S. H. Mahmudov aqrar sahəDƏ MÜLKĠ MÜdafġƏ Dərs


ġək. 34. Fərdi aptekçə- АИ 2    Kimya  əleyhinə  fərdi  paket  (ИПП-8)  -



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix23.02.2017
ölçüsü7,28 Kb.
#9507
1   2   3   4   5   6   7   8   9   10   11

ġək. 34. Fərdi aptekçə- АИ 2 
 
Kimya  əleyhinə  fərdi  paket  (ИПП-8)  -  dəri  səthinin  ZM 
damcıları və ya dumanı ilə, habelə radioaktiv maddə və bakte-
rial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini, bu sahələ-
rə toxunan paltar hissələrini qismən sanitariya təmizlənməsin-
dən  keçirmək  (təmizləmək)  üçündür.  Bu  paket  içərisində  hər 
cür ZM-ni zəhərsizləşdirmək üçün
 
polideqazasiya mayesi  olan 
şüşə  flakondan  və  4  ədəd  pambıq-tənzif  salfetdən  ibarətdir 
(şək. 35). 
Bir  sıra  ZM,  xüsusən  fosforlu-üzvi  maddələr,  hətta  fıziki 
zədələnməsi  olmayan  dəri  örtüyündən  bədənə  sürətlə  sorula 
bildiyi  üçün  deqazasiyanın  səmərəliliyi  zəhərlənmədən  sonra 
sanitariya  təmizlənməsinə  başlanması  müddətdən  bilavasitə 

 
96 
asılı  olur.  Qismən  sanitariya  təmizlənməsi  ZM  mühafizə  edil-
məmiş dəri örtüyünə təsir göstərəndən sonrakı 5 dəq müddətin-
də keçirilsə, onda təmizlənmə son dərəcədə səmərəli olacaqdır. 
 
      
                      
ġək. 35. Fərdi kimyəvi paket  
 
Fərdi  sarğı  paketləri  yaralara,  yanıq  yerlərinə  sarğı  qoy-
maq,  habelə  bəzi  növ  qanaxmaları  dayandırmaq  üçün  işlədilir 
(şək. 36). 
 
 
 
ġək. 36. Fərdi sarğı paketi 

 
97 
5. AQRARSAHƏDƏ MÜLKĠ MÜDAFĠƏNĠN 
XÜSUSĠYYƏTLƏRĠ 
 
5.1. Aqrar sahədə iĢ dayanıqlığının əsasları 
 
Dayanıqlıq  dedikdə  kənar  təsirlərə  baxmayaraq  obyektin-
istehsal, tədris, səhiyyə müəssisələri, yaşayış binaları və s. nor-
mal  işini  və  fəaliyyətini  davam  etdirməsi  başa  düşülür.  Daya-
nıqlıq iki qrupa ayrılır: 
1. Binanın konsruktiv-fiziki dayanıqlığı. 
2. İstehsal müəssisəsinin iş dayanıqlığı. 
Konstruktiv-fiziki  dayanıqlıq  təbiət  qüvvələrinin  (zəlzələ-
lər, sellər, daşqınlar, torpaq sürüşmələri və s.) və tətbiq olunan 
hərbi vasitələrin (əsasən nüvə partlayışlarının) təsirinə baxma-
yaraq  obyektin  və  ya  yaşayış  binasının  bina  konstruksiyasının 
etibarlılığını  ifadə  edir.  Məlumdur  ki,  respublikamızın  ərazisi-
nin  mütləq əksəriyyətini seysmik, sel  və daşqın  təhlükəli olan 
zonalar  təşkil edir. Düşmən hücumları ehtimal edildikdə hərbi 
vasitələrin tətbiqi adətən əhalinin daha sıx məskunlaşdığı ərazi-
ləri (böyük şəhərləri və qəsəbələri), orada yerləşən həyati vacib 
obyektləri  –  rabitə,  hərbi  –  sənaye  kompleksi  obyektləri  və  s. 
sıradan  çıxarmağı  nəzərdə  tutur.  Çünki  bu  zaman  qarşı  tərəfin 
müdafiə qüdrəti əsaslı surətdə zəifləyir ki, bu da hərbi əməliy-
yatların taleyini həll edə bilər. Ona görə də inşaat işlərində tiki-
lilərin  seysmik təkanlara və hərbi  vasitələrin  təsirinə qarşı da-
yanıqlılığı mütləq nəzərə alınmalıdır. 
 İş dayanıqlığı dedikdə,  kənar təsirlərə baxmayaraq, isteh-
sal müəssisəsinin istehsal gücünə uyğun  həcmdə və planlaşdı-
rılan çeşiddə məhsul istehsalını davam etdirməsi başa düşülür. 
Kənd təsərrüfatı obyektinin və ya kənd təsərrüfatı istehsalat sa-
hələrinin iş dayanıqlığı digər istehsalat sahələrindən fərqli ola-
raq bir çox amillərdən asılıdır ki, onları üç əsas qrupda cəmləş-
dirmək mümkündür: 
1. Müharibə və kütləvi qırğın vasitələrinin tətbiqi ilə əla-

 
98 
qədar olmayan amillərin kənd təsərrüfatı istehsalına təsiri. 
Göstərilən qrupa aşağıdakılar daxildir: 
a)  Torpağın  münbitliyi.  Torpaq  kənd  təsərrüfatında  isteh-
salatın ən əsas vasitəsidir. Onun keyfiyyəti – münbitliyi ərzaq, 
yem və texniki bitkilərin məhsuldarlığına birbaşa təsir göstərir. 
Torpağın münbitliyi onun növündən, mexaniki və kimyəvi tər-
kibindən asılıdır. Torpaq münbit  (qara, qara-qonur və s.) və az 
münbit  (qumlu,  şoran)  olmaqla  iki  yerə  bölünür.  Münbit  tor-
paqlar külək və su eroziyası nəticəsində, həmçinin qulluğun la-
zımi səviyyədə olmaması ilə əlaqədar kənd təsərrüfatı bitkiləri-
nin ziyanvericiləri ilə zənginləşə bilər. Torpaqda əkilən ərzaq, 
yem və texniki bitkilərin inkişafının vacib mərhələlərində onla-
ra üzvi və qeyri-üzvi gübrələrin verilməsi, təsərrüfatda növbəli 
əkin sisteminin tətbiqi ilə torpağın münbitliyini qorumaq müm-
kündür. Torpaq növündən asılı olaraq ona verilən üzvi və qey-
ri-üzvi  gübrələrin  miqdarı  dozalaşdırılır.  Növbəli  əkin  isə  tor-
pağa verilən kimyəvi preparatların miqdarını azaldır.  
b)  Hava-iqlim  şəraiti.  Hava-iqlim  şəraiti  kənd  təsərrüfatı 
bitki  məhsullarının  həcmində  və  heyvandarlığın  inkişafında 
əhəmiyyətli  rol  oynayır.  Məlumdur  ki,  dünyada  mövcud  olan 
11 iqlim qurşağından 9-u Azərbaycanda vardır. Ona görə də öl-
kəmizdə  çeşidli  kənd  təsərrüfatı  bitkilərinin  əkilib-becərilməsi 
rentabellidir.  Hər  bir  bitki  (pambıq,  taxıl,  qarğıdalı,  yonca  və 
s.)  öz  inkişafı  üçün  müəyyən  miqdarda  günəş  enerjisi,  istilik, 
nəmlik,  mineral  elementlər  tələb  edir.  Torpaq  və  iqlim  şəraiti 
nəzərə alınmaqla Azərbaycan Respublikasında rayonlaşdırılmış 
bitkilərin  əkilməsi  vacibdir.  Ölkənin  aran  rayonlarında  daha 
çox istiliyə davamlı (meylli) bitkilərin becərilməsi əlverişlidir. 
Bu  zaman  əsasən  tozlanmanın  (vegetasiya)  əlverişli  dövründə 
düşən  nəmliyin  miqdarı  mütləq  nəzərə  alınmalıdır.  Bitkilərin 
müvafiq iqlim qurşağında əkilməməsi onun yekun məhsuldarlı-
ğına əsaslı təsir göstərir. Heyvandarlıq sahəsində saxlanan hey-
vanların iqlim şəraitinə uyğun olması nəzərə alınmalıdır. 
 c) Meliorasiyanın vəziyyəti.  Ölkəmizin bəzi regionlarında 

 
99 
yetişdirilən    kənd  təsərrüfatı  bitkiləri  təbii  suvarılmaya  (dəm-
yə),  bəzi  regionlarda  isə  süni  suvarılmaya  məruz  qalır.  Təbii 
suvarılma olan regionlarda bitkinin  yetişkənlik dövründə aylıq 
yağıntının miqdarı bitkinin inkişafını təmin etmədikdə, həmçi-
nin, süni suvarılan regionlarda bitkinin suvarılması zəruri olan 
zamanda  su  mənbələrində  yetərli  su  kütləsinin  olmaması  ye-
kunda  bitkinin  məhsuldarlığına  təsir  göstərir  ki,  bu  da  həmin 
sahə üzrə iş dayanıqlığının itirilməsi kimi qiymətləndirilir. 
Bundan əlavə əkinə yararlı torpaqlara aqrotexniki qulluğun 
edilməsi  və  meliorativ  işlərin  görülməsi  ilə  torpağın  şoranlaş-
ması və eroziyasının qarşısını almaq mümkündür. 
2.  Müharibə  zamanı  kütləvi  qırğın  silahlarının  təsiri  ol-
madan yaranan amillərin kənd təsərrüfatı istehsalına təsiri. 
Bu amillər kənd təsərrüfatı istehsalat  texnologiyasının tət-
biqinin pozulmasına gətirib çıxarır. Buraya kişilərin ordu sıra-
larına  cəlb  olunması  ilə  əlaqədar  olaraq  əmək  ehtiyatlarının 
azalması, təsərrüfatda əkilən bitkilər üçün tələb olunan üzvi və 
qeyri-üzvi gübrələrin, bioloji preparatların alınması və çatdırıl-
masında yaranan problemlər, kənd təsərrüfat texnikası üçün ya-
nacaq–  sürtgü  materialları  və  ehtiyat  hissələrin  təchizatındakı 
fasilələr aiddir. Bundan əlavə, ən ciddi problem olaraq elektrik 
təchizatındakı  fasilələr  nəticəsində  süni  suvarma  tələb  edən 
regionlarda  yeraltı  su  ehtiyatlarından  istifadənin  dayandırıl-
masına  gətirib  çıxarması,  mexanikləşdirilmiş  heyvandarlıqda 
qulluq  işlərinin  görülməsinin  çətinləşməsi  qeyd  olunmalıdır. 
Daşınmalarda hərbi yüklərə üstünlük verilməsi, həmçinin, nəq-
liyyat  yollarına  düşmən  hücumunun  ehtimalı  artdığından  ölkə 
ərazisindən  və  xaricdən  kənd  təsərrüfatı  üçün  nəzərdə  tutulan 
materialların və yüklərin avtomobil və dəmiryolu ilə daşınması 
zamanı yolların dağılması, gübrə istehsalının həcminin azalma-
sı, istehsal müəssisələrinin hərbi istiqamətli məhsul istehsalına 
keçirilməsi ilə bağlı olaraq kənd təsərrüfatında məhsul istehsa-
lının həcmi aşağı düşür ki, bu da iş dayanıqlığının itirilməsi ki-
mi dəyərləndirilir. 

 
100 
3. Kütləvi qırğın silahlarının tətbiqindən kənd təsərrüfatı 
istehsalatına təsir edən amillər. 
Kənd rayonlarında ən böyük təhlükə insanların, heyvanla-
rın,  bitkilərin  kütləvi  məhvi  ilə  nəticələnən  nüvə  partlayışları-
nın  törədilməsidir. Düşmən tərəfindən kimyəvi  və bakterioloji 
silahların tətbiqi, həmçinin, zəhərli istehsalat sahələrində isteh-
salat qəzalarının baş verməsi də vəziyyəti əsaslı surətdə mürək-
kəbləşdirə  bilər.  Bu  qrupa  aid  edilən  amillər  müharibə  şə-
raitində kənd təsərrüfatı obyektlərinin iş dayanıqlığının qiymət-
ləndirilməsi və müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. 
Kənd təsərrüfatı obyektlərinin müharibə şəraitində iş daya-
nıqlığının hesabat metodikası xüsusi zəmanətlərdə verilir. 
Müharibə şəraitində kənd təsərrüfatı obyektlərinin iş daya-
nıqlığının təmin edilməsi üçün  istər sülh, istərsə də müharibə 
vaxtı kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçi-
rilməsi vacibdir. Bu zaman əsas diqqət kənd təsərrüfat istehsa-
latının mükəmməl idarə edilməsinə yönəldilməlidir. İnsanların, 
əsasən də istehsalatda çalısan işçilərin etibarlı mühafizəsi təşkil 
edilmədən  kənd  təsərrüfatı  istehsalatının  dayanıqlı  işi  təmin 
edilə bilməz. 
Material-texniki və su təchizatının, təsərrüfatlararası isteh-
salat  əlaqələrinin,  müstəqil  elektrik  sisteminin  yaradılması 
üçün  tədbirlər  sülh  dövründə  planlaşdırılmalı  və  icra  edilmə-
lidir. 
Heyvandarlığın və bitkiçiliyin dayanıqlı iş fəaliyyətinin tə-
min edilməsi məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi vacib-
dir. 
 
5.2. Heyvanların kütləvi qırğın silahlarından mühafizəsi 
 
Kənd təsərrüfatı heyvanlarının kütləvi  qırğın  silahlarından 
qorunması və ya onun təsirinin azaldılması üçün mülki müdafiə 
tədbirləri  təşkilati,  mühəndis-texniki  və  zoobaytarlıq  işlərinin 
kompleks həllini tələb edir. Düşmənin müasir qırğın vasitələri 

 
101 
ilə  hücum  təhlükəsi  yarandıqda  heyvanların  mühafizəsi  üçün 
heyvandarlıq kompleksi binaları və ya aztutumlu fərdi tövlələr, 
həmçinin  həmin  vaxt  heyvanların  saxlanması  nəzərdə  tutulan 
tikililər bu məqsədlə hazırlanmalıdır. Qaba və qüvvəli yem eh-
tiyatı etibarlı surətdə qapadılır, düşmən tərəfindən tətbiq olunan 
kütləvi  qırğın  vasitələrinin  nəticələrinin  aradan  qaldırılması 
üçün texnika hazırlanır. Nüvə partlayışları, düşmənin tətbiq et-
diyi zəhərləyici və bakterioloji vasitələrin vaxtında qeydə alın-
ması  üçün havanın,  torpağın  və bitkilərin müşahidə işləri güc-
ləndirilir. 
Binaların hazırlanması aşağıdakı istiqamətlərdə aparılır: 
a)  Binaların  konstruktiv-fiziki  hazırlanması.  Konstruktiv-
fiziki  hazırlanma  dedikdə,  binanın  nüvə  partlayışları  zamanı 
hava  zərbə  dalğasının  təsirindən  dağılma  təhlükəsinin  azaldıl-
ması üçün görülən işlər başa düşülür. Bu məqsədlə düşmən hü-
cumu  ehtimal  olunan  istiqamətdən  və  ya  dairəvi  olaraq  tikili 
xaricindən  hündürlüyü  saxlanılan  heyvanların  hündürlüyünə 
mütənasib, təxminən pəncərə (baca) hündürlüyündə, 70-100 sm 
qalınlıqlı torpaq kütləsi verilir və  ya əldə olan tikinti material-
ları ilə binadan 60-70 sm kənarda hündürlüyü 140-150 sm olan 
hasar  çəkilərək  ara  hissə  torpaq  kütləsi  ilə  doldurulur.  Yanğın 
təhlükəsinin  aradan  qaldırılması  məqsədi  ilə  binanın  (heyvan-
darlıq kompleksinin) ətrafındakı quru otlarla örtülmüş sahə bel-
lənir (şumlanılır), yanğına meylli zibillər təmizlənilir. 
Saxlanılan heyvanlar üçün ehtiyat su və yem kütləsinin yara-
dılması. 
b)  Saxlanılan  heyvanların  minimal  su  və  yem  kütləsi  ilə 
qidalanması  məqsədilə  7-10  sutkalıq  yem  ehtiyatı  yaradılır  ki, 
normativ ehtiyat kütlənin həcmi əməli məşğələdə nəzərə çatdı-
rılacaqdır. 
c)  bina  (kompleks)  daxilində  heyvanlara  qulluğun  təşkili. 
Heyvanlara qulluq sağmal heyvanların sağılması, onların yem-
lənməsi və təmizlik işlərinin aparılmasından ibarətdir. 
d)  Bina  (kompleks)  daxilində  ventilyasiyanın  təşkili.  Bina 

 
102 
(kompleks)  daxilində  saxlanılan  heyvanların  və  onlara  qulluq 
edən  insanların  izolyasiya  edilmiş  şəraitdə  uzunmüddətli  qo-
runması  zamanı  mikromühitdə hava qarışığının tərkibinin  nor-
mallaşdırılması məqsədi ilə təşkil edilir.  
e)  Bina  (kompleks)  daxilində  avadanlıqlaşdırma.  Saxlanı-
lan  heyvanların  tərkibindən  asılı  olaraq  südəmərlər  (quzu,  bu-
zov) üçün arakəsmələrin və ehtiyat  su və yem kütləsinin yığıl-
ması  yerlərinin  hazırlanması  işlərinin  görülməsini  nəzərdə  tu-
tur. 
 
5.3. Heyvanların köçürülməsi 
 
Düşmənin əsasən iri şəhərlərə hücum ehtimalı böyük oldu-
ğundan yaxın ətrafdakı kənd təsərrüfatı heyvanlarının köçürül-
məsi  vacibdir. Köçürmə  həmçinin,  daşqın  və sel təhlükəsi  ya-
randıqda  da  aparılır.  Köçürülmə  zamanı  heyvanlar  üçün  fərdi 
mühafizə vasitələrindən istifadə oluna bilər.  
Kənd təsərrüfat heyvanları uzunmüddətli saxlanmadan son-
ra zəhərlənmiş zonadan köçürülür. Təhlükəsiz  zonada (zəhər-
lənmiş zonadan kənarda) heyvanların baytarlıq emalı icra edi-
lir. Emalın işi mövcud normativ qaydalara uyğun olaraq yuyu-
cu vasitələrlə aparılır. 
 
5.4. Ərazinin zəhərləyici maddələrdən təmizlənməsi 
 
Kənd  təsərrüfat  heyvanlarının  saxlanma  yerlərinin  zəhər-
sizləşdirilməsi  böyük  qüvvə  və  vasitələrin  sərfiyyatını  tələb 
edir.  Məsələn,  1  hektar  sahədə  deqazasiya  işlərinin  görülməsi 
üçün 10 ton deqazasiya məhlulu işlədilir. Ona görə də zəhərsiz-
ləşdirilməyə  yalnız  insanların  yaşayaraq  işlədiyi,  heyvanların 
və ərzağın  saxlanılması  nəzərdə tutulan ərazi  məruz qalır. Di-
gər ərazilər isə xüsusi məhdudedici işarələrlə qeyd olunaraq öz-
özünə zəhərsizləşdirməsi üçün saxlanılır. 
Dağıdıcı amilin növündən asılı olaraq ərazinin, yemin, su-

 
103 
yun və digər əşyaların zəhərsizləşdirilməsi dezaktivasiya, deqa-
zasiya və dezinfeksiya adlandırılır.  
Kənd təsərrüfat heyvanlarının saxlanılma yerlərinin, ərazi-
nin, kənd təsərrüfatı texnikasının, ərzağın, suyun təmizlənməsi 
müxtəlif – mexaniki, fiziki, kimyəvi, fiziki-kimyəvi və kombi-
nə edilmiş üsullarla aparıla bilər. 
 
5.5. Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi 
 
Kənd  təsərrüfat  bitkilərinin  kütləvi  qırğın  vasitələrindən 
mühafizəsi üçün sülh dövründən bir sıra təşkilati, aqrokimyəvi 
və  digər  tədbirlərin  görülməsi  vacibdir.  Burada  əsas  diqqət 
kənd təsərrüfat bitkilərinin xəstəliklərinin və ziyanvericilərinin 
yayılmasının qarşısının alınmasına yönəldilir. Bunun üçün xəs-
təliklərə  və  ionlaşdırıcı  şüalanmaya  qarşı  daha  dayanıqlı  olan 
sortların (növlərin) əkilib becərilməsi məqsədilə seleksiya işləri 
aparılır. Aqrofonun  yaxşılaşdırılması  və karantin  tədbirləri  hə-
yata keçirilir. Nüvə partlayışları məhsullarının intensiv çöküntü 
dövrlərində  radiasiya şəraitindən asılı  olaraq radioaktiv zəhər-
ləyici  maddələrin  meşə  təsərrüfatına  vurduğu  zərərin  azaldıl-
ması üçün işlər görülür. Meşə massivinə çökən radioaktiv toz-
lar əsasən (40-90 %) ağac köklərində, yarpaqlarda, budaqlarda, 
ağac gövdələrində cəmləşir. Çox az miqdar isə ot örtüyünə çö-
kür.  Meşənin  qorunması  bu  halda  ağacların  kəsilməsi  və  yeni 
ağacların əkilməsi qaydalarına düzgün riayət etmək lazımdır. 
 
5.6.  Ġnsan  sağlamlığının  qorunması  istiqamətində 
zərərvericilərə  qarĢı  mübarizə  iĢlərində  istifadə  edilən 
kimyəvi preparatlara qarĢı mühafizə qaydaları 
 
Kənd  təsərrüfatında  zərərvericilərə  qarşı  bir  çox  tədbirlər 
həyata keçirilir. Bu tədbirlərdə başlıca məqsəd kənd təsərrüfa-
tına vurulan zərəri azaltmaq və  yaxud zərərvericiləri məhv et-
məkdir. 

 
104 
Uzun illər öncə kənd təsərrüfatı bitkilərinin zərərvericiləri 
ilə aparılan mübarizə tədbirlərinə bitkilərin becərilməsi zamanı 
görülən  işlər  kompleksində  heç  bir  əhəmiyyəti  olmayan  sahə 
kimi baxılırdı. Zərərvericilərlə mübarizə onların əmələ gəlmə-
sinin ilk vaxtlarından deyil, kütləvi surətdə çoxaldıqları zaman 
aparılırdı. Tələsik aparılan bu mübarizədə nəzərdə tutulan ayrı-
ca bir tədbir həyata keçirilirdi. Belə bir vəziyyət hələ indi də bir 
çox  kapitalist  ölkələri  üçün  xarakterikdir.  Mübarizə  tədbirləri 
sistemində xarakterik cəhəd odur ki, bu sistemdə bitkiləri mü-
hafizə məqsədi ilə aparılan bütün mübarizə tədbirləri bir-birini 
tamamlayır və ardıcıl həyata keçirilir. 
Kənd təsərrüfatına zərər vuran həşəratlar və alaqlara qarşı 
bir  çox  mübarizə  tədbirləri  həyata  keçirilir.  Bunlar  aşağıdakı-
lardır: aqrotexniki, bioloji, fiziki  və kimyəvi mübarizə üsulları. 
Kənd  təsərrüfatı  bitkilərinin  və  məhsullarının  zərərverici-
lərdən  qorunmasında  mübarizə  tədbirləri  sistemində  əsas  yer-
lərdən birini kimyəvi mübarizə üsulu tutur. 
XVIII  əsrdə  kimya  elminin  və  bitkilərə  zərər  verən  canlı 
orqanizmlər haqqında baxışların inkişafı ilə əlaqədar olaraq bit-
kilərin  kimyəvi  mühafizəsi  də  inkişaf  edir.  Bu  dövrdə  bir  çox 
zərərvericilərə  qarşı  ağacları  fumiqasiya  etmək  üçün  sinil  tur-
şusu və Paris yaşılı tətbiq edilirdi. 
Kənd  təsərrüfatı  bitkilərinin  zərərvericiləri  əleyhinə  tətbiq 
edilən kimyəvi mübarizə üsulu xüsusi kimyəvi maddələrin işlə-
dilməsinə əsaslanır. Belə kimyəvi zəhərli maddələrlə bəzi halda 
bilavasitə zərərvericinin  özünə, digər halda isə qidalanma mü-
hitinə (yarpaqlara, torpağa, dənə və s.) təsir edirlər. Hər iki hal-
da zərərverici orqanizm ilə zəhər arasında təmas (kontakt) əmə-
lə gəlir.   
Zəhərlərin  sinifləşdirilməsi.  Praktikada  zəhərli  kimyəvi 
maddələr bir neçə üsullarla, o cümlədən onların hansı orqaniz-
mə qarşı istifadə və təsir etmələrindən asılı olaraq sinifləşdiri-
lir. Canlı orqanizmlərə qarşı istifadə edilmələrindən asılı olaraq 
aşağıdakı qrup zəhərlər vardır: 

 
105 
-  insektisidlər  –  bunlar  həşərata  qarşı  mübarizədə  istifadə 
edilən zəhərlərdir; 
-  fungisidlər  –  bu  zəhərlər  göbələklərə  qarşı  tətbiq  edilir 
(bu  qrupda  virus  xəstəliklərinə  qarşı  işlədilən  zəhərlər  də  var-
dır); 
- akarisidlər – bu zəhərlər gənələrlə mübarizədə tətbiq edi-
lir; 
-  zoosidlər  –  bu  onurğalı  zərərvericilərə  qarşı  istifadə  edi-
lən zəhərlərdir. 
- bakterisidlər – bakteriyalar əlehinə işlədilən zəhərlərdir. 
Fiziki  halından  və  quruluş  xüsusiyyətlərindən,  zərərverici-
lərin  həyat  tərzindən,  eləcə  də  xarici  mühit  amillərindən  asılı 
olaraq  kimyəvi  zəhərlər  çiləmə,  tozlama,  tüstüləmə,  fumiqasi-
ya, aldadıcı yemlər, yapışqanlı halqalar və zolaqlar və s. Üsul-
larla tətbiq olunur. 
Çiləmə  üsulunda  kimyəvi  maddə  ya  sulu  məhlul,  suspen-
ziya və ya emulsiya halında xüsusi çiləyici aparatla çilənir. 
Tozlama  üsulunda  kimyəvi  maddə  zərərverici  ilə  yolux-
muş,  yaxud zədələnmiş bitki üzərinə toz halında (xalis, yaxud 
zərərsiz qarışdırıcılarla – yol tozu, kaolin, kül və s.) səpilir. 
Tüstüləmə  üsulu  zərərvericilərə  qarşı  tüstü  ilə  mübarizə 
aparmaqdan ibarətdir. 
Fumiqasiya  üsulunda  zəhərli  maddə  zərərvericilərə  qarşı 
qaz, yaxud buxar halında işlədilir. 
Aldadıcı yemlər kimyəvi maddə ilə zərərvericinin qidasını 
zəhərləməkdən ibarətdir.   
Yapışqan halqaları meyvə və başqa ağaclarda tumurcuq və 
yarpaqları yeyən həşəratın ağaclara dırmaşmasının qarşısını al-
maq məqsədilə tətbiq edilən üsuldur. 
Kimyəvi  zəhərlərdən  biri  olan  dinitroortokrezol  (DNOK) 
sarı  rəngli,  iysiz,  suda  həll  olan,  təsiredici  maddəsi  40%  olan 
tozşəkilli  birləşmədir.  Preparatın  1%-li  məhlulu  erkən  yazda 
meyvə  bağlarının,  üzüm  tənəklərinin,  digər  giləmeyvəlilərin 
başlıca  zərərvericilərini  (yastıcalar,  mənənələr,  gənələr,  alma 

 
106 
güvəsi və s.) qışlama fazasında məhv etmək üçün tətbiq edilir. 
Nitrofen  tünd-qəhvəyi  rəngdə,  kəskin  iyli  kütlədir.  Tərki-
bində 60% təsiredici maddə vardır. Pasta şəklində buraxılır, su 
ilə yaxşı qarışır. Meyvə, giləmeyvə bitkiləri və üzüm tənəkləri 
zərərvericilərinin qış ehtiyatını məhv etmək üçün çilənir. 
Karfobos  adlanan  zəhər  kontakt  təsirli,  xoşa  gəlməyən  iyi 
olan qatı mayedir. Bir sıra üzvi həlledicilərdə yaxşı həll olunur. 
Rütubətin, işığın və temperaturun təsirindən tez parçalanır. Me-
tofosa  nisbətən  insanlar  üçün  az  zəhərlidir.  Bitkilərə  karbofos 
çilənilməsi, məhsul yığımına 20 gün qalmış dayandırılmalıdır. 
Kənd  təsərrüfatı  bitkilərinə  zərərverici  həşəratlarla  yanaşı 
alaqlar da ziyan vurur. Alaqlarla mübarizədə də kimyəvi müba-
rizə əhəmiyyətli hesab olunur.Alaq otlarına qarşı istifadə edilən 
kimyəvi  maddələr  herbisid  (latınca:  herbus  –  ot,  tsida  –  məhv 
edirəm) adlanır. 
Herbisidlərdən  başqa,  kənd  təsərrüfatında  zərərvericilərə 
qarşı  pestisidlər,  ağac  və  kol  bitkilərini  məhv  edən  arbosidlər, 
su  alaqlarını  məhv  edən  olçisidlər,  məhsulu  maşınla  yığılacaq 
sahədə  bitkilərin  yarpağını  tökmək  üçün  defoliantlar,  bitkiləri 
tam qurutmaq üçün desikantlar geniş istifadə olunur. 
1932-ci ildə taxıl sahələrində ikiləpəli birillik alaqlara qarşı 
dinitroortokrezol (DNOK) herbisidi kəşf edildi. Həmin herbisid 
az  normada  yüksək  təsiredicilik xüsusiyyətinə  malik  olduğuna 
görə uzun müddətdir ki, geniş sahələrdə tətbiq olunur. 
Payızlıq taxıl əkinlərində birillik ikiləpəli alaqlara qarşı 2,4 
D amin duzu; 2,4 D kottamin; 2M-4X; Veed – killer; qransfar 
herbisidlərindən geniş istifadə olunur. 
Pambıq  əkinlərində  birillik  birləpəli  və  ikiləpəli  alaqlara 
qarşı hektara 1,5-2,0 kq prometrin; 0,7-1,4 kq monuron; 0,7-1,4 
kq  diuron;  1,5-2,5  kq  kotaron  herbisidlərindən  istifadə  edilir. 
Herbisidlər səpindən qabaq, səpinlə birlikdə və pambıq cücərti-
ləri alınana qədər olan müddətlərdə tətbiq edilir. 
Çuğundur əkinlərində birillik birləpəli və ikiləpəli alaqlara 
qarşı  təsiredici maddə hesabilə hektara 6-10 kq TXA;  6-12 kq 

 
107 
TDXM herbisidləri tətbiq edilir. Bundan başqa, birillik enliyar-
paqlı  və  taxıl  fəsiləsinə  aid  olan  alaqlara  qarşı  hektara  1,0-1,5 
kq triallat və həmin norma ilə alipur; hektara 10-15 kq murbitol 
və 3-5 kq eptam herbisidləri tətbiq edilir.     
Kənd təsərrüfatında dinc məqsədlər üçün və eləcə də zərər-
vericilərə qarşı mübarizədə istifadə edilən zəhərli maddələr in-
san həyatı üçün təhlükəli də ola bilir. Belə ki, onlardan istifadə 
zamanı  müxtəlif  zəhərlənmələr  və  digər  ağır  fəsadlarlar,  hətta 
ölümlə nəticələnən hallara da rast gəlmək mümkündür. Bu hal-
lardan qorunmaq üçün zəhərli preparatlara qarşı mühafizə qay-
dalarına riayət etmək vacib sayılır. Zəhərlə işləyən bütün şəxs-
lər zəhərin əsas xassəsini və iş zamanı onlarla davranmaq qay-
dalarını  bilməlidirlər.  Anbarlarda  toz  şəklində  olan  zəhərlərlə 
işləyən zaman respirator (yaxud alt tərəfdən tənzif bağlanması), 
gözlük və əlcəklərdən istifadə edilməlidir. Hər gün iş qurtaran-
dan sonra üst paltarları diqqətlə təmizləmək, alt paltarı isə 2-3 
gündən  bir  dəyişmək  lazımdır.  Xüsusi  geyimlər  və  respirator-
ları  evə  aparmağa,  yaxud  yaşayış  yerlərində  saxlamağa  icazə 
verilmir. Onlar zəhər anbarlarında xüsusi yerlərdə saxlanılmalı-
dır.  İşdən  sonra  zəhər  qalığı  hesaba  alınmalı  və  dərhal  daimi 
saxlanılma yerinə göndərilməlidir. 
Zəhərli  işçi  tərkiblərin  hazırlanma  yerləri  işdən  sonra  ya 
şumlanmalı,  yaxud  da  ora  torpaqla  basdırılmalıdır.  Kimyəvi 
mübarizə,  məhsul  yığımına  20-25  gün  qalmış  dayandırılmalı-
dır. Zəhərli tərkibləri hazırlayan zaman ehtiyatlı  olmaq lazım-
dır  ki,  gözə,  dodağa  və  bədənin  başqa  yerlərinə  zəhər  düşmə-
sin. 
Zəhərlə işləyən zaman qidalanmaq, siqaret çəkmək olmaz. 
Yemək, içmək və siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır. 
Həmin  yerə  zəhərlə  işləyən  zaman  geyinilmiş  xüsusi  geyimlə 
girmək olmaz. 
Zəhərlə işləyən bütün şəxslər həmin işdə 6 saatdan artıq iş-
ləməməlidir. İş gününün qalan vaxtını isə əlaqəsi olmayan baş-
qa  işlərlə  məşğul  olmalıdırlar.  Gündəlik  qida  normasında  süd 

 
108 
və süd məhsullarından istifadə nəzərə alınmalıdır. 
Zəhərlə işləməyə  yeniyetmələrə, hamilə və südəmər uşağı 
olan qadınlara icazə verilmir. 
Zəhərli  preparatlara  qarşı  mühafizə  qaydalarına  riayət 
olunması  insanların  xoşagəlməz  və  bədbəxt  hadisələrdən  qo-
runması  ilə  təhlükəsiz  həyat  fəaliyyətinin  davam  etdirilməsinə 
zəmin yaradır. 
Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin