www.vivo-book.com
60
sadəcə, məndən tamamilə asılı olmayan fakt haqqında
danışdığım kimi danışıram.
– Düzünü deyin, pul sizə nədən ötrü lazımdı?
– Bunu bilmək nəyinizə gərəkdi, axı?
– Necə istəyirsiniz, – o cavab verdi və vüqarla başını
əsdirdi.
– Kölə nəzəriyyəsinə dözmürsünüz, amma köləlik tələb
eləyirsiniz: “Cavab verməli və mülahizə yürütməməli!”
Yaxşı, qoy belə olsun. Pul nəyinizə lazımdı, soruşursunuz?
Necə yəni nəyə? Pul – vəssalam!
– Başa düşürəm, amma onu arzulayanda belə dəliliyə
qapılmaq olmaz ki! Axı, siz də qəzəb, faciə həddinə
çatırsınız. Burda hansısa xüsusi məqsəd var. Əyri-üyrü
danışmayın, mən belə istəyirəm.
O, elə bil, hiddətlənməyə başlayırdı, belə ürəkdən
sorğu-sual eləməsi həddən artıq xoşuma gəldi.
– Şübhəsiz, məqsəd var, – dedim, – amma hansı
məqsədin olduğunu izah eləyə bilmərəm. Pula sizin üçün də
kölə yox, başqa adam olacağımdan başqa heç nə.
– Necə? Siz buna necə nail olacaqsınız?
www.vivo-book.com
61
– Necə nail olacağam? Necə, hətta sizin mənə köləyə
baxan təki yox, başqa cür baxmağınıza necə nail olacağımı
da başa düşmürsünüz! Hə, bax, elə bunu da – bu cür
heyrətləri, çaşqınlıqları da istəmirəm.
– Deyirdiniz ki, sizə bu köləlik zövq verir. Mən özüm
də belə fikirləşirdim.
– Siz belə fikirləşirdiniz, – anlaşılmaz qəribə ləzzətlə
qışqırdım. – Ah, sizin bu cür sadəlövhlüyünüz necə də
gözəldi! Yaxşı, hə, hə, mənə sizin köləniz olmaq ləzzət
verir. Axmaqlamanın və yaramazlığın son dərəcəsində
ləzzət var, var! – sayıqlamaqda davam eləyirdim. – Kim
bilir, bəlkə o ləzzət ürəyə dəyəndə və bir parça ət qopardan
qırmancda da var… Amma mən bəlkə digər ləzzətləri də
sınaqdan keçirmək istəyirəm. General nə vaxtdan bəri sizin
yanınızda, stol arxasında ildə yeddi yüz rubla öyüd-nəsihət
verir, ola bilsin ki, hələ o pulları ondan ala da bilməyim.
Markiz De-Qriye qaşlarını qaldırıb məni süzür, eyni
zamanda da görmür. Mənsə, öz tərəfimdən, ola bilsin ki,
sizin yanınızda Markiz De-Qriyenin burnundan tutmağı
ehtirasla arzulayıram?
|