Rusiya imperiyasının Şimali Azarbaycanı işğal etmasi


XIX asrin 60-70-ci illarinda burjua İslahatları



Yüklə 87,72 Kb.
səhifə11/25
tarix19.12.2022
ölçüsü87,72 Kb.
#76248
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
Az.tarix

XIX asrin 60-70-ci illarinda burjua İslahatları



1870-ci il kəndli islahatı. XIX əsrin 40-cı illərində həyata keçirilən islahatlar artıq sonrakı onilliklərdə özünü doğrultmadı. Çünki imperiya miqyasında kapitalist münasibətləri formalaşırdı. Cəmiyyətdə gedən prosesləri tənzimləmək üçün yeni qanunlar qəbul etmək lazım idi. Rusiya hökuməti müstəmləkəyə çevirdiyi Cənubi Qafqazda öz iqtisadi maraqlarını təmin etmək üçün yeni qaydalar tətbiq etməyə məcbur idi. Mərkəzi quberniyalarda yaranan yeni fabrik və zavodları ucqarlarda - müstəmləkə torpaqlarında olan xammal və yanacaqla müntəzəm və böyük həcmdə təmin etmək imperiyanın ali mənafeyinə xidmət edəcəkdi.
1861-ci ildə Mərkəzi Rusiyada kəndli islahatı keçirildi və təhkimçilik hüququ ləğv edildi. Rusiyadan fərqli olaraq, Azərbaycanda sahibkarlarla kəndlilər arasında yalnız torpağa görə asılılıq münasibətləri mövcud idi. Ona görə də Şimali Azərbaycanda torpaq sahibləri ilə kəndlilər arasında sosial ziddiyyətlər o qədər də kəskin deyildi. Bundan əlavə, hökumət ölkəmizdə kəndli islahatının həyata keçirilməsi üçün münasib şərait olmadığını bəhanə edir və öncə hazırlıq tədbirləri görülməsinin vacibliyini qeyd edirdi. Bütün bunlar hökumətə islahatı təxirə salmağa imkan verdi. Lakin hökumət gec də olsa, ucqarlarda, o cümlədən Azərbaycanda kəndli islahatını keçirməyə məcbur oldu. Kapitalist münasibətlərinin inkişaf etdiyi Rusiyanın mərkəzi quberniyaları ilə Cənubi Qafqazdakı müstəmləkələrin iqtisadi imkanları bir-birini tamamlamalı idi.
İslahat keçirmək üçün ilk növbədə dövlət, sahibkar və kəndlilərin pay torpaqlarının sərhədləri dəqiq müəyyən edilməli idi. Çar hökuməti bu məqsədlə XIX əsrin 60-cı illərinin əvvəlində Cənubi Qafqaz Mərz1 Palatası yaratdı. İkinci mühüm addım bəy komissiyalarının yaradılması oldu. Bakı, Tiflis, İrəvan və Şuşada fəaliyyət göstərən bu komissiyalar ali müsəlman təbəqəsinin tərkibini dəqiq müəyyənləşdirməli idi.
Rusiya hökuməti 1870-ci il mayın 14-də Şimali Azərbaycanda sahibkar kəndlilərinə aid islahat keçirilməsini nəzərdə tutan Əsasnaməni təsdiq etdi. Əsasnamədə üç əsas məsələyə toxunulmuşdu:

Əsasnaməyə görə, sahibkar kəndlilərinin feodaldan asılılığına son qoyuldu. 


  1. Yüklə 87,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin