“Rəba”-doğru yol göstər-mək; “Rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “ri-ba”



Yüklə 33,69 Kb.
tarix18.05.2020
ölçüsü33,69 Kb.
#31269
Pedoqogika

Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökün-dən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol göstər-mək; “Rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “ri-ba”-çoxaltmaq.

Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sö-zündən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, “nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ər-səyə çatdırma” deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən əmələ gəlmişdir.

Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi haqqında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yiyə-lənmək səviyyəsinə çatdırmaq mənası başa düşülür.

Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə yanaşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”.

Hər bir şəxs-istər uşaq, cavan, istərsə də yaşlı olsun daim tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk göstə-rirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır.

Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xeyir-xah, mədəni, humanist insanlar yetişdirməkdir.

Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti gös-tərilir: birinci, məqsədyönlülük; ikinci, bəşəriyyətin tarixi inkişafı-nın nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik; üçüncü, təşkil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.

Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəхsiyyətin fоrmalaşması, inkişafı, davranışı prоsesidir”.

Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübə-nin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılan-masıdır”

İbtidai icma quruluşunda tərbiyə

Maddi və mənəvi mədəniyyət abidələrinin, habelə folklor nümunələrinin öyrənilməsi bəşər sivilizasiyasının ilkin çağlarında tərbiyənin meydana gəlməsi ilə bağlı müəyyən fikirlər irəli sürməyə imkan verir. İbtidai icma dövründə ilkin pedaqoji təsəvvürlərin yaranması və təşəkkülü ayrı-ayrı xalqların qədim adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə sıx bağlı olmuşdur.

Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müşa-hidələrinin və empirik təcrübənin məhsulu olan atalar sözləri, zərb məsəllər, mərasimlər, xalq oyunları, əyləncələr qədim insanların tərbiyə ilə bağlı fikirlərinə parlaq sübutdur. Bu günə qədər insanın mənşəyi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Ənənəvi konsep-siyalar arasında təkamül-bioloji (Ş.Leturno, S.Simpson, A.Espi-nas) psixoloji (P.Monro) nəzəriyyə mühüm yer tutur.

Təkamül-bioloji nəzəriyyənin nümayəndələri insanların ibti-dai icma dövründəki tərbiyəvi fəaliyyəti ali heyvanların öz balaları-na göstərdikləri instinktiv qayğıya bənzədir, heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu alimlər tərbiyənin şü-urlu səciyyəsini inkar edir və onu qeyri-mütəşəkkil, kortəbii bir hadisə hesab edirlər.



P.Monro tərbiyənin meydana çıxmasını yalnız uşaqların bö-yükləri şüursuz surətdə təqlidində görürdü. O, bununla bağlı yazır-dı: “İbtidai insan üçün yalnız yaşadığı zaman mövcuddur. Onun şüurunda keçmiş və gələcək anlayışları demək olar ki, yoxdur. Tər-biyə isə yalnız ətraf mühitə uyğunlaşmaqdan ibarətdir”. İnsanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə dəyərli fikirlər vardır. Y.A.Komenski “Böyük didaktika”nın III fəslində “İnsanın ən ali, ən kamil, hər şeydən üstün məxluq olması” müd-dəasını irəli sürərək insanın həqiqi layiq olduğu ucalığa çatması üçün son məqsədi uğrunda ləyaqətlə mübarizə aparmağa səsləyir. İnsanın son məqsədi isə bu həyatdan kənardadır.

Y.A.Komenskiyə görə, bu həyat yalnız əbədi həyata hazır-lıqdır.Y.A.Komenski əbədiyyata hazırlığın üç mərhələsini göstər-mişdir: özünüdərk, özünüidarə Allaha doğru cəhd. Sonra o, fikrini davam etdirir: “İnsan İlahəyə bənzəyir. İnsan da müqəddəs olmağa çalışmalıdır”. Necə ki, “Müqəddəs kitab”da deyilir: “Allahı-nız kimi siz də müqəddəs olun”.

Deməli, insanın tərbiyə fəaliyyəti onun əmək fəaliyyətinin zəruru bir hissəsidir.Tərbiyə fəaliyyəti insanın öz nəslinin davam etdirilməsinə xidmət edir. Bu əməyin nəticəsi maddi nemətlər və dəyərlər deyil, yaxşı təhsil-tərbiyə almış insandır. Tərbiyə mənəvi istehsal sahəsinə aiddir. Buna görə də insan nəslinin davamının əbə-di və təbii şərti olan uşaqların tərbiyəsi insanın təşəkkülünün ilk mərhələsində əmələ gəlmiş, bir ictimai üsulun digəri ilə əvəz edil-məsindən asılı olmayaraq bütün bəşər tarixi boyunca davam etmiş və edəcəkdir.

İbtidai icma dövründə tərbiyə xüsusi fəaliyyət növü kimi meydana gəlmişdir. Bu cəmiyyətdə tərbiyə sadə, bəsit xarakter daşı-yırdı. Həmin dövrdə uşağın tərbiyəsi onun bəslənməsindən və böyü-dülməsindən, habelə yaşlı nəslin təcrübəsinin böyüyən gənc nəslə verilməsindən ibarət idi.

Kortəbii şəkildə yaranmış tərbiyənin məqsədi insanı sadə hə-yat tərzi keçirərək dünyanı dərk etməyə yönəltmək idi. Adi şüur sə-viyyəsində hi u pedaqoji fikrin ünsürləri tədricən inkişaf edirdi. Sonralar onlar praktik təcrübədə tərbiyəyə çevrilərək adət-ənənələrdə və folklorda özünü təzahür etdirirdi.

Getdikcə tərbiyə insanların fiziki, əqli, mənəvi, emosional baxımdan böyüməsi və inkişafı kimi meydana gəlirdi. İbtidai insan-ların tərbiyəsi kortəbii və sistemsiz səciyyə daşıyırdı.

Qədim Şumerlerdə tərbiyə

Yaxın və Uzaq Şərq dövlətlərində məktəb və pedaqoji fikir iqtisadi, sosial, mədəni, etnik, coğrafi amillərin təsirilə inkişaf edir-di. Mütəşəkkil təlim-tərbiyə müəssisəsi olan məktəb icma-qəbilə quruluşundan sosial təbəqələrə ayrılmış yeni cəmiyyətin yaranması-nın obyektiv nəticəsi idi. Təхminən b.e.ə. III minillikdən başlayaraq infоrmasiyanın ötürülməsinin əsas üsulları kimi nitq və piktоqrafik (piktоs – şəkil, qrafо – yazı deməkdir) yazı qismən miхi və herоqlif yazıları ilə əvəz оlundu. Yazının yaranması və inkişafı məktəbin genezisinin ən mühüm amili oldu. Yazı sistemi Şumer mixi yazıları, Misir və Cin heroqliflərinin simasında daha da mürəkkəbləşdiyin-dən xüsusi təlim tələb edirdi. Əqli əməyin fiziki əməkdən ayrılması prоsesində yeni peşə – müəllimlik meydana gəldi.

Dünyanın ən qədim mədəniyyətlərindən biri olan Şumer-akkad mədəniyyəti müasir İraq ərazisində yerləşən Dəclə və Fərat çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya adlandırdıq-ları yerdə yaranmışdır. Şumer-akkad mədəniyyəti qədim Şərq mə-dəniyyətinin bir nümunəsidir.

B.e.ə. III minillikdən əvvəl yaranan və b.e. yüzüncü ilinə qədər bir-birini əvəz edən dövlətlər (Şumer, Akkad, Babil, Assuriya və b.) kifayət qədər sabit və davamlı mədəniyyətə malik idilər. Amerika alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti hökm verir ki, tarix Şumerdən başlanır. İlk yazı növləri piktoqrafiya və heroqlif qədim şərqlilərə məxsusdur.Amma onun bu hökmünü bu gün qəbul etməyənlər də vardır. Bu gün Azərbaycanın qədim və tarixi yerlərindən olan Qobustanda, Gəmiqayada, Azıx mağarasında və digər yerlərdə ən qədim yazı nümunələrinə mixi və piktoqrafi işarələrə rast gəlinməkdədir.

Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil verməklə yanaşı, həm də dəftərxana funksiyasını yerinə yetirirdilər. Qədim yazılı abidələr Şumer şəhəri Urukun xarabalıqları arasında aşkar edilmişdir. Orada üzləri şəkilli yazı ilə örtülmüş mindən çox gil kitabələr (lövhəciklər) mövcuddur. B.e.ə. III minilliyin ortaların-da Şumerdə artıq məktəb təhsili mövcud idi.

Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətməkdən ibarət idi. Bu məktəblərdə mirzələr hazırlanırdı və mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şumerdə təlim ümumi və icbari xarakter daşımırdı və bu məktəblərdə ancaq oğlanlar təhsil alırdılar. Şumer məktəbləri aşağıdakı qaydada təşkil olunmuşdu: məktəb (edubba) “kitabələr evi” adlanırdı. Məktəbə “kitabələr evinin” atası– müəllim başcılıq edirdi. Müəllimin köməkçisi “böyük qardaş” ad-lanırdı.

Təlim iki əsas proqram əsasında həyata keçirilirdi. Birinci proqramda elm və texnikaya, ikincidə isə ədəbiyyata, yaradıcılıq qabiliyyətinin inkişafına xüsusi fikir verilirdi. “Kitabələr evi” tədricən təkamülə məruz qaldı və onlar mədəni-maarif mərkəzlərinə çevrildilər. Şəhərin daha yaxşı yerlərində zikkuratlar adlanan bilik evi kompleksləri yaradılırdı. Bu dövrdə tanınmış ailələrin qızları üçün də edubbalar (məktəblər) yaradıldı. Tapılmış gil lövhəciklər üzərində yazılmış hekayələrdə 4 min il əvvəl tərbiyə haqqında de-yilmiş qiymətli fikirlər vardır. Bu hekayələri S.Kramer pedaqogika tarixində ilk nadir sənəd hesab etmişdir.

Şərq xalqlarını ictimai-pedaqoji və fəlsəfi fikrinin inkişafında dünya ədəbiyyatının ilk şah əsəri sayılan “Bilqamıs” dastanı mühüm yer tutur. Dastan b.e.ə III minillikdə qədim Şumer dilində şifahi şəkildə yaranmış, II minillikdə akkad dilində gil lövhələrə köçürül-müşdür. Dastan Şumerlərin qayda-qanunları, danışıq mədəniyyəti, ata-anaya, ağsaqqallara, dosta hörmət, əxlaq normaları haqqında dolğun təsəvvür yaradır. Dastan qəhrəmanı Bilqamıs ən gözəl insani keyfiyyətləri özündə birləşdirmişdir.



Afina tərbiyə sistemi

Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzi-fəsi qarşıya qoyulmuşdu. Onlar həm fiziki, əxlaqi, həm də əqli cə-hətdən inkişaf etmiş, gözəl zövqə malik insanlar olmalı idilər. Bu cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nə-zərdə tutulurdu. Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarış prinsipi (aqonistika) təşkil edirdi. Uşaqlar, yeniyetmələr və gənclər həmişə gimnastikada, rəqsdə, musiqidə yarışır, öz bilik, bacarıq və vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər.

Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar. Bundan sonra oğlan uşaqları məktəbə gedir, qızlar isə ailədə tərbiyə almaqla ev işlərinə alışdırılırdı. Varlı ailələrdən olan oğlanlara xüsusi peda-qoq nəzarət edirdi.

Tərbiyəçi pedaqoqlar təsərrüfatda işləyə bilməyən, fiziki cə-hətdən zəif, quldarlar üçün faydasız hesab olunan qullardan olurdu. Tərbiyəçi müsbət keyfiyyətlərin daşıyıcısı olmadığından çox vaxt onun tabeliyində olan uşaqlar da həmin keyfiyyətləri mənimsəyir-dilər.

Afinada uşaqlar 7 yaşdan 13-14 yaşa qədər qrammatika və kifara (musiqi) məktəblərində təhsil alırdılar ki, həmin məktəblər xüsusi adamlar tərəfindən açılırdı. Bu məktəblərdə təhsil pullu olur-du. Aşağı təbəqənin uşaqları orada az hallarda oxuya bilərdilər. Uşaqları didaskal-müəllim oxudurdu.

Kifara məktəbində uşaqlara musiqi, nəğmə, bədii qiraət öyrə-dilirdi. Bununla da uşaqlara ədəbi və musiqi təhsili verilirdi. Mək-təb proqramının alfa və omeqası Homerin poemalarının öyrə- dil-məsindən ibarət idi. Bununla bağlı, qədim yunan mütəfəkkiri Plato-nun fikrincə,“Elladanı Homer tərbiyə etdi”.



Homerin “İliada”Odisseya” poemaları yalnız savad və musiqi təlimində didaktik material olmayıb, həm də yeniyetmələri həyati münasibətlərlə tanış edir, onları əxlaq ənənələrinə daha da yaxınlaşdırırdı.

Musiqi məktəblərində təlim sinkretik xarakter daşıyırdı. Yəni Homerin poemalarının hekzamentləri musiqinin müşayiəti ilə uza-da-uzada söylənilirdi. Oğlanlar 13-14 yaşlarında palestra adlanan məktəblərdə oxumağa davam edir, fiziki təmrinlərlə ciddi məşğul olurdular. Orada onlara beş bacarıq-qaçmaq, hoppanmaq, güləş-mək, ox atmaq, üzmək öyrədilirdi. Bütün bunlar gələcək döyüşçü üçün vacib şərtlər idi.

“İdeal vətəndaşlıq məktəbini”- kifara (musiqi) va palestranı (gimnastika) bitirənlər üçün təhsilin növbəti pilləsi-gimnasi (sonralar gimnaziya) hesab olunurdu. Afinada qadın təhsili və tərbiyəsi-nin məzmunu və vəzifələri olduqca sadə idi. Afina tərbiyə siste-mində qızların ailə qurana qədər evdə tərbiyə alması nəzərdə tutulurdu. Onlar ailədə sadə oxu və yazı vərdişlərinə yiyələnir, musiqi təlimi keçirdilər.

Qızlar adamlar arasında çox nadir hallarda, məsələn, dini mərasinlərdə görünərdilər. Onlar yalnız ev işləri ilə məşğul olur-dular. Spartada olduğu kimi, Afinada da qullar “danışan alət” ad-landırılırdı. Afina ilə Sparta təhsil sisteminin arasındakı bir fərq odur ki, spartada tərbiyə müəssisələri dövlətin əlində olduğu halda, Afinada qrammatika, kifarapalestra məktəbləri xüsusi adamların ixtiyarında idi. Spartada tərbiyə daha çox hərbi-fiziki xarakter daşı-dığı halda, Afinada isə əksinə, zehni və estetik tərbiyəyə üstünlük verilirdi. Afina məktəblərində özünütəkmilləşdirmə amillərinə üs-tünlük verilirdi. Afina təhsil sistemi hərtərəfli şəxsiyyət kimi fiziki cəhətdən sağlam, zahiri və daxili gözəlliyi özündə birləşdirən adam-lar yetişdirməyi bir vəzifə kimi qarşıya qoymuşdu. Bu vəzifənin yerinə yetirilməsində Afina dramı mühüm rol oynamışdır.

Afina dramları şəxsiyyətin intellektual və mənəvi inkişafına müsbət təsir göstərmişdir. Dramlarda dövrün əsas idealı-quldarlıq dövrünün azad vətəndaşı, polisin siyasəti və etikasının müdafiəçisi, onun mənəvi sərvətlərinin daşıyıcısı obrazı öz əksini tapmışdır. Dramlardakı qəhrəmanlar öz vətənləri yolunda canından keçməyə hazır olan vətənpərvərlərdir. Bu da Afina təhsil sisteminin müsbət məziyyətlərindəndir.

Universitetlerin meydana gəlməsi. İntibah dövründə məktəb və pedaqoji fikir.

XIV-XVI əsrlərdə Papanın mənəvi hökmranlığı qırılır, bir sıra elmi ixtiralar olur. Bu dövrdə həyatdan zövq almağı bacaran gümrah, fiziki cəhətdən sağlam yeni fəal insan tərbiyə etmək məsələsi meydana çıxır.

Belə bir dövrdə humanist pedaqoqlar meydana gəldi. Onların bəziləri hətta məktəblər də açır, bu məktəblərdə də din öz təsirini saxlayır. Şəhər məktəbləri çoxalır. Qızlar üçün də məktəblər açılır. Bəzi şəhər məktəblərində təlim ana dilində aparılırdı. Yüksək tipli latın məktəbləri, orta məktəblər (kollegiumlar) və gimnaziyalar əmələ gəlir.

Hər ölkənin ictimai tarixi inkişafına uyğun olaraq pedaqoji fikri də xüsusi yolla inkişaf edir. Məsələn, humanist pedaqoqlardan Vittorino De Feltre (1378-1446) İtaliyanın mənzərəli bir yerində «Şadlıq evi» adlı məktəb təşkil edir. Bu məktəbdə uşaqların fiziki inkişafına xüsusi diqqət yetirilir və təbiətə tənəzzöhlərə (ekskursyalara) xüsusi üstünlük verilirdi. Vittorinonun yazılı əsəri qalmamışdır. Onun şüarı belə imiş: «Yazmaqdan əməli iş görmək faydalıdır».

Görkəmli humanistlərdən biri də Fransua Rabledir (1483-1553). O, özünün «Qarqantüa və Pantaqruel» əsərində Orta əsr sxolastik təlim və tərbiyə sistemini tənqid edir, Qarqantuanın sxolastik müəllimi hər şeyi şüursuz əzbərlətdirdiyindən uşaq küt bir məxluqa çevrilir.

Rable sxolastik təlimin insanı şikəst etdiyini qeyd edir və bundan çıxış yolunu da göstərir. O, uşaqda yaradıcılıq və təşəbbüskarlığın inkişaf etdirilməsini irəli sürür, bunu öz əsərlərində nümunəvi şəkildə göstərir. Sxolastik müəllimin yerinə humanist müəllim gəlir. O, tərbiyə və təlimi işini kökündən dəyişir. Qarqantua dünyəvi elməlri, musiqini öyrənir, fiziki tərbiyə alır. Deməli, Rable tərbiyənin həyatiliyi və əyaniliyini müdafiə edir.

XVI-XVII əsrlərdə Yan Amos Kamenski (1592-1670) ümumi pedaqoji nəzəriyyəni inkişaf etdirərək yüksək səviyyəyə qaldırmışdır. Onun pedaqoji görüşləri təlim-tərbiyə işinin əsası olmaqla yanaşı müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir. Y. A. Kamenski «Ümumi hikmətlərin müjdəçisi», “Dünyanın dolaşıq yolları”, «İşığın yolu», “Dillərin açıq qapısı”, “Ana məktəb”, “Böyük didaktika”, “Fizika” və başqa əsərlərini yazmışdır. Humanizm və demokratizm Kamenski dünyagörüşündəki mühüm ünsür olmuşdur. O, nikbin baxışlı bir pedaqoq olub, insana, onun qüdrətinə, meyl və arzularına inanırdı. Tərbiyənin gücünə inam Kamenskinin pedaqogikaya gətirdiyi yeni fikir idi. Kamenskinin elmə gətirdiyi yenilikləri qısa şəkildə aşağıda kimi şərh etmək olar.

1) Fərdi təlimin əksinə olaraq dərs-sinif sisitemi, birgə təlimi zəruri hesab edib.

2) Gənc nəslin tərbiyə və təlimini 4 dövrə bölüb:

1. 6 yaşa qədər (ana məktəbi)

2. 6-12 dövr hər kənddə, hər icma və qəsəbədə “ana dili məktəbi”

3. 12-18 yaş dövrü, hər şəhərdə latın məktəbi.

4. 18-24 yaş dövrü, ali məktəb

Ali məktəblərdə o, 4 fakültə nəzərdə tuturdu: qrammatika, ritorika, fəlsəfə, hüquq. Beləliklə Kamenski pedaqogikaya ümumi təhsil ideyası, ətraflı işlənmiş məktəbəqədər tərbiyə nəzəriyyəsi, təlimin ana dilində aparılması, geniş tədris planı olan orta məktəb və s. kimi yeniliklər gətirmişdir. O, həmçinin öz dövrü üçün tədqirəlayiq olan bir neçə dərs kitabları da tərtib etmişdir. Kamenski 1632-ci ildə özünün “Dillərin açıq qapısı”, 1654-cü ildə isə “Real aləm şəkillərdə” adlı dərsliklərini yazmışdır. Kamenskinin böyük xidmətlərindən biri də təlimin təşkili məsələlərini geniş işıqlandırmasıdır. Onun fikrincə məktəb lazımi təchizatla təmin edilməli, işıqlı və yaraşıqlı olmalı, məktəb yanında meydança, məktəbyanı sahə, məktəb bağı olmalıdır. Kamenski dərs-sinif sisiteminin üstünlüklərini qeyd etmişdir. Bu indi də təcrübi əhəmiyyətini itirməmişdir. Onun fikrincə hamı dərs ilinə eyni vaxtda başlamalı, uşaqların məktəbə qəbulu ildə bir dəfə - payızda olmalı, dərs ili 4 rübə bölünməli, axırda uşaqlar sinifdən sinifə keçirilməlidirlər. Dərs saatı ana dili məktəblərində 4 saat, orta məktəblərdə isə 6 saat olmalıdır. Kamenski tərbiyənin qarşısında aşağıdakı vəzifələri qoyurdu:

a) bizi əhatə edən şeyləri, xarici aləmi dərk etdirmək

b) insanın nə etməli olduğunu öyrətmək

c) dinə sadiq, mömin insan yetişdirmək

Fiziki tərbiyə sahəsində o, mötədil (orta) həyat tərzi, sadə sağlam əmək, fiziki çalışmalar, zəhmətlə istirahətin növbələşdirilməsini tələb edirdi. Onun fikrincə məktəbdə aparılan təlim insanı müdrik, mərd və alicənab etməlidir. Əxlaq tərbiyəsinin əsas vəzifəsi xeyirxah insan tərbiyə etməkdir. Buna nail olmaq üçün 16 qayda irəli sürür.

1. Gənclərə bütün xeyirxaqlıqlar aşılanmalıdır.

2. Xeyirxaqlıqlar içərisində müdriklik, etiqat, mərdlik və ədalət əsas tutulmalıdır.

Qalan 14 bənddə isə bu 4 xeyirxaqlığın aşılanması yolları qeyd olunur. Ümumiyyətlə Kamenski təlim və tərbiyənin demək olar ki, bütün sahələrinə aid mülahizələr söyləmiş, ona əsas vermişdir. O, müəllimin vəzifəsini ən üstün, ən şərəfli vəzifə hesab etmişdir. Kamenski müəllimi hər gün göyü hər tərəfdən işıqlandıran günəşlə müqayisə edirdi.

Y.A.Komenskinin həyatı və dünyagörüşü

Y.A.Komenskinin yaş dövrləri və məktəb sistemi haqqında

XVII əsrdə yaşamış çex pedaqoqu Yan Amos Komenski (1592-1670) pedaqogikanı təbiətə müvafiqlik prinsipi əsasında qu-rur. Onun fikrincə, insan təbiətin bir hissəsi olduğundan onun tərbi-yəsi də təlimi də təbiətin qaydalarına tabe olmalıdır. Məktəb bütün qaydalarını dəqiq olaraq təbiətdən götürməlidir.


Komenski yazırdı ki, insan əqli bütün şеyləri yüksək səviy-yədə dərk еdə bilər. Bununla bağlı Y.A.Kоmеnski aşağıdakıları ya-zırdı: “Mənimsənilmə üçün nəzərdə tutulmuş hər bir şеy yaş səviy-yələrinə görə еlə bölünməlidir ki, оnların burada əldə еdillməsi hər bir yaş dövründəki qavrayış üçün mümkün оlsun”.
Y.A.Komenski özünəmxsus olaraq yaş dövrlərini yaratmış və buna uyğun olaraq məktəb sistemini də ona uyuğun qurmuşdur:

0-6 yaşa qədər – uşaqlıq – “Ana qucağı məktəbi” – ailədə tərbiyə;


  1. 6-12 yaş – yeniyetmə - ana dili məktəbi – hər hansı yaşayış məntəqəsində yerləşən məktəb;




  1. 12-18 yaş – gənclik – latın dili məktəbi – (gimnaziya) – hər şəhərdə;


18-24 yaş – kişiləşmə - akademiya – universitetlər
Y.A.Komenskinin sinif-dərs sistemi haqqında


Yüklə 33,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin