S ə rb əst iş 1 Mövzu


Xüsusi anbarlar dedikdə bazarda fəaliyyətinin formasından asılı olmayaraq



Yüklə 34,28 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix07.01.2024
ölçüsü34,28 Kb.
#211657
1   2   3
ANBAR 1

Xüsusi anbarlar dedikdə bazarda fəaliyyətinin formasından asılı olmayaraq 
hər bir təsərrüfat subyektinin ixtiyarında, sərənjamında olan anbarlar başa 
düşülür.
Belə anbarlardan ancaq bir təsərrüfat subyekti istifadə etdiyindən onlar 
fərdi istifadədə olan anbarlar da adlanır və bu firma və ya müəssisənin balansında 


hesaba alınır. Fərdi anbarlara malik olan firma və şirkətlər bu anbarları bağlanmış 
müqavilələr əsasında uzunmüddətli icarəyə də verə bilmək hüququna malikdirlər. 
Müqavilə müddəti ərzində icarəçi anbar sahibinə əvvəlcədən razılaşdırılmış tariflər 
üzrə icarə haqqı ödəyir. Xüsusi anbarlarda hansı məhsulların saxlanılması, saxlanma 
prosesinin təşkili, anbarın texniki imkanlarının artırılması, əl əməyinə qənaət 
edilməsi, anbar xərclərinin azaldılması və s. xarakterli problemləri firma və 
müəssisələr müstəqil və azad həll edirlər. Bu tip anbarlarda sistematik olaraq böyük
həcmdə məhsullar emal olunur.
Dövlət anbarlarını praktikada ümumi istifadədə olan anbarlar kimi də qəbul 
edirlər.
Bu anbarlar dövlət mülkiyyəti statusunu qoruyub saxlayan müəssisə və 
təşkilatların anbarları hesab olunur və bu anbarlarda dövlət və xüsusi sifarişlər üçün 
məhsullar saxlanılır. Dövlət anbarları da başqa təşkilatlara müəyyən müddətə 
istifadəyə verilir, məhsulların saxlanılması üçün tarif və ya razılaşdırılmış müqavilə 
qiymətləri üzrə icarə haqları alınır. Nəqliyyat təşkilatları, gömrük orqanları, səhm 
nəzarət paketi xüsusən dövlətə məxsus olan ayrı - ayrı səhmdar cəmiyyətlərin 
anbarları əsasən dövlət anbarları adlanır. Ümumi istifadə anbarları öz müştərilərinin 
sifarişləri (bəzi hallarda zəruriyyət yaranır) əsasında məhsul partiyasını dəstləşdirir 
(əvvəlcədən çeşidlərə ayırmadan, yenidən işləmədən, emal etmədən) və təyinat 
məntəqələrinə göndərir. Mahiyyət baxımından bu tip anbarlar istehsal və ticarət - 
vasitəçi strukturlar üçün məhsulların saxlanılmasında əlavə zona, sahə rolunu 
oynayır. 
Funksional təyinatına görə anbarları aşağıdakı kimi fərqləndirirlər: 

istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün bufer ehtiyatları anbarı; 

qarışıq, kombinələşdirilmiş, intermodal və sair daşımaları yerinə yetirən 
zaman nəqliyyat şəbəkələrində yüklərin ötürülməsi məqsədinə xidmət edən anbarlar 
- terminallar; 

alıcıların spesifik tələblərinə müvafiq olaraq sifarişlərin formalaşması üçün
təyin edilən komission anbarlar; 

anbarlaşdırılan məmulatların mühafizəsini təmin edən saxlama anbarları; 

xüsusi anbarlar (məsələn, gömrük anbarları, müvəqqəti saxlama anbarları, 
taralar, istifadə məqsədilə geri qaytarılan tullantılar və s.) 
Nəqliyyat şəbəkələrində yüklərin bir nəqliyyat növündən digərinə (məsələn, 
dəmir yolu nəqliyyatından avtomobil nəqliyyatına və ya əksinə) ötürülməsi - 
yüklənməsi üçün və məhsulların qısamüddətli saxlanılması üçün istifadə edilən 
anbarları tranzit anbarları da adlandırırlar. Tranzit anbarları məhsullar və ya məhsul 
qrupları üzərində əlavə texnoloji əməliyyatlar aparmır və onların qəbul edilən 
formada göndərilməsini həyata keçirir. Belə tip anbarlar əsasən dəmir yolu 
stansiyalarında, su körpülərində, port və ya limanların yaxınlığında təşkil edilir. Bu 
anbarlardan istifadənin məqsədi məhsul alan təşkilatların dəmir yolu və yaxud su 
magistrallarından uzaqda yerləşməsindən və məhsulların ən qısa vaxtda qəbul edilib 
konkret ünvanlara göndərilməsindən ibarətdir. Praktiki təcrübə sübut edir ki, tranzit 
anbarlarının topdan ticarət şəbəkələrində yaradılması iqtisadi cəhətdən daha 
əlverişlidir. Çünki, pərakəndə ticarətlə məşğul olan firma və müəssisələrdən fərqli 
olaraq topdan ticrət təşkilatları iri partiyalarla məhsul alıb göndərmək və ya onları 
qısa müddətdə istehlakçı sifarişlərinə müvafiq formada kiçik partiyalara ayırmaq 


imkanlarına malikdir. 
Anbarları xarakterizə edən ən mühüm əlamət - məhsulların və çeşidin 
ixtisaslaşması dərəcəsindən, habelə ən mühüm anbar əməliyyatlarının xarakterindən 
ibarətdir. İxtisaslaş-dırılmış anbarlar bir və ya bir neçə məhsul qrupları üzrə 
məhdudlaşdırıldığına görə dar ixtisaslaşdırılmış, ixtisaslaşdırılmış və geniş çeşidli
ixtisaslaşdırılmış anbarlara ayrılır. 

Yüklə 34,28 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin