www.vivo-book.com
72
qızışdırdı. Məhz məktəblisayaq qızışdırdı. Həm də dəhşətli
dərəcədə, kefli kimi qızışmışdım.
VI FƏSİL
Budur, artıq o axmaq söhbətdən iki gün keçib. Nə qədər
qışqırıq, səs-küy, dedi-qodu, taqqa-tuk! Hamısına da mənim
səbəb olduğum nə qədər qarışıqlıq, çəkişmə, axmaqlıq və
yaramazlıq. Amma bununla belə, hərdənbir hər şey gülməli
gəlir – ən azı mənə. Görəsən, nə baş verir, doğrudan da
azğın vəziyyətdə olub-olmadığım, yaxud sadəcə, yolumu
azdığım, əl-ayağımı bağlayanacan ağlıma gələni eləməyim
barədə özümə hesabat verməyi bacarmıram. Bəzən mənə elə
gəlir ki, hələ uşaqlıqdan, heç məktəb skamyasından belə
www.vivo-book.com
73
uzaqlaşmamışam, sadəcə, özümü kobud məktəbli kimi
aparıram.
Bu, Polinanın günahıdı, bunların hamısı Polinanın
günahıdı! Bəlkə də o olmasaydı, məktəbli kobudluğu da baş
verməzdi. Kim bilir, bəlkə də mən bütün bunları
ümidsizlikdən (bununla belə, bu cür fikirləşmək nə qədər
axmaqlıq olsa da) eləyirəm. Başa düşmürəm, başa
düşmürəm, onda yaxşı nə var? Axı başqalarının da ağlını
başından çıxarır. Ucaboylu, qədd-qamətlidi. Ancaq çox
incədi. Mənə elə gəlir ondan büsbütün bir düyün vurmaq,
yaxud onu iki qatlamaq olar. Ayaqlarının pəncəsi ensiz və
uzundu – adama əzab verir. Məhz əzab verir. Saçları sarıya
çalır. Gözləri əsl pişik gözləridi, amma o gözlərlə necə
qürurla, yekəxana baxmağı bacarır. Dörd ay bundan qabaq,
mən yenicə gələndə, o, bir dəfə axşam zalda De-Qriye ilə
uzun və qızğın söhbət eləyirdi. Ona elə baxırdı ki… sonra
yatmaq üçün otağıma keçəndə, ağlıma gətirdim ki, o, De-
Qriyeyə şillə vurub, – lap indicə vurub, qarşısında durub ona
baxır… Bax, elə həmin axşam mən onu sevdim.
Yaxşısı budu, işə keçək.
|