Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə10/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   56
mehtiyev (1) (2)

Maniçilik. Zərdüştlüyün, xristianlığın və buddizmin ele­ment­lərindən faydalanan maniçilik (manixeizm) təlimi Azərbaycanda, İranda və Orta Asiya ölkələrində yayıl­mış­dır. Bu təlimin banisi Mani (216-276) dualizm möv­qe­yindən çıxış edərək göstərirdi ki, aləmin əsası iki varlıq­dır: birincisi işıq, ikincisi qaranlıq. Maninin fikrincə, fay­da, xeyir, nizam, birlik-işığın, şər, zərər, qüssə qaranlığın əmə­lidir. Bu təlimə görə, ruhu bədənin tabeliyindən azad etmək və xoşbəxtliyə nail olmaq üçün əxlaqi qaydalarına riayət etmək lazımdır.
Maniliyin özünəməxsus əxlaq normaları kodeksi var idi. Bu qaydalara riayət edənlər vəfat etdikdən sonra işıq səltənətinə layiq olacaqlar. Maniçilik siyasi planda feodal istismarına qarşı kəndlilərin və şəhər əhalisinin müba­ri­zə­sini ifadə edən təlim olduğu üçün Mani qətlə yetirilsə də, maniçiliyin təlimi V əsrin sonunda məzdəkilərin ide­ya mənbəyi olmuşdur.
Məzdəkilik. Sasani feodallarına qarşı baş vermiş hə­rə­kat olaraq dərin ideya-siyasi, fəlsəfi məzmuna malik idi. Bu təlimin banisi Məzdəkə görə, (V əsrin sonu VI əs­rin əvvəllərində yaşamışdır) nemətlər insanlar arasında bərabər bölünməlidir. İnsanlar acgözlük edib qeyri-bəra­bər­lik yaratmışlar. Buna görə O, hesab edirdi ki, əmlak varlılardan alınıb yoxsullar arasında bölünməlidir.
Xüsusi mülkiyyətin əleyhinə olan Məzdəkiliyə görə, insanlar azad yaradılıb və hər bir şey Tanrı tərəfindən on­lar arasında bərabər bölünüb. Məzdək deyirdi ki, hər kəs Adəmin nəslindəndir və bir-birilərinə kömək etməli­dir­lər ki, heç kəs aclıq çəkməsin.
Bu təlimə görə başlanğıc ikili xarakterlidir. Aydınlıq elm­dir, Qaranlıq isə cəhalətdir. Məzdəkilik dünyanın iki (Xeyir və Şər) qüvvə tərəfindən idarə olunmasını, insan ağlının ali idraki qüvvə olduğunu əsaslandırırdı. Məzdə­ki­lik Azərbaycanın da daxil olduğu coğrafiyada təqribən iki yüz il müddətində öz təsirini saxlamışdır.
İslam dininin Azərbaycanda yayılması fəlsəfi dünya­gö­rüşün təzələnməsini şərtləndirdi. İslam özü ilə fərqli mədəniyyət, fərqli idarəetmə sistemi gətirdiyinə görə ideya-siyasi, fəlsəfi-etik baxışlarda yeni yanaşmaları zə­ruri edirdi. Xüsusilə, Quranın daxili və zahiri şərhlərinə müxtəlif yanaşmalar fərqli ideoloji cərəyanların meydana gəlməsini sürətləndirdi.
Sufizmin təlqin etdiyi əsas prinsiplər Allaha qəlbən ya­xınlaşmaq, ondan kömək gözləmək və naqis əmələ (gü­naha) görə peşmançılıq hissi çəkməkdir. Bu cərəyana görə həqiqi bilik Allaha qovuşmaqla əldə edilir. Bu isə məhəbbət ilə, yəni yaradana olan məhəbbət ilə müm­kün­dür. Ezoterik (özünü dərk edərək bu dünya nemət­lərin­dən vaz keçməklə Allaha qovuşmaq) cərəyan olaraq su­fizm insan könlünə müraciət edir. Sufizm həm də tə­səv­vüf fəlsəfəsi adlanır ki, bunun başlanğıcı Azərbaycanda Eynəlgüzat Miyanəçinin adı ilə bağlıdır.
XII əsrdə yaşadığı ehtimal olunan E. Miyanəçi sufi ideyaları ilə ərəb dilli fəlsəfənin , xüsusilə peripatetizmin əlaqəsini işləmişdir. Sufi ideyalarının inkişafında habelə, Baba Kuhi Bakuvi və Mahmud Şəbüstərinin rolu böyük olmuşdur. Yalnız hər şeyi yaradan Allah mövcuddur və vəhdəti O təmin edə bilir.
Allahda yaradılanla yaradanın birləşdiyini deyən M. Şəbüstəriyə görə, insan yalnız Allahla vəhdətdə varlıq kimi təşəkkül tapır.
Peripatetizmin əsas nümayəndələrindən olan Bəh­mən­­yarın əsas əsərləri “Əl Tarix” və “Təhsil”dir. Bəh­mən­yarın fəlsəfəsi üçün ağılın üstün tutulması xarak­e­rik­dir. O ağıl və biliyə üstünlük verir, qeyd edirdi ki, in­sa­nın ləyaqətli yaşayışı üçün ağıla istinad edilməlidir. İdrakda hissi və əqli tərəfləri fərqləndiriərək məkan və zaman kateqoriyalarını vəhdətdə götürmüşdür.
Dialektikanın qoşa kateqoriyalarından olan səbəb-nə­ticə əlaqələrinin izahı Bəhmənyarın yaradıcılığında mü­hüm yer tutur.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin