Radioelektron kəşfiyyatın növləri, vasitələri Radioelektron kəşfiyyat nədir? Təyinatı, növləri və vasitələri


Radioelektron kəşfiyyat təyiatina görə strateji və taktiki növlərə ayrılır



Yüklə 13,92 Kb.
səhifə3/4
tarix28.11.2023
ölçüsü13,92 Kb.
#168829
1   2   3   4
Radioelektron kəşfiyyatın növləri, vasitələri - RLS Əbilova X.

Radioelektron kəşfiyyat təyiatina görə strateji və taktiki növlərə ayrılır.

  • Strateji radioelektron kəşfiyyat - dövlət orqanlarının və yüksək hərbi komandanlığın maraqlarına uyğun olaraq rəqib ölkə haqqında radioelektron kəşfiyyat vasitələrlə ətraflı məlumat əldə etmək məqsədi ilə aparılır. Bu məlumatlar ölkənin silahlı qüvvələrini və resurslarını müharibə üçün hazırlamaq, döyüşlərin başlanması və strateji əməliyyatların uğurla aparılması barədə düzgün qərar qəbul etmək üçün çox zəruridir.
  • Taktiki radioelektron kəşfiyyat - düşmənin hərbi infrastruktur sisteminin elektromaqnit dalğalarını davamlı şəkildə izləməklə öz qoşunlarını etibarlı informasiya ilə təminatının əsas növlərindən biridir. O, birlik, hissə və bölmələr tərəfindən uğurlu döyüş əməliyyatları aparmaq üçün mühüm məlumatlar əldə edə bilir.

Radioelektron kəşfiyyat yerüstü, dəniz, hava və kosmik radioelektron kəşfiyyat növlərinə bölünür. Onların topladığı məlumatlar isə xarakterinə görə, əməliyyat və texniki məlumatlara bölünür.


Əməliyyat məlumatları yüksək hərbi komandanlığın
əməliyyat tapşırıqlarını yerinə yetirməsi üçün zəruri
olan məlumatlara deyilir.
Bunlar:
• Müxtəlif radio kanalları vasitəsilə rəqib tərəfdən ötürülən
açıq və ya şifrəli məlumatlar, • Kəşfiyyatı aparılan aktiv radioelektron vasitələrin taktik-
texniki xüsusiyyətləri (tezlik ayarı, modul tipi, antenaların
istiqamət diaqramları, şüalanma gücü və s) • Düşmənin radioelektron sistemlərinin növləri: radio rabitəsi,
radiolokasiya, radio naviqasiyası, raket tuşlanması və hədəfin erkən aşkarlanması, müxtəlif telemetrik məlumat ötürülmə sistemləri, • Aşkar edilən düşmən radioelektron sistemlərinin sayı, • Düşmənin elektromaqnit dalğalarının mənbəyinin yerləşdiyi yerin koordinatları və onların ərazidəki yerləşmə sıxlığı.

Texniki məlumatlar isə düşmən tərəfindən ilk dəfə istifadə olunan yeni silah sistemləri və radioelektron idarəetmə sistemləri barədə toplanan informasiyadan ibarətdir. Bu məlumatlar isə düşmənin istifadəsində olan silah sistemlərinə qarşı effektiv mübarizə apara biləcək silah və texnikaların yaradılması və ya alınması üçün vaxtında tədbir görməyə imkan verir.

  • Texniki məlumatlar isə düşmən tərəfindən ilk dəfə istifadə olunan yeni silah sistemləri və radioelektron idarəetmə sistemləri barədə toplanan informasiyadan ibarətdir. Bu məlumatlar isə düşmənin istifadəsində olan silah sistemlərinə qarşı effektiv mübarizə apara biləcək silah və texnikaların yaradılması və ya alınması üçün vaxtında tədbir görməyə imkan verir.

Düşmən elektron sistemlərinin texniki xassələrini
və xüsusiyyətlərini öyrənməklə onların tətbiqi
və aidiyyatı sahələrini müəyyən etmək
mümkündür. Bu məlumatları digər kəşfiyyat
kanalları vasitəsilə əldə edilmiş olan məlumatlar
ilə müqayisə edərkən, kəşfiyyatı aparılan texniki
vasitənin təyinatı barədə nəticə əldə etmək olar.
Bunları bilərək, düşmən radioelektron
vasitələrinin növ və sayını təyin etdikdən sonra
düşmənin hərbi hissələrinin, hərbi bazalarının, aerodromlarının və digər obyektlərinin
dislokasiya yerlərini müəyyən etmək
mümkündür.
Beləliklə, məsələn, hər hansı bir düşmən hava müdafiə zonasında idarə olunan zenit raketlərinin radiolokasiya stansiyalarının sayını bilərək bu zonada zenit raket batareyalarının sayı barədə dəqiq nəticəyə gəlmək olar. Əldə olunan məlumatların təhlili və emalı üçün radioelektron vasitələrin işinin başlanğıc və sonunun dəqiq bilinməsi, eləcə də onların yerini düzgün müəyyənləşdirməsi çox vacibdir. Bu məlumatlar müəyyən bir ərazi zonasında düşmən fəaliyyətinin aktivlik dərəcəsini müəyyən etməyə imkan verir.
Radiokəşfiyyat, döyüş təminatının ən vacib elementi olan kəşfiyyatın əsas tərkib hissələrindən biridir. Sulh və müharibə dövründə fasiləsiz olaraq aparılır. 

Yüklə 13,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin