Referat plan sənədlər üzrə təsnifat Sənədlərin növləri Sənədli məlumatların etibarlılığı Giriş


Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır



Yüklə 43,56 Kb.
səhifə3/4
tarix17.12.2022
ölçüsü43,56 Kb.
#75980
növüReferat
1   2   3   4
Belge (13)

Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:

  • dilin maksimum mükəmməlliyi;

  • fikrin tam aydınlığı;

  • fikrin (sözlərin) birmənalılığı;

  • fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması);

  • dilin yığcamlığı.

Rəsmi işgüzar üslub sözlərin yalnız ümumi ədəbi sözdən istifadə norması kimi tanınan mənalarda, habelə işgüzar sənədlər üçün ənənəvi olan, üslub vahidliyini pozmayan və uyğun gələn mənalarda istifadəsi ilə xarakterizə olunur. İş dilinin standartlaşdırılmasının ümumi tendensiyasına.


Rəsmi sənədlər zamanın bütün dövrlərində icra prosesində gərəkli fakt olduğundan həmişə araşdırılması aktuallıq kəsb edir. Araşdırma rəsmi dövlət sənədləri və onun strukturu və dil xüsusiyyətləri istiqamətində müqayisəli analitik təhlil metodu əsasında aparılacaq. Araşdırma bütün ali təhsil müəssisələrində “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni tədris aparan müəllimlər, kargüzarlıqla məşğul olan mütəxəssislər, filoloqlar istifadə edə bilər.
Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. Dövlətin ali qanunudur və dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir. Dünya dövlətlərinin qanunvericiliyində “Konstitusiya”nın strukturu başlanğıc, ümumi müddəalar, dövlətin əsas orqanları-qanunverici, icraedici, məhkəmə, digər maddələr, əlavələr və keçid müddəalardan ibarətdir. Konstitusiya хalq tərəfindən qəbul edilir. Azərbaycan Konstitusiyası rеfеrеndum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş və 7 ildən bir referendum yolu ilə dəyişikliklər edilir.
Fərman farsca “buyurmaq, əmr etmək” mənasına gəlir. Vaxtilə fərman hökmdarın möhürü daşıyan yazılı əmr olmuşdur. Fərman rəsmi üslubun ən ciddi növlərindən biri sayılır və əsasən, dövlət başçısı tərəfindən verilir. Fərmanın strukturu – dövlətin gerbi, sənəd növünün adı, başlıq, məzmun, imza, tərtib olunduğu yer və tarixdən ibarətdir. Fərmanın məzmununda verilən qərarın səbəbi, qanuna istinad, tarix, əmr və göstərişlər öz əksini tapır. Cümlənin xəbəri felin xəbər və əmr şəklində olur. Məsələn: Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2020-ci il tarixli “Hərbi vəziyyət elan edilməsi haqqında” fərmanı.
Sərəncam Prezidentin, Mərkəzi hakimiyyət orqanının və digər dövlət idarəetmə orqanlarının həmin orqanlara verilmiş səlahiyyətlər daxilində qəbul etdikləri, hökmlü xarakter daşıyan, konkret məsələləri əhatə edən, bütün aşağı səlahiyyətli vəzifəli şəxslər, dövlət və qeyri-dövlət qurumları və vətəndaşlar (və s. Şəxslər) üçün məcburi qüvvəyə malik olan qanun qüvvəli aktdır. Sərəncam fars mənşəli olub – “sər” (baş), “əncam” (son, nəhayət, aqibət) sözlərinin birləşməsindən ibarətdir. Termin kimi işlənən Sərəncamın dil və üslub cəhətdən tərtibi rəsmi kargüzarlığa aiddir. Mahiyyəti etibarı ilə sərəncam dövlət və inzibati hüquqda dövlət idarəetmə orqanının aktı kimi xarakterizə olunur. Sərəncamlar məzmunca 2 yerə bölünür:

  1. Dövlət və hüquq aktı olan sərəncamlar;

  2. Mülki hüquqa aid olan sərəncamlar.

Dövlət və inzibati hüquq xarakterli sərəncamlarda müəyyən adamlar vəzifəyə təyin edilir və ya vəzifədən azad edilir, ölkənin və dövlətin həyatı və fəaliyyətinin bu və ya digər sahəsi tənzimlənir.
Fərmandan fərqli olaraq – Sərəncam bir qayda olaraq normativ xarakter daşımır. Hər bir Sərəncam konkret məqsədlərə xidmət edir, hüquqi nəticələr əmələ gətirir və hüquqi qüvvəsi dövlətin bütün ərazisinə yayılır. Sərəncamların icra edilməməsi-müəyyən hüquqi məsuliyyətə səbəb olur. Qəbul edilmiş sərəncam ya televiziya, radio, mətbuat vasitələri ilə yayılır, yazılı, yaxud da şifahi ola bilər. Məsələn: Azərbaycan Respublikasının Prezidentinin 17 oktyabr 2020-ci il “H.İ.Mirzəyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında” Sərəncamı, Azərbaycan Respublikasının Prezidentinin 25 sentyabr 2020-ci il tarixli “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı.
Qanun hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur. Həmçinin qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir.
Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Qanunun məzmununda səbəb adətən verilmədən əmr edilir və mənbəyə istinad əsas götürülür. Məsələn: 7 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının qanunu.

“Qərar” ərəb mənsəli çoxmənalı sözdür. Elmi ədəbiyyatda “qərar” sözünün 8 məna çaları oldugu göstərilir. Qərar sözünün ən genis yayılmıs mənası müəyyən bir məsələni müzakirə etdikdən sonra hamının və ya əksəriyyətin gəldiyi nəticədir. Dilimizdə “qərar” sözü ilə baglı çoxlu ifadə yaranmısdır. Qərar vermək, qərar çıxarmaq, qərara gəlmək, qərarını dəyismək və s. “Qərar” sözü fikir, mülahizə mənasında da islənir (onu qərarından döndərmək çətindir). Qərarlasmaq – sözləsmək, dilbir olmaq, söz vermək mənasında islənir. Qərar hüquqi termin kimi də islədilir. Dövlət orqanının və yaxud vəzifəli səxsin öz səlahiyyəti dairəsində hüquqi nəticələr əmələ gətirən aktdır. Qərarı Respublika rəhbərləri, Respublika hökuməti, icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin kollektiv orqanı qəbul edir. Müzakirə edilən hər hansı bir məsələ ilə baglı bir neçə qərar qəbul edilə bilər. Qərarı müəssisənin rəhbəri və ya iclasa sədrlik edən səxs və katib imzalayır.


Nümunə:
Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik və Azərbaycan dilçiliyi Kafedraları Azərbaycan Aviasiya Akademiyasının müəllimi, kafedranın dissertantı Sevda əliyevanın filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan dilində aviasiya terminləri» mövzusunda yazdıgı dissertasiya isini müzakirə edərək qərara alır:
1. Dissertasiya isini tamamlanmıs hesab etmək olar.
2. Çap edilmis məqalələr dissertasiyanın ümumi məzmununu əks etdirir.
3. Dissertasiyanın müdafiəsi üçün müəyyən tədbirlərin görülməsi
Universitetin rektorlugundan xahiş edilsin.
Kodeks:
1. Qanunların sistemə salınmış toplusu, məcəllə.
2. məc. Əxlaq, əqidə, görüş, adət normaları məcmusu.
Məsələn: Məhkəmə ekspertinin etik davranış kodeksi
1. Ümumi müddəalar
1.1. Bu kodeks “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin on dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və məhkəmə ekspertizası idarələrinin və özəl məhkəmə ekspertlərinin (bundan sonra – məhkəmə eksperti) etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
1.2. Bu kodeks məhkəmə ekspertlərinin nüfuzunun artırılması, şəxslərin onlara etimadının yüksəldilməsi, habelə məhkəmə ekspertlərinin fəaliyyətində səmərəliliyin artırılması məqsədi daşıyır.
1.3. Məhkəmə ekspertinin fəaliyyəti bu kodeksin 2-ci hissə-sində nəzərdə tutulmuş etik davranış qaydalarına və prinsiplərinə əsaslanır.
1.4. Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu kodekslə müəyyən edilmiş etik davranış qaydaları ilə yanaşı, onların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş etik davranışla bağlı tələblər də şamil olunur.


Yüklə 43,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin