxumunda bəzi  lipidlərin və 

mineral  maddələrin  miqdarına  naftalan  neftinin 

tesiri                                                                   180 

5.4.1 .Lesitin vo xolesterinin miqdanna təsiri     180 

5.4.2.Mineral maddələrin miqdarına təsiri 

181 


5.4.3.Törədici 

buğaların  toxumunda  mineral 

maddələrin miqdarına təsiri 

184 


V FƏSĠL.  Heyvanların  boy  və  inkişafına  naftalan 

neftinin təsiri 

190 

l.Siçanların canlı kütləsinə naftalan neftinin təsiri190 

2.Dovşanların  canlı  kütləsinə  naftalan  neftinin 

təsiri 


   193 

3.Toyuqların canlı kütləsine naftalan neftinin təsiri195 

4.Toyuqların əsas ölçülərinə naftalan neftinin təsiri196 

5.Təcrübə  toyuqlarının  yumurtalarından  çıxmış 

cücələrin canlı kütləsinə naftalan neftinin tesiri  198 



6.Təcrübə  toyuqlarının  yumurtalarından  çıxmış 

cücələrin  4-cü  qanad  lələyi  və  əsas  ölçülərinə 

naftalan neftinin təsiri 

199 


309 

7.Qoyunların canlı kütləsinə naftalan neftinin təsiri200 

VIFƏSĠL. 

Toyuqların  məhsuldarlığına  naftalan 

neftinin təsiri 

204 

l.Toyuqların  yumurta  məhsuluna  naftalan  neftinin 

təsiri 


204 

2.Toyuqların yumurtasının kütləsinə və ölçülərinə 

naftalan neftinin təsiri 

207 

3.Toyuq yumurtasının kimyəvi tərkib hisselərinə 

naftalan neftinin təsiri 

209 

4.Toyuqların  ət  mehsuldarlığına  naftalan  neftinin 

təsiri 


222 

 

VII  FƏSĠL. Naftalan neftinin və onun qarışıqlarının 



baytarlıqtəbabətində ginekoloji xəstəliklərin 

müalicəsində tətbiqi                                                    226 

1. 

Naftalan neftinin və qarışıqlarının 

bakteriostatik və baktcriosid təsiri 

              226 



l.l.Balalıq  axıntısının  mikroflorasına  naftalan 

neftinin tesiri 

226 

1.2.Balalıq  axıntısının  mikroflorasına  naftalan-

furasilin qarışığının təsiri 

227 

1.3.Balalıq  axıntısının  mikroflorasına  naftalan-

rivanol qarışığının təsiri 

229 

2. 

Balalıq və balalıq yolu iltihablarının 

müalicəsində naftalan neftinin və onun 

qarışıqlarının tətbiqi 

                                   230 

2.1.Naftalan neftinin dozalarının müəyyən edilməsi231 

2.2.Balalıq  yolu  iltihabının  naftalan  nefti  ilə 

müalicəsi 

   231 

2.3.Balalıq iltihablarının naftalan nefti ilə müalicəsi232 

2.4.Balalıq  və  balalıq  yolu  iltihablarının  naftalan-

furasilin qarışığı ilə müalicəsi 

 234 

2.5.Balalıq  və  balalıq  yolu  iltihablarının  naftalan-

rivanol qarışığı ilə müalicəsi 

236 

2.6.Yoluxucu  vaginitin  naftalan  nefti  ve  onun 

qarışıqları 

ilə 

müalicəsi 



238 

2.7.Camışlarda  vaginitin  naftalan  nefti  və  onun 

qarışıqları ilə müalicəsi 

239 

2.8.Camışlarda  metritlərin  naftalan  nefti  və  onun 

qarışıqları ilə müalicəsi 

241 

2.9.Təsərrüfat  şəraitində  inəklərin  qısırlığı  ilə 

mübarizedə naftalan neftinin işlədilməsi 

243 

 

 



 

310 


 

ÜMUMĠ NƏTĠCƏ                                            248 

 

Нафталанская нефтъ и ее применение в 



ветеринарной медицине                                260 

 

The Naphtalan oil and application in 

veterinarian medicine                                      275 

 

Ədəbiyyat siyahısı                                            288     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

311 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çapa imzalanmış: 25.03.2002 

Formatı:60x90 1/16.Tirajı:1000 ədəd 

Həcmi:19,5 çap vərəqi. 

Sifariş: 27 

 

“KROTON” mətbəəsində hazır diopozitivlərdən 

ofset üsulu ilə çap edilmişdir.


 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sabir Tağıyev 

 

(Sabir Məşədi Məhərrəm oğlu Tağıyev) 

 

NAFTALAN NEFTĠ VƏ ONUN 

BAYTARLIQ TƏBABƏTĠNDƏ 

ĠSTĠFADƏ EDĠLMƏSĠ 

 

(Azərbaycan dilində) 

 

“ELM” nəşriyyatı 

 

Bakı -2002



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə