Quliyev Fərəc İbrahim oğlu


(Hələlik həyata keçirilməyib)



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə17/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   13   14   15   16   17   18   19   20   ...   108
(Hələlik həyata keçirilməyib)

***


Neftin ucuzlaşmasıyla bağlı qabaqlayıcı tədbirlərin görülməsi

təklifi

-  Neftin  qiymət   dəyişməsi Azərbaycan  iqtisadiyyatına  nələr   vəd

edir? Bunu hökumət həm bu ilki büdcə siyasətində həm də yaxın və

uzaq planlamalarda nəzərə almalıdır. Ən azı ÜDM-nin  böyüməsi və

iqtisadi artımların davamlı və proporsional formada bütün sektorlardakı

inkişaf   hesabına   əldə   olunması   istiqamətində   ciddi   reseptlər

tapılmalıdır.

(Hələlik həyata keçirilməyib amma son zamanlar bu

istiqamətdə dövlət rəsmiləri tərəfindən bəyanatlar səslənməyə

başlayıb)

***


Dövlətin idxal-ixrac siyasəti ilə bağlı təkliflər

- Ölkə iqtisadiyyatının diversifikasiyası hesabatdan da görünür ki ,

qaneedici   həddə   deyil.    Azərbaycanın  qeyri-neft  sektorunun  xarici

bazar  mövqeləri   yetərli  sayıla  bilməz. 2014-cü  ildə ölkə üzrə  ticarət

əməliyyatlarının  həcmi  31,0  mlyard  ABŞ  dolları,  o  cümlədən  idxal

əməliyyatları üzrə 9,2 milyard ABŞ dolları, ixrac əməliyyatları üzrə isə

21,8  mlrd ABŞ  dolları  təşkil  etmişdir.  Nəticədə 12,6  mlrd.  ABŞ  dolları

məbləğində müsbət saldo yaranmışdır. Amma bu müsbət saldo nəyin

11



hesabına  yarannmışdır?  Təbii  ki  neftin.  Hədəf  isə  bu  21,8  mlrd  ABŞ

dolları  miqdarında   ixrac  məhsullarını     ölkəmizdə    istehsal  olunan

rəqabət  qabiliyyətli  qeyri-neft   məhsulları  hesabına  etmək  olmalıdır.

Amma  bu  istiqamətdə  göstərilmiş  fəaliyyət  qənaətbəxş  sayıla  bilməz.

İdxal  olunan    9,2  milyardlıq  məhsulların  isə     əksəriyyəti  ölkəmizdə

istehsal  olunan və ya oluna bilən məhsullardır. Ən qəbulolunmazı  isə

odur  ki,  idxal  məhsullarının  bir  çoxuna   gömrükdə  müvafiq   avtonom

tariflər  tətbiq  olunmadığından   yerli  istehsal  məhsulları  xaricdən

gətirilən  eyni  adlı  məhsullarla  rəqabətə  tablaşmır,  süni  şəkildə

sıxışdırılır  və   bu  məhsulların  istehsalına  maraq  azalır.  Bu  isə ərzaq

təhlükəsizliyi  baxımından 

 və  tələbatın  yerli  istehsal  hesabına

ödənməsi baxımından  neqativ haldır. Həm də iş yerlərinin azalmasına

aparan haldır. 




Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin