Qrup: F2-22 Müəllim: Dos. T. R.İsmayılova



Yüklə 179,85 Kb.
səhifə6/6
tarix26.04.2023
ölçüsü179,85 Kb.
#102841
1   2   3   4   5   6
Açıq heca. Sonu saitlə bitən hecalara açıq heca deyilir; məsələn: də-rə, tə-lə, a-ta, qa-pı, qo-ca və s. Azərbaycan dilində açıq hecanın üç tipi var: 1) bir saitdən ibarət açıq hecalar; məsələn: u-laq, o-caq, ü-zük və s. 2) bir samit, bir saitdən ibarət açıq hecalar; məsələn: qu-zu, ko-sa, ki-sə, qu-yu və s. 3) iki samit, bir saitdən ibarət açıq hecalar; məsələn: pro-le-tar, bri-qa-dir, pro-to-kol və s.
Qapalı heca. Sonu samitlə bitən hecalara qapalı heca deyilir; məsələn: öv-lad, in-san, ic-las, ul-duz, ay-ran, on-suz və s. Qapalı hecaların sayı çoxdur, lakin onların çoxu alınma sözlərlə bağlıdır. Əsl Azərbaycan sözlərində qapalı hecaların aşağıdakı tipləri var: 1) bir sait və samitdən ibarət qapalı hecalar; məsələn: un, əl, ot, on-luq, at-lı və s. 2) bir sait, iki samitdən ibarət qapalı hecalar; məsələn: alt, üst, ilk və s. 3) bir samit, sait və yenə də samitdən ibarət qapalı hecalar; məsələn: çox, baş, bal, yağ, qan, süd və s. 4) bir samit, sait və iki samitdən ibarət qapalı hecalar; məsələn: kənd, qənd, bənd və s. 5) iki samit, sait və bir samitdən ibarət qapalı hecalar; məsələn: plov, plan və s.
Örtülü heca. Samitlə başlanan hecaya örtülü heca deyilir; məsələn: kü-rək, gü-nəş, ba-dam, ba-lıq, bağ-ça və s.
Örtüsüz heca. Saitlə başlanan hecaya örtüsüz heca deyilir; məsələn: ağ, üz, əl, ot, ət və s.
Sözlərdəki hecalar nitq prosesində şəkilçilərin artırılması və fonetik hadisələr nəticəsində dəyişə bilir. Yəni açıq heca qapalı, qapalı heca isə açıq hecaya çevrilir. Məsələn, məktəb sözünü götürək. Bu söz iki qapalı hecadan ibarətdir. Buna -ə şəkilçisini qoşduqda, söz üçhecalı (mək-tə-bə) olur; eyni zamanda, sözün ikinci hecasındakı samitin biri yeni qoşulan şəkilçi ilə birlikdə heca təşkil edir. Bunun da nəticəsində qapalı –təb hecası açıq –tə hecasına çevrilir.
Dilimizdə açıq hecanın qapalılaşmasına da müəyyən dərəcədə təsadüf edilir. Müasir Azərbaycan ədəbi dilində ikihecalı elə sözlər vardır ki, onlara şəkilçi qoşulanda sözdəki açıq heca qapalılaşır, qapalı heca isə açıq hecaya çevrilir. Məsələn, fikir sözünə nəzər yetirək. Bu söz iki hecalıdır: (fi-kir) birinci heca açıq, ikinci heca isə qapalıdır. Buna –i şəkilçisi qoşulduqda səsdüşümü hadisəsi yaranır və birinci-yəni açıq heca qapalı hecaya, ikinci-yəni qapalı heca isə açıq hecaya çevrilir (fi-kir; fik-ri).

ƏDƏBİYYAT



  1. Y.Seyidov. Azərbaycan dili. Bakı,2014

  2. e-dərslik.edu.az




Yüklə 179,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin